23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2017-ci­ ilin noyabr ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır. Hesabat ayında fondun gəlirləri 5 milyon 785 min 420 manat həcmində yerinə yetirilmiş və proqnoz tapşırıqlara 129,2 faiz əməl ­olunmuşdur.
2017-ci ilin noyabr ayında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 88 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin edilən pensiyaçılardan 26-sı yaşa görə, 22-si əlilliyə görə, 40 nəfər isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Bu dövrdə 1002 sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara ­çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR