23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rayonunun Çənnəb Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin qadınların maarifləndirilməsindəki rolundan danışıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. Məhz elə buna görə sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülüb, son illər Ailə Məcəlləsinə zəruri dəyişikliklər olunub, həmçinin qadını, eləcə də yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edilib. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturunun, o cümlədən reproduktiv sağlamlığın qorunması sisteminin daha da təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı” təsdiq edilib. Ailə qanunvericiliyi muxtar respublikadakı ailə­lərdə münasibətlərin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının qorunmasını müəyyən edib.

Ardını oxu...

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı təşkil olunan əmək yarmarkaları aktiv məşğulluq tədbirlərindən sayılmaqla işaxtaranların daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində təşkil edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açaraq qeyd edib ki, Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması, həmçinin müxtəlif dövlət müəssisələrində müvafiq ştatlara olan tələbatın ödənilməsi nəticəsində xeyli iş yeri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov bildirib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt muxtar respublikamızın sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, əhalinin rifah halının yaxşılaşdırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.
Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasına 19-u özəl olmaqla, 65 müəssisə və təşkilatdan 537 boş iş yeri təqdim olunub, 24 nəfərə işə göndəriş verilib, 3 nəfər peşə hazırlığı kurslarına göndərilib.
Qeyd edək ki, əmək yarmarkaları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən muxtar respublikanın rayonlarında da keçirilib.

 Səbuhi Hüseynov

Muxtar respublikanın demo­qrafik inkişafına paralel olaraq əhalinin məşğulluğunun artırılması üçün elmi surətdə əsaslandırılmış dövlət proqramlarının həyata keçirilməsi uğurlu nəticələrlə yadda qalıb.

Şərur Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə ətraflı danışılıb.

Şərur şəhərində təşkil olunan tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Məmməd Məmmədov deyib ki, əhalinin işlə təmin olunması üçün ən çevik tədbirlərdən sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Təkcə ötən il Şərurda keçirilən 2 əmək yarmarkasına idarə, müəssisə və təşkilatlardan 577 boş iş yeri çıxarılıb, yarmarka vasitəsilə 71 nəfər müxtəlif sahələrdə daimi işlə təmin olunub. Eyni zamanda muxtar respublika Təhsil və Səhiyyə nazirlikləri ilə birgə keçirilmiş əmək yarmarkalarında da onlarla rayon sakini ixtisasına uyğun işə göndəriş ala bilib.
Məmməd Məmmədov bildirib ki, yarmarkada 39-u özəl olmaqla, 47 təşkilatdan 313 boş iş yeri işaxtaranlara təklif olunur.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda insan amili diqqətdə saxlanılan məsələlərdəndir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdı­rılmasına ciddi fikir verilir, bu istiqamətdə rayonda ardıcıl tədbirlər həyata keçirilir. Yeni yaradılan sənaye və istehsal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına şərait yaradıb. Hazırda rayonda bir neçə iri tikinti layihəsi həyata keçirilir və burada onlarla sakin daimi və müvəqqəti işlərlə təmin olunub. Təhsil, mədəniyyət, səhiyyə müəssisələrində, özəl sektorda ali və orta ixtisas təhsilli gənclərə, müxtəlif peşə sahiblərinə ehtiyac vardır. Bu gün yarmarkaya həmin təşkilatlardan boş iş yerləri çıxarılıb.
Əmək yarmarkasında 42 nəfərə işə göndəriş verilib, 3 nəfər peşə hazırlığı kurslarına göndərilib.

Elman MƏMMƏDOV

Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.

Ötən illər ərzində görülən ekoloji tədbirlər çərçivəsində 14 min hektardan çox sahədə yaşıllaşdırma işləri aparılıb. Nəticədə, yaşıllıqların sahəsi 10 dəfədən çox artıb.
Əlverişli ekoloji mühitin yaradıl­masında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülüb, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişləndirilib. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı fəaliyyətə başlayıb. Bütün bunlar təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da əlverişli şərait yaradıb, insanlar arasında təbiətə, fauna və floraya diqqəti daha da artırıb.

Ardını oxu...

Bu gün ölkəmizdə uşaqlar dünyanın ən şirin varlıqları kimi xüsusi qayğı görür, nağıllardakı saraylara bənzəyən bağçalara, məktəblərə gedir, hər cür şəraitlə təmin olunmuş yaradıcılıq mərkəzlərində vaxtlarını şən və qayğısız keçirir, incəsənətin və idmanın müxtəlif növləri ilə məşğul olur, ən müasir səhiyyə ocaqlarında müayinə olunur, müalicə alır, cəmiyyətə faydalı, vətənpərvər bir şəxsiyyət kimi formalaşırlar. Uşaqların dünyaya pəncərəsi sayılan bağçalarda bu gün onların hərtərəfli böyüməsi, təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması məqsədilə lazımi şərait yaradılıb.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının qərarı ilə aprel ayı “Dünya autizm maarifləndirmə ayı” kimi qeyd edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində aprelin 11-də autizm maarifləndirmə ayı ilə bağlı bu qəbildən olan uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, mərkəzin müəllim-psixoloqu Minurə Əliyeva, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova autizm xəstəliyi olan uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıblar. Autizm sindromlu uşaqlarla psixoloji işin, təlim-məşğələlərinin aparılması, “Autizm” kitabının mahiyyəti haqqında və valideynlərin autizmli uşaqlarla ünsiyyəti barədə tövsiyələr verilib.

Ardını oxu...

Bu münasibətlə aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün uğurla davam etdirilir. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmalarına, onların müxtəlifsəviyyəli çempionat, turnir və yarışlarda iştirak etmələrinə hərtərəfli şərait yaradılıb. Əldə olunmuş müsbət nəticələr ölkəmizdə, eləcə də muxtar respublikamızda beynəlxalq idman yarışlarının keçirilməsinə imkan verib, uşaq və yeniyetmələrin idmana cəlbi yeni mərhələyə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi yüksək diqqət və qayğı muxtar respublikada bu sahənin inkişafına böyük töhfələr verib.

Ardını oxu...

Muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Şərur  rayonunun Arbatan Kənd Mərkəzində keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Son illər muxtar respublikada böyük səhiyyə müəssisələri ilə yanaşı, onlarla feldşer-mama məntəqəsinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi qadınların sağlamlığının qorunmasına zəmin yaradıb, ana ölümü sayının minimuma endirilməsinə gətirib çıxarıb. Şərur rayonunun Arbatan kəndində yaşayan ailələr, qadınlar və uşaqlar da onların sağlamlığının qorunması istiqamətində dövlətimizin yaratdığı şərait və imkanlardan yararlanırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı ardıcıl tədbirlər görülür.
Cari ilin ötən ayında aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 260 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndə­rilmiş, 5 nəfər xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuş, 12 nəfər ixtisasartırma kursuna cəlb edilmişdir. İşlə təmin edilənlərdən 1-i hərbi xidmətdən tərxis olunan gənc, 7-si məhdud fiziki imkanlı, 9-u isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşələr üzrə kurslar təşkil olunmuşdur. “Dayə” peşəsi üzrə kursu 17, “Qazanxana maşinisti” peşəsi üzrə kursu 21 nəfər bitirmişdir. Hazırda “Bərbər-manikürçü” və “Bərbər” peşələri üzrə kurslar davam etdirilir. Qeyri-formal məşğulluğun qarşı­sının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 32 obyektdə nəzarət tədbirləri aparılmışdır.

Ardını oxu...

Sağlam cəmiyyət işıqlı və etibarlı gələcək vəd edir. Odur ki, öz millətinin gələcəyini düşünən, ölkəsinin müstəqilliyini möhkəmləndirməyə çalışan, bütün sahələrdə inkişafa nail olmaqla dünyada söz sahibinə çevrilmək istəyən dövlətlər və müdrik rəhbərlər sağlam cəmiyyət formalaşdırırlar. Belə bir cəmiyyətin qurulması üçün sağlam insanlar lazımdır. Ancaq bu da reallıqdır ki, cəmiyyətin bütün üzvləri sağlam olmurlar və məhdud fiziki imkanlı insanlardan heç bir cəmiyyət sığortalanmayıb. Sağlamlıq imkanları məhdud insanları cəmiyyətin aktiv üzvlərinə çevirmək isə Azərbaycan kimi sosialyönümlü siyasət yürüdən, insan amilinə yüksək dəyər verilən ölkələrdə qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycanda bütün insanların yaxşı yaşaması, ölkəmizin inkişafına fayda verə bilməsi üçün sağlamlıq imkanları məhdud insanların problemlərinə həssaslıqla yanaşılır, onların qarşılaşdıqları çətinliklər dərhal aradan qaldırılır. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir.

Ardını oxu...

Martın 17-də 21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Nəqşicahan” restoranında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi ­Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, muxtar respublikada yaşayan daun sindromlu insanların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan uşaqlara müxtəlif sosial reabilitasiya xidmətləri göstərilir, həmçinin onların valideynləri ilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında “Səməni” müsabiqəsi
və bayram tədbiri keçirilib


Novruz bayramının atributlarından biri də səmənidir. Səməni bərəkət nişanəsi kimi xalqımızın düşüncəsində mühüm yer tutur. İnsanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil olunan səməni təbiətin oyanışını və gəlişini özündə təcəssüm etdirir. Səməninin il təhvil olunan saatda bayram süfrəsinə qoyulması məhz təbiətin canlanmasından xəbər verir. Həmçinin o, məhsuldarlıq, bolluq rəmzi kimi başa düşülür. 

Azərbaycanda erkən dövrlərdən evlərdə səməni cücərtmək adət olub. Bu adət-ənənəyə görə, buğda, arpa, mərci, noxud və sair islağa qoyulub cücərdilərdi. Səməni hər il mart ayında, əsasən, ilk iki çərşənbədən sonra, Novruz bayramı ərəfəsində göyərdilir. Bu adət hər ilin əvvəlində, yəni yazda icra olunur.
Qədim Azərbaycanda “həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyi təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilir. Xalqımız səmənini yazın başlanması, təbiətin “dirilməsi” simvolu olmaq mənasında “həyat və əbədiyyət” çiçəyi adlandırıb, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi “xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad edib. Bu çiçəyin, doğrudan da, insan ömrünü uzatmaq qabiliyyətinə malik olması barədəki etiqad nəğmənin bu misralarında yaşamaqdadır:

Ardını oxu...

Müasir dövrümüzdə bəzi insanlar tatuajın hansı fəsadlar törədəcəyinin fərqinə belə varmadan ondan geniş istifadə edirlər. Araşdırmalar nəticəsində bir daha təsdiq olunub ki, tatuaj insan sağlamlığını təhlükə qarşısında qoya, hətta xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, tatuaj insanda dəri xərçəngi, tetanos, herpes simpleks deyilən uçuq, allergik reaksiya yaradır, hamiləlikdə körpənin inkişafına mənfi təsir göstərir və anormallığa, kimyəvi reaksiya nəticəsində limfa düyünü iltihabına səbəb ola bilir, hepatit B və C xəstəliyinə yol açır.

Həkimlər tatuajdan uzaq durmağı məsləhət görürlər. Çünki tatuaj yad maddələrdən ibarətdir və bu maddələr insan bədəninə “yeriyəndən” sonra bədən həmin maddələrə əks reaksiya verir, insan orqanizmində fəsadlar törədir. Qeyri-standart maddələrin fəsadları isə daha çox ola bilər. Qeyd etdiyimiz kimi, tatuaj zamanı istifadə olunan bəzi maddələr var ki, xərçəng və digər xəstəliklərin yaranması riskini xeyli artırır.

Ardını oxu...

Hər hansı gözlənilməz hadisə səbəbindən insana dəymiş zərərlərin əvəzinin qaytarılmasına imkan verən sığorta cəmiyyətin inkişaf göstəricilərindən biridir. Müxtəlif istehsal yerlərində görülən işlər zamanı istehsalın təhlükəsizliyinin artırılmasına baxmayaraq, baş verə biləcək gözlənilməz bədbəxt hadisələr insanlara xeyli zərər vurur. Cansağlığının və ya əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən hallarda göstərilən maddi kömək bu zaman çox dəyərlidir. Əgər vaxtında bağlanılmış sığorta müqaviləsi varsa, zərərçəkmiş insanın həyatına, sağlamlığına və əmək qabiliyyətinə dəyən zərərlərin əvəzi ödənilir. 

Göründüyü kimi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortanın icbari qaydada tətbiqi onun ictimai zərurətindən irəli gəlir. Çünki bu sığorta növü, son nəticədə, hər bir insana və onun ailəsinin sosial müdafiəsinə xidmət edir. Belə ki, hər kəsin öz sağlamlığına verdiyi dəyər qədər dövlətimiz üçün də hər bir vətəndaşın sağlamlığının qorunması ən mühüm vəzifələrdən biridir. Bununla yanaşı, istehsalatda bəzən qaçınılması mümkün olmayan hadisələr yaranır, insanların həyat və sağlamlığına zərər dəyir. Buna görə də istehsalatda baş verən müxtəlif bədbəxt hadisələr, habelə peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı hər bir işçinin gələcəyinin zəmanəti kimi də qiymətləndirmək lazımdır.

Ardını oxu...

Xalqımızın çoxəsrlik maddi və mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı hər il muxtar respublikada böyük təntənə ilə qeyd edilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə martın 13-də Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib.
Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayonların icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı məhdud fiziki imkanlı insanların sosial müdafiəsinin təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, müxtəlif növ sosial xidmətlərin göstərilməsi, bayram günlərində onların iştirakı ilə tədbirlərin keçirilməsi davamlı dövlət qayğısının ifadəsidir.

Ardını oxu...

 Hər bir insanın yaşaya biləcəyi ən gözəl duyğu valideyn olmaqdır. Sözsüz ki, hər bir valideyn övladı üçün hər şeyin ən gözəlini və yaxşısını istəyər. Uşağın sağlam inkişafı üçün ana və ata buna hazır olmalı, eləcə də uşaq tərbiyəsi üçün hər bir məlumatı bilməlidir. İlk əvvəl tərəflər ailə münasibətlərini dəyərləndirməli, ata-ana missiyasına hazır olub-olmadıqlarını müəyyən etməlidirlər. Təbii ki, körpənin dünyaya gəlməsi ilə birlikdə ailənin həyat tərzi dəyişilir ki, bu dəyişikliyin sağlam olması əhəmiyyətlidir. Unutmayaq ki, övladlarımızın şəxsiyyətlərini biz formalaşdırırıq. Necə deyərlər, uşağın şəxsiyyətinin təməlləri lap kiçik yaşlarından atılır. Bu, reallıqdır ki, uşaqlıq illərində yaşananlar yetişkin həyatda da öz təsirini göstərir.

Böyüklərin ən şirin, unuda bilmədikləri xatirələri hər zaman uşaqlıq illərinə təsadüf edir. Bu mənada, uşaqlıq illəri gələcək illərə hər an öz təsirini göstərməkdədir – istər mənfi, istərsə də müsbət mənada. Çünki uşaq dünyaya gəldiyi ilk aylardan etibarən öz çevrəsini tanımağa çalışır, inkişaf dövründə verdiyi reaksiyalar, qazandığı bacarıqlar, davranış formaları fərqli bir tərzdə özünü göstərir.

Ardını oxu...

Kiçik çillə ilə Novruz bayramı arasındakı boz ay qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında boz aya “bayram ayı”, “ağlar-gülər ay” da deyilir. Bu ayda olan dörd çərşənbənin hər biri öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması ilə seçilir. Bunlar arasında torpaq çərşənbəsinin özünəməxsus yeri vardır.
Azərbaycan bir çox xalqların yaşadığı ölkədir. Bir sıra tədqiqatçıların araşdırmalarından və bizim də topladığımız etnoqrafik materiallardan aydın olur ki, çərşənbələrə ad olaraq su, od, yel, torpaq yarlıqlarının yapışdırılmasının “abi-atəş-badi-xak” gücüylə olmasına başqa bir sübut da var. Çərşənbə adlarının sırası fars dilindəki sözlərə (abi-atəş-badi-xak və yaxud da abi-atəş-xaki-bad) uyğun şəkildə deyilir. Amma bu fikrin tərəfdarları astronomiyadan, eləcə də təbiət qanunlarından xəbərdar olsaydılar, onda bilərdilər ki, çərşənbədə dirilmə, canlanma nələrdən əvvəl və ya nələrdən sonra gəlir. Bilərdilər ki, suyun şaxı sınmayıbsa, içində su donan torpağın donu açılmaz. Bilərdilər ki, sonuncu çərşənbədə alışdırılan od, tonqal bütün canlıların canlanması, dirilməsi şərəfinədir. Onda heç olmazsa, zorla təbliğ olunan yanlış çərşənbə adlarının sıra düzümü təbiət qaydalarına uyğun gələrdi.

Ardını oxu...

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanın anadan olmasının 80 illik yubileyi münasibətilə Naxçıvan şəhərində, yaşadığı evdə tədbir keçirilib.
Çay süfrəsi arxasında keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Həvayət Qurban­ovanı 80 illik yubileyi münasibətilə təbrik ediblər. Bildirilib ki, yubilyar 1937-ci il fevralın 20-də anadan olub. Yeniyetməlik yaşlarından başlayaraq zəhmətə qatlaşıb, əməksevər bir insan həyatı yaşayıb. Əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət xanım müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyində aqronom, Naxçıvan MSSR Komplekszona Təcrübə Stansiyasında kiçik elmi işçi, “Azərkəndtəsərrüfatıtexnika” Naxçıvan MSSR Birliyində böyük aqronom işləyib. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. Təsadüfi deyil ki, gənc yaşlarında, 29 yaşında dövrün ən yüksək fəxri adına – “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb. Bu illərdə ictimai fəaliyyətdən də kənarda qalmayıb. SSRİ Ali Sovetinin 6-cı və 7-ci çağırış deputatı seçilib.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər ümumi inkişafa təkan vermiş, istehsal və xidmət sahələri yaradılmış, yeni iş yerləri açılmış, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada sabitlik təmin edilmiş, əhalinin həyat və məişət şəraiti yaxşılaşmışdır. Bütün bunlar isə əhali artımına dinamik təsir göstərmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasında 1995-ci ilin sonuna nisbətən əhalinin sayı 31,6 faiz artaraq 1 yanvar 2016-cı il tarixə 444 min nəfərdən çox olmuşdur. Müqayisə olunan dövrdə 1 yaşadək uşaq ölümlərinin azalması da əhalinin dinamik artımına müsbət təsir göstərmişdir. Əgər 1995-ci ildə muxtar respublikada hər 1000 diri doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 20-dən artıq idisə, 2015-ci ildə bu göstərici 1,5 promilli olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında 1 yaşadək ölən uşaqların sayı Fransa, Almaniya, Avstriya, Belçika, Finlandiya, Yunanıstan, İsveçrə, Niderland, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Estoniya, Latviya, Litva, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro kimi ölkələrdəki müvafiq göstəricidən azdır.

Ardını oxu...

– Salam, Səfurə nənə, səni görməyə gəlmişik!

– Allah sizdən razı olsun, xoş gəlib, səfa gətirmisiniz, qapımız həmişə qonaq üzünə açıq olub.
– Necəsən, sağlamlığın yerindədirmi?
– Allaha şükür olsun ki, yaxşıyam. Eh, qan-qada olmasın, qalan işlər düzələr. Əyləşin, yoldan gəlmisiniz, gəlinim bir çay versin!
... Allah sənə uzun ömür versin! İndi bu alqışı ad günlərində, ildönümlərində tez-tez eşidirik. Hər kəs sevdiyi adama uzun ömür, cansağlığı arzulayır, uzunömürlü olmaq istəyir, ancaq qocaldığını etiraf edə bilmir. Gəlin səmimi etiraf edək ki, hər kəsə uzun ömür qismət olmur. Belə demək mümkünsə, bu yalnız seçilmiş insanlara verilən Tanrı payıdı. Uzunömürlü olmaq da insandan böyük ürək, səbir, dözüm istəyir. Çünki həyatın boyu nəyisə qazanırsansa, nələrisə, daha doğrusu, kimlərisə də itirirsən. Elə ötən günlərdə Naxçıvan şəhərinin Atabəylər məhəlləsindəki evində qonağı olduğumuz çinar ömürlü Səfurə nənə kimi.
Alnındakı qırışlarda 106 illik izləri olan Səfurə nənə ötən əsrin əvvəllərində Bakıda dünyaya gəlib. Valideynləri o illərdə Cənubi Azərbaycandan iş üçün torpağın hər qarışının neft qaynadığı Bakıya üz tutublar. O, dünyaya gələndə anası dünyasını dəyişib. Çox keçməyib ki, anasının yerini heç tanımadığı bir qadın tutub. Ancaq ögey ana onunla və iki qardaşı ilə o qədər də xoş davranmayıb. Bəlkə də, bu səbəbdəndir ki, o, erkən yaşlarında Qara Hüseynovla ailə quraraq Naxçıvana köçüb. Ticarət sahəsində çalışan həyat yoldaşı ilə bu diyarda uzun illər xoşbəxt yaşayıblar, həyatın gətirdiyi çətinliklərə birlikdə sinə gəriblər. Bu illər ərzində 6 övladı – 4 oğlu, iki qızı dünyaya gəlib. Vaxt gəlib, il dolanıb ömür-gün yoldaşı ilə əbədilik vidalaşmalı olub. Sonra isə... Sonra isə övladlarından ikicəciyi qalıb. Bir oğlu, bir qızı. Və bir də 20 nəvə, 30 nəticə, 12 kötücə. Bir də ki yolunu gözlədiyi yadıca.
İnsan fitrətən əbədi yaşamağa meyillidir. Məhz bu meyil əsrlərdir, insanı uzunömürlülüyün sirlərini tapmaq üçün axtarışlar aparmağa sövq edir.
Təsadüfi deyil ki, əfsanələrə görə, dünyanı fəth edən İsgəndər heç vaxt ölməmək üçün dirilik suyunu axtarırdı, ancaq özü cəmi 33 il yaşamışdı. Səfurə nənə üçün isə uzun­ömürlülüyün sirri başqadır. O, deyir ki, evdar qadın olsam da, hər zaman hərəkət etməyə, hansısa bir işdən yapışmağa çalışmışam. Ən çox təmizliyə fikir vermişəm, yeməyimə diqqət yetirmişəm. Övlad, gəlin sarıdan da bəxtim gətirib ki, hər zaman qayğıma qalıblar, məni xəstələnməyə qoymayıblar. Həyatda çox çətinliklər görmüşəm, ancaq bu çətinliklər məni ruhdan salmayıb. Yaşamağa, həyatdan, təbiətdən zövq almağa çalışmışam. İndi şəraitimiz də yaxşıdır. İki müharibə dövrünü yaşamışam. Əvvəllər çox çətinlik olub. Belə bir məsəl var, deyərlər ki, ağ gün insanı ağardar, qara gün qaraldar. Əvvəllər Naxçıvan camaatı çox əziyyət çəkib. Bir tərəfdən övladlarımız şəhid olub, bir tərəfdən də işığımız, qazımız kəsilib. Ən təmiz meyvə-tərəvəzi, yeməyi ilə tanınan Naxçıvanda çörək də qıta çıxıb. Ancaq indi Allaha şükür, qışın oğlan çağında evdə isti suyumuz da, işığımız da, istiliyimiz də var. Çörək də boldur. İnsanlar rahat yaşayırlar. Ömrümün bu illəri mənə də çox şirin gəlir, yaşamağa, həyatdan zövq almağa çalışıram. Cavanlara məsləhətim budur ki, bu dövranın qədrini-qiymətini bilsinlər, sağlamlıqlarının qeydinə qalsınlar, bir də zəhmətə qatlaşsınlar. Belə olsa, hər kəs uzun ömür yaşaya bilər. Belə dövranda yüz il yaşamağa nə var ki?
İllər öncəsində, kiçik yaşlarında olduğu kimi Səfurə nənənin yanında oturub onu dinləyən oğlu Məmmədəli Hüseynovun, qızı Məsmə Quliyevanın da artıq saçlarına dən düşüb. Söhbət zamanı analarını böyük bir məhəbbətlə izlədikləri, onun hər bir sözündən dərs aldıqları sözlərindən bəlli olur. Səfurə nənənin gözündə isə onlar elə balaca övladlar kimi qalıb. Söhbət əsnasında tez-tez onların qayğıları ilə maraqlanan Səfurə nənə eşitməkdə çətinlik çəksə də, cavabları anlamaqda çətinlik çəkmir. Bilir ki, xəstə olsalar da, onlar anaları narahat olmasın deyə “Yox, ay ana, yaxşıyam” deyəcəklər.
Ağbirçək olan evdə xeyir-bərəkət də olar, mehribanlıq da, bir-birinə qarşılıqlı hörmət də. Qonağı olduğumuz evdə də belə bir ab-hava var. Hər kəs bir-birinin sözünü böyük hörmətlə dinləyir, hər hansı bir işə kömək etməyə çalışır. Belə yerdə – hər şey evin ağsaqqalından, ağbirçəyindən asılıdır, ağsaqqal sözü, ağbirçək öyüdü evlərdən uzaq olmamalıdır deyimi yada düşür.
Elimizin, obamızın ağbirçəyi, sözü şükürlü-dualı Səfurə nənə ilə sağollaşıb bu evdən, ocaqdan ayrılıram. İncə barmaqları ilə ağ, seyrəlmiş saçlarını oxşayan çinar ömürlü nənə bizə astaca “Yaxşı yol, bala, Allah amanında”, – deyir.


Səbuhi Hüseynov

Alimlər mineral sularının zənginliyinə görə Naxçıvan Muxtar Respublikasını hidrokimyəvi muzeyə bənzədirlər. Ona görə ki, bu gün diyarımızda 250-dən çox mineral su mənbəyi var. Bu bulaqlar tərkibinə görə müxtəlif tiplidir və onların sularından içməli su təchizatında, müalicə məqsədilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Tarixi qaynaqlardan məlumdur ki, həmişə dirilik və şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə inanmış xalqımız bu sulara yel suyu, mədə suyu, dəri suyu, şor su və sair adlar verib. 

Onların bu gün xarici bazarlarda artıq yerini tutan, dünyaya sorağı yayılanları ilə yanaşı, elələri də var ki, hələ səssiz-səmirsiz təbiətin qoynuna axır. Qəzetimizin əvvəlki nömrələrində uzun illərdir, şöhrət qazanmış, insanların süfrəsini bəzəyən və müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərən Badamlı, Sirab, Gülüstan və daha bir neçə mineral bulaq haqqında bəhs etmişik. Yenidən bu mövzuya qayıtmaqda məqsədimiz isə digər sularımız barədə söhbət açmaqdır.

Ardını oxu...

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı uşaqların sağlamlığının qorunması və onların müasir tələblər səviyyəsində təhsil almasına imkan verir. Uşaqların hüquq və maraqlarının müdafiəsi, dövlət uşaq siyasətinin həyata keçirilməsi ötən il də davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2016-cı ildə 4645 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Muxtar respublikada uşaqların sayı ötən il 1690 nəfər artaraq 160 min 793-ə çatmışdır. Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də övladlığa götürülmüş uşaqların uçotu aparılmış, bu kateqoriyadan olan, eləcə də sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin üzvü 398 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur. Bununla yanaşı, bayram günlərində valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 15 uşağa, eləcə də aztəminatlı ailələrdən olan 61 uşağa hədiyyə və sovqatlar verilmişdir.

Ardını oxu...

El arasında belə bir deyim var: “Dost başa baxar, düşmən ayağa”. Elə bu gün də bu deyimə inananlar az deyil. Tarixboyu insanlar geyimə, xüsusilə də ayaqqabıya xüsusi fikir veriblər. Aid olduğu sosial təbəqəyə görə xalqımız müxtəlif formalı ayaqqabılardan istifadə edib.
Qədim zamanlardan bəri şəhər əhalisinin böyük əksəriyyəti, kənd əhalisinin isə müəyyən qismi çarıq, çust geyinərdi. Bu geyim növünü tikənlərə isə çarıqçı, başmaqçı və yaxud da çəkməçi, təmir edənlərə isə pinəçi deyilirdi. Çəkməçiliyin dörd növü var idi. Bunlar pinəçilik, çarıqçılıq, başmaqçılıq və çəkməçilikdi. Bəzi peşə sahələri zaman keçdikcə unudulsa da, bu sahəyə maraq hər dövrdə olub. Bu qədim sənəti indi də yaşadanlar az deyil.
Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsindəki balaca dükanda pinəçiliklə məşğul olan Sultan Ağalarovla bu peşə barədə söhbətləşdik. 20 ildir, bu peşə ilə məşğul olan Sultan usta deyir ki, uşaq vaxtlarından bu işin həvəskarı olub, bu peşəni özü öyrənib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, fond bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin artırılması prosesini başa çatdıraraq əmək pensiyaçılarına ödənilməsini təmin edib.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi pensiyanın ümumi məbləğindən baza hissəsi və baza hissəsinə görə verilən əlavələr çıxılmaqla, pensiyanın sığorta hissəsinə 12,4 faiz (2016-cı il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə artırılıb.

Ardını oxu...

Təbiəti qorumaq, onu daha da zənginləşdirmək və əlverişli ekoloji şəraitin yaradılmasını təmin etmək muxtar respublikamızda aparılan uğurlu ekoloji siyasətin tərkib hissəsidir. Bu baxımdan Naxçıvanın zəngin təbiətinin tanıdılması, təbliğ edilməsi və bu sahəyə gənclərin diqqətinin artırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Gənc nəslin ekoloji biliklərinin artırılmasında orta və ali təhsil müəssisələrində ekoloji seminar-sərgilərin təşkili də az rol oynamır.      

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, nazirliyin aidiyyəti təşkilatlarla birgə hazırladığı tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində şagird və tələbələrin ekoloji biliklərinin artırılması məqsədilə sərgi-seminarların keçirilməsi davam etdirilir. Belə tədbirlərdən biri fevralın 9-da Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən serqqapisi.az-a bildirilib ki, 2016- cı ildə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı  449 min 143 nəfər olub. Bu,  2015-ci illə müqayisədə 1,4 faiz artım deməkdir. Ötən il muxtar respublikada 6 min 510 yeni uşaq doğulub. Uşaq ölümü kəskin şəkildə azalıb. Belə ki,  2016-cı ildə dünyasını dəyişənlər arasında 0-17 yaşadək uşaqlar 0,3, körpə ölümü isə 1,5 promilli təşkil edib. Təbii artım  4 min 660 nəfərə çatıb. Yeni doğulanlar arasında 52 faizlə oğlanlar üstünlük təşkil edir. 48 faiz isə qızların payına düşür.  Doğum göstəricisinin artması, ölüm hallarının isə aşağı düşməsi nəticəsində təbii artımın yüksəlməsində muxtar respublikada  tibbi qulluq və səhiyyə xidmətlərinin müasir  səviyyədə təşkili  də əhəmiyyətli rol oynayır.  Naxçıvan şəhərində və muxtar respublikaının rayonlarında hamiləliyin erkən qeydiyyata alınması,bu istiqamətdə  göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, bütün doğuşların xəstəxanada idarə olunması işi yüksək səviyyədə təşkil edilib.  

Xəbərlər şöbəsi

Ötən il muxtar respublikada uşaqlara hansı adlar qoyulub?

Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Çünki bir insanın adı ömrünün sonuna kimi onunla yoldaş olan, onun xarakter və şəxsiyyətinin formalaşmasına təsir edən ən mühüm atributlardan sayılır. Ancaq ad qoymaq elə bir seçimdir ki, bu seçim adı daşıyanın öz əlində olmur. Adı daşıyan şəxs böyüdükcə bu adla fəxr də edə, utana da bilər. 

Cəmiyyətimizdə yaxşı, mənalı adlarla yanaşı, mənasız adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan, öyünən və ya xəcalət hissi keçirən insanlar var. İnsanın gün ərzində on dəfələrlə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz. Bundan əlavə, dövrün, ictimai-siyasi və mədəni mühitin təsiri də adqoymada bu və ya digər dərəcədə özünü göstərir. Məsələn, Sovet dövründə uşaqlara verilmiş İnqilab, Traktor, Kombayn, Kolxoz, Oktyabr, Bolşevik, Komsomol, Prikaz kimi adlar bunun təsdiqidir. Təsadüfi deyil ki, bu gün ABŞ və Avropanın aparıcı tədqiqat mərkəzləri uşağa ad seçiminin əhəmiyyətinin valideynlərin təsəvvür etdiyindən dəfələrlə böyük olduğunu söyləyirlər. Uşaqlara mənasız adların qoyulması, təbii ki, müəyyən yaşdan sonra elə uşaqların özünə böyük təsir göstərir, ona neqativ enerji “bəxş edir”. Bu baxımdan uşaqlara ad qoyulmasında valideynlərin dünyagörüşü, milli və mənəvi dəyərlərə bağlılığı mühüm rol oynayır. Bəs dinimizdə uşaqlara ad qoyulması ilə bağlı hansı tövsiyələr var?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi  qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələbləri barədə bildirir ki, hər bir vətəndaşın istifadə etdiyi qaz cihazı sənaye üsulu ilə istehsal edilməli və Azərbaycan dilində istifadə təlimatı olmalıdır. Cihazlarda təhlükəsizlik sistemi, qaz təzyiqi nizamlayıcısı, müəyyən səbəblərdən qaz kəsildikdə və təkrar verildikdə sistemi bağlayan qurğunun olması vacibdir. 

Qaz cihazlarının xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Mənzilə daxil olduqda qaz iyi hiss edilərsə, işığı yandırıb-söndürmək, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək və açıq alovdan istifadə etmək qəti qadağandır. Otağın qapı və pəncərələri açılmalı və hava axını yaradılmalıdır. Yaşayış evlərində qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz, bundan ötrü yalnız sabun məhlulundan istifadə etmək lazımdır. Əgər qaz sızması aşkar olunarsa, o zaman qazın verilişi dayandırılmalı və dərhal qaz istismar idarəsinin (104) qəza xidmətinə xəbər verilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin dayanıqlı inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaranların sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər Kəngərli rayonunda da diqqət mərkəzində saxlanılıb.
Rayonda sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına öz təsirini göstərib. Adıçəkilən dövlət proqramının uğurlu icrası nəticəsində 2016-cı ildə rayonda 178 yeni iş yeri yaradılıb ki, bunun da 174-ü və ya 97,8 faizi daimi iş yeridir. Kəngərli Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2016-cı il ərzində rayonda 282 nəfər işaxtaran vətəndaşdan 264 nəfəri işlə təmin olunub. 27 nəfər peşə hazırlığına cəlb olunub, 22 nəfər ictimai işlərə göndərilib. Məlumatda o da qeyd olunur ki, ötən il rayonda 2 əmək yarmarkası keçirilib, 53 şəxsə göndəriş verilib, 50 nəfər işlə təmin olunub. Naxçıvan şəhərində təhsil və səhiyyə işçiləri üçün keçirilən yarmarkalarda rayon sakinlərindən 47 nəfəri Kəngərli rayonunun təhsil və səhiyyə müəssisələrində daimi işlə təmin edilib.

Xəbərlər şöbəsi

Bir qış günü Şahbuz rayonunun Keçili kəndində

Qış qayğıları o zaman yaşanır ki, istiliyin, işığın, suyun, yolun olmur. Bizimsə işığımız, qazımız, suyumuz var, yolumuz rahatdı, telefonumuz işləyir, televizorumuz göstərir. Keçili kimi ucqar dağ kəndində qış nə qədər sərt keçsə də, qış qayğıları kənd adamlarını qorxutmur. 

İşıqlı və isti iş otağımın pəncərəsindən qar yorğanını başına çəkib qılınc kimi kəsən şaxtadan sanki “gizlənməyə” çalışan təbiətin səssiz, bəyaz gözəlliyinə tamaşa edirəm. Gözlərim pəncərədən bir nöqtəyə zillənsə də, xəyalımda Keçilidə qonağı olduğum ailənin ağsaqqalı ilə söhbətimiz canlanır, dünənimizin mənzərəsi gözlərim önünə gəlir. Düşünürəm ki, qarın göydən lay-lay ələnərək yolları, keçidləri, dağları, dərələri dümdüz edib bir rəngə boyadığı şaxtalı qış günlərində evdə istiliyin, işığın, suyun olmadığı, telefonun işləmədiyi, radio və tele­vizordan isə danışmağın ağıla gəlmədiyi o zamanlarda yaşamaq nə qədər də çətin imiş.
İnsanların necə böyük qayğılarla, problemlərlə uzun, şaxtalı qış günlərini yaşadıqlarını Beytulla babanın acı xatirələri bir daha göz önünə gətirdi. Onun dediyinə görə, evdə gözə dəyən bir şey olmadığı kimi, qarındolusu yemək də başqa bir dərd imiş.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Çərçiboğan kəndində yaşayan aztəminatlı Süleyman­ovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev bildiriblər ki, muxtar respublikada qarşıya qoyulan vəzifələrdən biri aztəminatlı təbəqənin rifahının yaxşılaşdırılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görülür. Diyarımız xüsusi qayğıya ehtiyacı olan ailələrə münasibətdə ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi və bu qəbildən olan ailələrin sosial problemlərinin araşdırılaraq həll edilməsi bu sahədə görülən işlərdir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Bu gün kiçik çillə başlayır

Naxçıvanda qış sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayır. Unutmayaq ki, ancaq qışın və yazın qarşılanması təntənə ilə keçirilir. Başqa sözlə desək, insanlar qışı xoş qarşıladıqları kimi onu təntənəli şəkildə də yola salırlar. 

Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölmüşdür. Böyük çillə – 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə – 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı haqqında deyilmiş bir söyləmə vardır.
Rəvayət. Böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: Nə etdin? Böyük çillə cavab verir ki, tayaları yarıladım, qalaqları sökdürdüm. Kiçik çillə cavab verir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.

Ardını oxu...

2016-cı ilin may ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasına ikinci səfərim zamanı mən Culfa rayonunda olan tarixi abidələri – Berdi qalasını, Boy­əhməd nekropollarını, Dilək pirini və Culfa nekropolunu tədqiq etdim.
Tarixi-arxeoloji abidə olan Berdi qalası Culfa rayonunun Qazançı kəndinin cənub-şərqində yerləşir. Qədim türk dilində “Berdi” sözü “qala” mənasını ifadə edir, həmçinin yakut türklərinin müasir dilində də eyni mənanı daşıyır. Bu ad hazır­da Azərbaycanın Bərdə şəhərinin adında, Berd qalasında və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır. Sözün birinci “börü” tərkibi qədim türk dilində “qurd” mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub “qala” mənasını ifadə edir. Berdi qalası təbii qayanın üzərində yerləşir və hər iki tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarlarının qalıqlarına rast gəlinmişdir. Qalanın mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları vardır. Yaşayış binaları bir­otaqlıdır. Berdi qalasında aparılmış arxeoloji tədqiqatlar zamanı beynəlxalq alimlər oradan orta əsrlərə aid keramika məmulatları aşkar etmişlər. Qalanı I-XVIII əsrlərə aid etmək olar.

Ardını oxu...

İnsan həyatı və sağlamlığı ən dəyərli nemətdir. Sağlamlığın qorunması üçün maddi təminat həmişə mühüm rol oynayır. Baş verən qəzalar halında insan həyatına və sağlamlığına dəyən zərərə görə sığorta məbləğinin ödənilməsi fərdi qəza sığortasının mahiyyətini təşkil edir.
Fərdi qəza sığortası öz formasına görə könüllü sığortadır. İnsanlar gündə­lik həyatda müxtəlif işlər görür, müxtəlif hava şəraitində yola çıxır və bu zaman texniki vasitələrdən istifadə edirlər. Bu da müəyyən səviyyədə qəza halları ilə rastlaşma ehtimalı yaradır. Bu sığorta növü üzrə əvvəlcədən sığortalanmış şəxslər baş verə biləcək bədbəxt hadisələr zamanı aldıqları sığorta ödənişlərindən faydalanırlar. Başqa sığorta növləri ilə müqayisədə bu sığorta növünün digər üstünlükləri də vardır. Belə ki, başqa bir sığorta növü olan istehsalatda bədbəxt hadisələrdən icbari sığorta zamanı sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası müqaviləsi olan şəxslərə onların harada və hansı saatda baş verməsindən asılı olmayaraq bütün gözlənilməz bədbəxt hadisələrdən təminat verilir. Bu isə hər bir insana həyatının və sağlamlığının bərpa olunmasına təminat yaradır. Çünki baş verən hadisələrin bəziləri insanların həyat və sağlamlığına zərər vurmaqla ciddi maddi itkilərlə nəticələnir. Ona görə də fərdi qəza sığortasının hər kəs üçün əhəmiyyətli olduğunu deyə bilərik. Başqa sözlə, insana rast gəlinən fiziki, kimyəvi, texniki xarakterli gözlənilməz hadisələrdən dəymiş zərərlərin əvəzini məhz bu yolla ödəmək mümkündür.

Ardını oxu...

 

Dünən axşam saatlarından başlayaraq Naxçıvan şəhərinə yağan qar küçə və prospektlərin, yaşayış massivlərinin, park və xiyabanların görkəmini tamamilə dəyişib. Aidiyyəti qurumların bu prosesə hazır olması qarşıya çıxan çətinliklərin qısa zamanda aradan qaldırılmasını mümkün edib. Qısa vaxt ərzində yollar qardan təmizlənib, nəqliyyatın hərəkətində fasilələr yarada biləcək amillər aradan qaldırılıb. Bunun nəticəsidir ki, səhər saatlarında yola çıxan insanlar mənzil başına vaxtında çata biliblər.

Ardını oxu...

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaratmışdır.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açmışdır. Dövlət pro­qramına uyğun olaraq əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılmış, 77-si dövlət, 86-sı isə özəl olmaqla, ümumilikdə, 163 müəssisədə sorğu keçirilmişdir. Sorğuların nəticələrinə əsasən, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat müəyyənləşdirilmiş, əmək bazarının tələbinə uyğun peşə kursları təşkil edilmiş, işaxtaranlar mövcud olan vakansiyalar üzrə işlə təmin edilmiş və sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu diqqət mərkəzində saxlanılmışdır. Nəticədə, muxtar respublikada 2818 yeni iş yeri açılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müəyyənləşdirdiyi vəzifələr uğurla icra olunur.
Dövlət proqramına uyğun olaraq ötən il ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən Naxçıvan şəhərinin və muxtar respublikanın bütün rayonlarının təhsil müəssisələrində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı monitorinqlər aparılıb, valideyn, şagird və müəllimlərlə maarifləndirici görüşlər keçirilib.

Ardını oxu...

Bənzərsiz Naxçıvan təbiəti bütün fəsillərdə onun pərəstişkarı olanları heyran edir, valehedici gözəlliyi ilə seçilir. Baharda çəmənlərin gülü-çiçəyi, yayda qızılı rəngə bürünmüş tarlalar, payızda sarı-qırmızılı bol məhsullu meyvə bağları görənlərə xoş  təəssüratlar bəxş edir. Qış fəsli isə Naxçıvan torpağına ayrı bir gözəllik, ayrı bir füsunkarlıq gətirir. Hər tərəf ağappaq qarla örtülür, göz işlədikcə uzanan bəyaz donlu çöllərin valehedici  sükutu insana rahatlıq, dinclik verir.

Bu qış əvəllki illərlə müqayisədə üzünü daha sərt göstərir. Artıq iki aya yaxındır ki, insanlar bənzərsiz qar mənzərələrinin tamaşaçısına çevriliblər. Parklarda, xiyabanlarda həmişəyaşıl ağaclar şaxta-sazaq qarşısında təslimiyyət bayrağını qaldırıb, ağ qırovdan parlaq libasa bürünüblər. Sanki Günəş də soyuq havada donub qalıb. Arabir buludların arxasından parlayıb, yenidən qeybə çəkilir, öz vaxtını-vədəsini səbrlə gözləyir.

Şaxtalı günləri öz isti iş otaqlarında, hər cür kommunal xidmət şəraiti olan  evlərində keçirən insanlara isə soyuq qış fəslinin gözəlliklərindən həzz almaq qalır. Elə buna görədir ki,  qar yağar-yağmaz insanlar gəzintiyə çıxır, asudə vaxtlarını qar mənzərəli məkanlarda keçirirlər. Bəli, şərait olan yerdə  hər fəsil gözəldir. 

                                                                                                          Səbuhi Hüseynov


 

Ailələr xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayır. Sevindirici haldır ki, cəmiyyətimizdə ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Bu da muxtar respublikada ailə dəyərlərinin əsrlərdir olduğu kimi qorunması və onun təməl prinsiplərinin möhkəm dayaqlar üzərində olması ilə bilavasitə bağlıdır. Muxtar respublikada ailə dəyərlərimizin yaşadılmasına yönəlmiş görülən işlər planlı şəkildə, dövlət siyasəti səviyyəsində həyata keçirilir. Ötən il də ailə dəyərlərinin qorunması, yeni nəslə aşılanması, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində ardıcıl tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, ailə dəyərləri, ailə münasibətlərinin tənzimlənməsi, reproduktiv sağlamlığın qorunması, sağlam həyat tərzi, yeni nəslin sağlam doğulması və böyüməsi, erkən və qohum nikahlarının, internet və sosial şəbəkələrdən qeyri-düzgün istifadənin fəsadları ilə bağlı 13 dəfə muxtar respublikanın rayon və kənd mərkəzlərində qadın və gənclər arasında tədbir keçirilib, 12 dəfə tam orta məktəblərdə şagirdlər arasında maarifləndirici söhbətlər aparılıb. Keçirilən tədbir və seminarlarda iştirak edən iki minə yaxın müxtəlif yaş qruplarından olan qadın, uşaq və gənclərə komitə tərəfindən hazır­lanmış ailə dəyərləri mövzusunda maarifləndirici broşür paylanılıb. Tədbirlərdə milli dəyərlərimizin tərkib hissəsi olan ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi, ailə münasibətlərində adət-ənənəyə yer verilməsi, sağlam ailənin formalaşmasının əsasları, ailə üzvlərinin hüquq və vəzifələrinin düzgün yerinə yetirilməsi, müasir texnologiyaların gənc ailələrə təsiri istiqamətində söhbətlər aparılıb.

Ardını oxu...

Yanğın, təbii fəlakətlər və digər gözlənilməz hadisələr nəticəsində vətəndaşlara məxsus daşınmaz əmlaka dəymiş zərərlərin əvəzinin ödənilməsində sığorta mühüm rol oynayır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, müxtəlif sığorta hadisələri baş verdikdə sığortalanmış daşınmaz əmlak sahiblərinə dəymiş zərərlər sığorta orqanları tərəfindən qiymətləndirilərək əmlak sahibinə ödənilir. Eləcə də könüllü sığortalar üzrə vətəndaşlara məxsus ev əmla­kının sığortası baş vermiş yanğın və digər sığorta hadisələri nəticəsində dəymiş zərərə görə əmlak sahiblərinə maddi təminat verir.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyətə malikdir. 

Muxtar respublikada bu kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi diqqətdə saxlanılmış, dövlət pro­qramında müəyyənləşdirilən vəzifələr yerinə yetirilmişdir. Belə ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbi üzrə həyata keçirilən tədbirlər çərçivəsində əvvəlcə müvafiq yaşlı sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılmışdır. Hazır­da muxtar respublikada bu yaş kateqoriyasına aid olan 363 uşaq vardır. 2016-cı ildə sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər təhsil müəssisələrinə, 16 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına, 8 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, nitq qüsuru olan 20 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsində tədrisə cəlb edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, əmək pensiyasının sığorta hissəsinin məbləği 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə 12,4 faiz artırılıb.

Ardını oxu...

Muxtar respublikada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq ötən il məşğulluq tədbirləri davam etdirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 2818 yeni iş yeri açılmışdır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq ən fəal işəgötürən sahibkarlar da müəyyənləşdirilir. 2016-cı ildə muxtar respublikada daha çox iş yerləri açılan 6 istehsal və xidmət sahəsi olmuşdur. Belə ki, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi nəticəsində 65, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bal, pendir, yabanı tərəvəz məhsullarının qablaşdırılması və makaron istehsalı sahəsində 50, “Fərda” unlu-qənnadı məmulatlarının istehsalı və xidmət sahəsində 20, Naxçıvan şəhərində avtomobil şinlərinin üzlənməsi sahəsində 8, Kəngərli rayonundakı “Şahanə” mebel istehsalı sahəsində 6 və Şərur rayonunun Siyaqut kəndindəki yanacaqdoldurma məntəqəsində 6 yeni iş yeri açılmış, müvafiq sahələr üzrə vətəndaşlar işə qəbul olunmuşdur.
2017-ci ildə də muxtar respublikada əhalinin işlə təmin olunması sahəsində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2017-ci ilin yanvar ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. 

Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülməklə, yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınaraq əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülüb. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına müavinətlərin ödənilməsi təmin edilib.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikamızda təyin olunmuş pensiyaların plastik bankomat kartları vasitəsi ilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Muxtar respublikada ödənişlərin plastik kartlar vasitəsi ilə həyata keçirilməsi üçün Naxçıvan şəhərində 56, Şərur rayonunda 10, Babək rayonunda 6, Ordubad rayonunda 4, Culfa rayonunda 9, Şahbuz rayonunda 5, Kəngərli rayonunda 4, Sədərək rayonunda isə 5 bankomat quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bu da nəticədə, muxtar respublikada yaşayan əmək pensiyaçılarının pensiyalarını ən yaxın məsafədə olan bankomatlar vasitəsilə almasına şərait yaradıb. Müvafiq müqavilələrə əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada fəaliyyət göstərən bank qurumları ilə əməkdaşlıq edir. Muxtar respublika üzrə əmək pensiyaçılarının 100 faizi öz pensiyalarını plastik bankomat kartları vasitəsilə alır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Qədim Naxçıvan təbii sərvətlərlə zəngin bir diyardır. Dünyada müqayisə ediləcək ikinci elə bir yer yoxdur ki, Tanrı ərazicə kiçik diyarda bu qədər möcüzə yaratsın. Hələ orta əsr səyyah və coğrafiyaşünaslarının əsərlərində bu qədim diyarın ərazisində olan mineral bulaqlar haqqında məlumatlar yer alıb. Alimlər tərəfindən “Mineral bulaqlar muzeyi” adlandırılan Naxçıvanda bu “muzeyin” hələlik 250 “eksponatı” aşkarlanıb. 

Naxçıvanın rəmzinə çevrilən, bu gün həm süfrə, həm də müalicəvi su kimi istifadə edilən mineral bulaqlardan bir neçəsi barədə bəhs etmək üçün mütəxəssis sözünə ehtiyac duyduq. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova ilə görüşüb həmsöhbət olduq. Badamlı, Sirab, Darıdağ, Gülüstan, Nəhəcir, Əshabi-Kəhf suları barədə onun fikirlərinə, həmçinin min illərdir ki, insanların inam ocağına çevrilən Gömür bulağı, Dəmirli yaylağındakı müalicəvi sular barədə Fizzə Məmmədovadan və yaşlı sakinlərdən öyrəndiklərimizə əsasən bu yazını araya-ərsəyə gətirməyə çalışdıq.

Badamlı adı var, nə şirin dadı var

Şahbuz rayonunun eyniadlı kəndindən 3 kilometr cənub-qərbdə, 28 bulaqdan çağlayan “Badamlı” mineral suyu tədqiqatçıların fikrincə, dəniz səviyyəsindən 1274 metr yüksəklikdəki bir ərazidə on doqquzuncu əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxıb. Bu yaşayış məskəninin yaşlı sakinləri mineral su yatağının “Badamlı” adlandırılmasını badam bağlarına yaxın yerdə aşkar edilməsi ilə əlaqədar olduğunu söyləyirlər.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən sosial siyasət müasir dövrün mütərəqqi sosial mexanizminin prinsiplərini tətbiq edərək sosial qruplar arasındakı və daxilindəki münasibətlərin qorunub saxlanmasına, cəmiyyət üzvlərinin rifah halının və həyat tərzinin yüksəldilməsinə, istehsalda iştirak etmək üçün iqtisadi stimul yaradılmasına, sosial zəmanətin təmin edilməsinə yönəlib. Göründüyü kimi, ölkənin əsas hissəsindən ayrı düşən region olmasına baxmayaraq, muxtar respublika yeni sosial-iqtisadi mərhələyə inteqrasiya etməyi bacarıb. Belə bir şəraitdə qalır ki, ailələr öz həyat standartlarını müəyyənləşdirmək üçün dövlət dəstəyindən səmərəli yararlansınlar, dövrün tələblərinə uyğun öz ailə iqtisadiyyatlarını düzgün qura bilsinlər. Buna görə ailə büdcəsinin düzgün tənzimlənməsi, əmək qabiliyyətli üzvlərin məşğulluğu və kənd yerlərində yaşayanların təsərrüfata bağlı olması vacib şərtlərdir.

Ailə büdcəsini qorumaq, sosial ehtiyacları dəf etmək üçün ailə iqtisadiyyatı çeviklik tələb edir. Ona görə ki, ailə büdcəsi ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas və başlıca mənbəyidir. Məhz ailə büdcəsi sosial yaşayış baxımından ailənin həyat tərzini müəyyənləşdirir, bu və ya digər xərclərə şərait yaradır. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə büdcələrində olduğu kimi gəlir və xərclərin fərqindən asılı olaraq aktiv (fəal) və ya müsbət büdcə, passiv və ya kəsirli mənfi büdcə kimi dəyərləndirilir. Gəlirləri xərclərindən artıq olan ailə büdcəsi müsbət aktiv büdcə, əksinə, xərcləri gəlirlərindən çox olan büdcə isə kəsirli büdcə sayılır. Ailə büdcəsinin bölüşdürülməsində rasionallıq və məqsədyönlülük əsas prinsiplər kimi qəbul edilir. Ailə iqtisadiyyatının rasional təşkili ailənin idarə edilməsi formasından çox asılıdır. Ailə iqtisadiyyatı təşkil edilərkən burada büdcənin planlaşdırılması, operativ hesabat aparılması, büdcəyə nəzarət, yəni gəlirlərin və çıxarların nəzərə alınması vacib şərtdir. Ailə büdcəsi planlaşdırılarkən uzunmüddətli, yəni bir ildən çox olmayan zaman çərçivəsində plan qurulmalıdır. Bu zaman ailənin əsas üzvlərinin iştirakı vacibdir. Ailə büdcəsi, əsasən, cari, yaxud daimi təkrarlanan tələbatlar, məsələn, qida, geyim, nəqliyyat və sair xərclərə görə, uzunmüddətli istifadə üçün nəzərdə tutulan əşyaların alınması fondunun təşkil edilməsi, məsələn, mebel, soyuducu, avtomobil və sair əşyaların alınmasına hesablanmalıdır. Bu zaman əvvəlcə gəlirlər hesablanır, sonra isə çıxarlar uyğunlaşdırılır. Gəlirlər hesablanarkən əvvəlcə vergilərə ayrılan məbləğ müəyyənləşdirilir və bundan sonra qalan hissə əsasında yuxarıda qeyd edilən tələbatlara görə büdcə bölgüsü aparılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Yeni il şənliyi keçirilib. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı, Estetik Tərbiyə Mərkəzinin rəqs qrupu mahnı və rəqs nömrələri ilə uşaqlara xoş dəqiqələr bəxş ediblər. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorları isə müxtəlif tamaşalardan səhnəciklər göstəriblər.
Şənlikdə iştirak edən Şaxta baba, Qar qız uşaqlarla rəqs edib, şən nəğmələr səsləndiriblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Şahbuz şəhərindəki Ahıllar evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə konsert təşkil edilib.
Konsertdə bir-birindən rəngarəng mahnı və musiqilərlə Naxçıvan Musiqi Kollecinin Qədim musiqi alətləri ansamblı ahılları sevindirib.
Konsertdə bədii rəhbəri Cəlil İsmayılov olan ansamblın ifasında “Sarı gəlin”, “Qara qaşın vəsməsi”, “Aşiqəm”, “Uca dağlar”, “Gilənar”, “Daşlı qala”, “Ay dili-dili” və digər xalq mahnılarımız səsləndirilib. Ansamblın üzvlərindən Əbülfəz Məmmədovun, Mürsəl Tağılının, Yamin Vəliyevin, Samir İsmayılovun ifaları ahıllarda xoş ovqat yaradıb.
Bir saatdan artıq davam edən və şən musiqi nömrələri ilə zəngin olan konsert proqramı Əbülfəz Məmməd­ovun ifa etdiyi “Şur” təsnifi ilə yekunlaşıb.

Xəbərlər şöbəsi

Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bayram günlərində müxtəlif tədbirlər keçirilir, hər bir muxtar respublika sakini bu bayramı gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışır. Mədəniyyət müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı yerlərdə Yeni il şənliklərinin keçirilməsi məqsədilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri şənliklərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı yerlərdə maarifləndirmə tədbirləri həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi Yeni il tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş verməməsi və xoşagəlməz hadisələrlə üzləşməmələri üçün vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını tövsiyə edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən 2016-cı il ərzində məcburi dövlət sosial sığortası üzrə müavinətlərin maliyyələşdirilməsi hər ay vaxtından əvvəl başa çatdırılıb.
Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq plastik bankomat kartlara köçürülüb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR