22 Dekabr 2024, Bazar

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb. Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində yerləşən Ahıllar Evində görüş keçirilib.

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev vurğulayıblar ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Bu gün ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahılların sağlam həyat tərzi yaşaması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar bayram tədbirlərinə dəvət olunur, onlarla görüşlər keçirilir.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu konsert proqramı ilə çıxış edib. Sonda ahıllara hədiyyələr təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

* * *

Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində 110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə görüş keçirilib.
Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak ediblər.
Tədbirdə bildirilib ki, muxtar respublikamızda uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Onlara müxtəlif sosial xidmətlər göstərilir, zəruri sosial problemləri yerində həll olunur.
Ceyran Qafarova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. Sonda muxtar respublikanın uzunömürlü sakininə hədiyyələr təqdim olunub.

* * *

Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə, Şahbuz rayonunda yerləşən Ahıllar Evi sakinlərinə müvafiq ixtisaslı həkim heyəti tərəfindən səyyar tibbi xidmət göstərilib, müvafiq tövsiyələr verilib. Bununla yanaşı, Naxçıvan şəhəri və Babək rayonunda yaşayan, nazirlik tərəfindən sosial xidmətə qəbul edilmiş tənha ahıllara da evlərində tibbi xidmət göstərilib.

* * *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə, əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən ahılların, həmçinin Ahıllar Evi sakinlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ziyarətləri təşkil olunub. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə, ahıllara muzeydə olan eksponatlar haqqında ətraflı məlumatlar verilib, daha sonra onlar üçün çay süfrəsi təşkil edilib.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlılığını təmin edib.  Hazırda muxtar respublikada  tənha ahıl vətəndaşa evlərində sosial-məişət xidmətləri göstərilir. Ahıllara göstərilən xidmətlərin əsasını onların tibbi-sosial reabilitasiyası təşkil edir. Bununla yanaşı əlamətdar günlərdə onlarla görüşlər keçirilir, muxtar respublikanın görməli yerlərinə gəzintiləri təşkil olunur. Bu tədbirlərin davamı olaraq,  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən tənha ahıllarla görüşlər keçirilib,  235 ahıl vətəndaşa sovqat təqdim edilib.

 Ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR