22 Dekabr 2024, Bazar

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində konfrans keçirilib.
Konfransı komitənin sədri Ramilə Seyidova açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da silsilə tədbirlərlə dövlət səviyyəsində qeyd olunur. Bu il, həmçinin müsəlman Şərqində ilk dəfə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi tamam olur.
Komitə sədri vurğulayıb ki, tarixin yaddaşına çevrilmiş 1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan, o cümlədən Naxçıvan qadınları qısa müddət ərzində böyük nailiyyətlər qazanıb, cəmiyyətin inkişafında fəal iştirak ediblər.

Vurğulanıb ki, bu gün muxtar respublikada dövlət qulluqçularının 515-i, yaxud 20 faizi, ümumiyyətlə isə işləyən əhalinin 33 faizi qadınlardır. Doğma diyarımızda 4 min 349 qadın sahibkarlıq fəaliyyəti, 7 min 590 qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Həmçinin bələdiyyə üzvü olan qadınların sayı 251 nəfər təşkil edir ki, həmin qadın­ların da 14-ü bələdiyyə sədridir.
Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 153-ü Azərbaycan Respublikasının, 149-u isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 132 qadın orden, medal və nişanlarla təltif olunub.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova “Qadınların seçki hüququ-insan hüquqlarının tərkib hissəsi kimi” mövzusunda çıxış edərək müasir dövrdə ölkəmizdə dövlət qadın siyasəti, qadın-kişi bərabərliyi, qadınlara yüksək dəyər verilməsi, hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün görülmüş işlərdən geniş bəhs edib.
“Naxçıvan qadınlarının fəaliyyətində təhsilin inkişafı” mövzusunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, “Naxçıvan qadınlarının fəaliyyətində elmin inkişafı” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, “Kütləvi informasiya vasitələrinin inkişafında qadınların rolu” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Tele­viziya və Radio Şurasının üzvü Sara Əzimova çıxış ediblər.
Sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” mövzusunda hazırlanmış film nümayiş etdirilib, kitab sərgisinə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ailə, ­Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR