22 Dekabr 2024, Bazar

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması ­istiqamətində mühüm tədbirlər görülür.

Hazırda Naxçıvan Muxtar Respublikasında 97 min 41 ailə yaşayır. Bunlardan 461-i aztəminatlı, 1353-ü qaçqın və məcburi köçkün, 224-ü isə şəhid ailəsidir.
Ailələrin sağlamlıqlarının qorunması muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addım­lardan biridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası aprel ayında da davam etdirilib. Belə ki, ötən ay aztəminatlı ailədən olan 3 qadının peşə kurslarına cəlb olunması, 2 qadının isə işlə təmin edilməsi üçün məlumatları aid orqanlara göndərilmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında istedadlı qadınların əl işlərinin satışı həyata keçirilmişdir. Şahbuz şəhərində və Şərur rayonunun Aşağı Yaycı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri”, Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzularında gənclərin iştirakı ilə tədbir keçirilmiş, 575 maarif­ləndirici broşür paylanılmışdır.

Ardını oxu...

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bu məqsədlə ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə cari il aprelin 1-dən yaşa görə sosial müavinətin məbləği 73 manatdan 130 manata, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə bağlı baş verdikdə əlilliyə görə müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 82 manatdan 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 61 manatdan 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 52 manatdan 110 manatadək artırılıb. Sərəncamla­­, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər üçün sosial müavinət 101 manatdan 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 81 manatdan 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 73 manatdan 110 manata, Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə və ya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar I dərəcə əlilliyi olan şəxslər üçün 94 manatdan 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 81 manatdan 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 61 manatdan 110 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinət 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 68 manatdan 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) ödənilən sosial müavinətin məbləği 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına ödənilən sosial müavinətin məbləği 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınlara ödənilən sosial müavinətin məbləği 33 manatdan 55 manata, uşağın anadan olmasına görə ödənilən birdəfəlik sosial müavinətin məbləği 109 manatdan 200 manata, dəfn üçün ödənilən birdəfəlik sosial müavinətin məbləği isə 146 manatdan 300 manata yüksəldilib.

Ardını oxu...

Aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada növbəti əmək yarmarkaları keçirilib.
Əvvəldən nəzərdə tutulmuş qrafik əsasında keçirilən əmək yarmarkalarında işaxtaranlara 223 idarə, müəssisə və təşkilatdan 1861 boş iş yeri təqdim edilib. Təqdim olunmuş boş iş yerlərindən 586-sı fəhlə, 1211-i qulluqçu, 64-ü xidmət sahələrini əhatə edib.
Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. İşlə təmin olunanlardan 68 nəfərini gənclər, 11 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 48 nəfərini isə qadınlar təşkil edir.
Əmək yarmarkalarında, həmçinin sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 1 nəfərin kvota (norma) yerinə göndərilməsi təmin edilib.
2019-cu ilin aprel ayında təşkil edilən əmək yarmarkalarının yekun təhlilinə əsasən məşğulluq mərkəzləri tərəfindən Naxçıvan şəhərindən 45, Şərur rayonundan 43, Babək rayonundan 30, Ordubad rayonundan 27, Culfa rayonundan 32, Şahbuz rayonundan 15, Kəngərli rayonundan 36, Sədərək rayonundan isə 13 nəfər olmaqla, ümumilikdə, 241 nəfər müxtəlif xarakterli işlərlə təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” mövzusunda ilk təlim yekunlaşıb.
Naxçıvan şəhərində keçirilən ikigünlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəedilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya ­şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və layihə rəhbəri Sevinc Rüstəmova yekun tədbirdə təlimdə iştirak edən qadınları təbrik edib, 55 təlim iştirakçısına sertifikat və hədiyyələr təqdim olunub.

Ardını oxu...

Qədim tarixə, füsunkar təbiətə, müasir infrastruktura malik olan muxtar respublikamızda ­sabahımızın qurucuları olan fəal və qabaqcıl gənclərimiz dövlət qayğısı ilə əhatə edilib. Yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, istedad və qabiliyyətlərinin inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Gənclərə hərtərəfli şəraitin yaradılması, fəaliyyətlərinin qiymətləndirilməsi onlara ölkəmizin, eləcə də muxtar respublikanın tarixini, mədəni irsini və turizm potensialını təbliğ etmələri üçün stimul verir. Son günlərdə isə diyarımızın hər bir tərəfində gənclərdə xüsusi coşqunluq, sevinc dolu bir həyəcan, təlaş hiss olunur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində rəsm, əl işləri, foto, memarlıq,  musiqi, rəqs və teatr yaradıcılığı sahələri üzrə ilk dəfə keçiriləcək “Yaradıcı gənclər” festivalına hamı böyük həvəslə hazırlaşır. Biz də belə gənc­lərimizin bir neçəsi ilə həmsöhbət olduq.

Pərvin Allahverdiyeva Şərur rayonunun ­Yengicə kəndində yaşayır. O, xalçanın ilmələrini, naxışların mənasını həvəslə izah edir, gördüyü işdən zövq aldığını bildirərək deyir ki, bu sənətlə məşğul olmağa başlayanda başım ilmələrə elə qarışır ki, günün nə vaxt başa çatdığından xəbərim olmur. Bu iş artıq həyatımı mənalandıran sevimli bir sənətə çevrilib mənim üçün. Bu ilmələrin kölgəsində ömür adlı ağacın budağından yapışıb yaşayıram.
Müsahibim onu da xüsusilə vurğulayır ki, fiziki imkanları məhdud olan bəzi insanlar bir işin qulpundan yapışmağa, hansısa sənətlə məşğul olmağa həvəs göstərmirlər. Bəzən isə ailələri onları cəmiyyətdən təcrid edir, qapalı mühitdə böyüdürlər. Bu da belə gənclərdə həyata küskünlük yaradır. Amma mən heç vaxt belə düşünmürəm, hətta təhsildən də qalmamışam. 2008-ci ildə Naxçıvan Tibb Kollecinin Əczaçılıq işi ixtisasını və Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursunu bitirmişəm. Qədim xalçaçılıq sənətinin sirlərini öyrənmək üçün isə Bakı şəhərində kurs keçmişəm. Bu günədək 10-a yaxın kiçik xalça toxumuşam.
Festivalda öz əl işləri ilə iştirak edəcəyini bildirən Pərvin deyir ki, Naxçıvanda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, belə şəxslərə qayğı daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikamız bu sahədə də bir çox dünya ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Butün bunlar isə bizi sənətimizə daha möhkəm tellərlə bağlayır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə agentliyin Baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikamız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sahibkarlara məxsus daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunub.
Bildirilib ki, diyarımızda ötən bir il müddətində, 1 aprel 2019-cu il tarixə sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 1001, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 573 müqavilə bağlanılıb.
Baş direktor diqqətə çatdırıb ki, görülən işlərlə yanaşı, sığorta müqavilələri bağlamaqdan yayınma halları da vardır. Bunlara yol verilməməsi üçün hər iki dövlət qurumu bu işə diqqəti daha da artırmalı, sahibkarlar arasında izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, nazirliyin bölmə rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov, şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış ediblər.

 Əli CABBAROV

Ata-babalarımız tərəfindən xalq təqvimində aprel ayının bəzi günlərinə müəyyən adlar verilib. Bunlardan biri də lalə dövrüdür. Ayın son günlərinə təsadüf edən bu dövrdə çöl-çəmən qırmızı xalıya bürünür.

Ardını oxu...

Babam hər zaman deyirdi ki, uzun qışın sakitliyindən sonra yazda göy gurladısa, artıq çöl pencəri yemənin zamanıdır. Dünyagörmüş insanlar   yazın yağışlı günlərində çöl pencərlərinin boy atıb torpaqdan baş qaldırdığını deyirlər. Belə günlərin birində ətrafa ani işıq saçan şimşəyin səsi bu dədə-baba deyimlərini yadıma saldı. 

Ardını oxu...

Ölkə başçısı müharibə veteranlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il aprelin 23-də “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalamışdır.
Həmin sərəncama əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarına 1000 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medal­larla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə ­tutulmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamın icrası ilə əlaqədar fəaliyyət uğurla davam etdirilib. Ərazidəki təpəliklərdə 30 hektara yaxın sahədə ağac və kolların toxum və tingləri vasitəsilə əkin işləri aparılıb. Həmçinin orta dağlıq ərazidə yerli ting və toxumlardan istifadə edərək 7 hektar sahədə yaşıllıq zolağı salınıb. Bu il, ümumilikdə, 70 hektar sahədə ərazinin yerli bitkilərinin əkilməsi planlaşdırılıb.
Görülən çoxsaylı tədbirlər nəticəsində yaşıllıq əraziləri 1990-cı illə müqayisədə 1 faizdən 20 faizədək artmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

(Esse)

Bu günü lap çoxdan gözləyirdim. Kiçik çillə çıxıb, Boz ay girəndən, ardınca su, torpaq, yel çərşənbələri bir-birlərini əvəzləyib yerlərini oda verəndən, odun istisi ilə təbiətə bir hərarət hopandan, Novruzu – yeni günü, yeni həyatı qarşılayandan, ilk bahar yaşıl xalısını çəmənlərə, düzlərə sərəndən, yurdumuzda nazlı baharın ahəstə addımlarını, ətirli nəfəsini duyandan bir gün təbiətin bu gözəl çağı ilə üz-üzə dayanıb “söhbətləşmək” istəyirdim. Lakin bir qədər gözləyirdim ki, yaz çiçəkləri açsın, ağaclar yaşıl donunu geyinsin, bahar öz gözəlliyindən ətrafa yetərincə pay versin.

Ardını oxu...

22 aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə Ağbulaq İstirahət Mərkəzinə gedən yolda və Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində təmizlik aksiyası keçirilib.
Gənclər ətraf ərazinin tullantılardan təmizlənməsində fəallıq göstərib, Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış quş yuvalarını ağaclara bərkidiblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənc­lər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 100 gənc iştirak edib. Sonda Ağbulaq İstirahət Mərkəzində gənclər üçün çay süfrəsi təşkil olunub.
Beynəlxalq Yer Kürəsi Gününə həsr olunan təmizlik aksiyası muxtar respublikanın rayonlarında da keçirilib. Belə ki, Şərur, Ordubad, Şahbuz və Sədərək rayonlarında gənclərin iştirakı ilə “Gənclər bağı”nda, Culfa rayonunda Gülüstan türbəsi ətrafında, Babək rayonunda Heydər Parkında, Kəngərli rayonundakı Qarabağlar türbəsi ətrafında da bu cür tədbirlər təşkil olunub. Ətraf ərazilərdə təmizlik işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma və budama işləri görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Sosial Könüllülük Akademiyası”nın təqdimatı və “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Dövlət Universitetinin Fəlsəfə və sosial iş ixtisası kafedrasının müdiri Abbas Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənc­lərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunmasından ibarətdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamında və aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı işinə nəzarətin artı­rılması, sosial layihələrin həyata keçirilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib. Bununla əlaqədar “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrə layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim edilməsi sahəsində istiqamətlərin verilməsi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasının III kurs və Geologiya mühəndisliyi ixtisasının I kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin mütəxəssisləri tərəfindən aparılan mühəndis-hidrogeoloji tədqiqat işlərində iştirak ediblər.
Naxçıvan şəhərində tikinti işi aparılacaq ərazidə müəyyən edilən dərinlikdə süxurların müşahidə edilməsi və laborator tədqiqi məqsədilə 15 metr dərinlikdə tədqiqat quyuları qazılıb. Həmin dərinlikdə süxurlardan götürülən nümunələrin fiziki-mexaniki xüsusiyyətləri öyrənilərək coğrafi ərazi haqqında ekoloji rəy hazırlanacaq. Tələbələr aparılan işlərlə praktik tanış olub və nəzəri məlumat alıblar. Onlarla startapla bağlı maarifləndirici dialoq da aparılıb.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Dünən “Naxçıvan” Universitetində sığorta fəaliyyəti və onun əhəmiyyəti barədə tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev ictimai həyatın əksər sahələrində, o cümlədən iqtisadiyyatın inkişafında sığortanın rolundan, bu sahədə həyata keçirilən maarifləndirmənin əhəmiyyətindən danışıb.
Sığorta münasibətlərinin tarixi təkamülü və sığorta işinin nəzəri-iqtisadi əsasları haqqında çıxış edən universitetin İqtisadiyyat kafedrasının dosenti Əli Cabbarov cəmiyyət həyatının müxtəlif sahələrində insanlara rast gəlinən riskli halların yaratdığı maddi zərərlərin əvəzinin ödənilməsində sığortanın əhəmiyyətini qeyd edib. Tətbiq olunan sığorta növlərinin insanların sosial müdafiəsindəki rolunu vurğulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov sığortanı cəmiyyətin ümumi inkişafının nəticəsi kimi dəyərləndirib. O, muxtar respublikamızda sığorta işinin daha da inkişaf etdirilərək onun kütləviliyinin təmin olunmasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, bu vacib sahənin inkişafı, vətəndaşların sığortaya olan marağının artırılması istiqamətində həyata keçirilən dövlət qayğısı öz bəhrəsini verib. Artıq Naxçıvan Muxtar Respublikasında 25-dən artıq sığorta növü üzrə vətəndaşlara xidmətlər göstərilir.

Ardını oxu...

Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkəmizdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, son illər muxtar respublikada da yaşıllıqların həcmi dəfələrlə artıb, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilib. Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilib, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılıb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib.
Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2019-cu ilin birinci rübündə nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmişdir.
Belə ki, pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülmüş, bu məqsədlə tələb olunan 35 milyon 248 min manat vəsait pensiyaçıların kart hesablarına köçürülmüşdür. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmiş, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 746 min manat vəsait köçürülmüşdür.
2019-cu ilin birinci rübündə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 18 milyon 216 min 900 manat vəsait daxil olmuş, pensiya hüququ yaranmış 405 vətəndaş üçün əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan pensiyaçılardan 253-ü yaşa, 41-i əlilliyə, 111-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Ötən dövrdə 63 pensiyaçının müraciəti nəzərə alınaraq pensiyaları kəndlərdəki poçt bölmələrində ödənilmişdir. Əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işi də diqqətdə saxlanmış, 322 nəfərə fərdi hesab açılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov vurğulayıb ki, muxtar respublikamızda əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.
Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 8 təşkilatdan 86 boş iş yerinin çıxarıldığı tədbirdə 13 nəfərə işə göndəriş verilib.
Sakinlər qeyd ediblər ki, əmək yarmarkalarının keçirilməsi işaxtaran insanlar üçün böyük imkanlar yaradır. Onlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Xalq təqvimində aprel ayı iqlim dəyişikliyinə görə ən təzadlı ay hesab olunur. Müxtəlif illərdə fərqli olsa da, demək olar ki, bu ayda hər gün təbiətdə dəyişiklik baş verir. Kənd yerində yaşayan hər kəs yaxşı bilir ki, aprel ayında bir neçə saat yağan yaz yağışından sonra təbiətdə dərhal dəyişiklik əmələ gəlir. Bu göstərir ki, aprel ayında xalq təqvimini nəinki günlərə, hətta saatlara bölmək olar.

Yağıntıdan söz düşmüşkən, qeyd edək ki, aprel ayında yağan yağışa “neysan” (abu-neysan) deyirlər. Bəzi tədqiqatçılar leysanla neysanı eyniləşdirirlər. Hər kəs bilir ki, leysan fasiləsiz və gur yağan yağışlara deyilir. Böyük dağıntılara səbəb olan bu yağış arzuolunmazdır. Neysan isə aprel ayında yağan, bitkilərin, əkin sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən yağışdır. Etnoqrafik yaddaşımıza, ata-babalarımızın dünyagörüşünə əsaslanaraq demək olar ki, aprel ayının 15-dək olan dövr xalq təqvimində “abu-neysan” adlandırılıb.
XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Qasım bəy Zakir “Oldu” şeirində belə yazırdı:

Əmr olundu, abi-niysan!
Cansızlara bəxş etdi can.
Yenə təzələndi dövran,
Nə gözəl ruzigar oldu!

Ardını oxu...

Elə ki yaz gəldi, yağışlar yağmağa başladı, qədim yurdun bərəkətli torpaqlarında bitən şəfalı, min bir dərdin dərmanı olan bitkilər yerli sakinlərin ruzi, qazanc mənbəyinə, sağlam qida kimi isə süfrələrimizin bəzəyinə, ağız ləzzətimizə çevrilir. Bazarların piştaxtalarında cürbəcür çöl pencərləri, göbələk növləri görmək olur. Yurdumuzun saymaqla bitməyən bu nemətləri içərisində biri də var ki, dadı və şəfalı xüsusiyyəti ilə dünyada məşhurdur. Tərkibi sink elementi, əvəzolunmaz amin turşuları və zülalla, vitaminlərlə zəngin olan, “tryufel” adlanan bu bitki çox az ölkələrdə yetişir ki, bu ölkələrin arasında Azərbaycan da var. Müqəddəs Peyğəmbərimiz Məhəmməd əleyhissalam buyurmuşdur ki, bu bitki Musa Peyğəmbərə Cənnətdən hədiyyə kimi göndərilmiş qüdrət halvası növündəndir.

Ardını oxu...

Muxtar respublikada ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin saxlanılması, insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün cari ilin birinci rübündə ekoloji tədbirlər davam ­etdirilmişdir. Fauna ehtiyatlarının qorunması, qanunsuz ov edilməsinin qarşısının alınması məqsədilə 29 reyd-yoxlama keçirilmiş, 45-dən çox yaşayış məntəqəsində, təbiət ərazilərində monitorinqlər aparılmışdır. Qış fəslində, xüsusilə qar örtüyünün çox olduğu yerlərdə, qoruq, milli park, yasaqlıq ərazilərində və faunanın kompleks məskunlaşdığı digər ərazilərdə biotexniki tədbirlər həyata keçirilmiş, ərazilərə 2500 kiloqram daşduz, 1200 kiloqramdan çox buğda, arpa və meyvə-tərəvəz məhsulları səpilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin ildən­-ilə genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı da artırmışdır. Ona görə də muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ən müasir maddi-texniki bazaya malik peşə məktəbləri inşa edilərək istifadəyə verilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Peşə təhsili hər bir ölkə üçün ali təhsil qədər əhəmiyyətlidir. Çünki iqtisadiyyatın bütün sahələrində ali təhsilli mütəxəssislərlə yanaşı, peşə ixtisası olan kadrlara da böyük tələbat vardır”.
Ötən dövrdə bu sahədə həyata keçirilən tədbirlər işaxtaran şəxslərin və gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2009-cu il aprelin 7-də fəaliyyətə başlamış Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin təhsili üçün lazımi şərait yaradılmışdır. Mərkəzdə kabinələr, emalatxanalar, istirahət və elektron lövhəli otaqlar fəaliyyət göstərir.

Ardını oxu...

Bütün dünyada kibercinayətkar­lığın artması dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbir­lərinin genişləndirilməsini aktual edir.
Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə, adətən, maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir.
Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi, demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komisyon ödənilməsi, qəbzin işlənməsi və sair) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırılacağına söz verilir.
Fişinq hücumu, əsasən, messenger və sosial şəbəkələrdə, xüsusilə də “WhatsApp”da çox geniş yayılmışdır. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirlər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzusunda tədbir keçirilib.
Gənclərin iştirakı ilə dəyirmi masa arxasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Sağlam düşüncə, sağlam həyat tərzi sağlam ailənin təməlidir” mövzusunda çıxış edib. Bildirilib ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc nəslin sağlamlığının qorunması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Eyni zamanda ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, sağlam ailənin davamlı­lığının təmin edilməsi məqsədilə bir sıra mühüm dövlət proqramları qəbul olunub.
Qeyd edilib ki, gənclər millətin sağlamlığı və milli genofondun mühafizəçisidirlər. Ona görə də sağlam mənəviyyat və sağlam həyat tərzi seçmək gənclərin başlıca vəzifələrindən olmalıdır.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Sədərək rayonundan olan sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib. Bu məqsədlə onun yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud Nurgül Quliyeva zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Bununla da muxtar respublikada distant tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların sayı 24-ə çatıb.
Nürgül Quliyevanın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Nürgül Quliyevanın ölkə xaricində tibbi müayinəsi təşkil olunub. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində də mütəmadi olaraq fizioterapiya müalicəsi davam etdirilir. Bununla yanaşı, sözügedən ailənin az­təminatlı olması nəzərə alınaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq üzrə dövlət proqramına da cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmışdır.
Aztəminatlı ailədən olan 9 qadının peşə kurslarına cəlb olunması, məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 15 qadının isə işlə təmin olunması üçün məlumatlar aid orqanlara göndərilmişdir. “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 20 qadının 133 işi satılmışdır. Muxtar respublikanın 4 kənd mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir. Cari ilin birinci rübündə aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həlli diqqətdə saxlanılmış, 3 ailəyə müvafiq köməklik göstərilmişdir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilmiş, 47 istedadlı qadının 230 rəsm və əl işi, 63 müəllifin 122 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 23 qadının 78 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgiyə baxış olmuş, tədbirdə müvafiq mövzuda çıxışlar edilmiş, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 39 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara gül və digər hədiyyələr verilmişdir.

Ardını oxu...

Muxtar respublikada poçt sahəsinin maddi-texniki bazası möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir.
Son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksək­sürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə yüksəksəviyyəli xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə gəlmədən pensiyalarını rahat şəkildə əldə etmələri üçün də müvafiq tədbirlər görülüb. Nəticədə, pensiyaçılar vaxta və vəsaitə qənaət edərək öz pensiyalarını muxtar respublikanın istənilən poçt şöbə və bölmələrindən asanlıqla ala bilirlər. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatın hazırlanması fevral ayının 1-dən əhalinin istifadəsindədir. Pensiyasını poçt məntəqəsindən almaq istəyən vətəndaşlar müvafiq ərizə formasını doldurub, poçt məntəqəsinə təqdim etməklə növbəti aydan pensiyalarını buradan ala bilərlər.

Ardını oxu...

Naxçıvan torpağına ecazkar gözəllik verən amillərdən biri onun fauna və florasının misilsiz zənginliyidir. Bu torpağa ilk dəfə qədəm qoyan insanları, birinci növbədə, min bir dərdin dərmanı olan bitki aləmi valeh edir.
“Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2016-cı il 1 iyul tarixli Qərarla bu qaydaları təsdiq edib. Qərarın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, yəni muxtar respublikamızda yaşıllıq sahələrinin qorunması və həmçinin artırılması işləri mütəşəkkilliklə davam etdirilir.
Təsnifatına görə, əsasən, boz torpaq tipinə malik olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın bölgələri içərisində illik yağıntı ən az düşən ərazidir. Eyni zamanda Arazın küləyi bəzi ərazilərdə bitkilərdə suyun buxarlandırmasını gücləndirərək suvarmanın intensivliyini azaldır. Bu mənada, bəlkə də, çöl iqlim şəraitində Naxçıvan Muxtar Respublikasında yaşıl çəmən salınmasına bu qədər diqqət yetirməyin vacibliyinə şübhə ilə baxanlar da yox deyil. Amma etiraf edək ki, yaşıl fon olmazsa, bəzək istiqamətli bağ-bağça salınmasında istənilən effekti almaq mümkün deyil. Heç də təsadüfi deyil ki, bu gün muxtar respublikamıza ilk dəfə qədəm qoyan insanlar onu yaşıllıqlar diyarı adlandıraraq möcüzəli təbiətinə valeh olurlar. Yolboyu qazon sahələri öz yaşıllıqları ilə insan ruhuna xəfif sərinlik gətirir. Bu yaşıllıq sahələrini salarkən müəyyən tədbirlərə əməl olunması çox vacibdir.

Ardını oxu...

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə cari ilin mart ayından etibarən ölkəmizdə əmək pensiyasının minimum məbləği artırılaraq 116,27 manatdan 160 manata çatdırılıb. Birbaşa olaraq insanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu artım muxtar respublikamızda yaşayan əmək pensiyaçılarını da sevindirib. Artıq öz pensiyalarını əlavə olunmuş bu artımla almış vətəndaşlar dövlətimizin onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmiş belə qərarlarından məmnunluğunu bildirir, minnətdarlıq edirlər.

Bəs xeyli sayda pensiyaçını sevindirən bu artımdan muxtar respublikamızın sakinlərinə necə pay düşüb? Bu məsələ ilə bağlı maraqlandığımız suallarla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun Aparatının Pensiya şöbəsinin müdiri Hikmət İsmayılovla söhbət zamanı o bildirdi ki, pensiya məbləğlərinin növbəti artımı ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, əslində, əhalinin bütün təbəqələrinin rifahının təmin olunmasına yönəldilmiş dövlət siyasətinin bir hissəsidir. Əmək pensiyaçılarının da davamlı olaraq sosial müdafiəsinin gücləndirilməsi bu baxımdan atılan növbəti addımlardan biridir. Pensiya məbləğlərinin bazar qiymətlərinə, yüksələn həyat standartlarına uyğun olaraq indeksləşdirilməsi həmişə olduğu kimi, bu dəfə də əhalinin sosial rifah halının yüksəlməsinə, aztəminatlı ailələrin böyük sevincinə səbəb olub. İnsanların həyat səviyyəsinin daim yüksəlmə meylini və dünya bazarındakı dalğalanmaların ölkə iqtisadiyyatına təsirini nəzərə alan dövlət başçısı həmişə sadə vətəndaşların yaşayış standartlarının artırılması qayğısına qalır. Bu da müəyyən kateqoriyadan olan insanların daha yaxşı yaşamasına birbaşa təsir edir.

Ardını oxu...

Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir, insan amilinə yüksək qayğı kimi dəyərləndirilir. Naxçıvanda da insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial reabilitasiyası diqqət mərkəzində saxlanılır. 

Təkcə son 4 ay ərzində müvafiq kateqoriyalı 8 ailəyə mənzillərin, 1 nəfərə isə minik avtomobilinin təqdim edilməsi muxtar respublikada bu qəbildən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu təsdiq edir. Onlardan 4-ü ötən ay evlə təmin olunub.
Martın 15-də 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillərin verilməsi, milli bayramımız olan Novruzu öz yeni mənzillərində qeyd etmələri bu ailələrə ikiqat bayram sevinci yaşatdı. Biz də yeni mənzillərində ailələrlə həmsöhbət olduq.

Ardını oxu...

Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar yaradıb. Bununla əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 21 aztəminatlı ailə müəyyənləşdirilərək özünüməşğulluq üzrə dövlət prroqramına cəlb edilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Ardını oxu...

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Ahıllara göstərilən xidmətlərin əsasını onların tibbi-sosial reabilitasiyası təşkil edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada əmək qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir. Həyata keçirilən bu tədbirlərin davamı olaraq mart ayının 30-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Gənclər Fondunun üzvlərinin iştirakı ilə sosial xidmət göstərilən tənha ahılların evlərinə ziyarətlər təşkil olunub. Gənclər ahıllara göstərilən sosial xidmətlərlə tanış olub, yaşayış sahələrində təmizlik və abadlıq işlərinin aparılmasında, onlar üçün zəruri ərzaq və məişət mallarının alınmasında köməklik göstəriblər. Eyni zamanda tənha ahıllara sovqatlar da təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənc­lərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, tənha ahıllarda yarana biləcək diskriminasiya (ayrı-seçkilik) hallarının qarşısının alınması, habelə onların sosial inteqrasiyasına nail olunmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Təbiətin keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən gözəl təbiət dərsidir. Elə bu prinsipi əsas tutaraq Naxçıvan şəhəri ətrafındakı “Gənclər bağı”nda 50-yə yaxın könüllü gəncin iştirakı ilə iməcilik keçirilib. İməcilik zamanı meşəbərpa işləri aparılıb, ağaclar budanıb, suvarılıb və ətrafları təmizlənib.
Sonda gənclərə çay süfrəsi təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Bir qrup gəncin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə birgə “Diqqət, piyada!” devizi altında növbəti aksiya keçirib.

Ardını oxu...

Bu gün muxtar respublikada sığorta işinin təşkili yüksək səviyyədə təmin edilib. Qeyd edək ki, sığortanın icbari və könüllü növləri vardır. Daha çox yayılmış olan könüllü sığortalar tərəflərin qarşılıqlı razılaşma yolu ilə qaydalar əsasında aparılır və baş vermiş gözlənilməz bədbəxt hadisələrin insanların cansağlığına və əmlakına vurduğu maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Belə ki, ən geniş yayılmış olan fərdi qəza sığortası zamanı günün 24 saatı ərzində Azərbaycan Respublikası ərazisində istənilən gözlənilməz hadisə nəticəsində sığorta­olunanın həyatına və sağlamlığına hər hansı zərərin dəyməsi, vətəndaşın ümumi əmək qabiliyyətinin müvəqqəti və yaxud daimi itirilməsi, ölüm hadisələrinə sığorta təminatı verilir. Bu zaman bir il müddətinə bağlanılmış müqaviləyə əsasən zərər­çəkmiş şəxs, yaxud onun varisi dəymiş zərər müqabilində maddi yardım alır.
Digər bir könüllü sığorta olan avtonəqliyyat vasitələrinin tam sığortası, yaxud kasko sığorta Azərbaycan Respublikasının vətəndaşları, respublikada daimi yaşayan xarici ölkələrin vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslərlə bağlanır. Bu sığorta növü sığorta hadisələri nəticəsində nəqliyyat vasitələrinin zədələnməsi, məhv olması, yaxud itirilməsi hallarında aparılır. Burada sığorta hadisələri nəqliyyat vasitəsinin hansı bir hadisə, təbii fəlakətlər, yanğın, partlayış, yol-nəqliyyat hadisələri nəticəsində onların zədələnməsi, yaxud məhv olması hesab edilir.

Ardını oxu...

Xalq təqvimi ilə bağlı aparılan tədqiqatlardan bəlli olur ki, bir sıra dünya xalqları qədim zamanlardan baharın gəlişini bayram edib, bu mərasimdə od, tonqal yandırma adətlərindən də geniş istifadə olunub. Ata-babalarımız baharın gəlişini, gecə və gündüzün  bərabərləşməsini təsərrüfat işlərinin başlanması kimi qeyd ediblər.

Azərbaycanda çox təntənəli keçirilən axır çərşənbədə (ilaxırda) od qalamaqla yanaşı, uşaqlar tərəfindən lopalar hazır­lanar, onlar bəhsə girərək yandırılmış lopanı kimin daha yüksəyə atacağını sınaşardılar. Yaz-tarla işləri “Novruz topu”nun atılması ilə başlayardı. Qeyd edək ki, martın 21-də yazın girməsinə baxmayaraq, havalar şıltaqlıq edir, bəzən qar yağır, bir neçə gün soyuq olur. Bu zaman istər heyvandarlıqda, istərsə də əkinçilikdə çətinliklər yaranır. Baharın ilk ayı “qara yaz” adlanır. Bu dövrdə qış azuqəsi tükənir. Çöldə heyvanın otlaması üçün ot-ələf olmur. Xalq tərəfindən Qara yazın özü də bir neçə yerə bölünüb və onlara müxtəlif adlar verilib. Bəzi yerlərdə martın 6-dan aprelin 6-na kimi olan dövrə “murdar üşüyən ay” da deyirlər.

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində şəhərdaxili nəqliyyatda sərnişindaşıma xidməti göstərən sürücülərin, dispetçerlərin və xətt nəzarətçilərinin iştirakı ilə payız-qış mövsümünün yekunu və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.
Tədbiri Dövlət Nəqliyyat Xidməti rəisinin müavini Anar Babayev açaraq muxtar respublikamızda avtonəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.
Qeyd olunub ki, muxtar respublikanın ucqar dağ kəndlərinə rahat asfalt yolların salınması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avto­vağzal komplekslərinin inşa olunması avto­nəqliyyat xidməti sahəsinin yaxşılaşdırılmasına öz töhfəsini verib. Ötən müddət ərzində daxili sərnişindaşıma ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafı da diqqətdə saxlanılıb.
Tədbirdə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəisi İlkin Məmmədov çıxış edərək ötən illərdə olduğu kimi, cari ildə də sərnişinlərə daha yüksək səviyyədə nəqliyyat xidməti göstərilməsi məqsədilə şəhərdaxili marşrut avtobuslarının və mikroavtobusların fəaliyyəti üçün müəssisədə yaradılan şərait barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov çıxışında piyada keçidlərindən düzgün istifadə edilməsi, bu zaman piyadaların məsuliyyəti, sürücülərin üzərinə düşən vəzifələr və digər məsələlər barədə danışıb.

 Nail ƏSGƏROV

Şərur Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ictimaiyyət nümayəndələrinin, polis veteranlarının və ictimai şura üzvlərinin iştirak etdikləri növbəti tədbir Oğlanqala kəndində keçirilib.
Tədbiri giriş sözü ilə Oğlanqala inzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev açıb.
Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov çıxış edərək bildirib ki, bölgədə əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Dövlətin hərtərəfli qayğısı sayəsində məhsul istehsalı ilbəil artır, bu da əhalinin güzəranının gündən-günə yaxşılaşmasına səbəb olur.
Nəriman İbrahimov qeyd edib ki, əkinçiliklə məşğul olanlara göstərilən dövlət dəstəyi bu sahəyə marağı daha da artırıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində böyük biznesə aparan kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının genişlənməsi aqrar sahədə əldə olunan uğurların ildən-ilə artmasına stimul yaradır.

Ardını oxu...

Muxtar Respublikada ekoloji tarazlığın qorunması və əlverişli ekoloji mühitin yaradılması sahəsində görülən işlərin əhatə dairəsi genişlənir. Bu sahədə görülən işlər fevral ayında da davam etdirilmiş, 12 yoxlama-reyd aparılmışdır. Culfa,  Babək və  Ordubad  rayonları ərazisində ekoloji – hüquqimaarifləndirici tədbirlər keçirilmişdir. Həmçinin ötən dövrdə su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması kimi fəaliyyət sahələrində qiymətləndirmə işləri görülmüşdür. 

Ardını oxu...

 “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 26-da Kəngərli rayonunun Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksində olublar.

    Burada şagirdlərə komplek haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiqləyir. Kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

Ardını oxu...

Martın 25-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda olublar.

Məktəblilər əvvəlcə “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətinə səfər ediblər. Bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib.

Ardını oxu...

Martın 24-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakşıları muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.

Şagirdlər əvvəlcə Ordubad şəhərində yerləşən 3 nömrəli tam orta məktəbə gəliblər. Burada bildirilib ki, məktəbin yeni binası 2015-ci il martın 29-da istifadəyə verilib. 774 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Məktəbin kitabxanasında 14 minədək kitab mövcuddur.

 Qeyd olunub ki, məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, bu məqsədlə tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına yönəldilib, pensiyaçıların şəxsi hesablarına 11 milyon 926 min manat köçürülüb. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər də vaxtında ödənilib, məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 275 min manat vəsait köçürülüb.
Fevral ayında pensiya hüququ yaranmış 166 vətəndaşa əmək pensiyası təyin olunub, onlardan 103-ü yaşa, 16-sı əlilliyə, 47-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Ardını oxu...

Martın 15-18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakı şəhərindən olan məktəblilər Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, mədəniyyət, təhsil və səhiyyə müəssisələri ilə tanış olublar.
Martın 18-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində bakılı məktəblilərlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tur-aksiya iştirakçılarına Gənclər Mərkəzinin fəaliyyəti, burada təşkil olunan tədbirlər barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığını bildirib, muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan bəhs edib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyaları böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
Çıxış edənlər tur-aksiya iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Ardını oxu...

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara martın 15-də Naxçıvan şəhərində də start verilib.
Keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, növbəti günlərdə Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.

* * *

Martın 15-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Xətai və Səbail rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.

 Nail ƏSGƏROV

Ordubad rayonunun Baş Dizə Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
“Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ailənin xalqımızın milli mentalitetində mühüm yer tutmasından, qadınların gələcək nəslin fiziki-mənəvi tərbiyəsindəki rolundan danışıb.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə, Ordubad rayonu üzrə 17 min 895 uşaq vardır ki, onlardan da 157-nin sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 0,8 faizini təşkil edir. Muxtar respublika üzrə 1950 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 8,05 faizi Ordubad rayonunun payına düşür.

Ardını oxu...

Muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlər əhalinin rahat hərəkətinin təmin olunmasının, eləcə də şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin daha keyfiyyətli şəkildə təkmilləşdirilməsinin bir nümunəsidir. Bu gün sərnişindaşıma xidmətinin yüksək səviyyədə təmin olunmasını şərtləndirən amillərdən biri də avtomobil yollarının müasir tələblər səviyyəsində qurulması, yeni avtovağzalların tikilməsi, eləcə də nəqliyyat vasitələrinin yenilənməsidir. Bu sahədə görülmüş işlər hazırda muxtar respublikada sərnişin daşınmasının ən yüksək səviyyədə təşkilinə imkan verir.
Ötən dövrdə bu sahədə görülmüş işlər 2018-ci ildə də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən aldığımız məlumata görə, 2018-ci ilin iyul ayında idarəyə 5 “King Long” markalı, ümumilikdə, 42 yerlik iritutumlu avtobus alınıb. Qeyd olunan tarixdən etibarən sərnişindaşımaya cəlb edilib. Öyrəndik ki, beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb. Təkcə cari ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınıb.

Ardını oxu...

Martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə gənclərin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunacaq.
“Novruz qatarı” adlanan ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil olunacaq, müxtəlif yarışlar keçiriləcək, musiqi nömrələri səsləndiriləcəkdir. Novruz qatarı ekskursiyasında 3 müasirtipli sərnişin vaqonu hazırlanaraq Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılacaq. Vaqonlarda sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə kupelərdə çay süfrəsi təşkil edilərək, müxtəlif bayram şirniyyatları veriləcək və əlavə olaraq vaqonların kupeləri Novruz bayramına məxsus atributlarla bəzədiləcək.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR