22 Dekabr 2024, Bazar

Culfa rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə sakinlərlə özünüməşğulluqla bağlı maarifləndirici görüş keçirilib.

Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi, onlar arasında xəstəliklərə qarşı peyvənd­ləmə tədbirlərinin aparılması ilə bağlı müvafiq məlumatlar verilib. Həmçinin sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlər haqqında danışılıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR