22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında işaxtaranların məşğulluğunun təmin olunması, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı tədbirlər oktyabr ayında da davam etdirilib.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 312 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 103-ü gənc, 127-si ­qadındır.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşə kurslarını müvəffəqiyyətlə bitirənlərdən 18-i isə xidmət mərkəzlərində işlə təmin edilib. Bununla yanaşı, işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün ötən ay ərzində 35 nəfər haqqıödənilən ictimai, 39 nəfər isə mövsümi xarakterli işlərə göndərilib. Həmçinin 19 sağlamlıq imkanları məhdud qadınla bağlanılan müqavilələr əsasında toxunmuş 114 yun şərf və 1335 cüt yun corab təhvil alınaraq hərbi hissələrə verilib.

Oktyabr ayında 247 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilib. Həmçinin sağlamlıq imkanları məhdud 55 şəxsə sanatoriya və pansionatlara göndəriş verilib. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Uşaq Bərpa Mərkəzində 37 sağlamlıq imkanları məhdud uşağın müalicəsi təşkil olunub. Mərkəzin “Multisensor terapiya” otağında sağlamlıq imkanları məhdud 17 uşağın müalicəsi də təşkil olunub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin audiokitabxanasında olan 1214 əsər dinlənilib.
Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların da idmana maraqlarının artmasına səbəb olub. Onların cəmiyyətə inteqrasiyası məqsədilə oktyabr ayında sağlamlıq imkanları məhdud şəxslər arasında voleybol yarışı və pauerliftinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR