Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Belə ki, 11 milyon 726 min 98 manat pensiyaçıların, 241 min 752 manat vəsait isə məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin şəxsi hesablarına və ya poçt ünvanına köçürülüb, proqnoz tapşırıqlara 117,1 faiz əməl olunub. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 145 vətəndaşa əmək pensiyası təyin olunub.
“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar əmək pensiyaçılarına ödənilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti