Bu gün elə bir adam tapılmaz ki, dərziyə müraciət etməsin. Ona görə də bu peşə hər dövr üçün gərəklidir. Naxçıvan şəhərinin bir çox yerlərində “Dərzi” yazılan tanıtım lövhələrinə rast gəlirik. Bu sənətlə məşğul olanlar çox olsa da, az sayda bu peşədə ustalıq qazanmış dərzilər tapmaq olar.
Naxçıvan şəhərinin Xətai küçəsindəki dərzi köşkündə çalışan Sərraf Hüseynovla tanış oldum. Onunla çalışdığı ünvanda söhbət etdik. Usta astarı sökülmüş pencəyi təmir edirdi.
– Salam, Sərraf usta, işin irəli olsun.
– Əleykəssalam, buyurun.
Usta əvvəlcə məni müştəri sansa da, özümü təqdim edəndən sonra söhbətin nədən getdiyini başa düşdü.
– Buyur, əyləş bir çay iç, sonra söhbət edək, – dedi. Mən də ustanın təklifini qəbul etdim. Hal-əhval tutduqdan sonra söhbətə körpü saldım. Ömrünün 45 ilini bu sənətə həsr edən usta dedi ki, bu peşə yolunda, necə deyərlər, saçını ağartsa da, hələ də ona dərziliklə bağlı agah olmayan çox mətləblər var. Ustanın dediklərindən: