22 Dekabr 2024, Bazar

Muxtar respublikada ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.
May ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov, meşə fondu torpaqlarından istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 11 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. Muxtar respublikamızın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Bu məqsədlə Şərur rayonunun Mahmudkəndində ətraf kəndlərin də nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ay ərzində ekoloji monitorinqlər də davam etdirilmişdir. Bu məqsədlə Naxçıvan şəhər, Ordubad, Şərur, Babək, Kəngərli və Culfa rayonlarının 23-dən çox yaşayış məntəqəsində monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və yaşıllıqların mövcud vəziyyəti öyrənilmişdir. Monitorinqlər zamanı aşkar edilən müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında may ayı ərzində Araz çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 8, Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən isə 4 olmaqla, ümumilikdə, 20 su nümunəsi götürülmüş və 194 analiz aparılmışdır.
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması da diqqətdə saxlanılmışdır. Belə ki, ay ərzində 55 hektar sahə kultivasiya olunmuş, 24,3 hektar sahədə toxumla əkin keçirilmiş, 1,8 hektar sahə alaq otundan təmizlənmiş, 7,1 hektar sahədə suvarma aparılmışdır.
Gənclərlə işin təşkili məqsədilə ekologiya könüllülərinin və bir qrup gəncin Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar olaraq Akademik Həsən Əliyev adına Ordubad Milli Parkına ekskursiyası təşkil edilmiş, onlara milli park ərazisində mövcud olan biomüxtəliflik haqqında geniş məlumat verilmişdir. Gənclər milli parkın Culfa rayonunun Boyəhməd kəndi ərazisindəki informasiya mərkəzi ilə də tanış olmuşlar. Həmçinin onların ətraf ərazilərə gəzintisi təşkil edilmiş, gəzinti zamanı sualları cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR