22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər görülür.
Cari ilin fevral ayı ərzində müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 8 milyon 3 min manat vəsait daxil olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 122 vətəndaşa əmək pensiyası təyin olunmuşdur ki, bunlardan 93-ü yaşa, 10-u əlilliyə, 19-u isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işi də diqqətdə saxlanmışdır. Belə ki, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 161 ədəd ərizə forması elekton imza vasitəsilə sifariş verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Xalqımız qış dövrünü çillə adı ilə üç yerə bölmüşdür. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), Ala çillə və ya Ala çolpav (Boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. Boz ayı “yazın qırxlı çağı” sayırlar. Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Xalq təqvimində Boz ay döl ayı kimi də tanınır. “Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayı”, –  deyimi bununla bağlıdır. Çünki heyvandarlıqda döl (heyvanların balalaması), əsasən, bu aydan başlayır. 

Ardını oxu...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədlə müxtəlif tədbirlər, monitorinqlər keçirilir.
Görülən işlərin davamı olaraq aztəminatlı ailənin üzvü olan 8 qadının müvafiq peşə kurslarına cəlbi, 7 qadının işlə təmin olunması üçün məlumatları aidiyyəti orqanlara göndərilmişdir. Özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya ehtiyacı olan şəxslərin əl işlərinin satışı təşkil olunmuşdur.
Şərur rayonunun Siyaqut kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir. Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi ilə əlaqədar 1 ailəyə müvafiq köməklik göstərilmişdir.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən sosial islahatların əsas məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılmasıdır. Bu islahatların nəticəsi olaraq əhalinin aztəminatlı təbəqəsi sayılan pensiyaçılara və sosial qayğıya ehtiyacı olan vətəndaşlara aylıq ödənişlərin vaxtlı­-vaxtında maliyyələşdirilməsi təmin edilir.
Muxtar respublikamızda da əhalinin sosial müdafiəsi, məşğulluğun təmin edilməsi, gəlirlərin artırılması ilə bağlı bir sıra işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı ilə sahibkarlıq fəaliyyəti inkişaf etdirilir, yeni iş yerləri yaradılır.

Ardını oxu...

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüş keçirilib.

Ardını oxu...

Boz ay dönəmində, yəni Novruz bayramına qədər dörd ilaxır çərşənbədə dörd ünsür oyanır. Bu, qədim türk mifik görüşləri ilə bağlıdır. Hər bir ilaxır çərşənbəni simvollaşdıran, dünyanın yaranmasında aparıcı mövqe daşıyan bu ünsürlər Novruzla bağlı fəlsəfi düşüncənin əsaslarındandır. Su, Torpaq, Yel, Od ünsürlərinin köməyi ilə təbiət canlanır. Artıq onlardan ikisini – Su və Torpaq çərşənbələrini arxada qoymuşuq.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində hərbi hissələrin komplektləşdirilməsi ilə bağlı praktik məşğələ keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətənpərvərlik mövzusunda slaydların nümayiş etdirilməsindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis müavini polkovnik-leytenant Sultan Zamanov çıxış edərək bildirib ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin təsdiq etdiyi plana uyğun həyata keçirilir.
Qeyd olunub ki, müharibə dövrünün şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı hərbi birləşmələrinin canlı qüvvə və texnika ilə komplektləşdirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifə borclarından biridir. Bugünkü tədbirin məqsədi də həmin komplektləşməni praktik məşğələ çərçivəsində həyata keçirməkdən ibarətdir.
Çıxışlardan sonra şəxsi heyətin görəcəyi tədbirlər nəzəri cəhətdən izah olunub və üç istiqamət üzrə – nəzarət qrupu, hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqəsi və xəbər sahələri üzrə praktik məşğələ həyata keçirilib.

Xəbərlər şöbəsi

“Naxçıvan” Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən il də qarşıya qoyulmuş vəzifələrin icrasına nail olub.
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 2019-cu il ərzində 9 uşaq qəyyumluq və himayəyə, 6 uşaq övladlığa götürülüb. Həmin qəbildən olan 1006 uşağa hədiyyə və sovqatlar, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan 379 uşağa məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi verilib.

Ardını oxu...

Bu zəmanət istəyə görə 30 min manat və daha yuxarı məbləğdə ola bilər 

    İnsan həyatı və sağlamlığı ən dəyərli nemətdir. Müasir cəmiyyətdə insan həyatının qorunması qədər  baş verə bilən bədbəxt hadisələr nəticəsində dəyən maddi zərərlərin əvəzinin ödənilməsi də bu məqsədə xidmət edən mühüm dövlət siyasətidir. Bu baxımdan muxtar respublikamızda digər vacib sığorta növləri kimi, fərdi qəza sığortasının da kütləviləşməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, son nəticədə, insanlara, onların gələcəyinin təminatına yönəlmiş dövlət qayğısıdır. 

Ardını oxu...

Torpağa könül verən ruzisiz qalmaz

Kiçik Çillə  bitir, öz ömrünü xalq təsəvvüründə yazın müjdəçisi kimi yaşayan Boz aya verir. Boz ay xalq dilində “ağlar-gülər ay” kimi də adlanır. Xalq tərəfindən bu zaman kəsiminə verilən adlar, eləcə də “Boz ay” həmin zamanda havanın tez-tez dəyişməsi ilə əlaqədardır. Adətən, tutqun, dumanlı, küləkli keçən hava qəfildən istiləşir. Və ya əksinə, isti hava tez-tez öz yerini soyuq havaya, yağışlı, bəzi vaxtlarda da artıq təbiətə, təsərrüfata ziyan verə biləcək qarlı havaya verə bilir. Bu zaman kəsiminə verilən adların bəzilərində yüngül əzizləmə məqamlarını da müşahidə etmək mümkündür. Bu da etnosun təbiət və onun şıltaqlıqlarına etiqad və inamla yanaşmasını ifadə edir. 

Ardını oxu...


Qoşa buynuzu var maral timsalı,
Olub Naxçıvanın hüsnü, camalı.
Dağlar maralına bənzər bu halı,
Sevən ürəkləri oxşar Haçadağ.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Fövqəladə Hallar Nazirliyi ilə birgə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd iştirakçılara mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması və həyata keçirilməsinin əhəmiyyətini bir daha xatırlatmaq olub.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol!” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasiyasının təqdimatı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaratmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.

Ardını oxu...

Dövlət Baytarlıq Xidmətində “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açıb. Bildirilib ki, son illərdə baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası daha da genişlənib. Muxtar respublika üzrə heyvanların, quşların, arı ailələrinin sayının artması, həmçinin muxtar respublikanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini zərurətə çevirdiyindən 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müvafiq dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanıb.

Ardını oxu...

Xalq təqvimində “Böyük çillə”, “Kiçik çillə”, “Boz ay” adları ilə üç dövrə bölünən qış qədim təsəvvürlərdə təbiətin “ölməsi” kimi də xarakterizə olunur. Novruza doğru istiqamət alan Boz ay dönəmində “ölən təbiət” yenidən dirilir. İlin sonuncu çərşənbələrinin cəmləşdiyi Boz ay xalq arasında “ağlar-gülər ay” da adlanır. Dünyanın yaranmasında iştirak edən su, torpaq, yel, od mifizmi xalq təfəkküründə dərin iz salaraq ilaxır çərşənbələrin də xüsusiləşməsini şərtləndirir. 

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yaradıcı Gənclər Akademisayı”nın başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev kurslarda iştirak etmək istəyən gənclərə layihə və kursların keçiriləcəyi günlər haqqında ətraflı məlumat verib, onları kursları tədris edən müəllimlərlə tanış ediblər.

Ardını oxu...

Muxtar respublikada tərəvəzçiliyin və meyvəçiliyin inkişafına dair dövlət proqramının qəbul olunmasında başlıca məqsəd əhalinin belə məhsullara olan tələbatını daxili imkanlar hesabına ilboyu ödəməkdən ibarətdir. Proqramın uğurlu icrasının nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada 6246 hektar sahədə tərəvəz əkilib, sahələrdən 86 min 745 ton yüksəkkeyfiyyətli məhsullar tədarük olunub.

Ardını oxu...

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən bayramların, həmçinin icra edilən mərasimlərin özünəməxsusluğu ilə seçilir.

Xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur, yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Ardını oxu...

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenilənmiş internet saytının təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə nazir Nicat Babayev çıxış edərək bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ötən il nazirliyin müxtəlif sosial şəbəkələrdə rəsmi hesabları istifadəyə verilib və bu sahədə operativ fəaliyyət təmin olunub.

Ardını oxu...

Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması, ətraf mühit komponentlərinə təsirlərin azaldılması və nəzarətdə saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yanvar ayında da tədbirlər davam etdirilmişdir. Ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi hallarına qarşı mübarizə aparılması məqsədilə 12 yoxlama-reyd keçirilmiş, 5 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür.

Ardını oxu...

(hekayə)

Günəbaxan çubuğundan düzəltdiyi “atını” yolun toz-torpağında ­sürüyə-sürüyə səbirsizlənirdi ki, bircə axşam düşsəydi, “Tarzan” filminə baxardı. Bəzən də içini qaranlıq alırdı ki, birdən işıqlar yanmaz, ya da başqa nəsə baş verər baxa bilməz, o zaman təmiz dilxorçuluq olar...
...Ertəsi gün səhər tezdən hamı baxdı ki, Fərzəli həyətlərindəki qollu-budaqlı, qocaman tut ağacından yoğun bir kəndir asıb, budaqdan-budağa tullanaraq tarzanlıq edir. Və tarzanlığı da təkcə tullanmaqla bitmirdi, həm də tarzansayağı qışqır-bağır salıb qonşuların baş-beynini aparırdı. Artıq hamıya aydın idi ki, axşam “Tarzan” filmini izləyənlərdən biri də Fərzəli olub. Onun bu hərəkətləri atası Haxverdiyə, xüsusilə ləzzət edirdi. Çünki Fərzəli nə edirdisə, Haxverdi düşünürdü ki, bunu heç kim bacarmaz və onun oğlundan heç yer üzündə yoxdu, ondan bir dənədir. Lovğalığı, yalan-palan sözləri, riyakarlığı ilə Çeşməli kəndində ad çıxaran Haxverdi barədə həm də onu deyirdilər ki, bu adam yaltaqlığı hörmətdən salıb. Kəndin çayxanasında oturub danışanda o qədər özündən hörələyirdi ki, tanış-biliş pıçıltı ilə “Haxverdiyə yenə dərzi lazımdı”, – deyərək gülüşürdü...

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şərait­dən səmərəli istifadə etmələri, cəmiyyətə inteqrasiyaları üçün əlverişli mühit yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Yanvar ayında aztəminatlı 2 qadının müvafiq peşə kurslarına cəlb olunması, 3 qadının işlə təmin edilməsi üçün məlumatları aidiyyəti orqanlara göndərilmiş, özünüməşğulluğun təmin olunması məqsədilə sosial qayğıya ehtiyacı olan şəxslərin əl işlərinin satışı həyata keçirilmişdir.

Ardını oxu...

 

 

 

Valideyn-namizədlərin övladlığagötürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanına müvafiq ərizə forması ilə müraciət edir. Bundan sonra valideyn-namizəd “ASAN Login”lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır.

Növbəti mərhələdə nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir.

Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

 

 

 

Bu qış heç əvvəlki qışlara bənzəmir. Göy elə bil yerə qar payını əsirgəyib. Qışın böyük çilləsində diyarımızın dağlarına, rayon və kəndlərinə ara-sıra qar yağdı. Kiçik çillə girəndən isə elə bil özü ilə bərabər ruzi-bərəkət rəmzi olan qarı da gətirib. Bu günlər yurdumuza yağan bol qar bizi bir daha sevindirdi. Bir anda hər tərəf ağ örpəyə büründü. Bu qar bizi uşaqlığımızın ən gözəl, sevincli, yaddaqalan xatirələrinə apardı. Gecə qəfil yağan qarı səhər pəncərədən seyr etmək bizi nə qədər xoşbəxt edirdi. Əynimizi qalın edib tələsik həyətə çıxırdıq. Bayırda əvvəlcə göydən əl-üzümüzə düşən sehrli qar dənəciklərini tutmağa çalışır, sonra xüsusi təbəssüm və sevinclə qartopu düzəldib bir-birimizə atırdıq. Bu qartopu oyununun sonu uşaqlardan bir neçəsinin qarın üzərinə yıxılması, digərlərinin də bundan istifadə edib onları qara qərq etməsi ilə bitərdi. Üzümüz, qulaqlarımız qızarmış, əynimiz ağappaq evə gələrdik, amma o gözəlliklərdən doymaz, yenə oynamağa tələsərdik. Əlbəttə ki, həmin xatirələr bu gün üçün də yad deyil... Öz rəngi ilə aydınlıq, təmizlik simvolu olan qarın yağmağına ən çox uşaqlar sevinir. Hər yeri uşaqların şən gülüş səsləri bürüyür. Onlar məktəbə yollanarkən, tənəffüs vaxtı, dərsdən çıxıb evə qayıdarkən küçədə, həyətdə əlləri şaxtadan göynəyənədək, əlcəkləri islananadək qartopu oynayırlar. Qış fəslində qartopu oynamaq, qar adamı düzəltmək, xizəklə sürüşmək onların ən sevimli əyləncəsidir. Uşaqların bu sevincinə balacalar, hətta bir anda uşaqlaşan böyüklərimiz də qoşulur...

Ardını oxu...

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzi yarandığı gündən gənclərin sevimli məkanına çevrilib. Burada mütəmadi olaraq xidmət növlərinin istər sayında, istərsə də keyfiyyətində təkmilləşmə işləri aparılır. Bu il də mərkəz müxtəlif əyləncələrlə qış istirahətini sevənlərin könlünü oxşayır. Xüsusilə dağ-xizək turizmi üçün ideal məkana çevrilməkdə olan Ağbulaq dağlarını yüksəklikdən seyr etmək imkanı da yaradılır.

Ardını oxu...

2019-cu il ərzində muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin mükafatlandırılması ilə bağlı keçirilən tədbiri giriş sözü ilə Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev açıb.
Bildirib ki, muxtar respublikada nəqliyyatın inkişafına göstərilən qayğı daimi xarakter alıb. Bunun ifadəsidir ki, ötən müddət ərzində Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.

Ardını oxu...

Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosialyönümlü siyasəti nəticəsində ölkədə bu sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunmuşdur. 2019-cu ildə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən sosial islahat paketləri nəticəsində minimum əməkhaqqı, təxminən, 2 dəfə, minimum əmək pensiyasının məbləği 75 faizə yaxın artırılıb. Bu isə əhalinin, xüsusən aztəminatlı təbəqəsinin, o cümlədən pensiyaçıların rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Ardını oxu...

 

 

 

Ötən il ölkə əhalisinin sayı 85 min 651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 67 min 108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin əvvəlinə olan məlumata görə, ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Ölkə üzrə əhalinin bir kvadratkilometrə düşən sayı 116 nəfərə bərabərdir. Həmin göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksəkdir.

 

 

 

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Hüseyn Rəsulzadə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası faunası yeni quş növünü – Bozumtul çalağanı aşkar edib.

Ardını oxu...

Qədim Oğuz yurdu Naxçıvanda  qış xalq təqvimi ilə bağlı keçirilən mərasimlərdən biri də “Xıdır” və yaxud “Xıdır Nəbi” bayramıdır. Tədqiqatlardan məlum olur ki, Şərur rayonunun Aşağı Yaycı kəndində “Xıdır” bayramını fevralın 5-i, qışın yarı olduğu gün keçirirlər. Ordubad rayonunun Tivi, Kəngərli rayonunun Təzəkənd, Çalxanqala kəndlərində isə “Xıdır Nəbi” bayramı fevralın 14-ü (15-i) Xızır (ə.s.) anadan olduğu gün kimi qeyd edilir. Fəzail Vəliyev qeyd edir ki, Naxçıvan bölgəsində “Xıdır Nəbi” bayramı Kiçik çillənin ardıcıl olaraq üç cümə axşamında keçirilirdi. Bu bayramların birincisi “Şahlıq Xıdır Nəbisi”, ikincisi “Xanlıq Xıdır Nəbisi”, üçüncüsü isə “Rəiyyət Xıdır Nəbisi” adlanırdı. Xalqın inamına görə, “Xıdır Nəbi” bayramı Xızırın (ə.s.) və İlyasın (ə.s.) şərəfinə keçirilir. 

Ardını oxu...

Gəlin unutmayaq ki, insan təbiətlə bir bütövlük təşkil edir. Təbiət və onun bəxş etdiyi nemətlər olmazsa, canlılar üçün yaşamaq şansı da qalmaz. Buna görə də ətraf mühitin mühafizəsi hər zaman bəşəriyyətin ümdə vəzifələrindən biri olaraq qalır. Gələcək nəsillərin sağlamlığının qayğısına qalmaq naminə təbiəti qorumalı, onu məhv olmaqdan xilas etməliyik.

Ardını oxu...

Ölkəmizdə əməyin mühafizəsi, işçilər üçün sağlam və təhlükəsiz şəraitin yaradılması ilə bağlı ardıcıl işlər həyata keçirilir. Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsinin norma, qayda və prinsiplərinə uyğun olaraq istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə tikinti sahəsində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür, bu istiqamətdə yeni normativ aktlar qəbul edilir.
Muxtar respublikada da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində də müvafiq işlər aparılır. Genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Ardını oxu...

“TikTok” platforması son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib. Belə ki, tətbiqdə çoxsaylı boşluqlar aşkar edilib. “Cinayətkar” “qurban”ın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

Ardını oxu...

6-9 fevral tarixlərində Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbi” təşkil olunmuşdur. Proqrama uyğun olaraq gənclər əvvəlcə Ağbulaq İstirahət Mərkəzi ilə tanış olmuş, stolüstü idman oyunları oynamış, “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” intellektual oyunlarında öz bilik və bacarıqlarını sınamış, günün sonunda isə vətənpərvərlik mövzusunda filmlər və gənclər tərəfindən hazırlanmış kompozisiyalar nümayiş olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, dağlıq ərazilərdə 12-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq. 

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Həmin sərəncama əsasən əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 16,6 faiz artırılacaqdır.

Ardını oxu...

 

 

 

Azərbaycanda fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.

 

 

 

2019-cu ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil edib. Bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10,5 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb.

Xəbərlər şöbəsi

Culfa rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə sakinlərlə özünüməşğulluqla bağlı maarifləndirici görüş keçirilib.

Ardını oxu...

2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin tələbələri arasında “Xəmsə” intellektual oyunu keçirilib.

Ardını oxu...

Naxçıvan televiziyasının əməkdaşları Ordubad rayonunun Aşağı Əndəmic kənd sakini Rza Rəfiyevə məxsus limon təsərrüfatında olaraq maraqlı videomaterial hazırlayıblar.

Həmin videomaterialı təqdim edir:

     Sadiq Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.

Ardını oxu...

Qaynar turizm mövsümü deyiləndə ilk olaraq ağlımıza isti yay günləri gəlir. Bu səbəbdəndir ki, mənalı istirahət etmək istəyənlər, adətən, mövsümün isti vaxtlarını seçirlər. Ancaq istirahətə daha çox vaxt ayıran insanlarla söhbət zamanı məlum olur ki, qış aylarındakı istirahət digərlərinə nisbətən daha xoştəəssüratlı və yaddaqalan olur. Ümumdünya Turizm Təşkilatının statistikasına əsasən hər il dünya üzrə turistlərin, təxminən, 30-35 faizi istirahət mərkəzlərinə məhz qış aylarında üz tutur. Bu artıq muxtar respublikamızda da özünü göstərməkdədir. Bu gün Naxçıvanda yüksək turizm infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq qış turizminə maraq daha da artıb. Belə ki, son günlərdə Ağbulaq Xizək Mərkəzinə üz tutan insanların sosial şəbəkələrdə paylaşdıqları şəkillər marağımıza səbəb oldu. “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyib qərara aldıq ki, həm həftəsonu iş mühitindən uzaqlaşaq, həm də istirahət gününü yaxşı dəyərləndirək. Bunun üçün Şahbuz rayonuna – Ağbulaq Xizək Mərkəzinə yola düşürük.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR