22 Dekabr 2024, Bazar

1986-cı il aprelin 26-da Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında XX əsrin ən böyük texnoloji qəzası baş verib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 32-ci ildönümü münasibətilə tədbirlər keçirilib.
Naxçıvan şəhərində keçirilən tədbirdə bildirilib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarını itirməsinə və yaşayış yerlərini tərk etməsinə səbəb olub. Həmin texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini iştirak edib. Ölkə­mizdə bu kateqoriyadan olan vətəndaşların statusu və sosial müdafiəsini tənzimləyən müvafiq qanun və normativ-hüquqi aktlar qəbul olunub.
Tədbirdə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması zamanı zərərçəkmiş muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən onların müalicələrinin təşkili, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə müxtəlif sosial xidmətlərin göstərilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Sonda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən, ümumilikdə, 257 nəfərə ərzaq payı təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalininin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Şərur rayonunun Qarahəsənli Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq sağlam cəmiyyətin formalaşmasında sağlam ailənin rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada ailələr həmişə uzunömürlü olması və möhkəmliyi ilə seçilib.

Ardını oxu...

Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən əmək yarmarkasında Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməm­mədov çıxış ediblər.
Bildirilib ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 10 özəl, 46 dövlət olmaqla, cəmi 56 təşkilatdan, 530 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikamızda, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görü­lən işlərdən söz açaraq bu işlərin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd ediblər, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə, ümumilikdə, 25 nəfərə işə göndəriş verilib ki, onlardan ikisi kənd xidmət mərkəzlərində işlə təmin olunacaqlar.
Qeyd edək ki, dövlətimizin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial­-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəal­lığın yüksəldilməsi, habelə məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb. Məşğulluq tədbirlərinin həyata keçirilməsi də bu istiqamətdə reallaşdırılan işlərin davamıdır.

 Ramiyyə ƏKBƏROVA

Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər Şərur rayonunda da öz uğurlu nəticələrini verməkdədir. Aprelin 23-də rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən növbəti əmək yarmarkası da görülən tədbirlərin davamıdır.   

Şərur Şəhər Mədəniyyət Sarayında keçirilən, əsasən, gənclərin iştirak etdiyi əmək yarmarkasında, ümumilikdə, 300 boş iş yeri təklif olunub.
Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov tədbirdə çıxış edərək bildirib ki, keçirilən əmək yarmarkası vətəndaşların işlə təmin edilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, təkcə ötən il rayonda keçirilən əmək yarmarkalarında 112 işaxtaran daimi işlə təmin olunub.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov yeni iş yerlərinin yaradılması istiqamətində muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən, bu istiqamətdə qəbul olunan dövlət sənədlərinin əhəmiyyətindən danışıb, Şərur rayonunda da hər il yeni iş yerlərinin açıldığını bildirib.
Sonra yarmarkaya gələnlər ayrı-ayrı idarə və müəssisələr, özəl qurumlar tərəfindən çıxarılmış yeni iş yerləri ilə tanış olublar. Ümumilikdə, bir gün ərzində 41 nəfərə işə göndəriş verilib.

Elman MƏMMƏDOV

Tədbiri giriş sözü ilə Babək Rayon Məşğulluq Mərkəzinin direktoru Heydər Quliyev açaraq muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən, rayon əhalisinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, əhalinin məşğulluğu ilə bağlı qəbul olunan dövlət pro­qramlarının uğurlu icrası Babək rayonunda da öz bəhrələrini verməkdədir. Bölgədə yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması ­sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev çıxış edərək bildirib ki, son illərdə rayonun ­sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkaları işaxtaran sakinlərin ixtisaslarına uyğun iş tapmalarına kömək edir.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 22-si özəl, 50-si dövlət olmaqla, 72 təşkilatdan 229 boş iş yerinin çıxarıldığı yarmarkada 27 nəfərə işə göndəriş verilib.

 Nail ƏSGƏROV

Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçirilən tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxış edərək bildirib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, yüzlərlə işaxtaran müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına müraciət edənlərin sayının çox olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam vardır.
Sonda yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 17-si özəl, 14-ü dövlət olmaqla, 31 təşkilatdan 134 boş iş yerinin çıxarıldığı yarmarkada 15 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Kəngərli rayonunda təşkil olunan növbəti əmək yarmarkasını giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açaraq əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, bir insanın əmək fəaliyyəti, məşğulluğu təkcə onun və ailəsinin maddi tələbatının ödənilməsinin təminat vasitəsi kimi dərk olunmur, daha geniş anlamda, ümumən, cəmiyyət və məmləkət üçün faydalı olan, daim yeniliyə, iqtisadi irəliləyişə xidmət edən bir proses kimi dəyərləndirilir. Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inte­qrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkil edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 8-i özəl müəssisə, 8-i isə dövlət orqanı olmaqla, ümumilikdə, 16 təşkilatdan 170 boş iş yerinin çıxarıldığı yarmarkada 35 nəfərə işə göndəriş verilib. Müraciət edənlərin 4 nəfəri peşə hazırlıq kurslarına cəlb olunub ki, onlardan da 3-ü gələcəkdə kənd xidmət mərkəzlərində işlə təmin olunacaqlar. Bundan başqa, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 2 nəfər işə göndəriş alıb.

Xəbərlər şöbəsi

Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.  

Artıq bir çoxları istəsə də, istəməsə də, sosial şəbəkələrsiz qala bilmir. İstifadəçilər arasında xüsusən gənc nəslin nümayəndələri çoxluq təşkil edir. Onların bir çoxunun istifadə etdiyi sosial şəbəkələrdə ­“Facebook”, “Twitter”, “İnstagram”, “Google+”, “Vkontakte”, “Odno­klassniki” və başqaları üstünlük təşkil edir.
Hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir. Bir qisim sosial şəbəkələrin bugünkü günümüzdə sosiallaşmaq, dünyanın ən ucqar nöqtəsində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və qarşılığında cavab almaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, olduğun yer haqqında məlumatları dostlarınla audiovizual şəkildə paylaşmaq və digər müsbət xüsusiyyətlərini qeyd edirlər. Digərləri isə düşünürlər ki, sosial şəbəkələr insanların internet asılılığını artırır, mənəvi dəyərləri məhv edir, real həyatdan uzaqlaşdırır. Artıq bu asılı­lıq insanlarda bir sıra psixoloji problemlərin üzə çıxmasına səbəb olur. Müsahibimiz, psixoloq Gülnarə Muxtarova ilə söhbətimiz də elə bu mövzuda oldu.

Ardını oxu...

Muxtar respublikamızda ekoloji tarazlığın qorunması, yeni yaşıllıq sahələrinin həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Aprelin 14-də Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında keçirilən növbəti iməciliklərdə də yeni yaşıllıqlar salınıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Naxçıvan şəhərində keçirilən iməcilikdə Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında yaşıllıqlara aqrotexniki qulluq edilib, suvarma və budama işləri görülüb.
Şərur sakinləri iməcilik ərazilərində ağaclara aqrotexniki qulluq göstərməklə yanaşı, suvarma və ağartma tədbirləri də həyata keçirib, park və xiyabanlarda 3500 ədəd mövsümi gül ştili əkiblər.
Babək rayonunun Qahab, Kərimbəyli, Yarımca, Zeynəddin kəndlərində yol kənarlarında ağaclara aqrotexniki qulluq göstərilib, suvarma və ağartma işləri ­görülüb.
Ordubad rayonunda Əylis düzündəki “Gənclər bağı”nda isə 22 ədəd həmişəyaşıl ağac əkilib, 1,7 hektarlıq ərazidə suvarma və budama işləri görüblər.
Culfa rayonunda idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıqlara qulluq göstərib, suvarma işləri aparıblar. Ağacların gövdələri ağardılıb və budama işləri ­həyata keçirilib.
Kəngərli rayonunda iməcilik, əsasən, Naxçıvan Sənaye Kompleksi və Çalxanqala kəndi arasındakı avtomobil yolunun, həmçinin Xok kəndində yol kənarlarında, rayon Tarix-Diyarşünaslıq Muzeyinin həyətində və Qarabağlar Türbə Kompleksinə gedən yolun ətrafında aparılıb. Bu ərazilərdəki yaşıllıqlarda ağaclara aqrotexniki qulluq göstərilib, 50 ədəd həmişəyaşıl ağac əkilib.
Şahbuz rayonunda da iməciliklər mütəşəkkil keçirilib. Həmin gün Batabat ərazisində yol kənarlarında bərpa məqsədilə 123 ədəd həmişəyaşıl ağac əkilib, kəndlərdə yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Sədərəklilər isə Heydərabad qəsəbəsindəki 3 hektarlıq bağda, Qaraağac kəndində yol kənarlarında və qəsəbə tam orta məktəbinin həyətində yaşıllıqlara qulluq ediblər.

Xəbərlər şöbəsi

Kainat yaranandan bəri Tanrının insanlara bəxş etdiyi hava və su kimi nemətlərdən əlavə ağaclar, yaşıllıqlar da böyük əhəmiyyəti ilə seçilir. Sağlam həyatın mənbəyi olan yaşıllıqların rolunu, əhəmiyyətini qiymətləndirən bəşər övladı ağacsız həyatın mümkünsüzlüyünü görərək onu müqəddəs bilib, tarixin müxtəlif dövrlərində ağaca etiqad da edib. Ağac əsrlərdən bəri ulularımızın dini-fəlsəfi, bədii düşüncələrində müstəsna yer tutaraq gələcək həyatı, dünyagörüşü istiqamətləndirən, formalaşdıran bir inanc sistemi olub. Ulularımızın mifoloji düşüncəsindəki bu inam bu gün də xalqın mənəvi dünyasında əhəmiyyətli rol oynayır. Elə bu səbəbdən hazırda üz tutduğumuz ziyarətgahların bir qismində ağaca inamını özündə əks etdirən nümunələrə rast gəlmək mümkündür. 

Qədim türklərin dini dünya­görüşünün, inanc-etiqad sisteminin müəyyən tərkib hissəsini təşkil edən ağacla bağlı pirlər, tapınaqlar yüz illər boyu qorunaraq qurbanvermə, ibadət, şəfatapma ocağı kimi müqəddəsləşib. Canlılığı, bərəkəti təmsil edən ağacla bağlı inancların izlərinə muxtar respublikamızın da bir çox yerlərində rast gəlinməkdədir. Belə ağaclar sırasında dağdağan, tut, cəviz, ardıc, çinar əhəmiyyətli yer tutur. Lakin müqəddəs ağac funksiyasını daha çox dağdağan ağacı daşıyır. Onu kəsmək, qol-budağını qırmaq günah sayılır və bu işi görən şəxsin lənətlənərək bir çox bəlalara düçar olacağına inanılır.

Ardını oxu...

Dünən Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixdə imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında qeyd edib ki, həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
İşaxtaran sakinlər yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildiriblər ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar.
Qeyd edək ki, yarmarkaya 6-sı dövlət 2-si özəl olmaqla, 8 təşkilatdan 78 boş iş yeri çıxarılıb, 12 nəfərə işə göndəriş verilib.

 Nail ƏSGƏROV

Muxtar respublikada aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Belə tədbirlərin davamlı xarakter alması isə həmin ailələrə dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir. Bu məqsədlə keçirilən növbəti tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi nəzərdə tutulub. Verilən tapşırığın icrası ilə əlaqədar Şərur, Babək, Culfa rayonları üzrə müraciət edənlər içərisindən, ümumilikdə, 8 aztəminatlı ailə müəyyən edilib. Həmin ailələrdən yeddisinə yanında balası olan bir iribuynuzlu, birinə isə yanıbalalı 10 xırdabuynuzlu heyvan verilib.
Vurğulanıb ki, ötən dövr ərzində qeyd edilən kateqoriyadan olan ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 82 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib. Bu da ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Yardım alanlardan Şərur rayonunun Dəmirçi kənd sakini Heydərəli Qurbanov göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

Mədəniyyət cəmiyyətin ümumi inkişaf göstəricisidir. Bu baxımdan hər bir insanın cəmiyyətdəki tələbatlarının səviyyəsini müəyyən edən mədəni normalar həyatımızın bütün sahələrində olduğu kimi, sığorta sahəsində də özünü göstərir. Çünki insanlar getdikcə daha çox risklərdən təminatlı şəkildə rahat yaşamaq, gözlənilməz hadisələrin vurduğu maddi zərərlərdən sığortalanmaq yolu ilə bunlara nail olmaq istəyirlər.
Müasir dövrdə ailə büdcəsinə nəzarət məsələləri daha geniş müzakirə olunur. İnsanlar gəlir və xərclərinin düzgün idarə olunması, baş verə biləcək gözlənilməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün çəkiləcək xərclərin əsası olan sığorta təminatı barədə daha çox məlumat almağa çalışırlar. Onlar sığorta müqavilələri bağlamaqla gözlənilməz hadisələr zamanı öz büdcələrinə nəzarət, eyni zamanda ailənin iqtisadi təhlükəsizliyini təmin edə bilirlər. Sözsüz ki, cəmiyyətin inkişafı sürətləndikcə insanlar daha çox daşınmaz əmlak, avtomobil əldə etməyə, səyahətlərə yollanmağa meyilli olurlar. Bu da, öz növbəsində, onların təhlükəsizliyinin təmin olunması üçün sığortalanmasını tələb edir.

Ardını oxu...

Əsrlərdən bəri formalaşan Naxçıvan mətbəxi öz zənginliyi ilə tanınır. Bu diyarda hazırlanan yeməklər bu gün ölkəmizin hər bir guşəsində əl-əl axtarılır. Ta qədimdən ata-babalarımız kulinariyamızı iqlim şəraitinə görə də bölgələrə ayırmışdır. Bu mənada, hər bölgənin özünə­məxsus yeməkləri var. Muxtar respublikada bişirilən ləzzətli yeməklər də bu baxımdan diqqəti cəlb edir. Bu torpaqda bitən hər şey sanki təkrarsızdır. Ümumiyyətlə, qədim diyarımızda hər mövsümə uyğun olaraq fərqli-fərqli yeməklər bişirilir. Buna görə də Naxçıvanda aprel ayına “yazın quru vaxtı” deyirlər. Çünki payızdan tədarük edilən qış azuqəsi, yarma, əriştə, qovurma, yağ ehtiyatı tükənir. Ancaq yazın gəlişi ilə yeni yemək çeşidləri bunları əvəz edir. Bu dövrdə yeni doğan heyvanların südündən bulama hazır­lanır. Folklorumuzda da deyilir:

Nənəm, a şişək qoyun,

Yunu bir döşək qoyun.

Bulamanı bol eylə,

Qırıldı uşaq, qoyun!

Yaz fəslində yemək çeşidlərinin içərisində yabanı və becərilən göyər­tilər üstünlük təşkil edir. Bu dövrdə göy soğan, tərxun və digər mədəni göyərtilər, soyutma yumurta, pendir­-lavaşa üstünlük verənlər çoxdur. Göyərtidən, əsasən, dovğa, kətə, kükü bişirilir. Evdar qadınlar bu dövr üçün bəzən qovurma saxlayırlar. Çünki qovurma ilə qızardılan pencərin və yumurtanın dadı əvəzedilməz olur. Qızartmada ən çox xıncılovuz, qazayağı, çiriş, cacıq, şomu, gicitkəndən istifadə edilir. Göyərti az olduqda düyü, buğda, yarma əlavə edilib “cılbırt” bişirirlər. Bir çox göyərtilərdən, əsasən, çərəz kimi də istifadə edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında məşğulluğun təmin olunması, peşə hazırlığı, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı ardıcıl tədbirlər görülür. Bu ilin ilk rübündə 572 işaxtaran qeydiyyatda olan vakant iş yerləri, müvafiq kateqoriyalı 5 nəfər isə kvota yerləri üzrə işlə təmin olunub. Onlardan 20-si sağlamlıq imkanları məhdud şəxs, 22-si az­təminatlı ailələrin əməkqabiliyyətli üzvləridir.
Muxtar respublikanın bütün rayonlarındakı kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində monitorinqlər aparılıb, xidmət mərkəzlərində mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilərək onların müvafiq peşə kurslarına cəlb edilməsinə başlanıb. Hesabat dövründə xidmət mərkəzlərində mövcud vakant yerlər üzrə 29 nəfər işlə təmin olunub. Məşğulluq mərkəzləri tərəfindən isə Naxçıvan şəhərinin, Şərur və Babək rayonlarının ümumtəhsil məktəblərinin 1159 şagirdinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş aşpaz köməkçisi, traktorçu-maşinist, qaz avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi çilingər və bərbər peşələri üzrə kurslara 53 işaxtaran cəlb edilib. Həmçinin ailə əməyinə əsaslanmaqla uzun müddət ünvanlı dövlət sosial yardımı alan 28 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib. Həyata keçirilən kompleks məşğulluq tədbirləri nəticəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı ötən ilin birinci rübü ilə müqayisədə 2,8 dəfə azalıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş və hazırda icrası uğurla davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, işaxtaranların məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə ­hazırlığının təşkilinə imkan verir.
Dövlət proqramında müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır. Bu mənada, aktiv məşğulluq tədbirlərindən biri də ənənəvi olaraq hər il keçirilən əmək yarmarkalarıdır. Əmək yarmarkalarında muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında məlumatlar əvvəlcədən əldə edilərək məşğulluq mərkəzləri tərəfindən işaxtaranlara təqdim olunur.

Ardını oxu...

Etnoqrafik araşdırmalardan məlum olduğu kimi, xalq təqvimi və onunla bağlı adətlər, mərasimlər və inanclar sistemi milli mədəniyyətimizin ən zəngin sahələrindən biridir. Bəşəriyyətin ilkin çağlarından insan övladının düşüncə tərzi, ibtidai duyum, yozum və təxəyyül imkanlarından qaynaqlanaraq zaman-zaman biçimlənib və xalqımız xalq təqviminə əsaslanaraq ilin bütün dövrlərində görülən işləri sistemli olaraq bölüb, zəngin mənəvi irs yaradıb. Bu təsərrüfatçılıq ənənələrinin bəziləri zamanla unudulsa da, əksəriyyəti günümüzdə də yaşadılmaqdadır.

Aprel ayının isə xalq təqvimində özünəməxsus yeri var. Bu müddətdə havalar tez-tez dəyişir, təbiət canlanır. Buna görə də əkinçilik və heyvandarlıqla məşğul olan ata-babalarımız bu dövrə müxtəlif adlar veriblər. Məsələn, martın 21-dən aprelin 30-na (bəzi mənbələrdə aprelin 15-nə qədər) kimi olan dövr “qara yaz” adlanır.
Yazın əvvəlində əsən küləyə “keçiqaçıran” deyirlər. Soyuq küləyə bu adın verilməsi qışdan arıq çıxan keçilərin məhvinə səbəb olması ilə əlaqələndirilir. Bu, martın sonu ilə aprelin birinci yarısı arasındakı dövrə təsadüf edir. Həmin dövrə bəzən “oğlaqqıran” da deyirlər. Ümumiyyətlə, el arasında “qara yaz” vaxtı ağır dövr hesab edilir. Ona görə də “bayramdan sonra qırx kötük, qırx şələ odun, qırx çuval saman saxla” ifadələri yaranmışdır. Babalarımız Novruzu təntənə ilə qeyd etsələr də, hələ də çətinliklərdən qurtarmadıqlarını hiss etmiş, bəzən həmin dövrü “lənət marta, aprelin 15-nə kimi”, – deyə lənətləmişlər.

Ardını oxu...

Bu gün bütün sahələrdə olduğu kimi, poçt sahəsi də dövlətimiz tərəfindən yüksək qayğı ilə əhatə olunub. 2013-cü ildə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə bu sahədə köklü islahatların həyata keçirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, hər il yeni rabitə evlərinin istifadəyə verilməsi, əhalinin müasir poçt-maliyyə xidmətlərinə olan tələbatının təmin edilməsi üçün geniş imkanlar yaratmışdır. Hazırda “Naxçıvanpoçt” MMC-nin muxtar respublikanın bütün yaşayış ərazilərini əhatə edən 179 poçt məntəqəsi fəaliyyət göstərir. Bütün poçt məntəqələri fiber-optik əsaslı yüksəksürətli telekommunikasiya şəbəkələri və kompüter avadanlıqları ilə təmin edilmişdir. Poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, telefon haqlarının, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin, bank kredit borclarının, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisi cərimələrinin qəbulu həyata keçirilir.
Bu işlərin davamı olaraq 2018-ci ilin mart ayından etibarən bütün poçt məntəqələrində əmək pensiyalarının verilməsinə başlanılıb. Pensiyasını yaşadığı ərazidəki poçt məntəqəsindən almaq istəyən vətəndaşlar müvafiq ərizə formasını doldurub, poçt məntəqəsinə təqdim etməklə növbəti aydan pensiyalarını buradan ala bilərlər. Poçt məntəqələrində təşkil edilən yeni xidmət vətəndaşlara imkan yaradır ki, pensiyasını almaq üçün rayon mərkəzinə və ya hər hansı bankomat olan yerə getmədən, yaşadıqları ərazidə əlavə vaxt və vəsait itirmədən ona çatacaq müavinəti rahatlıqla alsınlar.
Pensiyaların vətəndaşlara çatdırılması işinin asanlaşdırılması, dövlətimizin əmək adamlarına göstərdiyi qayğının daha bir nümunəsidir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək müqaviləsi bildirişinin formaları və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları”na, həmçinin “İş sahələrində əməyin mühafizəsi norma və qaydalarına əməl edilməsi”nə dair ikigünlük maarifləndirici seminarlar təşkil edilir.
Seminarlarda iştirak etmək istəyənlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər.

Ünvan: Heydər Əliyev prospekti 42 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binası)
Telefonlar: (036) 545-32-99, 544-09-59

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında tibb işçilərinin maarifləndirilməsi məqsədilə tədbir keçirib.
Agentliyin direktoru Samiq Sadıxov icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, muxtar respublikamızda icbari tibbi sığortanın mərhələli qaydada həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərmanı əhaliyə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Ali Məclis Sədrinin tapşı­rığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının daha da gücləndirilməsi üçün ötən il ən müasir tibbi avadanlıqlar, 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Bu da imkan verəcəkdir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin.
Diqqətə çatdırılıb ki, bu il yanvarın 25-də səhiyyə müəssisəsinə baxış keçirilib və Ali Məclis Sədrinin tapşırığı ilə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqi səhiyyə işçilərinin əməkhaqlarına da təsir edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və xəstəxana işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılıb.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari tibbi sığorta işinin təşkili şöbəsinin əməkdaşı Vüsal Məmmədov, agentliyin Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin əməkdaşı Leyli Həsənova, Maliyyə və təsərrüfat sektorunun əməkdaşı Təbriz Bayramov və “Nəqşi­cahan Med” MMC-nin əməkdaşı Tural Rəhimov çıxış ediblər.
Sonda suallar cavablandırılıb.

Hüseyn ƏSGƏROV

Əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadəyə dair Babək rayonunda işəgötürənlər və müəssisələrin kadr məsələləri üzrə mütəxəssisləri üçün seminar təşkil olunub.

Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov çıxış edərək bildirib ki, ölkəmizdə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli Qanununa əsasən Əmək Məcəlləsinə “Əmək müqaviləsi bildirişi” anlayışı daxil edilib. Əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınmasıdır. Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işəgötürənə verilən gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.

Ardını oxu...

21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü ilə bağlı Naxçıvan şəhərində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Defektoloji bölmə, onun Şərur və Ordubad rayonlarındakı bölmələri, əmək terapiyası, təlim-bərpa, artterapiya, kinekt-oyunlar otaqları, həmçinin psixoloji dəstək xidməti, Uşaq Bərpa Mərkəzində isə multisensorlu və erqoterapiya reabilitasiya otaqları, habelə idman bölmələri yaradılıb. Eyni zamanda daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüşlərin keçiril­məsi də daim diqqət mərkəzində ­saxlanılır.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış ediblər.
Sonda daun sindromlu 74 şəxsə bayram hədiyyələri təqdim olunub.
Valideynlər göstərilən bu qayğıya görə minnətdarlıqlarını ­bildiriblər.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Martın 16-da Novruz bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası ilə bağlı ­ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərilir. Tənha ahıl və məhdud fiziki imkanlı şəxslər mütəmadi olaraq evlərində ziyarət edilir, onlar arasında yaradıcılıq müsabiqələrinin, əl işlərindən ibarət sərgi­-satışların, bayram və əlamətdar günlərdə görüşlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Belə ki, 11 milyon 726 min 98 manat pensiyaçıların, 241 min 752 manat vəsait isə məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin şəxsi hesablarına və ya poçt ünvanına köçürülüb, proqnoz tapşırıqlara 117,1 faiz əməl olunub. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 145 vətəndaşa əmək pensiyası təyin olunub.
“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bütün növ əmək pensiyaları ürzə hesablan­mış artımlar əmək pensiyaçılarına ­ödənilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

 Azərbaycanın qədim yaşayış məskəni olan Naxçıvan torpağında boz ayın çillə çıxarmanı əhatə edən çərşənbələri qədim dövrlərdən SU-TORPAQ-YEL-OD ardıcıllığı ilə qeyd olunur. Bu çərşənbələrin hər biri öz mərasim və ayinlərinin zənginliyi ilə seçilir. Təbii ki, ulu əcdadlarımız yaradılışın bu dörd ünsürünü özünün ilkin ibtidai düşüncə sistemindən keçirərək onu simvollaşdırmış, şifahi mətnlər, dastanlar yaratmışlar. “Yaradılış” dastanında da biz bu işarələri açıq-aydın müşahidə edirik. 

Türk dünyasında çərşənbələr öz sakral mahiyyətində təbiətin canlanması ardıcıllığını qoruyub saxlayır. Belə ki, öz sərt soyuğu ilə “asıb-kəsən” kiçik çillə başa çatandan sonra təbiətdə mülayimləşmə başlayır. Bu zaman ilk olaraq Su qızmağa, əriməyə başlayır. Bundan sonra Torpaq isinir. Torpağın isinməsindən sonra soyuq və isti havanın qarşılıqlı mübadiləsi prosesi baş verir. Təbiətdə coğrafi hadisələrdən də bizə bəlli olan soyuq və isti hava axınının yerdəyişməsindən Külək-Yel əmələ gəlir. Yəni yeni, isti hava axını – Külək havanı qızdırır. Ən sonda isə Günəşin hərarəti tamamilə hiss edilir. İnsanlar və təbiət, canlı və cansız bütün varlıqlar Odu – istini duyurlar.

Ardını oxu...

Ulu öndərimizin əsasını qoyduğu dövlət qadın siyasəti istiqamətində ardıcıl tədbirlər Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bu gün dövlətimizin qadınlara qayğısını həyatımızın hər sahəsində görmək olar. Bunun nəticəsidir ki, qadınlarımız dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial-mədəni inkişafına öz töhfələrini verirlər. Bugünkü müsahiblərimiz isə zərif çiyinlərində “ağır yük” daşıyan qadın taksi sürücüləridir.

İlk müsahibim Süsən Sadiqova Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya gəlib. Bir övladı, üç nəvəsi var. Ali təhsillidir. Süsən xanım əvvəllər müxtəlif yerlərdə işləyib, Şahbuz Şəhər Texniki Peşə Məktəbində sürücülük dərsi deyib, kəndlərindəki ictimai təsərrüfatda mühəndis-texnoloq vəzifəsində çalışıb, pambıqyığan maşın belə, idarə edib.

Ardını oxu...

Gözəl görünmək hər bir qadının arzusudur. Danılmaz faktdır ki, ­tarixboyu qadınlar gözəlliyin sirlərini öyrənməyə çalışıblar. Bu gün də onlar öz gözəlliklərini qoruyub saxlamaq üçün əllərindən gələni edir və yeni texnologiyaların sayəsində xarici görkəmlərini mükəmməlləşdirə bilirlər. Müasir dövrümüzdə daha dəbli və baxımlı görünmək üçün ­xanımlarımız gözəllik salonlarına üz tuturlar. Bu artıq onların həyatlarının ayrılmaz hissəsinə çevrilib. 

Onu da deyək ki, natəmizlik, gigiyenik normalara riayət edilməməsi səbəbindən gözəlləşmək üçün üz tutulan bəzi gözəllik salonları xəstəlik mənbəyinə çevrilə, bu məkanlar bir çox xəstəliklərin yoluxma ocağı ola bilər. Belə xəstəliklərə göbələk infeksiyası, hepatit B, C, HİV və digərlərini misal göstərmək olar.
Əvvəlcə qeyd edək ki, salonlarda gigiyena qaydalarını gözləmək, alətləri sterilizə etmək, təmizliyə riayət etmək, daraqları, qayçıları, manikür, pedikür və digər alətləri dezinfeksiya etmək sağlamlığı qorumaq baxımından çox vacibdir. Biz də şəhərdəki bəzi gözəllik salonlarında sanitar-gigiyena qaydalarına necə əməl olunduğunu öyrənmək istədik…

Ardını oxu...

Boz ayın ikinci çərşənbəsi Torpaq çərşənbəsidir. Xalqımızın əsrlər boyu yaddaşında hifz etdiyi və bu günümüzəcən keçirdiyi mərasimlərin, adət-ənənələrin təqvim mərasimlərimizdə özünəməxsus yeri vardır. Suyun donunun açılması ilə torpağa bir dirilik gəlir. Su nə qədər aydınlıqdırsa, torpaq da bir o qədər insanın ruzi mənbəyini, bərəkətini təmin edəndir. Bu mənada, əcdadlarımız donu açılan su ilə torpağa həyat verməyə çalışıblar. Beləliklə də, Torpaq çərşənbəsindən sonra Naxçıvan Muxtar Respublikasının, demək olar ki, əksər bölgələrində şum və əkin işlərinə başlanılmışdır.
Folklor yaddaşımızda insanın yaradılışının dörd mərhələdə həyata keçirildiyi düşüncəsinə rast gəlirik. Yaradan əvvəlcə suyu götürdü, onu torpaqla qarışdıraraq bir insan modeli hazırladı, sonra ona ruh (nəfəs-hava-yel) verdi, ən sonda isə onu istiliklə təmin etdi (Günəş sistemində müəyyən bir məkanda məskunlaşdırdı). Beləliklə, İlahi tərəfindən həyata keçirilən yaradılış ardıcıllığı çərşənbələrdə qeyd olunaraq yaradana minnətdarlıq hissi kimi ortaya çıxdı.

Ardını oxu...

Babək rayonunun Payız Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə ­dəyərləri” mövzusunda maarifləndirici tədbir  keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova açaraq belə tədbirlərin ­əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada ailələr həmişə uzunömürlü olması və möhkəmliliyi ilə seçilib. Qadın ailədə milli dəyərləri yaşadan, onu digər ailə üzvlərinə aşılayandır. Hər bir ailədə dünyaya gələn körpəni vətənpərvərlik ruhunda böyütmək, milli və mənəvi dəyərləri övladlarına aşılamaq qadının – ananın müqəddəs amalıdır. Azərbaycan qadını adını uca tutmaqla bütün insani keyfiyyətləri, dostluq, ülfət, məhəbbət və xeyirxahlıq kimi ali insani keyfiyyətləri övladlarına aşılamağı bacarmalıdır.
Vurğulanıb ki, ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Ana yeni nəsli mövcud ictimai şəraitdə həyata hazırlamalı, ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün övladlarına zəruri olan bilik, bacarıq və vərdişləri mənimsətməlidir. Qadın ailəsinin tərbiyə verəni, əxlaq aşılayanı, övladlarına bütün milli dəyərləri öyrədəni olmaqla bərabər, həmçinin ailənin bütövlüyünü qoruyub saxlamaq missiyasını həyata keçirəndir. Faktdır ki, tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Gənclərin mülki müdafiə və fövqəladə hallara hazırlığı təhlükəsiz cəmiyyətin ümumi rifahıdır” mövzusunda tədbir təşkil olunub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, polkovnik Emin Qasımov tələbələrə fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı ətraflı məlumat verib, Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixindən söhbət açıb. Təbii fəlakətlər və texnogen qəzaların təsnifatı, istehsalat qəzalarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, işçilərin təhlükəsizliyinin təmin edilməsində və maddi itkilərin qarşısının alınmasında mülki müdafiə tədbirlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimi Maral Həsənova tələbələrə fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumat verib.
Sonra kollecin tələbələri fövqəladə hallar zamanı davranış qaydalarını praktik şəkildə nümayiş etdiriblər.

 Nail ƏSGƏROV

Avtomobil nəqliyyat vasitələrindən rahatlıqla istifadə olunmasında sığortanın əhəmiyyəti böyükdür. Belə ki, sığorta olunmaq bu vasitələrdən istifadə zamanı bəzən qaçınılması mümkün olmayan bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz olunmasında nəqliyyat sahibinin köməyinə gəlir. Çünki avtomobillərdən istifadə zamanı yaranan arzu­edilməyən hadisələr həm avtomobil sahiblərinə, həm də digər üçüncü şəxslərə maddi zərərlər vurur.
Ölkəmizdə mövcud olan qanuna əsasən belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün icbari, zərərvuran avtonəqliyyat vasitəsinin sahibinə dəymiş zərəri ödəmək üçün isə avtonəqliyyat vasitəsinin tam sığorta müqaviləsi bağlanılır. Avtomobilin hərəkəti zamanı başqasının avtomobilinə və həyatına vura biləcəyi zərərlə əlaqədar avtomobil sahibinin çıxılmaz vəziyyətə düşə biləcəyini nəzərə alaraq mülki məsuliyyətin sığortası hər kəs üçün icbari qaydada tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi zaman zərərvuran avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərər isə bu hadisəyə qədər avtonəqliyyatı tam sığorta müqaviləsi olduğu halda ödənilir. Ona görə də avtonəqliyyat vasitələri sahibləri təkcə mülki məsuliyyətlərini deyil, həm də avtomobillərini sığortalamalıdırlar. Çünki mülki məsuliyyətin sığortası ola biləcək qəza halında digər şəxslərin həyatına, sağlamlığına, mal və əmlakına vurduğu zərərlərin onun özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsini təmin edir. Tam sığorta və ya başqa adı ilə kasko sığortası isə avtomobil sahibinin sərxoşluğu və hadisənin qəsdən törədildiyi hallar istina olmaqla dəyə biləcək bütün zərərlərin, hətta təbiət hadisələri və təsadüflər nəticəsində həmin avtomobilin sahibinə dəymiş zərərlərin ödənilməsinə təminat verir.

Ardını oxu...

Doğma yurdumuzun güllü-çiçəkli çəmənləri, zirvəsi qarlı dağları, sərin bulaqları, gur şəlalələri göz oxşayır, insana xoş əhval-ruhiyyə bəxş edir. Həyatda heç bir şey insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıqlar hər kəsə rahatlıq və zövq verir. Psixoloqlar da yaşıllığın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyini deyir. 

Təbiətin bizə bəxş etdiyi ən böyük gözəlliklərdən biri də güllərdir. Qədim zamanlardan bəri gül sevgi və firavanlıq rəmzi sayılıb. Güllər hər dövrdə rəssam və şairlərin diqqətini çəkib, yaradıcılıqla məşğul olanların ilham mənbəyi olub. Gül-çiçəklərə qulluq isə onlara tamaşa etməkdən daha maraqlı və zövqoxşayandır. Bu iş insandan böyük səbir və zəhmət tələb edir. Güllərin insan aurasına təsiri də yüksəkdir. Onlar ev şəraitində də xüsusi yerə malikdir. Lakin hər kəs dibçəkdə gül əkməyi bacarmır. Bununla bağlı ümumi fikir söyləmək çətindir. Çünki insanlar kimi hər bir gülün də öz xüsusiyyəti və “xarakteri” var.

Ardını oxu...

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə vətəndaşlara ödənilən təqaüd və sosial müavinətlərin artırılması da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamıdır.
Ölkə başçısının 2018-ci il fevralın 19-da, 20-də və 22-də imzaladığı fərman və sərəncamlara uyğun olaraq şəhid ailələrinə, müharibə əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, sosial müavinət alan birinci qrup əlillərə ödənilən Prezident təqaüdlərinin məbləği mart ayının 1-dən etibarən 10 faiz artımla ödəniləcəkdir. Bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləği 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdü isə 1300 manatdan 1450 manata çatdırılıb.

Ardını oxu...

Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mülki müdafiə sisteminin formalaşdırılması yolunda qətiyyətli addımlar atılmış, mühafizə işini müasir tələblər səviyyəsində qurmağa imkan verən bir çox normativ-hüquqi sənədlər qəbul olunmuşdur. Sonrakı dövrdə isə ölkəmizdə föv­qəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə mülki müdafiə sistemi daha da təkmilləşdirilmiş, təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili üçün konkret addımlar atılmışdır. 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin təhlükəsiz şəraitdə yaşaması üçün həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə 2005-ci il dekabrın 16-da Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur.

Ardını oxu...

Qədim əcdadlarımızın, ata-babalarımızın bizə əmanət olaraq qoyduqları milli-mənəvi dəyərlərimizdən biri də Novruz bayramıdır. Hələ Novruz bayramından əvvəl qışın ilk vaxtlarından başlayaraq qırx gün müddətində böyük çillə, ondan sonrakı 20 gündə isə kiçik çillə davam edir. 

Xalq təqviminə görə, kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub, yerini boz aya verir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çillə beçə”, “ağlar-gülər” və sair adlarla bilinməkdədir. Boz ay kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə – martın 21-nə qədər olan dövrü əhatə edir. Ayın adının bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Xalq arasında boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Kiçik çillə ilə Novruz arasındakı boz ay qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında boz aya bayram ayı da deyilməkdədir. Müxtəlif adlarla bilinən boz ayın dörd çərşənbəsi çillə çıxarmanı əhatə edir. Azərbaycanın ən qədim yaşayış məskəni olan Naxçıvanda çərşənbələr bu ardıcıllıqla adlandırılmışdır: SU-­TORPAQ-YEL-OD.
Folklor yaddaşımızda insanın yaradılışının dörd mərhələdə həyata keçirilməsi düşüncəsinə rast gəlirik. Yaradan əvvəlcə suyu götürdü, onu torpaqla qarışdırıb bir insan modeli hazırladı, sonra ona ruh (nəfəs, hava) verdi, ən sonda isə onu istiliklə təmin etdi (Günəş sistemində müəyyən bir məkanda məskunlaşdırdı). Beləliklə də, İlahi tərəfindən həyata keçirilən yaradılış ardıcıllığı çərşənbələrdə qeyd olunaraq Yaradana minnətdarlıq hissi kimi ortaya çıxmışdır.

Ardını oxu...

Sağlamlığın qorunması hər kəsin əsas qayğılarındandır. Hamı istəyir ki, sağlam və firavan yaşasın, qəzalardan uzaq olsun. Ancaq bəzən elə gözlənilməz hadisələr baş verir ki, bunların nəticəsində şəxsin sağlamlığına ciddi zərər vuran xəsarətlər qaçılmaz olur. Bu da, öz növbəsində, zərərçəkmiş insana və onun ailəsinə kifayət qədər yüksək məbləğdə maddi zərər vurur. Bu baxımdan baş vermiş qəza hallarında xəsarət almış insanların sağalması üçün ehtiyac olan maddi məsrəflərin təmin olunmasında fərdi qəza sığortasının mühüm əhəmiyyəti vardır. Bu, eyni zamanda vətəndaşların sosial müdafiəsi də deməkdir. 

Fərdi qəza sığortası könüllü sığortadır. Ancaq bununla yanaşı, o, müasir dünyada geniş yayılıb. İnsanların fəallığının artması, baş verə biləcək hər cür bədbəxt hadisələrin ehtimalının çoxalması, sağlamlığa dəyər verilməsi bu sığorta növünün populyarlığını artırır. Bu isə tərəflərin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunmuş qaydalar əsasında aparılır.
Fərdi qəza sığortasının bir sıra üstünlükləri də vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası olan insana onun harada olmasından və günün hansı saatından asılı olmayaraq baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən maddi təminat verilir. Bu isə hər bir insanın həyatı üçün vacib şərtdir. Çünki sığorta agentliyi tərəfindən həyata keçirilən fərdi qəza sığortası bədbəxt hadisələr nəticəsində dəymiş xəsarətlərdən yaranan maddi zərərlərin əvəzini ödəməklə insanlara köməklik edir.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu çərçivədə fevralın 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın Rəssamlar Birliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional ­İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib.
Ustad dərsini Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva keçib. Dərsin keçilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqlara rəssamlıq sənətini sevdirmək, onların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdır.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin, həmçinin təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri tələbələrinin Ağbulaq İstirahət Mərkəzində “Qış məktəbi”nin ikinci mərhələsi başa çatıb.
Olduqca maraqlı və əyləncəli keçən bu müddət ərzində tələbələr müxtəlif idman növlərində qüvvələrini sınayıb. “Vətəni tanı”, “Nuh yurdu”, “Axtar tap” kimi müxtəlif intellektual oyunlarda mübarizə aparıblar. Həmçinin gənc­lərə “Qış məktəbi” çərçivəsində vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” İnstrumental Ansamblı kollektivinin çıxışları isə iştirakçılarda xoş ovqat yaradıb.
Bununla yanaşı, “Qış məktəbi”nin ikinci günündə tələbələr Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşının mühazirəsini dinləyiblər. Mühazirədə gənc­ləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gənclərin sağlamlığı da təşkilatçılar tərəfindən daim diqqət mərkəzində saxlanılıb, bu məqsədlə düşərgəyə həkim də dəvət olunub.
İştirakçılara gündə üç dəfə milli mətbəximizin nemətləri təklif olunub, onlara çay süfrəsi təşkil edilib.
“Qış məktəbi”nin ikinci mərhələsində 50 tələbə iştirak edib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Culfa rayonunun Kırna kəndində maarifləndirici tədbir keçirilib. Mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı ailə təsərrüfatları üçün keçirilən tədbiri Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açıb.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış dərman bitkilərinin toplanması və qurudulması qaydaları, onların xammal şəklində tədarükünün təşkili haqqında geniş məlumat verib.

Ardını oxu...

Xalq təqvimi sistemimizdə xüsusi yer tutan boz ay xalqımızın ədət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır. Xalq arasında bu dövrə müxtəlif adlar: “boz ay”, “alaçalpo(v)”, “çillə-beçə”, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Xalq arasında, adətən, mart, aprel, may yaz ayları kimi hesablansa da, yaz fəsli martın 21-dən 22-nə keçən gecə yurdumuza qədəm qoyur.
Professor Eybalı Mehrəliyev “Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında alaçalponun 22 fevral-22 mart arasında olduğunu, qışın sonunda yağan qara da “alaçalpo” deyildiyini qeyd edir. Boz ayın isə qışın son yarım ayı ilə yazın əvvəlinci yarım ayını əhatə etdiyini (6 mart-6 aprel) yazır.
Boz ayda 4 ünsür – su, torpaq, yel və odla bağlı dörd çərşənbə təntənəli şəkildə qeyd edilərmiş. Bunlar “Cəmlə”, “Cəmilə”, “Cəlimə” də adlanır. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri boz aya bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların hesablanması başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub. Lokal şəbəkələrin mərkəzi informasiya sistemlərinə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsinin formalaşdırılması və yeni pro­qram təminatları ilə təmin edilməsi nəticəsində, ölkə başçısı tərəfindən imzalanmış bu sərəncam qısa müddətdə icra edilmişdir. Nəticədə, muxtar respublika üzrə 47 min 994 nəfər əmək pensiyaçısının pensiyasının ümumi məbləği və 168 min 935 nəfər sığortaolunanın fərdi uçot sistemindəki fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz indeksləşdirilərək artırılmışdır.
Məlumat üçün bildirək ki, muxtar respublika üzrə bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, 2018-ci il fevral ayının 16-da yanvar və fevral aylarındakı artımlarla birgə əmək pensiyaçılarına ödənilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

İnsanın yaşayış keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biri sosial həyatın, asudə vaxtın səmərəli keçirilməsidir. Bu mənada, həm naxçıvanlılar, həm də muxtar respublikamıza gəlmiş qonaqlar şəhərimiz­dəki müasir və dəbdəbəli restoran və digər iaşə müəssisələrinin xidmətlərindən tez-tez istifadə edir, istirahətlərini yaxşı keçirməyə çalışırlar. Naxçıvan şəhərinin tarixiliklə müasirliyin qovuşduğu bir məkanında yerləşən “Nuh yurdu” restoranı da fəaliyyətə başladığı dövrdən belə ünvan kimi tanınmağa başlayıb. 

Muxtar respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsi insanları daha çox keyfiyyətli xidmətlər almağa sövq edir. Artıq əvvəlki dövrlərdən fərqli olaraq həyatımızın bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri sosial-mədəni sahədə də açıq görünməkdədir. Elə “Nuh yurdu” restoranında da bunun bir daha şahidi olduq. Havanın gözəl olmasını fürsət bilən müştərilər restorana axın edirdi.
“Nuh yurdu” restoranı Naxçıvan şəhərinin Atabəylər məhəlləsində yerləşir. Tarixi Naxçıvanqalanın yaxınlığında, gözəl Araz mənzərəli, səs-küydən uzaq, yaşıllıqlar arasındakı bu ailəvi istirahət məkanına təşrif buyuran müştərilər üçün hər cür rahatlıq yaradılıb. Şübhəsiz, insan həyatı üçün nə qədər fiziki və estetik komfortluluq, erqonomik rahatlıq yaradılıbsa, bu, son nəticədə, daha məzmunlu mədəni istirahət və yaradıcı fəaliyyət deməkdir. Ona görə də insanlara nə qədər gözəl xidmətlər göstərilsə, onları nə qədər razı sala bilsək, bu, təkcə bizim işimizin uğuru deyil, həm də müştərilərimizin də razı qalması deməkdir. Muxtar respublikamıza gələn turistlərin sayının artdığı bir dövrdə bu, xüsusilə vacibdir. Müəssisənin rəhbəri Ceyhun Seyidovla söhbətimizdən də bir daha bu qənaətə gəldik.

Ardını oxu...

Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçərək veteran adı qazanıb. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının ümummilli lideri onları yüksək ­qiymətləndirərək deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.

Vətən uğrunda mərdlik göstərib qəhrəmanlıqla döyüşüb həlak olan, eləcə də həmin döyüşlərdə yaralanan insanların həyatı, keçdikləri döyüş yolu bu günün gəncləri üçün böyük örnəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı bu qəbildən olan vətəndaşların bir araya gələrək təşkilatlanması və gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi işinin təşkili üçün mərkəz rolunu oynayır. Ötən günlərdə təşkilatın fəaliyyət göstərdiyi ünvana yollandıq, təşkilatın sədr müavini Zahid Cəfərovla həmsöhbət olduq. O bildirdi ki, təşkilat sıralarında birləşən 322 şəhid ailəsi, 374 müharibə əlili, 3 min 300 nəfər müharibə veteranı dövlət qayğısını daim üzərində hiss edir. Təşkilatın rayon şöbələrinin yaradılması bölgələrimizdə yaşayan şəhid ailələrinin, veteranların da keçirilən tədbirlərdə iştirakına imkan verir. Ötən dövr ərzində bu qəbildən olan insanlar mənzil və avtomobillərlə təmin edilib, müxtəlif sanatoriyalara müalicəyə göndəriliblər. Belə ki, həmin şəxslərə bu günədək 460 ədəd “Oka”, “Tavriya”, “Slavuta” və “NAZ-Lifan” markalı avtomobil təqdim olunub. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında yaşayan müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlar 211 fərdi ev və mənzillə təmin ediliblər. Eləcə də Naxçıvan şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzində döyüşlər zamanı yaralanan insanların müayinə və müalicəsi də həyata keçirilir, onlar protez-ortopediya məmulatları ilə təmin olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2018-ci ilin yanvar ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 10 milyon 838 min 991 manat pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 251 min 79 manat vəsait köçürülmüşdür.
Hesabat ayında fondun gəlirləri 4 milyon 41 min manat proqnoza qarşı 5 milyon 45 min 300 manat həcmində yerinə yetirilmiş və proqnoz tapşırıqlara 124,8 faiz əməl olunmuşdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 5 milyon 45 min 300 manatı və ya 45,5 faizi məcburi dövlət sosial sığorta şəklində muxtar respublikada yığılmışdır. Hesabat ayında sığortaedənlərdən daxil olan 106 min 215 manat işsizlikdən sığortahaqqı işsizlikdən sığorta fondunun hesabına köçürülmüşdür.

Ardını oxu...

Üzərlik... Bizim mifik inanclarımızın həqiqi təcəssümü... Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik digər bitkilərdən bədnəzərdən qorumaq xüsusiyyətinə görə seçilir. Yəqin ki, çoxlarınız əksər evlərdə ona rast gəlmisiniz. Bəlkə, öz evinizdə də var. Qonşuluğumuzda yaşlı bir qadın var idi, Tutu nənə. Bu qadın üzərlikdən ev üçün müxtəlif asılqanlı bəzəklər düzəldib satırdı. O vaxt qonşularımızın hamısı Tutu nənədən həmin əşyaları alıb evinə asırdı. Hətta bizim evdə o, hələ də qalır. Özü də illərdir, olduğu yerdə. Evin qapısından içəri keçən kimi ilk olaraq gözüm ona sataşır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır və bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini təsdiq edir.

Həmin sərəncama əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 5,7 faiz artırılmışdır.
Ölkə başçısının bu sərəncamının icra edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilmişdir.

Ardını oxu...

Culfa Rayon Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Gülnisə Quliyevanın hazırladığı əl işləri emosional təsiri, özünəməxsusluğu ilə elə ilk baxışdan insanı özünə cəlb edir.
O, əl işləri ilə bağlı düşüncələrini bizimlə paylaşdı. Həmsöhbətimiz dedi ki, onda dekorativ-tətbiqi sənətə həvəs uşaqlıq illərində yaranıb, balaca yaşlarından tikmə, toxuma və digər sənət növləri ilə məşğul olub. Onun dediklərindən: “Uşaq çağlarımda nənəm qonşularla birgə evimizdə xalça toxuyardı. Gözümün önündə cərəyan edən bu proseslər vaxt ötdükcə məndə də bu işə maraq yaradırdı. Nənəm mənim bu işlərə həvəs göstərdiyimi görüb xalça toxumaq haqqında danışar, bəzən ­sülünü mənə uzadıb: “Bala, sən də bir az toxu, görüm bacarırsanmı?” – deyərdi. Təbii ki, işə o qədər bələd olmadığımdan ilmələrin yerini səhv salardım. Sonralar dekorativ-tətbiqi sənətin digər növləri ilə də maraqlandım. Hədsiz həvəsim məndə tullantılarla bağlı nəsə hazırlamaq fikrini ortaya çıxardı. Onu da deyim ki, tullantılardan sənət əsəri yaradan insanlar haqqında kifayət qədər məlumatım var idi. Bu işə yiyələnmək o qədər də asan olmadı. İlk vaxtlar ətrafımdakı insanlar mənə soyuq münasibət bəslədi. Onlar mənə: “Ay bala, get özünə sənət tap, bu nə işdi axı?” – deyirdilər. Ancaq həvəs və inadım güclü olduğundan bu sözlərə məhəl qoymadım. Ən gözəl çıxış yolu maraqlı əl işləri hazırlayıb deyilən sözlərin yanlış olduğunu ortaya çıxarmaq idi. Elə düşündüyüm kimi də oldu. Düzəltdiyim balaca əl işləri ilə onları təəccübləndirə bildim. Bir vaxtlar bu işə laqeyd yanaşan insanlar indi əl işlərimə heyranlıqla tamaşa edir, hətta alıb evlərinə aparırlar”.

Ardını oxu...

Məktublar, məktublar... Ötən illərin tarixə qovuşan saralmış vərəqləri. Həsrətliləri qovuşduran, uzaqdakıları yaxınlaşdıran, ürəkləri birləşdirən məktublar. İnsanların yazı mədəniyyətini formalaşdıran, onlara düzgün yazmaq qabiliyyəti aşılayan, səmimiliyini artıran məktublar. Texnoloji inkişafın qeyri-operativ adı ilə sıxışdırıb sıradan çıxmaya məruz qoyduğu sosial itki. Son cümlə ilə razılaşmaq olar. Sürətli internet həyatımızın ayrılmaz hissəsinə çevrilən andan artıq əksər insanlar məktub yazıb, ünvan axtarıb, günlərlə gözləri yolda cavab gözləmir. Bu, təbiidir. Söz yox ki, məktubların nə olduğunu məktub yazanlar bilər.
Məktubları xatırlatmaqda məqsədim indi onların yerini alan sosial ünsiyyət vasitələrindən söhbət açmaqdır. “Yerini alan” anlamı isə yalnız texnoloji cəhətdən ola bilər. Çünki hələ indi də çoxumuzun ən əziz əşyamız kimi qoruduğumuz, hərdən açıb oxuyarkən o illərə qayıtdığımız, saralmış vərəqlərə bəzən göz yaşlarımızın, bəzən sevincimizin, xoş günlərimizin hopduğu və heç nəyin onların yerini verə bilmədiyi məktublarımız var.

Ardını oxu...

Muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası, habelə sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər görülür. Eyni zamanda onlara tibbi və sosial reabilitasiya xidmətləri də göstərilir.
Tənha ahıllara göstərilən dövlət qayğısının ifadəsidir ki, Şahbuz şəhərindəki Ahıllar evində onların rahat yaşaması üçün hər cür şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gələrək buranın sakinlərini müayinədən keçirirlər. Komissiyanın ixtisaslı həkimləri növbəti tibbi xidmət göstərmək məqsədilə Ahıllar evində olublar. Həkimlər sakinləri tibbi yoxlamadan keçirib, onlara tibbi məsləhətlər veriblər. Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının ifadəsidir ki, yeni xidmət sahələrinin sayı getdikcə artır. Bu da insanların müxtəlif tələbatlarının ödənilməsinə müsbət təsirini göstərir. Ona görə də Naxçıvan şəhərinin Həsən Əliyev 2 ünvanında “Sürət Karqo” adlı yeni sahibkarlıq obyektinin fəaliyyətə başlaması naxçıvanlılar tərəfindən minnətdarlıqla qarşılanıb.
“Sürət Karqo” Bakı-Naxçıvan-Bakı marşrutu ilə bağlamaların sürətli və etibarlı şəkildə ünvana çatdırılması ilə məşğul olur. Ünvana çatdırılan 5 kiloqrama qədər bağlama, zərf, əşya üçün 5 manat məbləğində ödəniş edilir. 5 kiloqramdan artıq yükün hər kiloqramı üçün isə 1 manat ödənilir. Göndərilən bağlama, zərf, əşya bir gün ərzində ünvana pulsuz çatdırılır.
Onu da qeyd edək ki, “Sürət Karqo”nun Bakı şəhərindəki ofislərində də Bakı-Naxçıvan marşrutu ilə yükdaşıma həyata keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR