22 Dekabr 2024, Bazar

Ağbulaq İstirahət Mərkəzi muxtar respublikamızda ilk kənd turizmi infrastrukturunun yaradıldığı məkandır. Mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardan biridir. Hər il mərkəzdə gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir.
Oktyabrın 6-7-də isə dövlət qulluqçularının mərkəzdə istirahəti təşkil edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub.
İstirahət müddətində dövlət qulluqçuları mərkəzlə yaxından tanış olub, müxtəlif idman oyunlarında iştirak edib, film izləyib, konsert proqramına baxıblar. Mərkəzdə istirahət edənlərlə görüşüb onların təəssüratlarını öyrəndik.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bizimlə söhbətində bildirdi ki, burada istirahətimiz çox yaxşı təşkil olunub. Ağbulaq İstirahət Mərkəzinin kollektivi biz gənc­lərin asudə vaxtının səmərəli təşkilində əlindən gələni əsirgəmir. Mərkəzdə yaradılan yüksək şərait və göstərilən xidmət burada istirahət edənlərin ürəyincədir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Ziya Kərimov bildirdi ki, istirahət mərkəzi hər baxımdan çox gözəldir. Hər yer təmiz, səliqəli, havasına da söz ola bilməz. İstirahət üçün gözəl şərait yaradılıb. İki gün ərzində vaxtın necə gəlib keçdiyini hiss etmədik. Buradan xoş təəssüratlarla ayrılırıq.
Qeyd edək ki, mərkəzdə, ümumilikdə, 48 dövlət qulluqçusu istirahət edib.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR