22 Dekabr 2024, Bazar

“Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyununa yekun vurulub.

Oyunun keçirilməsində məqsəd əcnəbi tələbələrə xəritə vasitəsilə Azərbaycanın tanıdılması, onların intellektual səviyyəsinin yüksəldilməsidir. İştirakçılar oyunda pazl şəklində olan Azərbaycanın coğrafi xəritəsini daha tez yığmaq üçün yarışıblar.
Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr arasında Sarıhan Şehriban birinci olub. Digər iki pillədə isə Nisa Önal və Salih Encu qərarlaşıblar. “Naxçıvan” Universitetinin tələbələri arasında qalib adını Tarri Riçard qazanıb. Pere Riçard ikinci, Ariful İslam isə üçüncü olublar.
Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton üzrə muxtar respublika birinciliyi də təşkil edilib.
5 komandanın 40-dan çox idmançısının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi Çakır Nazlıcan qalib adını qazanıb. Həmin universitetin digər tələbəsi Şəlalə Əsgərova ikinci, “Naxçıvan” Universitetinin tələbəsi Fatma Həmzəyeva isə üçüncü olub.
Qeyd edək ki, qalib komandalar və komanda üzvləri noyabrın 16-da “Gənclik” Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR