22 Dekabr 2024, Bazar

Dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilib. Bu tədbirlərdə, ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub.
Tədbirdə iştirak edə bilməyən şəxslərə isə evlərində baş çəkilib, onlara sovqat verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

(Esse)

 

Payızın solğun, yağışlı-çiskinli günlərindən biridir. Bir ay, ay yarım öncə bütün varlıqlardan əvvəl oyanıb sübhün mürgüdöyən gözlərini ­qamaşdıran Günəş indi ta doğmağa tələsmir. Göy üzünün mavisini azaldan ağ buludlar, sanki Günəşin başına yastıq, üstünə yorğan olub “Yat, yazdan bəri təbiətin yuxusunu ərşə qaldırıb sübhün oyanışı, uzun-uzadı günlərin həmdəmi olmusan. Yorğunsan, göylər maviyə, yerlər yaşıla dinclik verdiyi kimi, qoy dan yeri də sənə dinclik versin”, – deyir. Və beləliklə də, hər səhər dan yeri ilə xeyli mücadilədən sonra onu yararaq doğan Günəş 6-8 saatlıq manevrindən dərhal sonra günbatana – mənzilinə çəkilir. Buna görə də günlər qısa, solğun və bir az da soyuqdur. İndi artıq günün rəngi Günəş deyil, payızın rəngləridir.

Ardını oxu...

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə, ümumilikdə, 13 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu, 2 nəfərə miniyerşumlayan, 1 nəfərə otbiçən aqreqat, 1 nəfərə tənəkəçi-rəngsaz alətləri, 1 nəfərə fotoaparat, 1 nəfərə isə pinəçi avadanlıqları alınaraq vətəndaşların istifadəsinə verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada az­təminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial-rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Ardını oxu...

Təbiətin “sarı gəlin”i payızın bərəkətli günlərini yaşayırıq. Budaqlardakı heyvanın, armudun, almanın ətri bağları bürüyüb. Hansı obaya, kəndə üz tutursan, orada hamı qış tədarükündədir. Kimi meyvələrdən dərir, kimisi cəviz, fındıq, badam ağaclarının barını toplayır, kimisi çilləyə qarpız seçir, kimisi isə yazdan bordağa bağlayıb xüsusi bəslədiyi mal-heyvanı kəsib ətini qış azuqəsi üçün qovurmağa hazırlaşır... 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına uyğun olaraq gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin (startapların) dəyərləndirilməsi, həmçinin muxtar respublikada könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin, sosial könüllülüyə gənclərin təşviqinin və sosial məsuliyyət hissinin artırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənc­lər Fondunun birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Ardını oxu...

 (esse)

Soyuq günlərə doğru yaxınlaşdıqca yaxında dərin qış yuxusuna dalacaq uca dağların sinəsindəki payız, sanki ondan küsərək daha güneyə üz tutmuş Günəşin acığına iki-üç deyil, dörd, beş, bəzən də altı rəngə boyanmaqla qızılı-sarıdan tutmuş bəyaza, yaşıldan maviyədək hər kəsin könlünü oxşayır. Dili olmasa da, Dərələyəzin sərin mehinin pıçıltısı və özünəxas çalarları ilə insanı baş-başa qoyan bu payız rənglərinin boz yamaclardakı ürkək kəkliklərin qaqqıltısıtək həzin bir nəğməsi də var.

Ardını oxu...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ardını oxu...

Ruzi-bərəkət dövrü olan payız dörd mövsüm içərisində bolluğun ən çox müşahidə edildiyi fəsildir. Heyva da bu fəslin ən dadlı, ən faydalı meyvələrindəndir. Bu meyvə muxtar respublikamızda da geniş yayılıb və demək olar ki, bütün bölgələrimizdə yetişdirilir.
Ötən günlərdə Şərur rayonunun Çərçiboğan kəndi ərazisində gördüyümüz bir mənzərə bizdə xoş təəssürat yaratdı. Öyrəndik ki, 2 hektar ərazidə 3 min heyva ağacı əkilən bağ Çəmənli kənd sakini Abdulla Adıgözəlova məxsusdur. Meyvə tədarük edilən bağda sahibkarla həmsöhbət olduq. Onun dedikləri:
– Heyva becərilməsi ilə illərdir, məşğul oluram. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu meyvə arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək bar verir. Torpaq və iqlim xüsusiyyətlərinə görə Naxçıvan heyvanın yaxşı inkişafı, bol məhsul verməsi üçün səciyyəvi bölgə sayılır. Bizim diyarın qışı nə qədər sərt olsa da, heyva möhkəm dözüm göstərir. Şaxtadan “qorxmur”. Ağac sıxlıq və kölgəli yerdə yaxşı məhsul vermir. Yaz və payız becərilməsi aparılmadıqda – gövdəətrafı bellənmədikdə və üzvi gübrə verilmədikdə, susuz saxlanıldıqda ağac tez qocalır, budaqlarında quruma gedir, meyvələri iri olmur. Bir-birindən məsafəcə 8-10 metr aralı əkilmiş heyva ağaclarına vaxtlı-vaxtında qulluq göstərdikdə daha məhsuldar, meyvələri isə böyük olur. Erkən yazda heyva ağacının quru budaqları mütləq kəsilməlidir. Münbit torpaqlarda 5-8 metrədək boy atan ağacın budaq araları havalanmalı, yarpaqların günəş şüası ilə təmasına şərait yaradılmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Könüllülər ahıllara göstərilən xidmətlərlə tanış olub, yaşayış sahələrində təmizlik və abadlıq işlərinin aparılmasında köməklik göstəriblər. Eyni zamanda tənha ahıllara mövsümi hazırlıqlara uyğun olaraq, zəruri məişət vəsaitləri də təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 
    
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, tənha ahılların sosial inteqrasiyasına nail olmaqdır. 

Xəbərlər şöbəsi

Oktyabr ayı ilin ən barlı-bərəkətli, həm də məsuliyyətli dövrlərindən biridir. Belə ki, bu dövrdə meyvə bağlarından alma, payız armudu, nar toplanılır. El adətinə görə, yığılan nübar (təzə yetişən məhsul. Buna bağbaşı da deyirlər) məhsuldan xonça tutular, nişanlı qızlara sovqat aparardılar. Sovqat qəbul edən yaşlı qohumlar isə “nübarlara çatasan”, – deyə minnətdarlıq edərdilər. ­Deyirlər ki, nübar məhsul yeyənin ürəyindən keçən dilək hasil olar.

Ardını oxu...

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, sen­tyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 yun şərf əsgərlərimizə hədiyyə edilir.

Ardını oxu...

Bu il fəaliyyətə başlayan “DOST Mərkəzi”ndə mayın 9-dan indiyədək 45 mindən çox vətəndaşa xidmət göstərilib. Onların 75 faizi sosial xidmətlər, 14 faizi məşğulluq, 5 faizi isə əlilliklə əlaqədar olub. Müraciət edənlərin 51 faizini qadınlar, 41 faizini kişilər təşkil edib. Müraciətlərin 70 faizini yaşı 50-69 arasında olanlar təşkil edib. Mərkəzdə gözləmə vaxtı 7, xidmət göstərilmə vaxtı orta hesabla 15 dəqiqə olub.

İl ərzində “Çağrı mərkəzi”nə 168 min zəng daxil olub və xidmətin bu növündən istifadə edənlər 88 faiz halda məmnun qalıblar.

Bu barədə oktyabrın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Virtual DOST” alt proqramının təqdimatı zamanı agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir.

Ardını oxu...

Oktyabrın 18-də Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq sığorta sahəsində görülmüş işlərdən danışıb.

Ardını oxu...

“Hagibis” tufanı nəticəsində Yaponiyadakı azərbaycanlılardan xəsarət alan yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkəmizin Tokioda yerləşən səfirliyindən məlumat verilib.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yoxsul­luqla mübarizəni əsas istiqamət elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Bu sahədə aparılan islahatlar cari il ərzində də davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz ­artırılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması tədbirləri mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada əməkhaqları, pensiya və müavinətlər hər ay vaxtında ödənilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Belə ki, fond tərəfindən muxtar respublika üzrə 2019-cu il oktyabr ayının pensiya ödənişi vaxtından əvvəl maliyyələşdirilib, əmək pensiyaçılarına pensiyalar plastik bankomat kartları və poçt bölmələri vasitəsilə artımla birlikdə ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.

Ardını oxu...

Buğda əsas ərzaq bitkisidir. Yer üzərindəki insanların 70 faizi bu məhsulla qidalanır. O, yüksək qidalılıq və dad keyfiyyətlərinə malikdir, orqanizm tərəfindən yaxşı mənimsənilir. 1 kiloqram buğda çörəyində 2000-2500 kalori enerji, quru çəkidə 16-17 faiz zülal vardır. Buğda ununun çörəyində bunlardan başqa B vitaminləri kompleksi (B1,B2 və sair) və PP vitamini, həmçinin insan orqanizmi üçün vacib olan mineral birləşmələr – kalsium, fosfor, dəmir və başqa elementlər də vardır.

Ardını oxu...

Yerdə həyatın yaranmasında Ayın böyük rolu olub.

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri hesab edirlər ki, Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında Ayın böyük rolu olub. TASS agentliyinə müsahibəsində NASA-nın astrobioloji təşəbbüsünün iştirakçısı, alimlərdən ibarət qrupun rəhbəri, kimyaçı Stiven Benner deyib: “Ulduzlararası məkanda böyük üzvi maddələr ehtiyatı Günəş sisteminin yaranmasında iştirak edib, lakin onların Yerdə ilk “həyat kərpiclərinin” formalaşmasında heç bir rolu olmayıb. Üzvi maddələr kosmosun hər yerində var. Məsələn, Qalaktikanın mərkəzinə baxsaq görərik ki, həyatın yaradıcısı sayılan formaldehid və sianidin olduğu bir neçə dumanlıq mövcuddur. Biz şübhə etmirik ki, Yerin də formalaşmasının ilk anında da bu maddələrin iştirakı olub. Amma onlar planetimizdə həyatın yaranmasında rolu olmayıb”.

Ardını oxu...

Payızın füsunkarlığı kimi bağ-bağçalarda, park-xiyabanlarda gəzməyə səsləmir ki? Yaşıldan neçə-neçə çalarlar yaratdığını görməyə çağırmır ki? Bu çağırışla sübh çağı – dan yerinin Günəşin növbəti doğuşunun ilkin şəfəqlərinin sehrində əridiyi vaxt Nursu kəndindəki böyük bağçamızda payızın rəssamlıq məharətinin seyrinə çıxıram. Sapsarı ağac, qəhvəyi ağac, qırmızı ağac və onların yarpaqlarının yaşıl çəməndə əsrarəngizliyinə tamaşa edib baharın sonunu gətirən payız haqqında daldığım düşüncələrdən məni ətrafdan, sanki yaxınlıqda hara isə bir maşın çınqıl boşaldırlarmış kimi gələn səs ayırır. Sübhün sükutunu pozan bu səs bitir, yenidən bir də eşidilir. Sanki bir musiqi parçasıtək zildən bəmə enir, kəsilir, bir qədər sonra yenidən təkrarlanır. Qulaq verirəm, anlayıram ki, bu səs çınqıl səsi deyil, bu qədər çınqıl hələ bir neçə il bundan əvvəl başdan-başa abadlaşdırılmış kənddə nəyə lazımdır ki? – deyə düşünürəm. Diqqət kəsilirəm, birdən xatırlayıram ki, axı indi cəviz çırpmaq vaxtıdır. Bu səs Naxçıvanımızın hər bir kəndində insanlara dədə-baba ərməğanı, zəhmətkeş ömürlərin yadigarı olan cəviz ağaclarının bar anının nəğməsidir. Bir qədər sonra saatlarla ətraf tamamilə bu nəğməyə bürünür. Sanki hamı sözləşibmiş kimi cəviz çırpır, ağaclardan yağış kimi tökülən zəhmət bəhrələri aşağı yuvarlandıqca çəməndə bir, daşda bir, dərədə başqa bir səs çıxarmaqla notlaşır, “zəhmətin nəğməsi” adlı bir musiqi əsəri yaradır. Könüloxşayan, dinlədikcə bitməməsi arzulanan heyrətamiz bir nəğmə.

Ardını oxu...

Bir neçə ildir ki, ənənəvi olaraq Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunur. Bu il oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən təşkil olunan növbəti ongünlük sərgi-satış da yaddaqalan olub. Bu günlər ərzində sərgini minlərlə sakin və qonaq ziyarət edib. 

Elə mən də yolumu sərgi-satışdan salarkən sarayın foyesində böyük izdihamla qarşılaşdım. Muxtar respublikamızda formalaşan nümunəvi kollektiv təşkilatçılıq ənənəsinin bu sərgidə də şahidi olduq. Sərginin keçirildiyi günlərdə fərdi şəkildə sərgi-satışda iştirak edənlərlə yanaşı, ayrı-ayrı idarə, təşkilat və müəssisələrin kollektivləri də saraya gələrək bu dəyərli sənət əsərləri ilə tanış olur, istedadlı şəxslərin sənət dünyasının sehrinə düşürdülər.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.
Dövlət proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq, dünən Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən maarifləndirici görüş keçirilib. Tədbirdə Şərur rayonunda yerləşən ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səviyyəsi ilə bağlı psixoloqlar tərəfindən hazırlanan fərdi proqramlar haqqında söhbətlər aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində “İQ uşaq” mobil oyunu hazırlayıblar.

Proqramın yaradıcılarından “QazNat” şirkətinin rəhbəri Almas Tapiyev bildirib ki, oyunda körpələrin maraq dairəsinə uyğun mövzulara müraciət edilib.

Ardını oxu...

Alimlər “Venera-Ekspress” zondundan göndərilən məlumatların son təhlili və Venera planetinin yeni kompüter modelləri əsasında belə qənaətə gəliblər ki, çox da uzaq olmayan keçmişdə burada böyük su ehtiyatları olub. Ola bilər ki, planetin erkən dövründə onun səthində okean və “Yer iqlimi” mövcud imiş.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu hipotezi Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Moskvada keçirilən Günəş sisteminin öyrənilməsi üzrə simpoziumda Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimi Mayke Bauer təqdim edib. Onun sözlərinə görə, zondun məlumatlarında hidrogen izotoplarının miqdarının ölçülməsi nəticəsində məlum olub ki, bu elementlərin hamısı Veneraya kometalar tərəfindən və ya vulkan püskürməsi ilə gətirilə bilməz. Ağır hidrogenin ən azı bir hissəsi planetin doğulması vaxtı meydana gəlib.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ildə təqdim etdiyi sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında cari ildə əmək pensiyalarının minimum məbləğinin artırılması istiqamətində iki mühüm qərar qəbul edilib. Birinci dəfə cari il martın 1-dən əmək pensiyalarının minimum məbləği orta hesabla 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklərdən sonra isə əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq ok­tyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edilib.

Ardını oxu...

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, oktyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərlər şöbəsi

 

 

 

Bəzi insanların orqanizmi havanın və ətraf mühitin dəyişilməsinə (yağış, qar, külək, maqnit qasırğaları, siklon, atmosfer təzyiqinin artması, günəşdə olan dəyişikliklər və s.) müxtəlif reaksiyalar verə bilər.

Bu reaksiyaların arasında: oynaqlarda, sümüklərdə, əzələlərdə ağrılar, baş və ürək ağrıları, yuxusuzluq, arterial təzyiqin artması və ya əksinə enməsi, yorğunluq, iştahasızlıq, miqren, xroniki xəstəliklərin kəskinləşməsi və s.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmətdən tərxis edilmiş gənc­lərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 17:00-a olan faktiki hava proqnozunu açıqlayıb.

Departamentdən verilən məlumatına görə, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 metr/saniyəyədək güclənib.

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.

AZƏRTAC

 

 

 

Təsvirlərini Qobustan qayaları üzərində gördüyümüz, bir vaxtlar ölkəmizdə nəsli kəsilən Qafqaz zubrları yenidən Azərbaycan təbiətinə qaytarılıb.

Qafqaz zubrları IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Almaniya, Fransa və Belçika zooparklarından ölkəmizə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. İlkin mərhələdə zubrlar burada volyerlərə (heyvanların saxlanması üçün meydança) yerləşdirilib. Bir müddət adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılıb.

Doqquzu dişi, üçü erkək olan 12 baş zubrun qidalanması üçün gün ərzində iki dəfə yem verilir. Bundan əlavə, zubrlar park ərazisində olan otlardan və ağac yarpaqlarından yem kimi istifadə edir. Zubrların boyunlarına yerləşdirilən xüsusi cihaz vasitəsilə onların yerini izləmək daha asan olur. Baxmayaraq ki, Milli Parkın ərazisində ayı, canavar və digər yırtıcı heyvanlar var, amma onlar zubrlar üçün real təhlükə sayılmır.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovun sözlərinə görə, bu ilin may ayında zubrlar gətiriləndən sonra park mindən çox turist qəbul edib. Turistlər zubrları görmək üçün xüsusi maraq göstərirlər.

Ardını oxu...

Ölkə ərazisində oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 23-26°, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Ardını oxu...

Budapeştdə kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 41-ci sessiyası keçirilir. Macarıstan hökumətinin dəstəyi ilə təşkil olunan bu tədbirin işində 33 ölkənin nümayəndələri iki gün ərzində bitki sağlamlığının qorunması və bu məsələdə milli, regional və qlobal səviyyələrdə tədbirlərin həyata keçirilməsini müzakirə edirlər. Azərbaycanı bu tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev təmsil edir. Sessiyanın gündəliyi 2020-ci ilədək bitki sağlamlığının qorunması üzrə Beynəlxalq İlə və iqlim dəyişiklikləri, internet ticarət də daxil olmaqla beynəlxalq ticarət və əhalinin köçü məsələlərinə həsr olunub.

Ardını oxu...

Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil edilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində yerləşən Ahıllar Evində görüş keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək vurğulayıblar ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Bu gün ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahılların sağlam həyat tərzi yaşaması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Ardını oxu...

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb. Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində yerləşən Ahıllar Evində görüş keçirilib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbovanın “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması” adlı əsərinə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.

Ardını oxu...

Babək rayonunun Kərimbəyli kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, aparılan təhlillərə görə Babək rayonunda 27 min 137 uşaq vardır. Onlardan 391-nin sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 1,44 faizini təşkil edir. Muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 21,1 faizi Babək rayonunun payına düşür. Rayonun Kərimbəyli kəndi üzrə 9 sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 7-si anadangəlmə, 2-si isə qazanılmadır.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək Babək rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sual­ları cavablandırılıb, onlara broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan şəxsləri iştirak ediblər.

Ardını oxu...

Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edəcək. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-nə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-na keçən gecə qeydə alınacaq. Külək güclənsə də, şiddətli olmayacaq.

Ardını oxu...

Dağlar qoynunda yerləşən Şurud kəndinin təsərrüfat adamlarının əsas məşğuliyyətlərindən biri də arıçılıqdır. Əlverişli coğrafi mövqe, mülayim iqlim, zəngin bitki aləmi burada arıçılığın inkişaf etdirilməsi üçün lazımi zəmin yaradır. Zəngin floraya malik Şurud kəndində, xüsusilə bu yurd yerinə yaxın olan, “Yarpaqlı yaylağı” və “Məhəmməd düzü” adlanan ərazilərdə çoxlu şirəli bitki növü olduğu üçün bu yerlərin balı öz keyfiyyətinə və müalicəvi əhəmiyyətinə görə diqqəti cəlb edir.

Ardını oxu...

Bu günlər yurdumuz yayın hələ də havanın sərinləşməsinə təslim olmayan şux qaməti, yaşıl rəngi ilə payızı qarşılayıb salamladı. Ağacların ağırlıqdan əyilib çəməni oxşayan budaqlarının çeşidli bol meyvəsi, bağrını yarıb zər axtaran insanlara torpağın yığmaqla bitməyən məhsul ərməğanı yenə də zaman-zaman zəhmətin yaratdığı torpağın əlifbasını yada salır, dərələrin, düzlərin, çöllərin əlifbasından söhbət açır…

Ardını oxu...

Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.

İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:

Ardını oxu...

 

 

 

Ölkə ərazisində sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ardını oxu...

Ölkə ərazisində sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ardını oxu...

Ta qədimdən qışa hazırlıqla  bağlı qayğıların bir hissəsi qadınlarımızın öhdəsində olub. Bu adət nənələrimizdən analarımıza, onlardan da qızlarımıza ötürülüb. Evdar qadınlar bilirdilər ki, yayda hər işi öz qaydasına qoyub əl damını, payızda isə taylarla çörək yapıb çörək yeşiklərini doldurmaq lazımdır. Ona görə ki, sərt, soyuq günlərdə uşağın, böyüyün ruzisi olsun. Həm də ki qapıya qəfil qonaq gələndə təlaşa düşüb: nə bişirəcəyəm? – deyə məəttəl qalmasınlar. Qışa tədarükün ən vacib tədbirlərindən biri də əriştə kəsməkdir. Bu iş kollektiv şəkildə görülür. Çünki əriştəni hazırlayıb hasilə gətirmək tək adamın işi deyil.

Ardını oxu...

Bir neçə dəqiqə əvvəl Azərbaycana payız fəsli qədəm qoyub.

Sentyabrın 23-də yerli vaxtla saat 11:50-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Nəqliyyat Xidmətinə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra işlər görülür, payız-qış mövsümünü uğurla başa vurmaq üçün hazırlıq tədbirləri həyata keçirilir. Xidmət tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 20-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb.

Ardını oxu...

Sentyabr ayında təsərrüfatda və məişətdə görüləcək işlər

 


Xalq arasında sentyabr, oktyabr, noyabr payız ayları sayılsa da, ­astronomik bölgüdə payız sentyabrın 23-də başlayır. Xalq təqvimində isə yay üç hissəyə bölünür. Bu bölgünün axırıncısına (20 avqust-20 sentyabr) “elqovan dövrü” deyirlər. Bəzən bu dövrə “bürkü sınan dövr” də deyirlər. 

Ardını oxu...

Avqust ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam etdirilərək Naxçıvan Qaz-Turbin, “Arpaçay-1”, “Arpa­çay-2” Elektrik stansiyalarında, Arpaçay Su Anbarı və Supaylayıcı Qurğular Kompleksində, Heydər Əliyev Su Anbarı və onun üzərindəki Su Elektrik Stansiyasında fövqəladə hallara hazırlığın vəziyyəti yoxlanılmışdır. Fövqəladə hallara hazırlıqla bağlı müxtəlif mövzularda təlimlər və əməli məşğələlər keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası avqust ayında da diqqətdə saxlanılmış, tədbirlər keçirilmiş, monitorinq və muzeylərə ekskursiyalar təşkil olunmuşdur.
Şahbuz rayonunun Aşağı Qışlaq kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici broşür paylanılmışdır. Aztəminatlı ailələrin sosial vəziyyətlərinin araşdırılaraq həll edilməsi məqsədilə Culfa rayonunun Əbrəqunus kəndində yaşayan aztəminatlı, II qrup sağlamlıq imkanları məhdud ailəyə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş və ehtiyaclarına uyğun köməklik göstərilmişdir. Həmçinin Şərur rayonu üzrə valideyn himayəsindən məhrum olmuş 5 uşağın sağlamlığı, təhsili, yaşayış şəraitləri ilə maraqlanılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR