Avqust ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam etdirilərək Naxçıvan Qaz-Turbin, “Arpaçay-1”, “Arpaçay-2” Elektrik stansiyalarında, Arpaçay Su Anbarı və Supaylayıcı Qurğular Kompleksində, Heydər Əliyev Su Anbarı və onun üzərindəki Su Elektrik Stansiyasında fövqəladə hallara hazırlığın vəziyyəti yoxlanılmışdır. Fövqəladə hallara hazırlıqla bağlı müxtəlif mövzularda təlimlər və əməli məşğələlər keçirilmişdir.
Qəza və hadisələrin baş verməməsi üçün 12 təhlükə pоtensiallı оbyektdə texniki təhlükəsizliyin vəziyyəti yоxlanılmış, 160 texnoloji nəqliyyat vasitəsinə 2019-cu il üçün texniki baxış olmuş, 13 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmişdir. Mülki müdafiə işinin təşkili ilə bağlı 10 mərkəzi icra hakimiyyəti orqanında mülki müdafiə sahəsində yoxlama aparılmış, 6 tədris qrupu üzrə heyətin fövqəladə hallara hazırlanması təşkil edilmiş, 53 ümumtəhsil məktəbində tədris-metodik toplantı, 14 obyektdə maarifləndirici tədbir, 20 təşkilatda qrup məşğələsi keçirilmişdir. 3 rayonda 28 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılmışdır.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 321 obyektdə yanğın-texniki müayinələr aparılmış, kənd yaşayış məntəqələrində 562 yaşayış evinə baxış keçirilmiş, standarta uyğun olmayan qaz xətlərinin istismarı dayandırılmış, 2500 nəfər yanğına qarşı təlimatlandırılmışdır. Tikinti obyektlərində təhlükəsizliyə nəzarət olunaraq 15 obyektdə betonun naturada möhkəmlik göstəricisi yoxlanılmış, 12 obyektin layihə sənədləri ekspertizadan keçirilmişdir. 66 tikinti obyektində yoxlama-nəzarət funksiyaları tətbiq edilmiş, 5 obyektdə dövlət nəzarətinin fərdi qaydada aparılması üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmışdır.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti