Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Könüllülər ahıllara göstərilən xidmətlərlə tanış olub, yaşayış sahələrində təmizlik və abadlıq işlərinin aparılmasında köməklik göstəriblər. Eyni zamanda tənha ahıllara mövsümi hazırlıqlara uyğun olaraq, zəruri məişət vəsaitləri də təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, tənha ahılların sosial inteqrasiyasına nail olmaqdır.
Xəbərlər şöbəsi