22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğularla təchiz edilmiş yanğınsöndürmə avtomobilləri vasitəsilə Naxçıvan şəhərində avtomobil yolları və səkilər daxil olmaqla 850 min m2 sahə, eləcə də təyin olunmuş dezinfeksiya qrupları tərəfindən səhiyyə müəssisələri, uşaq bağçaları, idarə, müəssisə və təşkilatların ətrafı, ticarət mərkəzləri dezinfeksiya edilmişdir.

Həmçinin Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla 2 nömrəli Mənzi İstismar İdarələrinə məxsus ictimai yaşayış binalarının girişləri, ətrafı və zirzəmiləri dezinfeksiya edilmişdir.
Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 2 avtomobili və Baytarlıq İdarəsinin 2 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilmişdir.
Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib, ümumilikdə, 2 milyon 138 min m2 ərazi dezinfeksiya olunub

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR