22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən uşaq hüquqlarının qorunması ilə əlaqədar təhsil müəssisələrində, eləcə də valideyn himayəsindən məhrum uşaqların yaşadıqları ailələrdə mütəmadi olaraq monitorinqlər keçirilir, onların yaşayış şəraiti, təhsil hüquqlarının, sağlamlıqlarının qorunması ilə maraqlanılır, lazımi köməkliklər göstərilir.

2018-ci il noyabrın 8-də müvafiq komissiyanın ekspert qrupu tərəfindən Sədərək rayonunun Sədərək kəndində yaşayan valideyn himayəsindən məhrum uşağın evində monitorinq keçirilib, yaşayış şəraiti ilə tanış olunub. Həmin monitorinqdə qeyd olunanlar nəzərə alınaraq, dünən Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndələri valideyn himayəsindən məhrum uşağın yaşadığı aztəminatlı Həsənovlar ailəsində olublar.
Aztəminatlı ailənin üzvlərinə səyyar tibbi xidmət göstərilib, ehtiyaclarına uyğun qış geyimləri, məişət əşyası və ərzaq payı verilib.
Sonda uşağın qəyyumu olan bibisi dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz ­minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR