22 Dekabr 2024, Bazar

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hər bir işçinin sağlamlığına verilən dəyərlə ifadə olunur. Belə ki, hər kəsin öz sağlamlığına verdiyi dəyər qədər dövlətimiz üçün də hər bir Azərbaycan vətəndaşının həyat və sağlamlığının qorunması ən mühüm vəzifələrdəndir. 

Müxtəlif dərəcəli riskli istehsalat obyektlərində çalışan insanların sağlamlığının qorunması üçün lazım olan hər cür tədbir görülsə də, bir sıra fəaliyyət növlərində yaranan riskli hallar zamanı bəzən qaçınılması mümkün olmayan hadisələr baş verə bilər. Buna görə də istehsalatda müxtəlif bədbəxt hadisələr, habelə peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı hər bir işçinin gələcəyinin zəmanəti kimi də qiymətləndirmək lazımdır.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 30 dekabr 2017-ci il tarixdə keçirilmiş yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə aidiyyəti işlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da bu məqsədə xidmət edən mühüm dövlət sənədidir. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlərə yönəldilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb edilməsi, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində də hər hansı problemin həllinə nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Ardını oxu...

Çalışaq bu sərvəti zərərli qidaların öhdəsinə buraxmayaq

Müasir dövrdə qısa müddətdə ­hazırlanan qidalar insanların sevimli yeməyinə çevrilib. Ona görə də bəziləri belə yeməklərə daha çox üstünlük verirlər. Buna səbəb olaraq isə vaxt azlığını, işlərin çoxluğunu göstərirlər. Bununla da zamana qənaət etməklə, əslində, öz sağlamlıqlarına ziyan vururlar. Statistikaya görə, bu qidalardan uzaq durmağa çalışan insanlar belə, həftədə ən azı 2 dəfə, orijinal adı ilə desək, “fast food”lardan istifadə edirlər.
“Fast food” dedikdə hamburger, pizza, dönər, sandviç, qızardılmış toyuq və sair kimi hazırlanması tez başa gələn yeməklər nəzərdə tutulur. Elə “fast food” sözünün özü də ingiliscədən tərcümədə “sürətli”, “tez başa gələn yemək” mənasını verir.
İlk dəfə Amerikada satışına başlanan və sürətlə dünyaya yayılan bu yeməklər Azərbaycanda da gənc­lər, uşaqlar tərəfindən sevilə-sevilə yeyilir. Bu gün bəzi kafe və restoranlarda hazır yeməklər milli mətbəximizin təamlarından daha çox satılır. Bəs bu yeməklərin orqanizmimizə və ən önəmlisi azyaşlı uşaqlara olan zərərlərini bilirikmi? Həqiqətən, görəsən, hazır yeməklər evdə bişirilmiş yeməklərdən daha dadlıdır, yoxsa insanlara bunları sevdirən başqa səbəblər var? Bu sualların cavablarını çox axtarmağa gərək yoxdur. Həmin yeməkləri insanlara sevdirən tərkibindəki qatqı maddələri, dadlandırıcılardır. Kalorisi çox olan bu yeməklər, eyni zamanda çəki artımını sürətləndirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimin əsas məqsədi səhiyyə müəssisəsinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, rayon ərazisində ehtimal olunan fövqəladə hallar zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında həkiməqədərki və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üzrə tibb qüvvələrinin təcrübə qazanmasıdır. Bununla yanaşı, həmin təlimlərdə “Xüsusi dövr”də xəstəxananın dayanıqlı işinin təmin edilməsi və işçilərin mühafizəsinin təşkili üzrə rəhbər, komandir-rəis heyətinin bacarığının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb.
Təlim iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə xəstəxananın fövqəladə hallarda fəaliyyət planının reallığı, fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan orqanların və tibb qüvvələrinin hazırlığı yoxlanılıb. Hazırlıqla bağlı tibb qüvvələrinin və mülki müdafiə dəstələrinin hər bir üzvünün tabel təchizatı üzrə fərdi və tibbi mühafizəsinə, zəruri dərman preparatları, fərdi dərman qutuları, sarğı materialları, xüsusən də güclü təsiredici zəhərli maddələrdən qorunmaq üçün xüsusi profilaktika vasitələri ilə təchizatına baxış keçirilib. Təlim iştirakçılarına müxtəlif müdaxilələr təqdim edilərək şərti zədələnmə ocağında qəbul-çeşidləmə məntəqəsinin, ixtisaslaşdırılmış tibbi yardım briqadalarının ­hazırlığına qiymət verilib.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Bu gün ölkəmizdə ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ­ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraiti­nin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.

Ardını oxu...

Bu yaxınlarda yazı hazırlamaq üçün yolumu Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən salmışdım. Evlərindən müsahibimin kənddən xeyli aralıda – “Post” deyilən ərazidə olduğunu söyləyəndə üz tutdum həmin yerə. Burada ocağın üstündə gördüyüm xısdan qaralmış və ahəstə-ahəstə qaynayan çaydan Əskərxan əmi ilə maraqlı bir mövzu barədə söhbətin yaranmasına səbəb oldu. Əllərini yuyub: “Qızım, qoy çayı dəmləyim, söhbət edək”, – deyərək ocağa yaxınlaşan əminin əlindəki nəlbəkinin içində qırmızı rəngdə, gilənara oxşar bitki var idi. Həmin bitkini nəlbəkidə su ilə yaxaladıqdan sonra çaydanın içərisinə atdı. Mənim marağımı hiss edərək, mərmərikdir, min dərdin dərmanıdır, çayı çox xeyirlidir, – deyib əyləşdi. Bir azdan stəkanlarda qıpqırmızı görünüşlü və xüsusi ətirli mərmərikli çay süfrəsi ətrafında söhbətimiz başlandı. Əskərxan əmi: – Mən çöldə işləməyə gələndə bura qara çay gətirdiyimi xatırlamıram. Bu kənddə mənim kimi çoxları var ki, qara çayı ancaq evdə içər, sahəyə işə çıxanda isə çaydanını ocağın üstünə qoyub, ətrafdakı güldən­-çiçəkdən, giləmeyvələrdən toplayıb çayını dəmləyər. Elə ki yaz gəldi, hər həftə bir bitkinin yetişməsi, dərilməsi dövrü olur. Bir-birinin ardınca, bax bu qara çaydanımda bitki çayıdır ki, dəmləyirəm. Bilirsən, qızım, bu yerin ki adamları var ha, onlar gərək hər zaman bu təbii nemətlərlə qidalansınlar. Ona görə ki, biz bu təbiətə, iqlimə uyğunlaşmışıq. Sağlamlığımız, gücümüz-qüvvətimiz də bu bitkilərlə bağlıdır.

Ardını oxu...

Yeni tədris dövrü başlar-başlamaz məktəbli övladları olan valideynlərin qayğıları da artır. Bu səbəbdəndir ki dükan-bazarlarda dərs ləvazimatlarını xüsusi diqqətlə seçib alan valideynlərlə tez-tez qarşılaşırıq. Elə oxucularımız arasında da, yəqin, çox sayda valideyn vardır ki, məktəbli ləvazimatları alırlar.
Ötən günlərdə şəhərimizdə fəaliyyət göstərən mağazaların bir neçəsində müşahidə apararkən məktəbli ləvazimatlarının əksəriyyətinin üzərində nümayiş olunan cizgilər diqqətimizi çəkdi. Görünən o idi ki, bu gün televiziya ekranlarından balacaların dünyasına hakim kəsilən “Ben 10”, “Maşınlar”, “Şirinlər”, “Maşa və ayı”, “Hörümçək adam” kimi xarici cizgi filmlərinin qəhrəmanları indi də dərs ləvazimatları vasitəsilə onların “görüşünə gəlib”. Bu halları görərkən fikirləşirsən ki, niyə mədəniyyətimizi yaşadacaq, uşaqları gələcəyə hazırlayacaq, onlara nümunə olacaq milli cizgi filmlərimizin qəhrəmanları qalıb kənarda, belə xoşagəlməz obrazlar burada özünə yer tapıb? Bəs bunun səbəbləri haradan qaynaqlanır?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlı­lığını təmin edib.
Hazırda muxtar respublikada yaşlı nəslin nümayəndələrinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Muxtar respublikada yaşı yüz və yüzdən yuxarı olan ahıl vətəndaşlarla görüşlər keçirilir, onlar dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunurlar.
Növbəti belə görüş Şərur rayonunun Qorçulu kəndinin 100 yaşlı sakini Fərman Sadiqovla keçirilib. Qeyd edək ki, 1941-1945-ci illər müharibəsinin iştirakçısı kimi hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Fərman Sadiqov, 2013-cü ildə dövlət tərəfindən “NAZ Lifan” markalı avtomobillə də təmin edilib.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova vurğulayıblar ki, ahılların sosial müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada ahıl vətəndaşlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir.
Sonra yubilyara hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Bir zamanlar zəhmət çəkib bəhrəsini görə bilmədiyimiz bu nemətlər indi öz gəlir mənbəyimizə çevrilib

Bu gün Naxçıvan şəhərində, muxtar respublikamızın rayonlarında çeşid-çeşid geyim əşyaları satılan, müasir dövrün tələbləri ilə ayaqlaşan ticarət mərkəzlərini, çoxsaylı mağazaları gəzərkən yenə də xəyallar adamı illər öncəyə aparır. Düşünürsən ki, insan maddi ehtiyaclarını ödəmək üçün zaman-zaman ağır işlərə sinə gərib, çalışıb, zəhmətə qatlaşıb. “Su kranlarından süd axacaq” kimi pafoslu vədləri eşidib, lakin heç nə görmədiyimiz sovet dövründə özümüz də bilmədən, bəlkə də, dərk etmədən tətbiq olunan böyüklü-kiçikli siyasi oyunların “oyunçularına” çevrilmişdik. İndi bütün bunlar barədə fikirləşəndə heyrət etməyə bilmirsən. Görəsən, bizim şüurumuz indiki qədər deyildi, yoxsa  şüurumuzu da inkişaf etməyə qoymurdular? 

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, fond gənclərin hərtərəfli inkişafı, dünyagörüşünün formalaşdırılması, ölkəsinin tarixinə, mədəniyyətinə bağlı layiqli vətəndaş kimi yetişməsi üçün bir sıra layihə və tədbirlər həyata keçirir. Növbəti belə layihələrdən biri də “Mənim ikinci peşəm” adlanır.
Vurğulanıb ki, layihənin əsas məqsədi gənclər arasında sənətə və müxtəlif peşə sahələrinə maraq oyatmaq, onların mədəni dəyərlərimiz, ənənəvi sənət növlərimiz haqqında dolğun məlumata sahib ola bilməsi, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlərboyu qoruduğu dulusçuluq, misgərlik, xalçaçılıq, papaqçılıq və digər bu kimi sənət növlərinin tarixinin öyrədilməsindən ibarətdir. Bu məqsədlə hər ay 25 nəfərdən təşkil olunmuş qruplarla 5 gün müddətində kurslar keçiriləcəkdir.
Sonra layihə çərçivəsində seçilmiş 25 gənc “Dulusçuluq” kurslarında iştirak edib.
Qeyd edək ki, “Mənim ikinci peşəm” layihəsi çərçivəsində keçiriləcək kurslar 24-28 sentyabr tarixlərini əhatə edəcək və iştirakçılara sertifikatlar veriləcəkdir.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərində yerləşən ən böyük, həm açıq, həm də qapalı hissələrdən ibarət əyləncə və istirahət mərkəzi “Əyləncə adası” qısa müddətdə – 2014-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, əksəriyyətin sevimli məkanına çevrilib. Çünki burada yaş fərqindən asılı olmayaraq, hər kəs üçün istirahət etməyə şərait yaradılıb.

Ardını oxu...

Dünən Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev tədbiri açaraq son dövrdə Culfada sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir dövrdə muxtar respublikada sosial­-iqtisadi inkişafın dinamikasına uyğun olaraq sığorta işinin də genişləndiyini bildirib. Belə ki, sığorta baş verən gözlənilməz hadisələrin vura biləcəyi zərərlərə qarşı hazırlıqlı olmağa şərait yaradır.
Baş direktor qeyd edib ki, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır. Belə ki, vətəndaşlar sığorta olunmaqla sığorta hadisələri baş verdiyi zaman sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat alırlar. Bu da onların təhlükəsizlik təminatı baxımından çox əhəmiyyətlidir. Ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir.
Bildirilib ki, gözlənilməz hadisələrə qarşı sığorta olunmaq və belə hallar baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı tədbirlər avqust ayında da davam etdirilib. Görülən işlərin nəticəsidir ki, ötən ay məşğulluq mərkəzləri vasitəsilə 248 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub ki, onların da 80-i gənc, 77-si qadın, 5-i sağlamlıq imkanları məhdud şəxs, 5-i isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqinə dair maarifləndirici seminarlar davam etdirilir.
Növbəti tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə təşkil edilib. 35 müəssisədən 38 nümayəndənin iştirak etdiyi seminarda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqi mövzusuna dair videotəlimat və slaydlar vasitəsilə məlumatlar verilib, seminar iştirakçılarının mövzu ətrafında sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Ordubad rayonunun Düylün kəndində Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Ordubad Rayon İcra Hakimiyyətinin iştirakı ilə birgə “Ətraf mühitin mühafizəsi: qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə aparılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov açaraq son illər ətraf mühitin mühafizəsi ilə bağlı ölkəmizdə, eləcə də muxtar respublikamızda görülən işlərdən danışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azər Məmmədov və Qəhrəman Qasımov, Daxili İşlər Nazirliyinin əməkdaşı Elvin Səfərli müxtəlif mövzularda çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Abbas SEYİD

İctimai nəqliyyatda əsas təhlükəsizlik şərtlərindən biri də sürücülərin reysqabağı tibbi müayinədən keçirilmələridir.
Bu istiqamətdə Dövlət Nəqliyyat Xidməti tərəfindən lazımi işlər görülüb, sürücülərin reysqabağı tibbi müayinədən keçirilmələri üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində “Tibbi müayinə otağı” yaradılıb. Otaq ilkin tibbi yardım ləvazimatları ilə təmin edilib, eyni zamanda müasir standartlara uyğun Almaniya istehsalı olan alkolmetr cihazı alınıb. Burada sürücülərin reysqabağı tibbi müayinələri ümumi qaydalara uyğun həyata keçirilir. Bu zaman sürücülərin bədən temperaturu, təzyiqi ölçülür, nəbzi sayılır və nəfəsvermə havasında alkoqolun səviyyəsi müəyyən edilir.
Müayinə Səhiyyə Nazirliyinin ixtisaslı tibb işçiləri tərəfindən müəyyən olunmuş standartlara uyğun tibbi avadanlıqlardan istifadə edilməklə aparılır.
Tibbi müayinənin nəticələrinin qeydiyyatı isə sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsi tərəfindən təsdiq edilməklə həyata keçirilir.
Müayinələrin əsas məqsədi sərnişinlərin marşrutlardan rahatlıqla istifadə etməsinə zəmin yaratmaq, ictimai nəqliyyatdan istifadə edənlərin rahat və təhlükəsiz şəraitdə mənzilbaşına çatdırılmasını təmin etməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidməti

Naxçıvanda qədimdən becərilən nadir və qiymətli dərman bitkilərindən biri də zoğaldır. Kiçik ağac və ya kol bitkisi hesab olunan zoğalın becərilmə tarixi qədimdir. Deyilənə görə, Şahbuz və Culfa rayonlarının Keçili və Milax kəndlərinin sərhədində 100 il bundan əvvələ aid qədim yaşayış məntəqəsi – “Zoğala” adında bir kənd olub. Buna görə də ehtimal etmək olar ki, zoğalın muxtar respublikamızda becərilmə tarixi çox qədimlərə gedib çıxır. Bu gün daha çox Ordubad rayonunda becərilir.
Bu bitki haqqında geniş məlumat almaq üçün Ordubad rayonunun Nüsnüs kənd sakini, bağban Yunis Hüseynovla görüşdük. O bildirdi ki, zoğal bitkisinə ölkəmizin Şəki-Zaqatala, Quba-Qusar zonalarında təsadüf olunsa da, muxtar respublikamızın bir çox yaşayış məntəqələrində, xüsusilə də Nüsnüs kəndində daha çox becərilir.
Müsahibim deyir ki, muxtar respublikamızda xırdameyvəli cır və irimeyvəli hibrid, sarı, armudu, qırmızı zoğal növləri daha geniş yayılıb. Hələ yarpaq açmamış fevral-mart aylarında çiçəkləyən zoğal bununla erkən yazın gəlişindən xəbər verir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanan bitkinin meyvələri, əsasən, avqustun axırı və sentyabr ayının əvvəllərində yetişir. Meyvələri yumru, oval, silindrik formada, rəngi isə qırmızı, tünd-qırmızı, qara-qırmızı və bəzi formaları açıq-sarı rənglərdə olur. Meyvələri turş, turşaşirin və müxtəlif dərəcədə şirin dadır. Tam yetişməmiş meyvələr tərkibində aşı maddələri çox olduğuna görə ağızbüzücü xassəyə malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, ­Həmkarlar İttifaqları Şurası və idman federasiyaları tərəfindən Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” təşkil edilib.
Məktəbin budəfəki qonaqları muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları olub. Keçirilən “Yay məktəbi” beşgünlük istirahət pro­qramına uyğun olaraq təşkil edilib.
Ağbulaq İstirahət Mərkəzində qonaqları təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. Tanışlıqdan sonra idmançılar nahar ediblər. Daha sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da keçirilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olaraq “Ağbulaq” bulağına yürüş ediblər. Sonra idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Günün sonunda isə vətən­pərvərlik mövzusunda mahnılar dinləyiblər.
Gənc idmançılar Aprel döyüşlərindən bəhs edən “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”, eyni zamanda şəhid Qabil Oruc­əliyevə həsr olunmuş sənədli filmlərə ­baxıblar.
Proqrama uyğun olaraq Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivi gənc­lər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayında fəaliyyətini nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmışdır.
Ötən dövrdə Xal-xal, Şonqar, Nehrəm Gölaltı, Uzunoba, Rüstəm meşələrində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında, Uzunoba gölü ətrafında, püstə bağı ərazisində, yaz əkin mövsümündə əkilən ərazilərdə aqrotexniki tədbirlər davam etdirilmiş, suvarma və becər­mə işləri aparılmışdır. Hesabat ayında 2 min kiloqramdan çox meyvə, meşə, həmişəyaşıl və gül toxumları tədarük edilmiş, payız əkinlərinin aparılmasına hazırlıq işləri görülmüşdür.
Meşələrdə və digər təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşələrə, yaşıllıqlara yaxın yaşayış məntəqələrində əhali ilə görüşlər keçirilmiş, maarifləndirici söhbətlər, təbiətə olan neqativ təsirlərin qarşısının alınması üçün 13 yoxlama-reyd aparılmışdır. Həmçinin istifadə edilən suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması və standartlara uyğunluğunun öyrənilməsi məqsədilə 9 monitorinq-yoxlama keçirilmişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar qida ehtiyatının yaradılması, meşə fondu ərazilərindən biçilmiş otların toplanaraq anbarlaşdırılması, daşduz ehtiyatının yaradılması, eləcə də payız əkin mövsümünə hazırlıq və digər tədbirlərin icrası davam ­etdirilir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır. Hesabat ayında fondun gəlirləri 3 milyon 633 min manat proqnoza qarşı 4 milyon 991 min 230 manat həcmində yerinə ­yetirilmiş və proqnoz tapşırıqlara 137,4 faiz əməl olunmuşdur.
Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 91 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Bundan başqa, ­sığorta-pensiya sistemində fərdi uçotun tətbiqi dairəsi daha da genişlənmiş, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması diqqətdə saxlanılmış, fərdi uçot sistemində uçota alınan sığortaolunanlar haqqında məlumatların sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi həyata keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi avqust ayında fəaliyyətini komitənin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmışdır. Aztəminatlı ailənin üzvü olan 80 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, onlardan 2-si bərbər-manikürçü, 1-i dərzi peşə kurslarına cəlb edilmiş, 3 qadının işlə təmin olunması üçün müvafiq məlumatlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə tədbirlər davam etdirilir.
Həmin tədbirlərin davamı olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində “Sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda tərbiyəçilərin və uşaqların iştirakı ilə maarifləndirici praktik məşğələ keçirilib. Müəllim-defektoloqlar uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələ aparıb və bu sahədə çalışan mütəxəssislərə və valideynlərə uşaqların təlim-tərbiyəsinin təşkili və onlarla ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət və tövsiyələr veriblər.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Sağlam yaşamaq, orqanizmin fəaliyyətini təmin etmək hər bir insanın istəyidir. Bu sağlamlığı yaratmaq üçün, ilk növbədə, faydalı qidalar qəbul etməliyik. Bunlardan başlıcası meyvələrdir.
Hazırda mövsümə uyğun meyvə çeşidləri bolluq təşkil edir. Bəs bu meyvələrin faydalarını bilirikmi? Meyvələrin faydaları ilə bağlı araşdırmalar apardıq və çox maraqlı fikirlərə rast gəldik.
İlk olaraq meyvələrin şahı almadan başlayaq. Almanın çoxsaylı faydaları barədə məşhur insanlar da öz fikirlərini bildiriblər. Onlardan biri də Məhəmməd Hüseyn xan olub. O, XVIII əsrdə alma barəsində yazırdı ki, yetişmiş, ətirli və ləzzətli almalar daha faydalıdır. Mütəmadi olaraq bu meyvədən yemək ürək üçün, hətta taxikardiyada və çətin nəfəsalmada çox xeyirlidir. İştahasız insanlarda bu meyvə bir növ xilasedicidir. Çünki iştahanı artırır. Eyni zamanda həzm prosesini yaxşılaşdırır, qaraciyərə xeyirlidir. ­Əhval-ruhiyyənin artmasında, xroniki əsəb xəstəliklərində müsbət təsir göstərir və insanı gümrahlaşdırır. Alma beyin fəaliyyətini, onun iş qabiliyyətini də artırır. Almanı bişirib yeməyin də bir başqa faydası var. Belə ki, quru öskürək zamanı almanı bişirib yemək çox yaxşıdır. Onun tərkibi vitamin və minerallarla zəngindir. Tərkibində dəmir çox olduğundan qanazlığından əziyyət çəkən insanlara alma yeməyi məsləhət görürlər. O xolesterolu azaldır və revmatizmin müalicəsinə də kömək edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.
Avqust ayı ərzində xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşkarlanmış əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Hələ uzun əsrlər bundan əvvəl yaranmış “Avesta”da Zərdüşt yaşıllığı gözəllik və həyat mənbəyi hesab edirdi. Həmin müqəddəs kitabda deyilir: “Kim ki əkir, o, müqəddəs iş görmüş olur”. Bu qədim yazılı abidədə el şənliklərində, toy və bayram günlərində hər adamın üç ağac əkib-becərməsi tövsiyə edilib. Ulu Dədə Qorqud da öz alqışlarında “Kölgəlicə qaba ağacın kəsilməsin”, – deyə öz igidini, yurddaşını alqışlamış, ağacın kəsilməsini ən böyük qəbahət, düşmənçilik kimi qiymətləndirmişdir.

Şərqin qapısı Naxçıvan çox qədim zamanlardan bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə burada yaşıllıqların yaradılmasına və qorunmasına, yeni massivlərin salınmasına xüsusi diqqət və qayğı göstərilib. “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə hətta o öz ailəsinə, özünə belə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”, – deyən ulu öndərimiz Heydər Əliyevin təbiətə olan həssas münasibəti muxtar respublikamızda bu gün də yaşadılır, dahi şəxsiyyətin yeritdiyi çoxcəhətli ekoloji siyasət uğurla həyata keçirilir.

Ardını oxu...

Elə ki təbiət silkələnib qış mürgüsündən birdəfəlik ayıldı, dağlarımıza, düzlərimizə yaşıl rəng qədəmlərini qoymağa başlayır. Bütün qışı tövlələrdə saxlanılan qoyun-quzu da təbiətin oyanışını hiss edir sanki. Şahbuz ­rayonunun Gömür kənd sakini, 50 ildən artıq çobanlıqla məşğul olan Fərman Qurbanov deyir ki, qoyun-quzunun çöl vaxtı gəlib çatdımı, onlar bunu “hiss edirlər”, onların tövlədə mələşmə səsləri kəsilmir. Bu vaxt ot tam gəlməsə də, dünyagörmüşlərimiz deyərdilər ki, qoyun-quzunun ruzisi qışda qarın altında qalır, yaz açılanda onlar həmin otları axtarıb, tapıb qidalanırlar.

Artıq martdan bəri neçə aydır ki, Dədə Qorqud yurdu olan, dumanı belinə kəmər, zirvəsi göylə birləşən dağlarımıza mirvari dənələri kimi səpələnən qoyun-quzular təbiət incisi olan bu yerlərin gözəl görüntüsünü bir qədər də artırıb. Yaylaqların, yamacların xoş ətri ətrafa yayılan bol otundan-avarından yeyib bulaqların, çeşmələrin saf suyundan içən, təmiz havasında bəslənən bu heyvanların əti, südü, qatığı, qaymağı, bulaması, dələməsi, şoru, pendiri, təbii ki, damaqların dadına çevrilir. Saçaq-saçaq yunundan yorğan-döşək, köynək, əlcək, corab hazırlanır, evlərimizin bəzəyi olan xalı, gəbə, kilim, cecim, palaz, heybə, xurcun toxunur, dərisindən musiqi alətləri və başqa əşyalar, geyim vasitələri istehsal edilir. Qoyunu ev heyvanları arasında ən faydalısı, həyətlərimizə yaraşıq, ruzi-bərəkət mənbəyimiz hesab edən elimizin-obamızın dünyagörmüşləri tərəfindən zaman-zaman bu misralar yaranıb:

Ardını oxu...

Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Su Anbarının ərazisində “Təmiz ekologiya – sağlam həyat” devizi altında təmizlik aksiyası keçirilib.
Aksiya insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda gənclərin ətraf mühitlə qarşı­lıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaq məqsədilə təşkil edilib.
20-dən artıq könüllü gəncin iştirak etdiyi aksiyada iştirakçılar su anbarının ətrafında təmizlik işləri aparıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində ötən iki il ərzində xeyli işlər görülüb, məqsədyönlü tədbirlər həyata keçirilib. 2018-ci ilin birinci yarısında da bu tədbirlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, bu dövrdə aktiv məşğulluq tədbirləri diqqətdə saxlanılıb, 1708 nəfər işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub.
Məlumatda bildirilir ki, bəhs olunan dövrdə 156 nəfər müvəqqəti, 112 nəfər işaxtaran isə sosial əhəmiyyətli haqqı­ödənilən işlərə cəlb olunub. Onlardan 13-ü sağlamlıq imkanları məhdud şəxsdir. Hesabat dövründə təşkil olunmuş əmək yarmarkalarında 212 nəfər işlə təmin edilib. Hərbi xidmətdən tərxis olunan gənclərin də məşğulluğu diqqət mərkəzində saxlanılıb, 14 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 3 nəfər peşə hazırlığı kursuna cəlb olunub.
Bu dövrdə kənd mərkəzlərində yaradılmış dərzi sexləri, bərbərxana və gözəllik salonlarında monitorinqlər aparılıb, mövcud boş iş yerlərində çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 2 kurs təşkil olunub. Həmin mərkəzlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin edilib.
İlin birinci yarısında nazirlik tərəfindən sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin olunmasına diqqət artırılıb, 10 nəfər kvota yerləri üzrə işə göndərilib, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 42 nəfər işlə təmin olunub. Sosial qayğıya ehtiyacı olan 66 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilib.
Bu dövrdə peşə təhsilinə malik sağlamlıq imkanları məhdud 43 nəfər münasib işlə təmin edilib.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Xəbərlər şöbəsi

Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində, o cümlədən Naxçıvan şəhərində, rayon ərazilərində 2-30 avqust tarixlərdə ekoloji monitorinqlər keçirilib. Həmin monitorinq­lərdə istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi, yaşıllıqlara aqrotexniki qulluğun vəziyyəti, yay otlaq sahələrində ekoloji durum, arıçılıq və digər təsərrüfat sahələrində ekoloji nəzarət işləri aparılıb. Eyni zamanda yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib. Bu zaman mövcud çatışmazlıqlar müəyyən edilib və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə müddətli tövsiyə-xəbərdarlıqlar edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə bu qəbildən olan 10 uşaq iştirak edib. Sonda qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyalarına nail olmaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla ­Teatrında sağlamlıq imkanları ­məhdud uşaqlar üçün “Qoğalın sərgüzəşti” tamaşası göstərilib.
Məşhur rus xalq nağılı olan “Qoğalın sərgüzəşti” haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanıb. Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub.
“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi, xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa, lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.
Bu maraqlı tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları xarakterik və təbii canlandırırlar.

Ardını oxu...

Şahbuz şəhərindəki Heydər Əliyev prospekti ilə “28 May” küçəsinin kəsişdiyi yerdə bir neçə il bundan əvvəl gözəl bir park yaradılıb – Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı. Bu park şahbuzluların ən sevimli istirahət məkanıdır. Çünki yayın isti günlərində havanın ən yüksək temperaturunda burada insanı sərinlədən bir meh var. Bu mehi, təbii ki, Batabatın, ­Salvartının sərin küləyinin buradakı yaşı qərinələr qədər olan hündür ağacların yarpaqlarına daim bəxş etdiyi xəfif titrəyiş, bir də illər ötdükcə bir-birlərinə sarmaşıb dolaşan ağacların sıx ­kölgəlikləri yaradır. 

2010-cu ildə parkın mərkəzində uzunluğu 18, eni 6 metr olan, 3 fəvvarəli hovuz tikilib. Fidanlar, bəzək ağacları əkilən, gülkarlıqlar yaradılan, oturacaqlar qoyulan, işıqlandırma sistemi quraşdırılan və başdan-başa yenidənqurma işləri aparılan park şahbuzluların asudə vaxtlarını səmərəli keçirmələri, istirahətləri üçün gözəl bir məkana çevrilib. Parkda yaradılan bulaq-abidə kompleksindən Batabat yaylağından çəkilmiş saf və buz kimi suyun axması isə burada yaradılan bütün gözəlliklərə bərabər təqdir­olunası haldır. Yaradılan gözəlliklər burada rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsinə də imkan verib. Neçə illərdir ki, baxmaqla baxmaq, oturduqca oturmaq istəyi yaradan parkda rayonun qocalı-cavanlı hər yaşdan olan sakinlərinin, eləcə də uşaqların saatlarla istirahətinə, əylənməsinə tamaşa etdikcə ölkəmizdə həyata keçirilən qurucu­luq işlərinin, ümumilikdə, bu dağ rayonuna verdiyi töhfələr insanın ürəyini açır.

Ardını oxu...

İllər öncə təhsil aldığım Gəncə Dövlət Universitetində mənim Naxçıvandan olduğumu öyrənən müəllimimin “Naxçıvanda yediyim ovma pendirin dadı hələ də damağımdan getməyib” cümləsi mənə adi görünmüşdü və düşünmüşdüm ki, kənddə nənəmin hər gün ­kilolarla tutduğu pendirin digər bölgələrin pendirindən nə fərqi var? Buraya qonaq gəlib pendirimizi dadanlar da, hardasa, Naxçıvan pendirinin dadına baxanlar da onun böyük ləzzətə malik olduğunu bildirir. 

Naxçıvanın hansı kəndinə getsək, heyvandarlıqla məşğul olan hər bir ailədə üzlü, üzsüz, qaşar, sərmə, axtarma, ovma, döymə, motal kimi pendir növlərinin hazırlandığının şahidi olarıq.
Təcrübəli, əməksevər qadın, 95 yaşlı Dilbər Məmmədova ilə həmsöhbət olduğumuzda o, südün sağılmaq qaydasından tutmuş pendirin ərsəyə gəlməsindən, heyvanın bəslənməsinin pendirin dadına necə təsir etməsindən söhbət açır:
– Pendir qoyun, inək, keçi, camış südündən hazırlanır. Keçi südündən olan pendir ən qiymətli sayılır. El arasında deyirlər ki, “buranın torpağı duzludur, heyvanları da bu torpaqda bitən duzlu ot yediyindən əti də, südü, pendiri də dadlı olur”.

Ardını oxu...

Aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin olunması üçün növbəti tədbir Sədərək rayonunda keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Vüsal Süleymanlı diyarımızda aztəminatlı ailələrə göstərilən dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlər barədə ­danışıb.
Bildirilib ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması məqsədilə görülən tədbirlərin davamı olaraq uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi nəzərdə tutulub. Verilən tapşırığın icrası ilə əlaqədar müraciət edənlər içərisində Sədərək rayonunda 3 aztəminatlı ailə ­müəyyənləşdirilib.Sədərək kənd sakinləri Əpruz Elyasovaya, Zülfiyyə Kazımovaya və Heydərabad qəsəbə sakini Yeganə Bayramovaya yanında balası olan iribuynuzlu mal-qara verilib.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.

Xəbərlər şöbəsi

İnsanı gün ərzindəki yorğunluqlardan uzaqlaşdıran, ona yüksək bədii zövq aşılayan ən yaxşı vasitələrdən biri musiqiyə qulaq asmaqdır. Musiqi insanın ruhudur, onu başqa aləmlərə alıb aparır. Belə ki, gözəl bir mahnı dinlədiyimiz zaman əhvalımız yüksəlir, bayağı olanlara qulaq asdığımız zaman isə bu hissi yaşaya bilmirik. Ancaq, təəssüflər olsun ki, günümüzdə bunu arzuolunmaz vərdiş şəklinə salan gənclərimiz çox saydadır. Onlar bir çox mənfi vərdişlərə yiyələniblər. Bunlardan biri də qulaqcıqlar ilə musiqiyə qulaq asmaqdır. Qulaqcıqlar artıq dəbli aksesuara çevrilib. Gənclər arasında yayılan bu vərdiş, əslində, zərərlidir və fəsadları da çoxdur. 

Bu fəsadları ətraflı öyrənmək məqsədilə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına üz tutduq. Orada lor həkimi Vəli Qəhrəmanovla həmsöhbət olduq. O bildirdi ki, son zamanlar bəzi cavanlar arasında eşitmənin pozulması hallarının artmasını müşahidə edirik. Bəzi gənclər ən çox qulaq kanalına daxil olan qulaqcıqlardan istifadə edirlər. Çünki bunlar qulaqda rahat şəkildə oturur. Bununla bağlı maraqlı bir hadisəni danışmaq istəyirəm. Bu yaxınlarda bir nəfər eşitməsində problem olması ilə bağlı mənə müraciət etmişdi. Onu müayinə etdikdən sonra bəlli oldu ki, qulaqcığın rezin hissəsi uzun zaman onun qulağında qalıb. Artıq karlığa səbəb olacaqdı ki, həmin insanı əməliyyatla bundan xilas etdik. Sözügedən qulaqcıqlarla musiqiyə qulaq asan gənc­lərimiz, təəssüflər olsun ki, hər gün artmaqdadır. Həmin gənclər onun yaratdığı fəsadlar barədə düşünmür, istədikləri qədər bu zərərli cismi qulaqlarında saxlayırlar. Bu cür insanlarda eşitmənin pozulması halı baş verərək inkişaf edir. Onlar 30-40 yaşlarına gəldikləri zaman isə artıq eşitmənin ciddi zəifləməsi və hətta karlığa doğru getməsi prosesi baş verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əlillərin Bərpa Mərkəzində tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, özünü­məşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir göstərib.
Bildirilib ki, Şərur, Babək və Sədərək rayonları üzrə, ümumilikdə, 8 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrin hər birinə yanında balası olan iribuynuzlu mal-qara verilib.
Daha sonra Şərur rayon Şahbulaq kənd sakini Göyçək Baxşəliyeva göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Tədbirin sonunda aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.

 Güntac ŞAHMƏMMƏDLİ

Naxçıvan şəhərinin hüsnünə yaraşıq verən, şux təravəti ilə gözümüzü, könlümüzü oxşayan, tamaşa edərkən gözəlliyinə məftun olduğumuz yaşıllıqlar barədədir söhbətimiz. Parklara, xiyabanlara, küçə və meydanlara çətir tutan bu əsrarəngiz təbiət ərməğanları ecazkar görünüşləri ilə şəhərimizin gözəlliyinə əlavə çalarlar qatır. Ən sıx yaşıllıqlara insanların istirahət etdiyi guşələrdə rast gəlmək olur. Günün istənilən saatında həmin məkanlara üz tutsan, sərin küləyin mehi ilə sanki qol-qanad açıb rəqs edən ağaclarla, onların kölgəsində sərinlik tapan, yaşıllıqlar qoynunda qurulan rahat oturacaqlarda əyləşib mənalı istirahət keçirən insanlarla, şən gülüşlü, məsum çöhrəli balacalarla qarşılaşarsan. 

İnsanların yaşıllıqlara yaxın olmaq istəyi heç də təsadüfdən yaranmır. Çünki psixoloqlar da məhz yaşıl rəngin insana sakitləşdirici təsir göstərdiyini, müsbət enerji bəxş etdiyini deyirlər. Bu mənada, yaşıllıqları həm də sağlam həyatımızın təminatçısı adlandırmaq olar.
Təbii ki, doğma şəhərimizin yaşıl­lıqlara qərq olması heç də asan başa gəlməyib. Bunun təməlində ekoloji tədbirlərə xüsusi diqqətin artırılması, mütəmadi olaraq iməciliklərdə əhalinin fəallıq göstərməsi dayanır. Naxçıvan şəhərinin yaşıllıqlar, təmizlik və abadlıq diyarına çevrilməsində müasir suvarma metodlarından istifadəyə üstünlük verilməsinin də mühüm əhəmiyyəti vardır. Belə ki, şəhərimizin yaşıllıqları damcı üsulu ilə suvarılır, parklarda landşaft dizaynına xüsusi diqqət yetirilir. Naxçıvan təbiətinə uyğun bitki və ağac növlərinin gətirilərək şəhərin yaşıllaşdırılmasında istifadə edilməsi sakinlər tərəfindən də rəğbətlə ­qarşılanır.

Ardını oxu...

Muxtar respublikamızın gündən-günə sürətli inkişafı burada yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə, onların gündəlik tələbatlarının yerinə yetirilməsinə xidmət edən yeni müəssisələrin də yaradılmasına stimul olur. Elə şəhərimizdə 2010-cu ildən fəaliyyətə başlayan “Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti də məişətimizdə yarana biləcək çətinliklərin dərhal həll olunmasında muxtar respublika sakinlərinə xidmət göstərən bir müəssisədir. Bu müəssisə, xüsusilə də qadınların daha çox üz tutduqları ünvandır, çünki onların evlərində üzərinə düşən işlər burada qısa bir vaxtda, həm də yüksək keyfiyyətlə həyata keçirilir, qadın əməyi yüngülləşdirilir. 

Müəssisədə xalça və pərdələrin yuyulması, paltarların quru və kimyəvi təmizlənməsi, parça və dəri əşyaların boyanması, yumşaq mebellərin evdə təmizlənməsi və təmiri, evlərin təmizlənməsi və təmiri, evdən-evə yüklərin daşınması, məişət əşyalarının, istilik və su sistemlərinin təmiri, yundan yorğan-döşək salınması, hazır döşəklərin yuyulması kimi sifarişlər yerinə yetirilir. Görülən işlərlə yaxından tanış olmaq üçün bu günlərdə müəssisədə olduq. MMC-nin­ rəhbəri Zamin Abbasovla söhbət zamanı o bildirdi ki, müəssisə 8 ildir, fəaliyyət göstərir. İldən-ilə burada şəraitin daha da yaxşılaşdırılması, müasir aparatların alınması, Türkiyə Respublikasından dəvət etdiyimiz mütəxəssislər tərəfindən kursların keçirilməsi işimizi günün tələbləri səviyyəsində qurmağımıza səbəb olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və distant təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına da əlverişli şərait yaradıb.

2018-ci ilin birinci yarısında da dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb. Belə ki, muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barəsində yaradılmış məlumat bazası daim yenilənir. Hazırda bu yaş kateqoriyasına aid olan sağlamlıq imkanları məhdud uşaqların sayı 371 nəfərdir. 2017-2018-ci tədris ilində onlardan 43-ü məktəbəqədər təhsil müəssisələrinə, 12-si Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 7-si ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə­qədər hazırlıq qruplarına, nitq qüsuru olan 120 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölmələrində tədrisə cəlb edilib.

Ardını oxu...

Dünya binə olandan bəri insanlar müxtəlif qüvvələrin qeyri-adi gücünə ümid edib, baş verən təsadüfi hadisələrə fərqli mənalar veriblər. Bəzi inanclar ortaya çıxdıqca insanların onlara inamı da çoxalıb. Kimisi dağdağan ağacına, kimisi də adi soyuq daşa ümid edib. Müasir dövrümüzdə elm və texnologiya nə qədər inkişaf etsə də, hələ də heç bir məntiqə sığmayan batil inanclara ümid yeri kimi baxanlar da çoxdur. Körpə uşaqların üzərinə nəzər dəyməsin deyə, göz muncuğu bağlanılması, üzərlik yandırılması, uzaq yola çıxanın arxasınca su atılması və digər inanclar yüz illərdir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Günümüzdə gecə vaxtı saç daramağın, güzgüyə baxmağın, dırnaq kəsməyin, astanada oturmağın, əl barmaqlarını bir-birinə keçirməyin uğursuzluq gətirəcəyinə inananlar da çoxdur.
Yaxşı xatırlayıram, əvvəllər nənəm nəvələrinin qoluna göz muncuğu bağlayardı. Səbəbini soruşanda isə “bu sizi nəzərdən qoruyar”, – cavabını alardım. Hələ qohum-əqrəba bizə qonaq gələndə olanları demirəm. Belə ki, qonaqlar biz nəvələrin başına sığal çəkərək nənəmə “Nə mehriban uşaqlardı”, – deyərdilər. Onlar getdikdən sonra nənəm üzərlik yandırar: – A bala, gəlin üzərlikdən iyləyin dərd-bəla sizdən uzaq qaçsın, – deyərdi. O zamanlar uşaq olduğum üçün nənəmin dediklərinə çox inanırdım. Artıq biz böyümüşük. Ancaq bu gün də nənəmgilə yolum düşəndə yenə üzərlik yandırır, dərd bəla sizdən kənar olsun, – deyir.
Ötən günlərdə işdən evə gedərkən avtobusda iki qadının ucadan ­söhbətinə təsadüfən qulaq şahidi oldum:
– Övladım dünən nədənsə qorxub, hansı həkimə aparım bilmirəm.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Gənclər Fondu, Naxçıvan Musiqi Kolleci, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclərin növbəti “Yay məktəbi” təşkil olunub.
Məktəbin növbəti iştirakçıları – Naxçıvan Musiqi Kollecinin fəal tələbələri əvvəlcə “Xəmsə”, “Axtar, tap”, “Xəzinənin axtarışı” və “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə öz biliklərini sınayıb, voleybol, futbol və stolüstü idman oyunları oynayıblar. Gənclər “Girdab” bədii filminə, “Dahi şəxsiyyət” və aprel döyüşlərindən bəhs edən sənədli filmlərə baxıblar. Onların “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi də təşkil edilib. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi gənclər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.
“Yay məktəbi”ndə fotomüsabiqədə və keçirilən yarışlarda qalib olan iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb, Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak etmiş gənclərə sertifikatlar təqdim edilib.
İştirakçıların istirahət müddəti ərzində sağlamlıqlarının qorunması və ilkin tibbi yardımın göstərilməsi məqsədilə onları bir həkim müşayiət edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan möcüzələr diyarıdır. Hər daşı, toprağı özündə sirlər gizlədən bu ulu yurdun qədim tarixi-mədəni abidələri, muzeyləri, gəzməli-görməli yerləri bu gözəl diyara qədəm qoyan hər kəsi təəccübləndirir. Belə yerlərimizdən biri də möcüzəli görünüşü ilə diqqəti cəlb edən, insanların dini inanclarının qorunub saxlanıldığı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Naxçıvan şəhərindən, təxminən, 12-13 kilometr aralı, Culfa rayonu ərazisində yerləşən, Haçadağla Nəhəcir dağı arasındakı təbii mağarada qərar tutan Əshabi-Kəhfi hər gün yüzlərlə insan ziyarət edir. 

Paklığın, müqəddəsliyin rəmzi sayılan ziyarətgah min illərdir ki, bəşər övladını öz ətrafına toplayır. Bu müqəddəs ocaq ümummilli lider Heydər Əliyevin 1998-ci ildə ­Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurulub, burada ­məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb.
Bu yaxınlarda Əshabi-Kəhf ziyarətgahında oldum. Uşaqlıqdan yolumun tez-tez düşdüyü məkan hər dəfə özünün yeni xüsusiyyətləri ilə diqqətimi cəlb edir. Yaxşı xatırlayıram, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olurdu. Son illərdə muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işlərinin mühüm bir qolunu təşkil edən yol tikintisindən bu müqəddəs ziyarətgaha gedən yola da pay düşüb. Yolboyu yaradılan yaşıllıqlar isə insanın zövqünü oxşayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların ödənilməsində mütərəqqi forma və metodların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Buna görədir ki, pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların həm plastik kartlarla, həm də pensiyaçıların ərizələrinə əsasən yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi lazımi səviyyədə təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, 2018-ci ilin ilk 6 ayı ərzində əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib, plastik bankomat kartı ilə pensiyasını almaq istəyən bütün növ əmək pensiyaçıları plastik bankomat kartları ilə təmin edilib. Bundan əlavə, əmək pensiyaçılarının istəkləri nəzərə alınmaqla 229 nəfər əmək pensiyaçısının pensiyası poçt bölmələri vasitəsilə ödənilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əkinçilik çox qədim tarixə malikdir. I Kültəpə, Uçan ağıl, Ovçular təpəsi, Zirincli yaşayış yerləri və digər qədim ərazilərdə aparılan arxeoloji tədqiqatlar Neolit, Eneolit dövrlərində Naxçıvanda əkinçilik mədəniyyətinin mövcudluğunu, eləcə də dənüyütmə ilə məşğul olunduğunu təsdiq edir. Abidələrin əksəriyyətində çaxmaqdaşından düzəldilmiş oraq dişlərinin aşkarlanması taxıl əkinçiliyinin qədim dövrdə formalaşdığını müəyyənləşdirirsə, ən yüksək dağ qurşaqlarında aşkarlanan dən döyən daşlar heyvandarlığın inkişafını, yaylağa köçənlərin özləri ilə hazır un yox, buğda aparıb həmin daşlar vasitəsilə onu un şəklinə salaraq istifadə etdiklərini göstərir. Dən üyütmək üçün su dəyirmanlarının meydana gəlməsi digər ibtidai vasitələrdən istifadəyə son qoyub. Bəs əsrlər boyu xalqımızın məişətinin ayrılmaz hissəsi kimi tarixə düşmüş, bugünkü nəsillərin çoxunun görmədiyi, haqqında təsəvvürü belə, olmayan su dəyirmanları insanların həyatında nə kimi rol oynayıb?

Tarixdən məlumdur ki, buğdanı un etmək üçün ilk dəfə dibək daşlarından istifadə olunub. Lakin dibəkdə taxılın döyülməsi çox ağır, fiziki qüvvə tələb edən bir iş, məhsuldarlığı isə aşağı idi. Zamanla dibəkləri daha səmərəli olan dən üyüdən daşlar, daş sürtgəcləri əvəz etdi. Hamar daş üzərinə tökülən taxıl sürtülərək üyüdülürdü. Arxeoloji tədqiqatlar zamanı Babək rayonu ərazisində antik dövrə aid Meydantəpə abidəsində dəyirman kimi istifadə edilmiş böyük sal daş, eyni vaxtda işlədilən bir neçə üst daş aşkar edilib. Alt daşlarına bəzən qəbiristanlıqlarda başdaşı kimi də rast gəlinir. Sirab kəndinin Bəydilli, Didivar kəndlərinin qəbiristanlıqlarında bu cür başdaşları vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyul ayında öz fəaliyyətini komitənin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı ötən dövrdə bu kateqoriyadan olan uşaqların valideynləri ilə maarifləndirici söhbətlər aparılmış, onlar haqqında məlumat bazası yaradılmış, 2 uşaq Naxçıvan şəhərindəki 10 nöm­rəli uşaq bağçasına, 1 uşaq isə Naxçıvan Uşaq Bərpa Mərkəzinə yönləndirilmişdir.
“Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini ­Məsələlər üzrə Komissiyasının 2018-ci il üçün İş Planı”nın icrası ilə əlaqədar “Naxçıvan” Universitetində “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans keçirilmişdir. Həmçinin Gənclər Mərkəzində “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər” mövzusunda tədbir təşkil olunmuş, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda keçirilmiş III muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq yaradılmış elektron məlumat bankına 415 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub.

Ardını oxu...

Tarixboyu hər bir cəmiyyət öz gələcəyi olan uşaqların fiziki və mənəvi  cəhətdən sağlam, bilikli və vətənpərvər yetişməsinə  ən aktual məsələ kimi baxıb. Danılmaz faktdır ki, böyüməkdə olan balaca fidanlar bizim sabahımızı inşa edəcək şəxslərdir. Bu gün uşaqlar  dövlətimiz tərəfindən tam qayğı ilə əhatə olunsalar da, onların dünyagörüşlü, vətənpərvər ruhda böyüməsində ən əsas vəzifə valideynlərin üzərinə düşür. Hər bir uşağın valideyn tərbiyəsinə böyük ehtiyacı vardır. Ancaq övladlarımız onların uşaqlıq dünyasına ifrat müdaxilə etməmək şərtilə tərbiyəyə cəlb olunmalıdırlar.

Dünya ədəbiyyatı klassiklərindən böyük rus yazıçısı Fyodor Dostoyevskinin dediyi kimi: “Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq”.
Yollarımızın rahatlığı məni xəyal dünyasına qərq etdiyindən bu mövzu ətrafında fikirləşə-fikirləşə şəhərdaxili marşrutda mənzilə çatmağımı gözləyirdim. Avtobusun ön hissəsində əyləşən, məşhur film qəhrəmanlarından olan Hörümçək adam personajının geyimində olan uşağın uca səslə “Mən qəhrəmanam”, – deyə dəcəllik etməsi məni fikirlərimdən ayırdı. Uşağa yaxınlaşdım və söhbətə başladım:

Ardını oxu...

İnsan həyatında körpəlik, yetkinlik, gənclik və qocalıq kimi müəyyən yaş mərhələləri mövcuddur. Bunlardan ən maraqlısı, düşünürəm ki, gənclikdir. Ancaq yaşın bu dövrünü maraqlı, mənalı keçirmək gənc­lərin özündən asılıdır. Gənclik deyəndə öncə ailəsinə, Vətəninə layiqli övlad ola bilmək ağıla gəlir. Öz Vətənimizi, doğma yurdumuzu tanımaq və tanıtmaq, milli-mənəvi dəyərlərimizə hörmət etmək, onları yaşatmaq, tarixi keçmişimizi unutma­maq, bugünkü ictimai-siyasi proseslərdə fəal iştirak etmək kimi vəzifələri yerinə yetirəriksə, o zaman Azərbaycanımıza layiqli gənc olarıq.
Ona görə də bu gün biz gənclərin öhdəsinə çox böyük vəzifələr düşür. Bu vəzifələri sosial şəbəkə, internet vasitəsilə də həyata keçirə, ölkəmiz haqqında önəmli və əsas bilgiləri maraqlı bir şəkildə insanlarla paylaşa bilərik. Məsələn, tariximizlə bağlı qısa videoçarxlar buna misal ola bilər. Bu cür paylaşımlar, düşünürəm ki, biz gənclərin doğma yurdumuza töhfəsi olar. İnternetdən düzgün istifadə edə bilsək, paytaxtımız, bölgələrimiz çoxsaylı insanlar tərəfindən tanınar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz sözümüzü demiş olarıq.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbiri açaraq sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta fəaliyyətinin muxtar respublikamızın sosial-iqtisadi inkişafındakı rolundan bəhs edib. Baş direktor vurğulayıb ki, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır. Bildirilib ki, sığorta münasibətlərinin tənzimlənməsi və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.
Qeyd olunub ki, sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR