22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Baytarlıq Xidmətinə də müəyyən tapşırıqlar verilib. Qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı mal-qaranın, ev quşlarının, arı ailələrinin xəstəliklərdən qorunması, zoobaytar qaydalar əsasında yemləndirilməsi, saxlanılma şəraiti və digər məsələlərlə əlaqədar ardıcıl tədbirlər görülür, sahibkarlar arasında maarifləndirici görüşlər təşkil olunur. Növbəti maarifləndirici tədbir Babək rayonunun Babək qəsəbəsində keçirilib.

Heyvandarlıqla məşğul olan sahibkar­larla keçirilən görüşdə xidmətin sektor müdiri Şəmsəddin Nağıyev çıxış edərək bildirib ki, yem rasionu heyvanların gündəlik zəruri qida maddələrinə və enerjiyə olan fizioloji tələbatını ödəmək üçün hesablanmış yemlərin məcmusudur. Rasionlar heyvanların cins-yaş qrupları, məhsuldarlığı, mövcud yem bazası nəzərə alınmaqla aylıq, mövsümi və illik hazırlanır.
Qeyd olunub ki, qışlama dövründə heyvanların zülal ehtiyacının yarısı qaba yemlərin hesabına təmin edilir. Hazırda bu yem ənənəvi olaraq kip şəklində istifadə edilir və nəticədə, heyvana verilən yemin 10-20 faizi itkiyə gedir. 3-5 santimetr ölçüdə doğranaraq küləş halına salınan yemi isə heyvan asanlıqla mənimsəyib həzm edir. Doğranmış küləş yemləmə üçün sadə və əlverişli üsuldur. Küləşin doğrantısına qarışıq yem – kəpək də əlavə olunur ki, bu da onun qidalılıq dərəcəsini artırır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR