04 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyun ayında 23 nəfər sosial qayğıya ehtiyacı olan şəxs müəyyənləşdirilib və özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 19 ailəyə 10 baş yanıbalalı iribuynuzlu, 2 ailəyə 10 baş yanıbalalı xırdabuynuzlu və 2 ailəyə mini yerşumlayan aqreqat verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Vurğulanıb ki, özünüməşğulluq proqramının muxtar respublikada icrası xüsusi qayğıya ehtiyacı olan ailələrin fərdi təsərrüfatlara sahib olmalarına, onların öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına hərtərəfli zəmin yaradıb. Proqrama cəlb olunan vətəndaşlara verilən aktivlərdə və təsərrüfatlarda daimi olaraq artım müşahidə olunur ki, bu da onların sosial rifah halının yaxşılaşmasına, məşğulluqlarının təmin olunmasına köməklik göstərir.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Ordubad rayonu, Biləv kənd sakini Məhərrəmova Gövdət Hüseyn qızına sağım aqreqatı və Culfa rayonu Əlincə kənd sakini İbrahimov İlham İsmayıl oğluna isə otdoğrayan aqreqat verilib. Nazirlik tərəfindən bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Tədbirdə sosial qayğıya ehtiyacı olan ailələrin təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR