22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir.

Növbəti seminar oktyabrın 22-də istehsalat sahələrində fəaliyyət göstərən 12 müəssisənin əməyin mühafizəsi üzrə mütəxəssislərinin iştirakı ilə keçirilib.
Seminarda nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən iş sahələrində əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici söhbətlər aparılıb, mövzu ilə bağlı slaydlar nümayiş olunub. Bununla yanaşı, seminarda iştirak edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə zamanı zərərçəkənə ilkin tibbi yardım göstərilməsi qaydalarına dair məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda müəssisə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR