22 Dekabr 2024, Bazar

Beynəlxalq Əlillər Günü ilə əlaqədar 3-5 dekabr tarixlərində Bakı şəhərində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgisi – müsabiqəsinə muxtar respublikadan 13 müəllifin 85 əl işi təqdim olunub.
Üç gün davam edən sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250-dən çox sağlamlıq imkanları məhdud şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr üzrə 1500-dən çox əl işi nümayiş edilib. Naxçıvanlı müəlliflərdən Günay Darbazova toxuma-hörmə, Əli Səfərov isə rəngkarlıq nominasiyaları üzrə II, Şahin Həsənov müsabiqənin ağac üzərində oyma növü üzrə III yerə layiq görülüblər.
Fərqlənən iştirakçılar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ərzaq təhlükəsizliyi probleminin həllində xüsusi əhəmiyyət kəsb edən taxıl istehsalı və bu istehsalın həcminin ildən-ilə daha da artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, bu, ölkəmizdə reallaşdırılan iqtisadi siyasətin mühüm vəzifələrindən biri sayılır.
Məhsul istehsalının ilbəil artırılmasını təmin etmək üçün taxıl istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri taxılın becərilmə aqrotexnikasına ciddi yanaşmalıdırlar. Taxıl bitkisinin inkişafına xəstəlik, zərərverici və alaq otlarının ciddi təsiri vardır. Bunlardan başqa, taxıl zəmilərinə gəmiricilər də ciddi ziyan vururlar. Onlar fəsillərdən asılı olaraq taxılın həm kök sistemi, yaşıl gövdə və yarpaqları, həm də dənləri ilə qidalanırlar. Gəmiricilərin vurduğu ziyan toxumların cücərmə vaxtından başlayıb dənin yetişmə dövrünədək davam edir və ən çox ziyan yaz aylarında müşahidə olunur.

Ardını oxu...

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib. 

Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış edərək vurğulayıb ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu kateqoriyadan olan şəxslərin də sosial müdafiəsinin güclənməsinə imkan yaradıb. Məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, müharibə əlilləri minik avtomobilləri ilə təmin olunur, sağlamlıq imkanları məhdud olan insanların mənzil-məişət şəraitləri yaxşılaşdırılır, müvafiq kateqoriyadan olan şəxslərə təqaüd və sosial müavinətlər ödənilir, həmçinin onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr hər il Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahənin qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatlarını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.
Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı şəxslərin mənzil­-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlı Şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicə və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnfor­masiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə imkan verir.

Ardını oxu...

Şəhərimizdə tez-tez qarşısından keçdiyim  Uşaq Bərba Mərkəzinin binası  hər dəfə mənə  məktəbli çağlarımla bağlı xatirələri xatırladır. Bu xatirələrin mövzusu əlil sözü ilə bağlıdır. Yadımdadır, o vaxtlar əlillər günü ilə və yaxud bu kateqoriyadan olan uşaqların iştirak etdiyi  hər hansı bir məktəb tədbirində onların adlarının əlil kimi vurğulanması məni çox məyus edər, böyük  sıxıntı keçirərdim. Aparıcıların əlillər günü münasibətilə keçirilən tədbirlərdə məktəbimizin əlil uşaqları iştirak edir cümləsini,  yaxud  tədbirdə şeir söyləmək üçün sözü onlara verəndə bu uşaqların  əlil kimi təqdim olunmasını çox narahatlıqla qarşılayırdım. Zaman-zaman hiss edirdim ki, bu söz- uşaqlar haqqında deyilən əlil sözü  mənim ən zəif “nöqtəmdir”, ürəyimi sızladan  bir nöqtə...

Bu sözlə bağlı uşaqlıq xatirələrimdən... Məhəllədə oğlanlı-qızlı iki qrupda gizlənqaç oynayırdıq. Birdən ara qarışdı, uşaqlar arasında mübahisə başlandı. Biri dedi sən məni gördün, o biri dedi görmədin. Aramızda gözü qüsurlu olan bir uşaq da var idi. O,  mübahisə edənləri sakitləşdirmək istədikdə, qızlardan biri –“Sən heç normal görürsən ki, mənə kimisə görüb görmədiyimi sübut etdirmək istəyirsən, əlilsən də sən”, deyəndə elə bil ürəyimə bıçaq sancdılar, hönkürtü ilə ağlamağa başladım.  Uşaqlar məəttəl qalmışdılar ki, niyə ağlayıram. Mənsə birbaşa evə qaçdım və həmin günü  həmin sözlər  yadıma düşdükcə hey ağladım. O sözləri deyən qızı isə illərlə danışdırmadım. Sonra səhvini başa düşdü, o uşaqdan da,  məndən də üzr istədi.

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfat­hesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə keçirilən növbəti seminar-müşavirədə qış aylarında avtobusların saz vəziyyətdə xəttə buraxılmasının təminatı, yol hərəkəti qaydalarına əməl edilməsi, nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi məsələləri müzakirə edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılov və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəisi İlkin Məmmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, qış mövsümündə avtomobil nəqliyyatı sahəsində xidmətin intensivliyinin təmin olunması, yaranmış çətinliklərin aradan qaldırılması üçün ötən müddət ərzində mütəmadi olaraq tədbirlər həyata keçirilib, ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların sürücülərinə lazımi köməklik göstərilib. Eyni zamanda şəhərdaxili nəqliyyatda sürücülərin yol hərəkəti qaydalarına əməl etmələri, ayıq-sayıq fəaliyyət göstərmələri və avtomobilləri təmiz saxlamaları üçün müntəzəm olaraq yoxlamalar həyata keçirilib, yaranmış problemlər aradan qaldırılıb.
Qeyd olunub ki, qışın soyuq, qarlı-şaxtalı günlərində sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz şəkildə çatdırılmalarını təmin etmək üçün avtobusların qızdırıcı sistemlərinin yoxlanılması, təkərlərin mövsümə uyğun dəyişdirilməsi, ehtiyat üçün zəncirlərin götürülməsi diqqətdə saxlanılıb, bu məqsədlə müvafiq tapşırıqlar verilib, sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Vurğulanıb ki, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində marşrut avtobusların, mikro­avtobusların və taksilərin mövsüm dəyişikliyi səbəbi ilə fəaliyyəti zamanı yarana biləcək problemlərin vaxtında həll edilməsi üçün mexanik və çilingərlərdən ibarət təmir briqadası yaradılıb, idarənin təmir sexləri mal-materialla təmin olunaraq hazır vəziyyətə gətirilib.

 Nail ƏSGƏROV

Muxtar respublikada işçilərin əmək hüquqlarının qorunması və müəssisələrdə əməyin mühafizəsinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Cari ilin 10 ayı ərzində istehsal və tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyəti ilə əlaqədar 77 obyektə nəzarət həyata keçirilib. Bu zaman fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 44 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 95 işçi isə həmin vasitələrlə yerində təmin olunub.
Bəhs olunan dövrdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə 36 tikinti obyektinə baxış keçirilib və həmin tikinti sahələrində inşaat işlərinə başlanılmasına dair müvafiq akt tərtib edilib.

Ardını oxu...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində konfrans keçirilib.
Konfransı komitənin sədri Ramilə Seyidova açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da silsilə tədbirlərlə dövlət səviyyəsində qeyd olunur. Bu il, həmçinin müsəlman Şərqində ilk dəfə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi tamam olur.
Komitə sədri vurğulayıb ki, tarixin yaddaşına çevrilmiş 1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan, o cümlədən Naxçıvan qadınları qısa müddət ərzində böyük nailiyyətlər qazanıb, cəmiyyətin inkişafında fəal iştirak ediblər.

Ardını oxu...

Hər bir insanın yaşadığı evdə, yol getdiyi avtomobildə, keçdiyi küçədə elə gözlənilməz hadisələr baş verə bilər ki, onları əvvəlcədən demək çox çətindir. Belə təsadüfi riskli hadisələr hər yerdə gözlənilir və onlara inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə rast gəlinə bilər. Gözlənilməz hadisələrin qarşısını almaq üçün nə qədər qabaqlayıcı tədbirlər görülsə də, bu sahədə texnoloji yeniliklərdən və maarifləndirmədən istifadə olunsa da, onlardan hər zaman yayınmaq praktik olaraq mümkün deyil. Bu da gözlənilməz hadisələrdən dəyən zərərlərin sığorta yolu ilə əvəz olunmasının əhəmiyyətini artırır.

Bu baxımdan insan həyatına sıx daxil olmuş avtomobil nəqliyyat vasitələrindən istifadə zamanı da baş verən qəfil hadisələr həm avtomobilin özünə, həm də hadisənin digər iştirakçısının həyatına, sağlamlığına, mal və əmlakına zərərlər vura bilir. Bu da, öz növbəsində, avtomobillərdən istifadə ilə əlaqədar həm mülki məsuliyyət, həm də avtomobillərin tam sığortasının əhəmiyyətini artırır. Belə ki, avtomobil nəqliyyat vasitələrindən istifadə zamanı sığorta olunmaq bəzən qaçınılmaz bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz edilməsində avtomobil nəqliyyatı sahibinin köməyinə gəlir. ­

Ardını oxu...

İndiyədək qəzetimizin müxtəlif saylarında bu və ya digər sadə peşə sahibləri haqqında bir sıra yazılar dərc olunub. Bu yazıda isə indiyədək tanıdığımız, bildiyimiz peşələrin ən qədimindən bəhs edəcəyik. Söhbət insanoğlunun ilk əmək fəaliyyəti sahələrindən olan çoban peşəsindən gedir.
Mənbələrə görə, bu peşə əkinçi­lik və heyvandarlığın inkişafı ilə bağlı yaranıb. Məlumatı olmayanlar bu peşəni asan, sadə, hətta bəziləri işi-gücü olmayanların məşğuliyyəti kimi qəbul edə bilərlər. Ancaq hər peşənin bir yaranma zərurəti və incəlikləri var. Çobanlığın da həmçinin. Bu yaxınlarda Qazma mağa­rasına yolçuluqda mənə bələdçilik edən çoban yoldaşımla etdiyimiz söhbətlərin sonunda gəldiyim qənaət də bunu təsdiq etdi ki, çobanlıq hər kəsin bacaracağı iş deyil. Çünki digər sahələr kimi, bu peşənin də özünəməxsus xüsusiyyətləri və qaydaları var. Elə biz də bu xüsusiyyətləri işin peşəkarından öyrənməyə çalışdıq. Həmsöhbətimi oxuculara belə təqdim etməyimə onunla etdiyim söhbətdən sonra qərar vermişdim və bu qərarımda da yanılmadığımı düşünürəm. Çünki peşəkarlıq yaşla ölçülmür, peşəyə bağlılıqdan, bu yolda yaşanıb keçilmiş çətinliklərdən və qazanılmış təcrübələrdən əldə edilir. Və beləliklə, ötən yazımızda da söz verdiyimiz kimi, söhbətimizi Kəngərli rayonunun Qarabağlar kəndindən olan Dadaş Dünyamalıyevlə çobanlar oylağı Şəmdində, necə deyərlər, iş başında davam etdiririk...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi nəzərdə tutulub. Qeyd edək ki, 2017-2018-ci tədris ilində 4347 yuxarı sinif şagirdinə peşə seçimində köməklik məqsədilə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məsləhət xarakterli məlumatlar verilib.
Həmçinin 2017-2018-ci tədris ilinin sonunda ümumtəhsil məktəblərində 9-cu sinfi başa vuraraq məktəbin 10-cu sinfinə qəbul olunmayan 324 şagirdlə əlaqə saxlanılaraq onlara peşə kursları barədə ətraflı məlumatlar verilib və əmək bazarının tələbinə uyğun kurslarda təhsil almaları təklif olunub.
Verilən tapşırığın icrasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri tərəfindən 9, 10 və 11-ci sinif şagirdlərinin təhsil aldığı məktəblərdə təşkil ediləcək peşə­yönümü məşğələlərinin qrafiki təsdiq olunub və 2018-2019-cu tədris ili üçün müvafiq olaraq məşğələlərə başlanılıb.
Şagirdlərə Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin əməkdaşları tərəfindən əmək bazarında tələb olunan peşə və ixtisaslar barədə məsləhət xarakterli məlumatlar verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Azərbaycanın incisi kimi tanınan Ordubad zəngin tarixi keçmişi, tanınmış şəxsiyyətləri, barlı-bəhərli meyvə bağları ilə yanaşı, həm də ləziz mətbəxi, müxtəlif təamları ilə özünə şöhrət qazanıb. Bu bölgənin zəngin mətbəx nümunələrinin şöhrəti ölkə hüdudlarından kənarda da yayılıb. Ordubadın qayğanağı, paxlavası, daş küftəsi, əriştə aşı və adını sadalamadığımız onlarla belə məşhur nemətləri məhz bu zəngin mətbəx mədəniyyətinin nəticəsi kimi müasir dövrdə də süfrələrimizin bəzəyinə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında işaxtaranların məşğulluğunun təmin olunması, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı tədbirlər oktyabr ayında da davam etdirilib.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 312 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 103-ü gənc, 127-si ­qadındır.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşə kurslarını müvəffəqiyyətlə bitirənlərdən 18-i isə xidmət mərkəzlərində işlə təmin edilib. Bununla yanaşı, işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün ötən ay ərzində 35 nəfər haqqıödənilən ictimai, 39 nəfər isə mövsümi xarakterli işlərə göndərilib. Həmçinin 19 sağlamlıq imkanları məhdud qadınla bağlanılan müqavilələr əsasında toxunmuş 114 yun şərf və 1335 cüt yun corab təhvil alınaraq hərbi hissələrə verilib.

Ardını oxu...

Fəsillərin hamısı gözəldir... Amma nahaq yerə qızılı payız da deməyiblər. Ömrümüzə yazılmış günləri bir, iki, üç saydıq və bir də baxdıq ki, Salvartının ətəklərindən əsən xəfif mehin vaxtilə şirə çəkdiyi torpağa bir-bir səpələdiyi xəzəl nazlı gözəlin gur sarı saçları kimi hər tərəfi bürüdü. Gəl, bu payızdı, – deyib keçmə! Sən üst-üstə dəstələnib yaxınlaşan qışın ağ örpəyinə yataq kimi yayılacaq o kövrək yarpaqların bir pıçıltıdan diksinib xışıltı ilə bir-birini qovalamasına bax! Yazda kükrəyib, yayda qaynayıb coşan təbiətin nəhayət, yorularaq bir nağılın sehrində asta-asta mürgüləyib mışıldamasıdır sanki bu xışıltı... İlıq payız Günəşi parlasa da, orda, o qızılı rəngli yarpaqların altında kimsə öz yuvasına sığınıb, qışın yaxınlaşan addım səsindən üşüyürmüş kimi növbəti yaza qədər həzin mürgüyə dalacaq.
Bax bu, əsl payızdı... Bütün ömrü boyu çalışaraq, zəhmətlə bar-bəhər yetirmiş, qırışıq əllərində həmin illərin qabar izləri hələ də qalmış səksən yaşlı babanın səbri qədər qızıldır bu payız... Ömrün axar-baxarlı yaz günləri arxada qalsa da, indi sirdaşı olmuş uzun payız gecələrində təbiət aradabir səksənib, həzin səsiynən, bax o dağlara, qışı gətirirəm, – deyir bu dəfə. Günəşli keçən qısa günlərdə tələsə-qova qış tədarükü görənlər tələssə də, o tələsmir, çünki ağaclardan qopmamış hələ neçə yarpaq var. Bir soyuq qış küləyi sonuncu yarpağı qoparana qədər gözləyib, daha bir gün möhlət istəyəcək. Bircə gün! Bu da ömrün qızıl payızıdır. Təki qəfil şaxta düşməsin!

 Əli CABBAROV

Muxtar respublikamızda təbiətin insana bəxşişi olan nemətlərin hər birini yetirib-­bitirən, bol bar-bəhər verən torpaqları, ayrı-ayrı rayon, kənd əraziləri vardır. Ordubad limonu, əriyi, zoğalı, Şərur şaftalısı, kartofu, pomidoru, Şahbuz badamı, alması, heyvası, Sədərək üzümü ilə tanınır. Gözəl yurdumuzun bütün yaşayış məntəqələrində bu nemətlərdən bol olmasına baxmayaraq, söhbət düşəndə hər birinin əsl ünvanları bunlardır, – deyə söylənilir. Elə Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndləri də cəvizin məskəni sayılır. Düzdür, Şərurun Havuş, Şahbulaq, Ordubadın Nürgüt, Biləv, Culfanın Ləkətağ, Boyəhməd, Şahbuzun Aşağı və Yuxarı Qışlaq, Qızıl Qışlaq, Kükü, Keçili kəndlərində də cəviz ağacları saysız-hesabsızdır. Lakin Buzqov cəvizi dad-tamına, məhsuldarlığına, keyfiyyətinə görə bənzərsizdir.

Ardını oxu...

Azərbaycan xalq təqvimində hər bir dövr fenoloji dəyişiklik və görüləcək işlərə uyğun olaraq xüsusi adlarla adlandırılıb. Noyabr ayı görüləcək işlərə görə ilin son ayı hesab edilir, çünki ilin son ayı olan dekabrda görüləcək işlər qalmadığı üçün günlər yeksənəq keçir.
Xalq təqvimində noyabr ayına “xəzəl ayı” da deyirlər. Payızın orta ayında bağ-bağçada ağacların yarpaqları sarı-qırmızı rəngə boyanır. Maraqlıdır ki, saralmış yarpaqlar son anda elə bil ağacdan qopmaq istəmir, ona görə də qıvrılıb sanki boru əmələ gətirir. Payızda əsən külək “xəzan küləyi” adlanır. Bu külək əsdikdə saralmış yarpaqların əksəriyyəti tökülür. Suyu daha çox sevən ağacların yarpaqları bəzən yaşıl qalır. Bəzən isə qısamüddətli şaxtadan sonra Günəş şüası düşən kimi həmin yaşıl yarpaqlar da tökülməyə başlayır.
Yarpaqlar saraldımı, meyvə bağlarında tinglərin əkilməsinə başlanılır. Bərk şaxtalar düşüb torpaq donana qədər ting əkilməsi davam edir.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar bu ilin 10 ayı ərzində müvafiq dövlət qurumları ilə birlikdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, yeni əmək fəaliyyətinə başlayanların sosial sığorta şəhadətnaməsi ilə təmin olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirakı ilə aparılan monitorinqlər zamanı Naxçıvan Muxtar Respublikası üzrə, ümumilikdə, 673 sahibkarlıq obyektində (67 hüquqi, 606 fiziki səxs) 498 yeni əmək müqaviləsi bağlanılmış, 1803 əmək müqaviləsində isə əməkhaqqı artırılmışdır.
Qeyd edək ki, muxtar respublika üzrə sahibkarlıq obyektlərində çalışan yeni əmək müqaviləsi bağlanılmış sığortaolunanlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmuşlar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Ötən illərin təcrübəsi göstərir ki, bəzi sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, qaz cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz sobalarından və suqızdırıcılardan istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi və qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılmasını tələblər çərçivəsində həyata keçirmirlər. Nəticədə, bədbəxt hadisələr baş verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha nəzərə çatdırır, aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını vacib hesab edir:
– Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan qorunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir. Həmin cihazların xətlərində özbaşına də­yişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Onların quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən uşaq hüquqlarının qorunması ilə əlaqədar təhsil müəssisələrində, eləcə də valideyn himayəsindən məhrum uşaqların yaşadıqları ailələrdə mütəmadi olaraq monitorinqlər keçirilir, onların yaşayış şəraiti, təhsil hüquqlarının, sağlamlıqlarının qorunması ilə maraqlanılır, lazımi köməkliklər göstərilir.

Ardını oxu...

“Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyununa yekun vurulub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə növbəti isti qış geyimlərinin təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş 1165 cüt yun corab və 86 yun şərf əsgərlərimizə hədiyyə edilir. O diqqətə çatdırıb ki, 2018-2019-cu illərin ­payız­-qış mövsümünə hazırlıqla əlaqədar, ümumilikdə, 2500 cüt yun corab və 200 yun şərf toxunaraq hərbi hissələrə təhvil verilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Vüqar Hüseynov və əsgər Samir Əfəndiyev hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonda yun corab və şərflər hərbi hissəyə təhvil verilib.

Nəriman Nəcəfov

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslər arasında qolbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən görüşdə “Naxçıvan” və “Babək” komandaları qarşılaşıblar. Oyun “Naxçıvan” komandasının 8:6 hesablı qələbəsi ilə başa çatıb.
Sonda görüş iştirakçılarına federasiyanın hədiyyələri təqdim edilib.
Yarışın keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə onlar arasında idmanın kütləviliyinə nail olunması, komandaların oyun təcrübəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Ordubad rayonunun Yuxarı ­Əylis kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, sağlam cəmiyyətin bünövrəsi olan ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər, xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərilməsidir. Ailə quracaq gənc­lərlə tibbi maarifləndirmə işi də düzgün aparılmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, tədbirlər, monitorinqlər təşkil olunur, sərgi-satışlar keçirilir. Oktyabr ayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan 10 günlük sərgi-satışda 188 şəxsin 2427 rəsm və əl işi nümayiş olunmuş, 158 şəxsin 8626 manat dəyərində 681 rəsm və əl işi satılmışdır. Həmçinin istedadlı qadınların toxuduqları 146 qış geyimi 63 aztəminatlı ailənin uşaqlarına təqdim olunmuşdur.
Muxtar respublikanın 2 kənd mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 410 maarifləndirici broşür paylanılmışdır.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 4 uşaq müəssisəsində monitorinq aparılmış, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 801 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 9 uşaq məktəbəqədər, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların sağlam böyümələri, hərtərəfli biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzindədir.
Görülən tədbirlərin davamı olaraq noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri təqdim edilib.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi xalqımızın milli və mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasını təşkil edir.

Ardını oxu...

Şəhərimizdə hər şənbə günü təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında ötən həftə tez-tez qulağıma dəyən “Yemişan, yemişan, Keçili yemişanı, Nursu yemişanı” sözləri məni xəyalən bir neçə onillik əvvələ apardı. Elə ki payızın bu vədəsi olardı, dağlarımızın, düzlərimizin soluxmuş hüsnünə “qırmızı yaylıqlı” yemişan kolları xüsusi gözəllik qatardı. 

Elə vədəsində burnumuza da yemişanın ətri gələr, bu vaxtlar hər dəfə dərsdən çıxanda gözümüz yemişan satanları axtarardı. Və nəhayət, günlərdən birində onları qarşılarında qıpqırmızı yemişan dolu vedrə, üstündə bir stəkan, bir də ki satdıqları yemişanı içərisinə qoymaq üçün kağızdan, köhnə qəzetdən, dəftər vərəqlərindən düzəltdikləri bir dəstə bükümlə məktəb yolundakı ağacların altında əyləşdiklərini görərdik. Bunu gördükmü, hər gün 20 qəpiksiz evdən bayıra addım atmazdıq... Stəkanı 20 qəpiyə satılan yemişandan alıb, yolboyu şirin-şirin yemək üçün... Amma biz yemişanımızı o kağız bükümlərə yox, cibimizi aralayıb ora tökmələrini istərdik. Sonralar bunu həmyaşıdlarımla birgə elə hey xatırlayar, axır qənaətimiz isə belə olardı ki, axı yemişanı satmaq üçün yığanlar yox, qoyun-quzu növbəsinə gedənlər onu cib-cib yığardılar. Hər dəfə kəfşənə gedəndə bir cib, iki cib. Əvvəllər babamız, sonralar isə əmimiz, dayımız çöldən gələndə bir cib yemişanı çıxarıb birimizə verər, bölün, yeyin, – deyərdi. Uşaqlığımızın ən ləziz, dadlı hədiyyəsini ləzzətlə, şirin-şirin yediyimiz üçün sonralar da onu ciblərimizə doldurub yeməkdən ayrıca zövq alardıq. Yemişanı yığanlar da vedrələri dolanda onu satışa çıxarardılar. Bir də uşaqlıq hafizəmdə həmişəlik qalan bu giləmeyvənin uzun müddət xarab olmamasıdır. Otun, samanın üstünə sərdinmi, rəngi daha da qızarar, dadı şirinləşər, qurudulmuşu isə xarab olmaz.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Rayon ərazisindəki bütün pensiyaçıların pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alması üçün hər cür şərait vardır.
Qeyd edək ki, əmək pensiyaçıları plastik kartlardan istifadə edərək pensiyalarını istənilən vaxt rahat şəkildə ala bilməklə yanaşı, müxtəlif kommunal xidmətlərin elektron qaydada ödənişini həyata keçirmək imkanını da qazanırlar. Bundan başqa, ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə gəlmədən pensiyalarını rahat şəkildə əldə etmələri üçün də müvafiq tədbirlər görülüb. Belə ki, onların ərizələri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı arasında müqavilə imzalanıb. Nəticədə, həmin rayonun kəndlərində yaşayan pensiyaçılar vaxta və vəsaitə qənaət edərək öz pensiyalarını yerlərdəki poçt şöbələrindən asanlıqla ala bilirlər. Rayon ərazisində pensiyalarını poçt şöbələri vasitəsilə almaq istəyənlərin sayı gündən-günə artır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Süfrələrin şahı, elin varı, sərvəti, Tanrı sovqatı olan çörək bütün insanlar üçün əvəzedilməz nemətdir. Xalqımız ən qədim zamanlardan çörəyə ehtiramla yanaşıb, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılayıb, çörəyi müqəddəs bir nemət, bərəkət kimi uca tutub. Zamanla xalq arasında çörək və çörəkbişirmə ilə bağlı çoxlu inamlar, atalar sözləri, məsəllər, alqış və hətta qarğışlar da yaranıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan Şəhər Şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri İsmayıl Gülməmmədov açaraq məcburi dövlət sosial sığortasının əhəmiyyəti barədə məlumat verib.
Fondun Naxçıvan Şəhər Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxışında qeyd edib ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb. Bu ilin ötən dövründə də dövlət proqramının icrası diqqətdə saxlanılıb.
2018-2019-cu tədris ilində sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi davam etdirilib. Bu dövrdə 46 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə­qədər hazırlıq qruplarında, nitq qüsuru olan 136 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilib. Bundan əlavə, mərkəzin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər də təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayında da əmək yarmarkaları təşkil edilib.
Ötən ay keçirilmiş əmək yarmarkalarında 220 idarə, müəssisə və təşkilatdan, o cümlədən 46-sı özəl sektora aid olmaqla, ümumilikdə, 1857 boş iş yeri təqdim olunub. Bu iş yerlərindən 1497-si dövlət, 238-i qeyri-dövlət müəssisələrini əhatə edib. Keçirilmiş əmək yarmarkaları nəticəsində 204 işaxtaran vətəndaşın 96-sı dövlət, 108-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 52-si 29 yaşadək gənc, 3-ü sağlamlıq imkanları məhdud olan şəxs, 57-si isə qadındır.
Yarmarkalarda, həmçinin Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Qarabağlar və Xok kəndlərinin hər birində 1 nəfər olmaqla, ümumilikdə, 3 nəfər kənd xidmət mərkəzlərinə bərbər işləmək üçün göndərilib.
Əmək yarmarkalarında Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 44, Şərur rayonundan 36, Babəkdən 34, Ordubaddan 21, Culfadan 20, Şahbuzdan 15, Kəngərlidən 23, Sədərəkdən isə 11
işaxtaran müxtəlif işlərlə təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Həftəsonuna təsadüf edən ekskursiyalarda muxtar respublikamızın müxtəlif idarə və təşkilatlarında çalışan dövlət qulluqçuları mərkəzlə yaxından tanış olur, burada yaradılmış şəraitdən istifadə edərək asudə vaxtlarını səmərəli keçirirlər.
Oktyabrın 27-28-də isə Ağbulaq İstirahət Mərkəzinin qonaqları Naxçıvan Muxtar Respublikası Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları olublar. İkigünlük istirahət müddətində dövlət qulluqçuları burada keçirilən müxtəlif idman oyunlarında iştirak edib, film izləyib, konsert proqramına baxıb, mərkəzin digər xidmətlərindən istifadə ediblər.
Qeyd edək ki, budəfəki həftəsonu mərkəzdə 61 nəfər dövlət qulluqçusu istirahət edib.

 Gülcamal TAHİROVA

Bu, cansız bir tablo deyil, evlərimizin divarından da asılmayıb. Onunla hər gün yüzlərlə insanın keçdiyi şəhərimizin küçə, meydanlarında, park və xiyabanlarında qarşılaşırıq. Bu tablonun “müəllifi” yayın geri çəkilib, yerini öz “əlləri” ilə təhvil verdiyi payızdır. Budur, ağacların ağ saçlara dən düşmüş kimi yaşıldan sarıya çönən yarpaqları hələ də özünü payızın solğun günəşinə təslim etməyib yaşıllığını saxlayan otların üstündə qəribə bir harmoniya yaradıb. Bir azdan xəfif bir külək əsir – payız küləyi. Xəzəl ömrü yaşayan yarparların havada bir rəqsinə bax? Bu külək payızın hələ tam hakim kəsilmədiyi ağaclardan yalnız özünə məxsus olan sarı yarpaqları qoparıb alır qarşısına.
Küçələrdə, səkilərdə bir-biri ilə sanki “qovala-qaç” oynayır yarpaqlar, biri qaçır, o birilər düşür onun ardınca. Nəhayət, toplaşırlar özlərinə sığınacaq sandıqları bir divarın dibinə, bir ağacın altına. Bu dəfə artıq külək yarpaqları yerindən qopara bilmir, lakin onun təsirindən adamın qulağında bir-birinə toxunan xəzəllərin “xışıltı” adlı nəğməsi səslənir. Gözlərin önündə, həqiqətən də, baxmaqla doyulmayan bir tablo var – payız tablosu. Səhərdən bəri şəhərimizdəki Böyük bağda qarşısında dayandığım bu canlı tablonu bir qədər də seyr etmək üçün skamyalardan birində əyləşirəm.

Ardını oxu...

Şəhərimizdə hər şənbə günü təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında  ötən həftə  bir neçə yerdən qulağıma dəyən  “Yemişan, yemişan, Keçili yemişanı, Nursu yemişanı” sözləri məni xəyalən bir neçə onillik əvvələ apadı. Elə ki  payızın bu vədəsi olardı, dağlarımızın, düzlərimizin soluxmuş hüsnünə  qırmızı “yaylıqlı” yemişan kolları xüsusi füsun qatardı.  Elə  vədəsində  burnumuza  da yemişanın ətri gələr, bu vaxtlar  hər dəfə dərsdən çıxanda gözümüz yemişan satanları axtarardı. Və nəhayət, günlərdən birində onları qarşılarında   qıpqırmızı yemişan dolu vedrə, üstündə bir stəkan, bir də ki satdıqları yemişanı içərisinə qoymaq üçün  kağızdan, köhnə qəzetdən, dəftər vərəqindən  düzəltdikləri bir dəstə büküm məktəb yolundakı  ağacların altında əyləşdiklərini görərdik. Bunu gördükmü, hər gün evdən 20 qəpiksiz bayıra addım atmazdıq, stəkanı 20 qəpiyə satılan yemişandan alıb, yolboyu şirin-şirin yemək üçün.  Amma biz yemişanımızı o kağız bükümlərə  yox, cibimizi aralayıb ora tökmələrini istərdik. Sonralar elə hey  yemişandan söhbət düşəndə onu  nə üçün o kağız bükümlərə  yığmaq istəmədiyimiz haqqında çox düşünmüşdük.   Axır qənaətimiz isə  belə olurdu ki, axı yemişanı satmaq üçün yığanlar yox, qoyun-quzu növbəsinə gedənlər onu cib-cib yığardılar. Hər dəfə kəfşənə gedəndə bir cib, iki cib.   Bunu uşaqlıqda kəndə gedəndə də görmüşdük. Əvvəllər babamız, sonralar isə əmimiz, dayımız  çöldən gələndə bir cib yemişanı çıxarıb birimizə verər, bölün, yeyin deyərdi.  Yemişanı cib-cib yığanlar da vedrələri dolanda onu satışa çıxarardılar. Çünki o, xarab olmur, otun, samanın üstünə sərdinmi, rəngi daha da qızarar, dadı şirinləşər.

Ardını oxu...

Ruzi-bərəkət dövrü olan payız dörd mövsüm içərisində bolluğun ən çox müşahidə edildiyi fəsildir. Heyva da  bu fəslin ən dadlı, ən faydalı meyvələrindəndir. Bu meyvə muxtar respublikamızda da geniş yayılıb və demək olar ki, bütün bölgələrimizdə yetişdirilir.

Ötən günlərdə Şərur  rayonunun Çərçiboğan  kəndi ərazisində gördüyümüz bir mənzərə bizdə xoş təəssürat yaratdı. Öyrəndik ki, 2 hektar ərazidə 3 min heyva ağacı əkilən bağ  Çəmənli kənd sakini Abdulla Adıgözəlova məxsusdur. Meyvə tədarük edilən bağda sahibkarla həmsöhbət olduq: O dedi:

– Heyva becərilməsi ilə   illərdir məşğul oluram. Müşahidələrimə əsasən onu deyə bilərəm  ki, bu meyvə arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək bar verir. Torpaq və iqlim xüsusiyyətlərinə görə Naxçıvan heyvanın yaxşı inkişafı, bol məhsul verməsi üçün səciyyəvi bölgə sayılır. Naxçıvanın qışı nə qədər sərt olsa da, heyva möhkəm dözüm göstərir. Şaxtadan qorxmur. Ağac sıxlıq və kölgəli yerdə yaxşı məhsul vermir. Yaz və payız becərilməsi aparılmadıqda – gövdəətrafı bellənmədikdə və üzvi gübrə verilmədikdə, susuz saxlanıldıqda ağac tez qocalır, budaqlarında quruma gedir, meyvələri iri olmur. Bir-birindən məsafəcə 8-10 metr aralı əkilmiş heyva ağaclarının gövdəətrafı yaz və payız fəsillərində yaxşı becərildikdə, xüsusən gövdə ətrafına üzvi gübrə verilib vaxtaşırı suvarıldıqda meyvələri daha böyük olur. Erkən yazda heyva ağacının quru budaqları mütləq kəsilməlidir. Münbit torpaqlarda 5-8 metrədək boy atan ağacın budaq araları havalanmalı, yarpaqların Günəş şüası ilə təmasına şərait yaradılmalıdır.

Ardını oxu...

Gözəl təbiəti olan Naxçıvan torpağı dərman bitkiləri ilə zəngin bir diyar kimi də tanınıb. Belə dərman bitkilərindən biri də həmərsindir. Bu bitkinin səciyyəvi xüsusiyyətləri və əhəmiyyəti haqqında geniş məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənovla həmsöhbət olduq. 

Əsgər müəllim bildirdi ki,  bu bitki gülçiçəklilər fəsiləsinə aiddir. Qafqazda 56, Azərbaycanda isə 49 növü yayılıb. Hündürlüyü 2,5-5 metrə çatan kolun bir kökündən bir neçə tikanlı gövdə çıxır. Gövdəsi tikansız olan növləri də vardır. Çiçəkləri qalxanvarı və ya süpürgəvarı qrupda  və bəzən də budaqlarda  tək-tək yerləşir. Yarpaqları növbəli düzülüşlü olmaqla ellepsvaridir. Yarpağının qıraq tərəfləri  mişarvarı çıxıntılarla əhatə olunub. Yarpaqlar tünd yaşıl və ya açıq yaşıl, çiçəkləri isə solğun çəhrayı rəngdədir. Çiçəklər görünüşcə qədəh formasındadır, əksər ali bitkilərdə olduğu kimi çiçək yatağından, 5 ləçəkdən, 5 erkəkcikdən, bir dişicikdən ibarətdir. Meyvəsi 2,5-5 santimetr uzunluğunda, ovalşəkilli olmaqla bir qədər dəyirmidir. Bitki may-iyun aylarında çiçəkləyir, əsasən avqust-sentyabr aylarında yetişir, yetişmiş meyvəsi al-qırmızı rəngdədir. Kök sistemi güclü şaxələnən olub 1,5-1,8 metr torpağın dərinliyinə gedə, şeh kökləri güclü inkişaf edərək torpağın nisbi rütubətindən asanlıqla qidalana bilir.

Ardını oxu...

Ta qədimdən ata-babalarımızın həyatında oktyabr ayı məsuliyyətli, qışın son hazırlıqlarının görüldüyü dövr hesab olunub. Oktyabr ayı həm də taxıl səpini dövrü kimi yadda qalıb. Etnoqrafik materiallar göstərir ki, rəncbər babalarımız səpinin dövrü və müddəti haqqında ətraflı emprik biliyə malik olublar. Səpin xalq təqvimi və fenoloji müşahidələrlə müəyyən edilib. Payızda durnaların isti ölkələrə köçməsi səpinin başlanmasına işarə idi. Ona görə də xalq arasında belə bir deyim var: Durna getdi, tuma çıx, durna gəldi, şuma çıx. Səpin vaxtı başqa yerli əlamətlərlə də təyin edilirdi. Oktyabr ayında ağacların yarpaqlarının saralmağa başlaması da səpin vaxtının çatdığını bildirir. Müxtəlif fenoloji müşahidələrə görə, qışın sərt və ya mülayim, yağıntılı və quraq keçəcəyini də təyin edirdilər. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Baytarlıq Xidmətinə də müəyyən tapşırıqlar verilib. Qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı mal-qaranın, ev quşlarının, arı ailələrinin xəstəliklərdən qorunması, zoobaytar qaydalar əsasında yemləndirilməsi, saxlanılma şəraiti və digər məsələlərlə əlaqədar ardıcıl tədbirlər görülür, sahibkarlar arasında maarifləndirici görüşlər təşkil olunur. Növbəti maarifləndirici tədbir Babək rayonunun Babək qəsəbəsində keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçuları üçün Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş həftəsonu istirahətləri davam edir.

Bu dəfə mərkəzin qonaqları Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Səhiyyə Nazirliyinin əməkdaşları olublar. Mərkəzdə qonaqlar üçün hər cür şərait yaradılıb. Buradakı səliqəli yataq otaqları, asudə vaxtın maraqlı təşkili üçün idman meydançası, stolüstü oyunlar və gözəl xidmət istirahətin xoş keçməsinə imkan verib. Axşam saatlarında qonaqlar üçün konsert pro­qramı təşkil olunub.
Mərkəzdə istirahət edən Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov öz təəssüratlarını bizimlə bölüşdü: “Mən ilk dəfədir ki, Ağbulaq İstirahət Mərkəzinə gəlirəm. Buranın təmiz havası, istirahətimiz üçün yaradılmış hərtərəfli şərait asudə vaxtımızı zövqlə keçirməyə səbəb oldu. İki günün necə başa çatdığını hiss etmədim. Belə şəraitə görə nazirliyin əməkdaşları adından minnətdarlığımı bildirirəm”.

Ardını oxu...

Şahbuz rayon Qızıl Qışlaq Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Nubar Hüseynbəyli açıb.
Tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, aparılan təhlillərə görə Şahbuz rayonu üzrə 8998 uşaq vardır ki, onlardan da 129-u sağlamlıq imkanları məhdud uşaqdır. Bu da ümumi uşaqların 1,43 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 6,65 faizi Şahbuz rayonunun payına düşür.

Ardını oxu...

Muxtar respublikada aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu məqsədlə keçirilən növbəti tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikada aztəminatlı ailə­lərə göstərilən dövlət qayğısı, onların sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində görülən işlər barədə danışıb.
Bildirilib ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Ali Məclis Sədrinin tapşı­rığı ilə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi nəzərdə tutulub. Verilən tapşırığın icrası ilə əlaqədar müraciət edənlər içərisində Şərur, Babək, Ordubad və Sədərək rayonları üzrə, ümumilikdə, 15 aztəminatlı ailə müəyyən edilib. Həmin ailə­lərdən 14-nə yanında balası olan iribuynuzlu, birinə isə 10 xırdabuynuzlu heyvan verilib.
Qeyd edək ki, 2018-ci ilin ilk 9 ayı ərzində ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 95 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib. Bu da ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına müsbət təsirini göstərib.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Babək rayonunun Zeynəddin kənd sakini Həbibə Əliyeva göstərilən qayğıya görə minnətdarlığını bildirib.

 Ramiyyə ƏKBƏROVA

 Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

1993-cü ildə ümummilli lider ­Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, 28 sentyabr-8 oktyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilib.
Sərgi-satışda 188 müəllifin 2427 əl işi sərgilənib, 700-ə yaxın əl işi satılıb. Həmin sərgi-satışda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadın­ların toxuduqları yun paltarlardan 150-yə ya­­xı­nı muxtar respublikanın ümum­təhsil məktəblərində təhsil alan bir qrup uşağa hədiyyə olunub.
Bu münasibətlə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində tədbir təşkil edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikamızda uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Həmçinin uşaqların yay tətili günlərində Ağbulaq İstirahət Mərkəzində yay düşərgələri təşkil olunur. Bugünkü tədbir də dövlət qayğısının növbəti nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2018-ci ilin 9 ayında pensiya və müavinətlərin qanun­vericilikdə nəzərdə tutulmuş qaydada təyinatını, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını, habelə pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsini diqqətdə saxlamışdır. 2018-ci ilin 9 ayında fondun gəlirləri 39 milyon 297 min manat pro­q­­noza qarşı 52 milyon 345 min manat həcmində yerinə yetirilmiş, proqnoz tapşırıqlara 133,2 faiz əməl olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 1085 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Həmin pensiyaçılardan 584-ü yaşa görə, 152-si əlilliyə görə, 349-u isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur.
Görülən tədbirlər nəticəsində sığorta­-pensiya sistemində fərdi uçotun tətbiqi dairəsi daha da genişlənmişdir. Fond muxtar respublikada əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını diqqətdə saxlamış, fərdi uçot sistemində uçota alınan sığorta olunanlar haqqında məlumatların sığorta olunanların fərdi şəxsi hesablarına işlənilməsini həyata keçirmişdir. 2018-ci ilin 9 ayı ərzində 3373 sosial sığorta şəhadətnaməsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Musiqi insanın ruhuna, daxili aləminə o qədər yaxın bir məfhumdur ki, o, depressiyadan tutmuş xroniki ağrılara, yüksək təzyiqdən tutmuş sinir sistemi ilə bağlı yaranmış problemlərə qədər bütün xəstəliklərin müalicə və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq olunur. Musiqi, psixologiya, tibb və pedaqogikanın birləşməsinin nəticəsi olan bu terapiya növü bu gün dünyanın hər yerində psixi xəstəliklərin müalicəsində istifadə edilir.
Bu müalicə metodu tam tibbi üsul deyil, bir növ psixoterapiyadır. Musiqi terapiyası zamanı, əsasən, instrumental musiqiyə üstünlük verilir. Hazırda bu sahədə geniş informasiya infrastrukturu yaradılıb. Muxtar respublikamızda da musiqi terapiyasına maraq artır. Belə ki, sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün Musiqi terapiyası bölməsi yaradılıb.
Yeni tədris ilindən etibarən fəaliyyətə başlayan həmin bölmədə autizm, daun sindromu və serebral iflicdən əziyyət çəkən uşaqların diqqət və hafizələri musiqi terapiya sayəsində inkişaf etdirilir. Buradakı yeni terapiya otağı müasir avadanlıqlar, metodik vəsaitlər və musiqi alətləri ilə təmin edilib. Hazır­da bölmədə keçirilən məşğələlərə 11 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub. Mərkəzdə həftənin 5 günü fərdi və qrup şəklində dərslər keçilir. Musiqi terapiyasını tədris edən Firaqə İlyasova Ukraynada Olena Tararinanın təşkil etdiyi ixtisasartırma kursunda iştirak edib. Bizimlə söhbətindən müəllim musiqi terapiyasının uşaqların sərbəstliyinə, diqqətinə, inkişafına, yaddaşına müsbət təsirlərindən danışaraq qeyd etdi ki, yalnız dinləmək deyil, ifa etmək, bəstələmək, musiqili dialoq qurmaq və sair texnikalar da bu müalicə metodunda müsbət nəticələrin əldə olunmasında effektiv üsullardandır.

Ardını oxu...

Məhəlləmizdəki məişət tullantıları üçün qoyulmuş dəmir qutuların yanından keçərkən bəzən həmin qutuların dəstəklərindən asılmış içərisində çörək parçaları olan torbaları gördükcə məni təəssüf hissi bürüyür. Deyirəm, görəsən, nə tez unuduldu çörək mağazalarının qarşısındakı uzun növbələr, defisit mallar uğrunda mübarizələr, bazarlarda boş qalan piştaxtalar?.. Görünür ki, bu gün əhatə olunduğumuz dinclik, bol nemətlərlə dolu firavan həyat aclıqla imtahana çəkildiyimiz günləri çoxdan bizə unutdurub. Və yaxud bir zamanlar iki saatdan bir fasilə ilə verilən elektrik enerjisindən indi rahatlıqla istifadə edir, bəzən böyük israfçılıqlara da yol veririk. Doğrudur, istifadə etdiyimiz enerjinin, çörəyin də pulunu ödəyirik. Ancaq, son nəticədə, izafi xərclənən pula da qənaət etmək olar axı. Belə misalları çox çəkmək olar, lakin əsas məqsədimiz gündəlik həyatımızda israfçılığı aradan qaldırmaqdır./

Müasir dövrdə dünyada istehlak mallarının növ və çeşidlərinin artması və bu məhsullarla bağlı məlumatların müxtəlif informasiya vasitələri ilə daha sürətli yayılması, hər birimiz üçün əlçatan olması böyük bir istehlak mədəniyyətinin formalaşmasına səbəb olub. Tək ölkə­mizdə deyil, ümumiyyətlə, bütün dünyada istehlakçıların əvvəlki illərlə müqayisədə ehtiyaclarının çoxalması və bunun da nəticəsində daha çox və daha yaxşı məhsula yiyələnmək istəyi sanki insanları xoşbəxt edir. Aparılan sosial araşdırmalar da göstərir ki, insanlar yalnız keyfiyyətli, hamı tərəfindən bəyənilən məhsullara sahib olduqda özlərini daha çox xoşbəxt hiss edirlər. Bu xoşbəxtlik qısa sürsə də, hətta ehtiyac olmasa belə, bundan sonra daha yaxşısını əldə etməyə çalışırlar. Beləliklə, insanlar zaman keçdikcə bu psixologiyadan asılı hala gəlir və “onda var, məndə niyə olmasın?” məntiqi ilə inkişaf edən psixoloji problemlərə düçar olurlar. Sonda isə bu düşüncə qazanılan pulun səmərəsiz və mənasız yerə sərf edilməsinə, bədxərclik və ya israfçılığa gətirib çıxarır. Çoxlarımız düşünmürük ki, sahib olduğumuz vəsaiti ehtiyac olmasa da, izafi yerlərə xərclədikcə, daha artığını əldə etməyə çalışacağıq, eyni zamanda bu vərdişimizlə heç kəsə yaxşı örnək olmayacağıq.

Ardını oxu...

Tez-tez “alın yazısı” deyilən bir ifadəni işlədirik. Bəzən buna “tale” də deyirik. Bəli, “gəlimli-gedimli, son ucu ölümlü dünya”da hərə öz taleyini yaşayır. Həyata göz açanda artıq insan o taleyin sahibi olur. Yəni alnına yazılmış taleyin. Təəssüf ki, bəzilərinin taleyinə fiziki imkanları məhdud şəxs kimi yaşamaq da düşür. Onların böyük əksəriyyəti cəmiyyətdən uzaq olmağa, öz içinə qapılmağa üstünlük verir. Ancaq müqəddəs kitabımız da, humanist qanun-­qaydalarımız da bu qəbildən olan insanlara kömək etməyi, onlara mənəvi dəstək olmağı savab iş sayır.

Son illər muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərə böyük diqqət və qayğı­­ göstərilir. Bu, həmin qəbildən olan uşaqlar üçün daha çox önəm kəsb edir.
Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi də belə bir xeyirxah məqsədlə yaradılıb. 2007-ci ildən fəaliyyət göstərən mərkəzə fiziki və əqli imkanları məhdud olan uşaqlar cəlb ediliblər. Onlar burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hər birinin özünəməxsus xarakteri, öz dünyası var o uşaqların. Bu dünyanın sirlərini ancaq özləri bilir. Belə uşaqların, sözün həqiqi mənasında, nazı ilə oynamalı, onların istəklərini duymalı, ana nəvazişi ilə yanaşmalısan. Hər bir uşaq mərkəzin tərbiyəçisini öz anası gözündə görməlidir. Mərkəzdə biz də bu doğma münasibətin şahidi olduq.

Ardını oxu...

Əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublikamızda keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı olaraq Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.

Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin əməkdaşı Ceyhun Qurbanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Bildirilib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sa­hibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzi muxtar respublikamızda ilk kənd turizmi infrastrukturunun yaradıldığı məkandır. Mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardan biridir. Hər il mərkəzdə gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir.
Oktyabrın 6-7-də isə dövlət qulluqçularının mərkəzdə istirahəti təşkil edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub.
İstirahət müddətində dövlət qulluqçuları mərkəzlə yaxından tanış olub, müxtəlif idman oyunlarında iştirak edib, film izləyib, konsert proqramına baxıblar. Mərkəzdə istirahət edənlərlə görüşüb onların təəssüratlarını öyrəndik.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir.
Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyəti qurumlar tərəfindən icra edilir. Avqust ayının 4-də keçirilmiş müşavirədə də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazır­lanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması, eləcə də bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması tapşırılıb.
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi, ilk növbədə, məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR