21 Dekabr 2024, Şənbə

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir. Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə 2020-ci ilin iyun ayı ərzində təmir və bərpa, tikinti işləri davam etdirilmişdir. Bu dövrdə su istifadəçilərinə 53,6 milyon kubmetr su verilmiş, bunun müqabilində 45 min 168 hektar torpaq sahəsi suvarılmışdır. 11 kilometr beton və torpaq kanal, 17,7 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənmiş, 6 kilometr suvarma, 2,6 kilometrtəzyiqli boru xətti təmir-bərpa edilmiş, 60 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. 1,2 kilometr selə qarşı istiqamətləndirici bənd salınmışdır. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndində 800 hektar, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 7,6 kilometr suvarma xətti çəkilmiş, 32 supaylayıcı hovuz və 50 suvarma hidrantı quraşdırılmışdır. Qeyd olunan dövrdə 91 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılmış, 1 kəhrizdə işlər başa çatmışdır.

Ardını oxu...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından iyulun 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8° enəcək.

Ardını oxu...

Hər zaman ölkədə ilklərin yaşandığı , bütün yaxşı nümunələrin birincisinin həyata keçdiyi Cahanın-nəqşi-Naxçıvanda artıq sadə, qeyri-adi toyun da təməli qoyuldu. Daha öncə israfsız yas, sadə məzarüstü abidə, universitet və məktəblərdə sadə vahid geyim forması, bütün maqistiral yolların kənarlarında meyvə bağlarının salınması və yetişən meyvələrin tədarük edilib ordu və birliklərə göndərilməsi və s. kimi vacib məsələlərdə bütün ölkədə nümunə olan Naxçıvan bu dəfə bir-birini sevən iki gəncin sadə, təmtəraqsız toyunun xəbərilə bütün ölkədə təqdir edildi. Sərt karantin rejimi çərçivəsində toy mərasiminin kütləvi şəkildə keçirilməsi qadağan edildiyindən gənclər dəbdəbəli toy əvəzinə sadə nigah ilə ailə qurmağa üstünlük veriblər. Nigah mərasimində yalnız yaxın  ailə üzvüləri iştirak edib.

Ardını oxu...

Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Səhərin gözü açılmamışdan, hələ Günəş uca dağların başından boylanmamışdan yola çıxırıq. Avtomobilimiz Naxçıvan-Şahbuz-Batabat magistralı ilə hərəkət edir. Bu vaxtlar muxtar respublikamızın hər bir rayonundan, gələn qonaqların üz tutduğu məkana çevrilir Batabat... Kiçik Qafqaz dağlarında yerləşən bu yaylaq dəniz səviyyəsindən, təqribən, 3100-3200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz” və “Bədəldağı” adlı dağların əhatəsindədir.

Ardını oxu...

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2020-ci ilin iyun ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Ardını oxu...

Muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda aparılan planaalma işləri yekunlaşdırılıb. Bununla da muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.

Ardını oxu...

“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos pandemiya dövrendə sərvətini artıraraq ən yüksək yeni səviyyəyə çatdırıb.

C.Bezos “Amazon.com”dakı səhmlərinin dörddəbirindən imtina etməsinə baxmayaraq, əvvəlki rekordunu da yeniləyə bilib.

Mərkəzi ofisi Sietlda yerləşən şirkətin səhmlərinin dəyəri 4,4 faiz artıraraq rekord göstəriciyə - 2878 dollara çatıb. Nəticədə C.Bezosun sərvətini 171,6 milyard dollar səviyyəsinə yüksəlib.

Ardını oxu...

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Bildirilib ki, 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:01-də qeydə alınıb.

Ocağı 18 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ilə birgə biçinə cəlb olunacaq kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında yanğın-texniki müayinələr aparıb, 9 un dəyirmаnı və 2 yеm аnbаrındа yаnğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kəngərli rayonunda da taxıl biçini digər bölgələrdə olduğu kimi təhlükəsizlik qaydalarına riayət edilməklə davam etdirilir. Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşlarının və yanğınsöndürmə avtomobillərinin iştirakı ilə davam etdirilən taxıl biçini rayonun Çalxanqala və Böyükdüz kəndləri ərazisində həyata keçirilir.

Ardını oxu...

Əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımları bütün ATM və POS-terminallardan faiz tutulmadan verilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyun ayında 23 nəfər sosial qayğıya ehtiyacı olan şəxs müəyyənləşdirilib və özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 19 ailəyə 10 baş yanıbalalı iribuynuzlu, 2 ailəyə 10 baş yanıbalalı xırdabuynuzlu və 2 ailəyə mini yerşumlayan aqreqat verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iyun ayının birinci yarısında qəbul etdiyi qərarlar və keçirilən tədbirlər sırasında iki mühüm məsələ də yer alıb. Naxçıvan Muxtar Respublikasında pandemiyanın mənfi təsirlərindən qorunmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi işsiz kimi qeydiyyata alınan vətəndaşlara hər ay 190 manat olmaqla, 2 ay üçün 380 manat vəsaitin ödənilməsini həyata keçirib. Bu günə qədər isə 8677 nəfərə 3 milyon 297 min manat birdəfəlik vəsait ödənilib.

Ardını oxu...

Ailə kiçik bir dövlətdir qənaətini hər eşidəndə onun dövlətlə eyni statusa qoyulması mənə inandırıcı gəlmirdi. Ancaq zaman keçdikcə ailəni, nəinki kiçik, hətta böyük dövlət kimi də qəbul etdim. Təhlilə çəksək, ailə ilə dövlətin bənzər istiqamətləri olduğunu görərik. Ailənin başçısı ata evin idarə edəni, böyüyü, ailənin xoş gün-güzəranını düşünən, gecə-gündüz çalışaraq qazandığı əməkhaqqının son qəpiyinə kimi ailəsi üçün xərcləyən missiyasındadır. Ailənin ikinci statuslu nümayəndəsi hesab olunan ana evi qurub-yaradan, uşaqların qayğısına qalan, onları böyüdüb gözəl tərbiyə edən, təhsilləri ilə maraqlanan müqəddəs varlıqdır. Övladlar isə böyüklərinə itaət edib, onların buyurduğu yolla gedərək ailə başçılarına hörmət qoyan, firavan gələcək üçün çalışanlardır.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmiş və yaşayış məntəqələri tam qazlaşdırılmışdır. Hazırda muxtar respublikada 90 min 426 təbii qaz istehlakçısı vardır ki, bunlardan 87 min 727-si əhali abonenti, 2699-u isə qeyri-əhali abonentdir.

Ardını oxu...

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Ordubad və Culfa rayonlarında, ümumilikdə, 253 kilometr yol və səkilər dezinfeksiya edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən videotəlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 10 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.

Ardını oxu...

Muxtar respublikada rabitə sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi ilbəil daha da yüksəldilir. 2020-ci ildə bu sahədə həyata keçirilən kompleks tədbirlər Culfa rayonunu da əhatə edir. Rayon rabitə idarəsindən aldığımız məlumata görə, cari ilin 5 ayı ərzində 141 yeni telefon xətti çəkilib, 489 ünvan genişzolaqlı internet xidməti ilə təmin olunub. Bundan başqa, ayrı-ayrı küçələrdən keçən xətlərdə yaranan nasazlıqlar aradan qaldırılıb, yararsız vəziyyətə düşmüş hissələrdə təmir-bərpa işləri görülüb.

Ardını oxu...

Naxçıvan şəhərində təşkil edilən növbəti əmək yarmarkasında dövlət və özəl müəssisələr tərəfindən vətəndaşlara 598 boş iş yeri təqdim olunub.

Ardını oxu...

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Naxçıvan şəhərinin əsas küçə və prospektlərində, ümumilikdə, 230 kilometr və ya 4 mln 600 min kvadratmetr yol və səkilər 5 ədəd yanğınsöndürmə avtomobili vasitəsilə dezinfeksiya edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Naxçıvan şəhərində çimərlik mövsümünün açılışı münasibətilə keçirilən tədbirdə çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışlarda bildirilib ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib, burada futbol və voleybol meydançaları fəaliyyət göstərir.

Ardını oxu...

Albinizm latın sözüdür, "albus", yəni "ağ" sözündən yaranıb. Dəridə, saçda və gözlərdə xüsusi bir piqmentin olmaması ilə xarakterizə olunan anadangəlmə xəstəlikdir. Albinoslar həyatımızın bir parçasıdır. Onlar xarici görünüşü ilə fərqlənir.

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür.

Ardını oxu...

“Apple” şirkəti bu ilin sonunadək 9 yeni “iPhone” təqdim edəcək.

 Avrasiya İqtisadi Komissiyasının məlumatlar bazasında “Apple” ticarət markasına aid 9 model nömrəsi yer alıb.

Ardını oxu...

“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu ay üçün nəzərdə tutulan beynəlxalq uçuş siyahısında iyunun 19-dan etibarən Türkiyədən Uzaq Şərq ölkələri, o cümlədən Çin və ABŞ-a aviareyslərin başlayacağı bildirilir.

Ardını oxu...

“Apple” kompaniyasının kapitallaşması rekord məbləğə - 1,5 trilyon dollara çatıb.

 “Apple Insider” portalına istinadla xəbər veririk ki, iyunun 10-da keçirilən hərraclarda kompaniyanın kapitallaşması 1,53 trilyon dollar təşkil edib. Gün ərzində “Apple” səhmlərinin dəyəri 2 faiz artaraq 352 dollara yüksəlib. İlin əvvəlində səhmlər koronavirus pandemiyası səbəbindən ucuzlaşsa da, may ayında böhran öncəsi göstəriciləri bərpa etmək mümkün olub. Analitiklər “Apple” kompaniyasının ABŞ-da kapitallaşması 2 trilyon dolları keçəcək ilk şirkət olacağını proqnozlaşdırırlar. 2018-ci ilin avqustunda o, kapitallaşması 1 trilyon dolları ötən ilk kompaniya olmuşdu.

Ardını oxu...

Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü islahatlar yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. İqtisadi sahədə qazanılmış nailiyyətlər sosial müdafiə tədbirlərinin də əhatə dairəsinin genişlənməsinə və keyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir.

Ardını oxu...

Qədim zamanlardan Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri də ata-anaya, ağsaqqala, ağbirçəyə hörmət və dərin ehtiram olub. Müqəddəs dinimiz də köməyə ehtiyacı olanlara qayğı göstərməyi tövsiyə edib. Ulu əcdadlarımızın bu adətinin zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatması və bu gün də muxtar respublikamızda bu dəyərlərin yüksək səviyyədə yaşadılması hər birimiz üçün sevindirici və qürurvericidir. Bunun ifadəsini könüllülük hərəkatı bir daha təsdiq edir.

Ardını oxu...

Hər il olduğu kimi, bu il də muxtar respublikamızda taxıl tədarükünə ciddi hazırlıq işləri aparılır. Bunun üçün, ilk növbədə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ilə birgə biçinə cəlb olunacaq kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında yanğın-texniki müayinələr aparıb, 9 un dəyirmаnı və 2 yеm аnbаrındа yаnğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb.
Qeyd edək ki, biçin dövründə taxıl zəmilərində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün vətəndaşlar, torpaq mülkiyyətçiləri və sahibkarlar müxtəlif təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər. Belə ki, biçinə hazırlıq dövründə hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı texniki müayinədən keçirməli, həmin texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli və bundan sonra sahələrə buraxılmalıdır.

Ardını oxu...

Bir sıra ölkələrdə “Google” və “YouTube” saytlarının işində qüsurlar qeydə alınıb.

Ən çox qüsur ABŞ-da müşahidə olunub.

Ardını oxu...

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyulmuş hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır. Bu inkişafda özünəməxsus yeri olan muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər iqtisadi və sosial sahədə davamlı inkişafı təmin ­etmişdir.
Muxtar respublikada əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün həyata keçirilən kompleks sosial müdafiə tədbirləri onların cəmiyyətə inteqrasiya olunmasında mühüm rola malikdir.

Ardını oxu...

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadi, eyni zamanda sosial müdafiə sahəsində qarşıya qoyulmuş hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar yaratmışdır. Bu inkişafda özünəməxsus yeri olan muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər iqtisadi və sosial sahədə davamlı inkişafı təmin ­etmişdir.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.

Ardını oxu...

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu təmin edilib.

Ardını oxu...

Çaşır - çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir. Kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə rast gəlinir. (2)Təhlükə altında olduğundan qorunması vacibdir. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlıqlarının ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır.

Ardını oxu...

İşimizə və gündəlik həyatımıza aludə olduğumuzdan bəzən ətraf mühitə ciddi nəzər sala bilmirik. Amma hərdən təbiəti seyr etmək və dinləmək lazımdır. Adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Əzəmətli dağlar, mavi səma, güzgütək göllər, gur səsi ilə hayqıran şəlalələr, könüloxşayan yamyaşıl düzlər insana gözəl duyğular pıçıldayır. Təbiətin xoş avazı ən gözəl melodiya kimi səslənir qulağımızda. Bizi əhatə edən ətraf aləmin, gözəl təbiət mənzərələrinin seyrinə çıxdıqca bu əsrarəngiz gözəl­liklər qarşısında heyrətini gizlədə bilmirsən. Şair qələmi, rəssam fırçası, bəstəkar istedadı acizdir bunları vəsf etmək üçün…

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən bir sıra onlayn layihələr reallaşdırılır.

 Gənclər Fondunun sosial şəbəkələrdəki səhifələrində “Çox bilmiş” müsabiqəsi və “Onlarla birgə” layihəsi davam etdirilir.

Ardını oxu...

İyunun 6-da “potensial təhlükəli” kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək.

Bu barədə NASA-da bildiriblər.

Ardını oxu...

İndi  qızılgüllərin açıb ətrafı öz gözəlliyi ilə oxşadığı, xoş rayihəsi ilə yolçunu yoldan etdiyi vaxtdır. Hər il baharın bu vədəsində həm də  qızılgüllərin al ləçəklərindən damla-damla süzülərək cövhərə çevrilən gülabın gündəlik həyatımıza, təbabətimizə, inanclarımıza, mətbəximizə və folklorumuza hopan ətri  duyulur.  Bütün bunlarla yanaşı, gülab özündə bir müqəddəslik də ehtiva edir. Naxçıvanda o, müqəddəs nemət hesab olunur. Nədədir onun müqəddəsliyi? Mənbələrdə qızılgülün vətəninin  Şərq ölkələri olduğu və bu gülün müqəddəs məna daşıdığı göstərilir. Bu müqəddəslik qızılgülün tanrıların gülü olduğu, onların bu gülü qoxulayaraq qidalandıqları ilə əlaqələndirilir. Yəqin elə bu səbəbdəndir ki, dini dəyərlər, İslam mədəniyyəti uca tutulan Naxçıvanda bu güldən hazırlanan gülab müqəddəs sayılır. Bax bu müqəddəsliyin məğzini açmaq, ümumiyyətlə, gülab necə hazırlanır, niyə hazırlanır, faydaları nədir suallarına cavab tapmaq üçün təbiəti, nemətləri və mətbəxi ilə Azərbaycanın incisi sayılan Ordubada üz tuturuq. Burada rayon İcra Hakimiyyətində işləyən və özü də ən gözəl gülabçəkən olan Səbahət xanımla görüşür, söhbətləşir və onun bələdçiliyi ilə Ordubad şəhərinin ən məşhur gülabçəkən qadınları ilə tanış olmağa yollanırıq.  

Ardını oxu...

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilib. Belə ki, komitənin, müvafiq şəhər və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Şərur, Kəngərli, Sədərək, Babək, Ordubad, Şahbuz, Culfa rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı 32 uşağın ailəsində görüş olub. Bu uşaqlardan 14-ü valideyn himayəsindən məhrum, 7-si tək valideynli, 5-i aztəminatlı, 6-sı sağlamlıq imkanları məhduddur.
Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildiriblər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının, eləcə də tərbiyələrinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar.

Ardını oxu...

 

 

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının (BMTİP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Naxçıvan Muxtar Respublikasında COVID 19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrasına başlayıb.

Ardını oxu...

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi videoçarx yayımlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir. Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.

Ardını oxu...

Uşaqlar hər bir xalqın, dövlətin ən qiymətli sərvəti, gələcəyi,  hər evin, ailənin bəzəyidirlər. Elə buna görə də tarixboyu hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ümummilli liderimiz  Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. 

Görkəmli dövlət xadimi deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Sevindirici haldır ki, bu gün muxtar respublikamızda uşaqlar üçün yaradılan şərait nümunə göstəriləcək səviyyədədir. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində istedadları ilə seçilən bir neçə uşaqla həmsöhbət olduq.
Şərur rayon Oğlanqala kənd sakini Fədayə Hüseynova karate-do idman növü ilə məşğuldur. Ailədəki iki qız övladın kiçiyi olan Fədayənin idmana sevgisi uşaqlıq illərindən yaranıb. Fədayə deyir ki, atasının idmanla mütəmadi məşğul olması hələ kiçik yaşlarından onda da bu sahəyə maraq yaradıb. Dərslərinə həvəslə yanaşan kiçikyaşlı bu çevik və cəsur qızın arzusu gələcəkdə bu idman növü üzrə respublikamızı təmsil etmək, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir. O, böyüyəndə müəllim olmaq istəyir.

Ardını oxu...

Görüş 1 iyun – Uşaqları Beynəl­xalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Sosial könüllülər əvvəlcə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara göstərilən xidmətlərlə tanış olublar. Könüllülər əmək terapiyasında iştirak edib, uşaqlara yeni əl işlərinin hazırlanmasında köməklik göstəriblər.

Ardını oxu...

WhatsApp-ın söhbət yazılarının saxlandığı iCloud və Google Drive-da təhlükəsizlik təmin olunmayıb. Bir sözlə, nitq yazılarınızı müntəzəm olaraq nüsxə edərkən, yedəklədiyiniz qeydlər etibarlı bir mühitdə saxlanılmır. 

İstifadəçiləri narahat edən bu açıqlamadan sonra WhatsApp bu istiqamətdə yenilənmə hazırlayır. Ancaq yenilənmənin nə vaxt yayımlanacağı hələ məlum deyil.

 

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") uğurla Beynəlxalq Kosmik Stansiyasına birləşib.

Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbər yayıb.

Ardını oxu...

“Gəzmək insan ömrünü uzadır”, – deyib atalarımız. “Çox gəzən çox bilər”deyimi  də elə bu qəbilədəndir. Çünki istirahətin, gəzməyin ruhun qidalanmasında çox faydası var, bunlar bizi ilboyu yaşadığımız qayğılardan uzaqlaşdırır. Yadımdadır, hələ balaca ikən televiziya kanallarında təqdim olunan istirahət məkanları, parklar mənə möcüzə kimi görünürdü. Elə-belə möcüzə yox ha...Tilovuma düşəcək “qızıl balığın” gerçəkləşdirəcəyi arzularımın içində yer alan bir möcüzə! O möcüzə ki sehrli aləmə aparırdı məni. O möcüzə ki hər zaman gözləyirdim ki atam bir gün məni də televiziyada seyr etdiyim əsrarəngiz parklara aparacaq...

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, analoji olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 25 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd edilir. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR