23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2018-ci ilin yanvar ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 10 milyon 838 min 991 manat pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 251 min 79 manat vəsait köçürülmüşdür.
Hesabat ayında fondun gəlirləri 4 milyon 41 min manat proqnoza qarşı 5 milyon 45 min 300 manat həcmində yerinə yetirilmiş və proqnoz tapşırıqlara 124,8 faiz əməl olunmuşdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 5 milyon 45 min 300 manatı və ya 45,5 faizi məcburi dövlət sosial sığorta şəklində muxtar respublikada yığılmışdır. Hesabat ayında sığortaedənlərdən daxil olan 106 min 215 manat işsizlikdən sığortahaqqı işsizlikdən sığorta fondunun hesabına köçürülmüşdür.

2018-ci ilin yanvar ayında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 147 vətəndaşa əmək pensiyası təyin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq pensiyaların yerli poçt bölmələri vasitəsilə ödənişinin həyata keçirilməsi barədə verdiyi tapşırıqların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Yanvar ayının ­ 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları və “Naxçıvanpoçt” MMC-nin rayon filialları arasında müqavilə imzalanmışdır. Kənd yerlərində yaşayan pensiyaçıların müraciəti əsasında bundan sonra pensiyaların yerli poçt bölmələri tərəfindən də ödənişi həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR