22 Dekabr 2024, Bazar

Dövlət Baytarlıq Xidmətində “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açıb. Bildirilib ki, son illərdə baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası daha da genişlənib. Muxtar respublika üzrə heyvanların, quşların, arı ailələrinin sayının artması, həmçinin muxtar respublikanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini zərurətə çevirdiyindən 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müvafiq dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanıb.

Diqqətə çatdırılıb ki, dövlət pro­qramının əsas məqsədi kənd təsərrüfatı heyvanlarının bütün xəstəliklərinə qarşı lazımi baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi ilə yanaşı, heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi və daxili tələbatın yerli, ekoloji təmiz məhsullar hesabına təmin edilməsidir.
Xidmətin rəisi onu da bildirib ki, dövlət proqramında süni mayalanma işinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətli toxum bankının yaradılması, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, səyyar süni mayalanma xidmətinin göstərilməsinə diqqət daha da artırılacaq.
Sonda məruzə ətrafında çıxışlar olub.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR