22 Dekabr 2024, Bazar

İyulun 21-də Şahbuz şəhərində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Sərginin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək bildirib ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da qadınlar yüksək dövlət qayğısı əhatəsindədirlər. Təsadüfi deyil ki, rayonda yaşayan qadınların çoxu dövlət qulluğunda, özünüidarəetmə orqanlarında fəaliyyət göstərir. Sözsüz ki, ictimaiyyətçi və vəzifəli qadınlarla yanaşı, istedadlı qadınlar da çoxdur. Onların üzə çıxarılması istiqamətində müəyyən tədbirlər görülür. Elə bunun nəticəsidir ki, həmin qadınlar əl işləri, sənət nümunələri ilə muxtar respublikada keçirilən müxtəlif istiqamətli tədbirlərdə fərqlənirlər. Qeyd etmək lazımdır ki, istedadlı qadınlar milli dəyərlərimizin yaşadılmasına öz töhfələrini verirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin birinci yarısında verilən tapşırıqların icrasını diqqət mərkəzində saxlamış, işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və tibbi reabilitasiyası istiqamətində tədbirlər davam etdirilmişdir. İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər kvota yerlərinə göndərilmişdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq peşə kursları təşkil olunmuş, ötən 6 ayda müvafiq peşə kurslarına 164 nəfər cəlb edilmişdir. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə də diqqət artırılmış, 11 xalçatoxuyanla əmək müqaviləsi bağlanmış, onlar lazımi avadanlıq, alət və materiallarla təmin edilmişlər. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürü­lən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 336 obyektdə yoxlama aparılmışdır.

Ardını oxu...

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir.

Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 45 üzvü olub.
İdmançıları Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. İdmançılar əvvəlcə Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar və onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Daha sonra vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib. İstirahətin ilk günündə şahmat və dama kimi zehni idman növləri üzrə yarışlar da təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” uğurla icra olunur.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə növbəti dəfə ekskursiya təşkil edilib.
Ekskursiyada Naxçıvan şəhərindən olan sağlamlıq imkanları məhdud, həmçinin aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum olmuş 67 uşaq iştirak edib. İlk olaraq uşaqlar Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər. Burada uşaqlara Naxçıvanın tarixini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilərək bildirilib ki, muzeydə müxtəlif çeşidli əmək alətləri, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri qorunub saxlanılır.
Sonra uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Burada onlara qədim qala barədə ətraflı məlumat verilərək qeyd olunub ki, kompleksin yaradılması Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsi baxımından mühüm əhəmiyyətə malikdir.
Daha sonra uşaqlara Naxçıvan Dövlət Film Fondunda “Sehrli xalat” filmi göstərilib.
Tədbirin sonunda valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

   El sənəti: dəmirçilik

Qədim el sənəti kimi formalaşaraq günümüzədək gəlib çatan dəmirçilik mühüm əhəmiyyətə malik olan, Daş dövründən sonra meydana gəlmiş bir peşədir. Dəmirçilərin hazırladığı qılınclar, qalxanlar və sair kimi əşyalara bu gün biz ancaq muzeylərdə rast gəlirik. Dəmir məişət əşyalarının indiki dövrün məişət avadanlığından daha möhkəm, davamlı olduğunu görürük. Amma çox təəssüf ki, artıq bu peşə sahəsi unudulmaq üzrədir.

Dəmirçi bu qədim el və xalq sənətini qoruyub bu günümüzə gətirən, zindan üzərində qolunun gücünə dəmiri, necə deyərlər, mum kimi yumşaldaraq müxtəlif formalara salan, ağır fiziki əmək sərf edən sənət sahibidir. Dəmirçi xammalı əridərək qəlibə tökür. Əlbəttə, metalın əridilərək müxtəlif detallara çevrilməsi yalnız bu yolla mümkün deyil. Sənayedə dəmirçiliyin inkişafı sayəsində müxtəlifformalı detallar hazır­lanır ki, bu da xüsusi formalı ştamplar vasitəsilə metalların emalı deməkdir. Bunlardan savayı, dəmirçilər əridilərək soyudulmuş metalları dartmaq, burmaq, döymək və naxışlamaq kimi böyük fiziki güc tələb edən işləri də görürlər. Ona görə də onları pəhləvanlarla müqayisə etmək mümkündür.
Dəmirçilərin əmək alətləri də digər peşələrdə istifadə olunanlardan sadə­liyinə görə fərqlənir: çəkiclər (böyük çəkic 2-16 kiloqram, əl çəkicləri 0,5-2 kiloqram ağırlığında), zindanlar (buynuzsuz, bir və ya ikibuynuzlu), kəlbətinlər və sair. Bunlardan öncə dəmirçinin əsas işini körük və daş kömürlə (son vaxtlar maye qazla) işləyən açıq soba görür. Onu da qeyd etməliyik ki, dəmirçilərin mexaniki çəkicləri (oynaq, qayış, buxar, pnevmatik və hidravlik) də olur. Bu çəkiclər son dövrlər istifadə olunan əmək alətləridir.

Ardını oxu...

Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınmış meşə zolaqları hər tərəfi bəzəyir. Meşələr onunla təmasda olan insanları baharda əlvan çiçəklərin ətri, yayda əsrarəngiz təbiəti, payızda zəngin rənglər ümmanı, qışda sirli dünyası ilə məftun edir. İnsanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır.
Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin məhv olmasının əsas səbəblərindən biri də onun yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.

Ardını oxu...

...Deyir, atlara böyük marağım olub. Türkiyə Respublikasında bu sahə üzrə təlim görmüşəm, bir neçə il çalışıb təcrübə əldə etmişəm. Elə bu atçılıq klubunda da fəaliyyətimiz muxtar respublikada bu sahəni inkişaf etdirmək, müxtəlif cinslərdən olan atların sayını artırmaq, onları yarışlara hazırlamaqdan ibarətdir. Bunu Naxçıvan Atçılıq Klubunun təlimatçısı Urman Rəhimov deyir. 

“Yarandığı vaxtdan qısa müddət keçməsinə baxmayaraq, klubumuzun 300-dən çox üzvü var. Ata marağı olanlar çoxdur. Naxçıvana gələn turistlər də bu mərkəzə böyük maraq göstərirlər. Məsələn, dünən burada Hollandiyadan gələn qonaqlarımız var idi. Buradakı atlarla çox maraqlandılar. Qonaqlardan ata minmək arzusunda olanlar az deyildi. Klubumuzun öz qaydaları var. Məsələn, sağlamlıq imkanları məhdud uşaqlar və təhsildə fərqlənənlər üçün atlardan istifadə pulsuzdur”. Bu fikirlər isə Naxçıvan Atçılıq Klubunun direktoru Abbas Məmmədova məxsusdur.

Ardını oxu...

Məşğulluq problemlərinin həll olunmasında ildə 4 dəfə təşkil edilən əmək yarmarkalarının da böyük rolu var. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən məşğulluq orqanları tərəfindən əvvəlcədən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, iyulun 26-dan muxtar respublikada növbəti əmək yarmarkalarına start veriləcək. Həmin gün ilk tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. İyul ayının 27-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. İyulun 28-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından iyulun 29-da yararlana biləcəklər. Avqustun 2-si ordubadlılara, 3-ü babəklilərə, 4-ü isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Naxçıvan şəhərində əmək yarmarkası avqust ayının 5-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir.

Xəbərlər şöbəsi

Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində idman federasiyaları yetirmələrinin istirahətləri davam edir.
Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən hər həftə idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.
İyulun 17-18-də isə Ağbulaq İstirahət Mərkəzi növbəti qonaqlarını – Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının 45 idmançısını qəbul edib.
İstirahət günləri çərçivəsində konsert proqramları təşkil edilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub, müxtəlif idman yarışları keçirilib. Bundan başqa, onların Şahbuz rayonu ərazisində olan muzeylərə və digər mədəniyyət müəssisələrinə, Batabat yaylağına gəzintiləri də təşkil edilib.
İdmançılar iki gün ərzində əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Onlar arasında təşkil edilən futbol yarışı da yaddaqalan olub.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görür. Tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayan kollektiv 2016-cı ilin ötən dövründə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 60 milyon 482 min 150 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür.

Bu dövrdə pensiya hüququ yaranmış 1380 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına plastik kartların verilməsi və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 14 min 160 plastik kart hazırlanması üçün sifariş verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” 2016-cı il 16 yanvar tarixli və “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli sərəncamlarının icrası üçün müvafiq tədbirlər həyata keçirilmiş, pensiyaların artımlar nəzərə alınmaqla ödənilməsi təmin edilmişdir. Həmçinin qeyd olunan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri”nin keçirilməsi tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahmat, Futbol və Yüngül Atletika federasiyalarının idmançıları və məşqçiləri müvafiq olaraq Naxçıvan Dövlət Tarix Muzeyini, Dövlət Bayrağı Meydanı və Muzeyini, Xatirə Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının üzvlərinə Naxçıvan Dövlət Tarix Muzeyində məlumat verilib ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. 10 şöbədən ibarət olan ekspozisiyada müxtəlif tarixi dövrlərə aid məişət əşyaları və əmək alətləri, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri, eləcə də Naxçıvanın müasir inkişafını əks etdirən zəngin materiallar nümayiş etdirilir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, hər həftə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 14-15-də Ağbulaq İstirahət Mərkəzində fiziki imkanları məhdud idmançıların istirahəti təşkil edilib.
Mərkəzdə Par­alimpiya Federasiyasının idmançılarını təşkilatçı qurumların nümayəndələri qarşılayıblar. Onlara mərkəz haqqında geniş məlumat verilib. Nahar yeməyindən sonra proqrama uyğun olaraq idmançılar üçün müxtəlif idman oyunları təşkil edilib. Böyük marağa səbəb olan oyunların ardınca onların Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanışlığı və “Ağbulaq” bulağına yürüşü olub. Şam yeməyindən sonra isə federasiyanın idmançıları üçün vətənpərvərlik mövzusunda sənədli film nümayiş etdirilib.
İstirahətin ikinci gününə səhər gimnastikası ilə başlayan fiziki imkanları məhdud idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Nahar yeməyindən sonra idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.

Ceyhun Məmmədov

Xəbər verdiyimiz kimi, iyunun 29-dan muxtar respublikanın rayonlarında istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkilinə start verilib. Növbəti belə sərgi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa rayonunda keçirilib.
Sərginin açılış mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək muxtar respublikada, eləcə də Culfa rayonunda qadınlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Bundan sonra da istedadlı qadınların əl işlərinin sərgi-satışı davam etdiriləcəkdir.

Ardını oxu...

Kəngərli rayonunun Şahtaxtı Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova açıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəmdir. Məhz elə buna görə sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülür. Son illər Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 18-ə qaldırılıb. Artıq ailə həyatı quranlar nikahdan əvvəl icbari olaraq tibbi müayinədən keçirilirlər. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət müəyyən olunub. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturunun, o cümlədən reproduktiv sağlamlığın qorunması sisteminin daha da təkmilləşdirilməsi üçün “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Ardını oxu...

Dünən sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə 20 günlük fizioterapevtik müalicə almaq üçün Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə göndərildi. Naxçıvan Beynəlxalq Hava Limanından uşaqları muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, valideynlər və onların yaxınları ölkə paytaxtına yola saldılar.

Hava limanında müalicəyə yola düşən uşaqlarla və onların valideynləri ilə həmsöhbət olduq. Türkiyəyə övladı Qasımı və həyat yoldaşı Sülhiyyə xanımı yola salmağa gələn Naxçıvan şəhər sakini Tural Xəlilov dedi ki, 4 yaşlı oğlunun xarici ölkəyə müalicəyə göndərilməsinə görə çox sevinir. Ona görə sevinir ki, övladı Nobel Tibb Mərkəzində ənənəvi və ən müasir metodlarla fizioterapiya müalicəsi alacaq, bu kurs oğlunun səhhətində müsbətə doğru dəyişikliklər yaradacaq. Bu işlərin təşkilatçılarına minnətdardır.

Ardını oxu...

Cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. İyulun 11-12-də mərkəz növbəti qonaqlarını – Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələrini qəbul edib.

Ardını oxu...

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı daha bir tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. 

Yay tətili günlərində sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı və şəhid ailələrinin uşaqlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər planı tərtib edilib. Bu plana uyğun olaraq uşaqların milli və mədəni irsimizin qorunub saxlandığı, təbliğ olunduğu mədəniyyət ocaqlarına, tarixi-memarlıq abidələrinə ekskursiyalarının təşkili, Naxçıvan Dövlət Film Fondunda Azərbaycan filmlərinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bu qəbildən olan tədbirlər uşaqların milli-mənəvi dəyərləri mənimsəmələri, onların tarixi-memarlıq abidələrini öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk tədbir iyulun 8-də keçirilib. Uşaqlar Heydər Əliyev Muzeyini və Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib və Dövlət Film Fondunda “Qaraca qız” filminə baxıblar.
İyulun 12-də isə balacalar əvvəlcə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Xatirə Muzeyində olublar. Muzeylərdə uşaqlara milli dövlətçiliyimiz, tarixi-memarlıq abidələrimiz və tarixi şəxsiyyətlərimiz, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan həmyerlilərimiz haqqında ətraflı məlumat verilib.
Sonra ekskursiyada iştirak edən uşaqlar Naxçıvan Dövlət Film Fondunda “Bir qalanın sirri” filminə baxıblar.
Tədbir uşaqlarda xoş ovqat yaradıb. Uşaqların muzey və tarixi-memarlıq abidələrinə ekskursiyaları davam edir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 8-9-da Ağbulaq İstirahət Mərkəzində 45 voleybolçunun istirahəti təşkil edilib.
Mərkəzdə voleybolçular pro­qrama uyğun təşkil edilmiş oyunlarda iştirak ediblər. Şahmat, dama kimi zəka oyunları böyük marağa səbəb olub. Bununla yanaşı, voleybolçular Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar, onlar üçün vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib. Növbəti gün isə federasiyanın yetirmələri əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Onlar arasında təşkil edilən futbol və voleybol yarışları da yaddaqalan olub.
Qeyd edək ki, cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, hər həftə Naxçıvanda fəaliyyət göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulub, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili üçün məqsədyönlü tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Ardını oxu...

Ordubad rayonunda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq son illər rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, müasir dövrdə iqtisadiyyatın dinamik inkişafı həyatın müxtəlif sahələrində sığorta münasibətlərinin də genişlənməsinə zərurət yaradır. Belə ki, mövcud qanunlara əsasən, icbari qaydada sığortalanan daşınmaz əmlak, avtonəqliyyat vasitələri və mülki məsuliyyət yolda, işdə və digər yerlərdə gözlənilməz hadisələrdən dəyən maddi zərərlərin ödənilməsi üçün vətəndaşlara etibarlı təminat verir. Sığortanın əhəmiyyətindən danışan baş direktor baş vermiş sığorta hadisələrindən konkret misallar gətirərək vaxtında sığortalanmağın zəruriliyini vurğulayıb. Qeyd olunub ki, mövcud qanuna əsasən, yalnız sığorta olunan vətəndaşlar baş verən bədbəxt hadisələrə, dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüququna malikdirlər. Ötən müddətdə Ordubad rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Nəticədə, rayonda müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilə­lərin sayında artım olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə nazirlikdən qəzetimizə verilən məlumatda bildirilir ki, cari ilin 6 ayı ərzində muxtar respublikanın əmək bazarında tələb və təklifin qiymətləndirilməsi məqsədilə təhlil aparılıb, işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət daha da artırılıb. Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə, ümumilikdə, 163 müəssisədə sorğular, sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələr həyata keçirilib.
Muxtar respublikanın əmək bazarına daxil olan əcnəbi işçi qüvvəsinin keyfiyyət tərkibi nəzərə alınaraq, işçilərin ixtisasının artırılması və müəssisələrdə mövcud olan vakansiyaları yerli işçi qüvvəsi hesabına təmin etmək məqsədilə maarif­ləndirici bukletlər hazırlanıb və işə­götürənlərə təqdim edilib.

Ardını oxu...

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 45 yetirməsi olub. 

Ardını oxu...

Sirlərlə dolu müqəddəs məkandan reportaj

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən Əshabi-Kəhf ziyarətgahı yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaqlar ziyarət edirlər. Ötən günlərdə Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getməkdə məqsədimiz bu müqəddəs məkandan reportaj hazırlamaq, bura ziyarətə gələn yerli və xarici qonaqlarla görüşmək, onların təəssüratlarını öyrənmək idi.

Havaların isti keçməsini nəzərə alaraq səhər saatlarında Naxçıvan şəhərindən ziyarətgaha doğru yola çıxdıq. Qısa zamanda Naxçıvan-Ordubad magistralından ziyarətgaha aparan yola çatdıq. Vaxtilə bərbad vəziyyətdə olan bu yol bu gün ziyarətgaha qədər asfaltlanıb. Ona görə də indi ziyarətə gedən hər kəs əvvəlki illərdə olduğu kimi dözülməz yol yorğunluğu çəkmir. Yaxşı xatırlayıram ki, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Maşının şüşələrini bərk-bərk bağlayırdıq ki, içəriyə toz-torpaq dolmasın. Minbir əziyyətdən sonra Əshabi-Kəhfə gələndə isə ətrafdan yüksələn ocaq dumanları, gələn kabab iyi insanda belə bir təəssürat yaradırdı ki, sanki ziyarətgaha deyil, açıq hava altında olan bir restorana gəlibsən. Zibilliklərlə yanaşı, kəsilən qurbanların vaxtında atılmayan hissələrinin qalıb iylənməsi səbəbindən ətrafa yayılan kəskin iy, necə deyərlər, insanın burnunun dirəyini ikiyə bölürdü.

Ardını oxu...

Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

Müsəlman aləminin iki böyük bayramından biri olan Ramazan bayramı hicrətin ikinci ilindən etibarən qeyd olunmaqdadır. Ramazan bayramı Hicri-Qəməri təqviminin doqquzuncu ayı Ramazan ayının ardından onuncu ay olan Şəvval ayının ilk üç günü boyunca qeyd olunan dini bayramdır.
Həzrəti Məhəmməd Peyğəmbər hədislərində buyurur ki, Ramazan və Qurban bayramlarının gecələri edilən dua, tövbə Allah-Taala tərəfindən qəbul olunar.

Ardını oxu...

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. İyulun 3-4-də mərkəz növbəti qonaqlarını – Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 45 yetirməsini qəbul edib. Mərkəzdə yeniyetmə idmançıları təşkilatçı qurumların əməkdaşları qarşılayıblar.

Ardını oxu...

Müstəqil ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri uşaq və gənclərə qayğı göstərilməsi, onların cəmiyyətin sağlam sütunu kimi hərtərəfli yetişdirilməsi istiqamətində görülən işlərdir. Böyüyən gənc nəslin artan tələbatlarının düzgün qiymətləndirilməsi, cəmiyyət quruculuğunun bütün pillələrində onlara yer verilməsi baxımından Naxçıvan Muxtar Respublikasında görülən işlər də bu istiqamətdə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm bir hissəsidir. 

Sosial siyasət dövlət idarəetməsinin əsas vasitələrindən biri kimi müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Geniş mənada, cəmiyyətdə rifahların bərabər bölgüsü, sosial qayğıya ehtiyacı olanların zəruri tələbatlarının ödənilməsi, müəyyən sosial qrupların maraqlarının təmin olunması üçün uzunmüddətli sosial investisiyaların yatırılması dövlətin mühüm funksiyası olub, son nəticədə, hər kəsin arzu etdiyi sosial dövlət modelinin yaradılmasında çox əhəmiyyətlidir. Ona görə də dövlət sosial siyasət məsələlərini daim gündəmdə saxlayaraq insanların ondan gözlədiyi təhlükəsizlik, daimi məşğulluq, təhsil və sağlamlıq, sərbəst asudə vaxt keçirmək kimi təməl sosial tələbatların ödənilməsində qarant rolunu oynayır. Xüsusən bazar iqtisadiyyatında, iqtisadi mənafelərin sərt şəkildə ön plana çıxdığı bir şəraitdə dövlətin müntəzəm həyata keçirdiyi sosial siyasət tədbirləri olmazsa, bu, bəzi məqamlarda insanlar arasında ən doğma sosial əlaqələr olan ailədaxili münasibətlərin də arxa plana keçməsinə gətirib çıxara bilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kurs təşkil edilib.

Tədbiri komitənin aparat rəhbəri Zeynal Hümbətov açaraq adıçəkilən proqramın icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimi Çapay Quliyev çıxış edərək bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi və metodistlərinin psixoloji biliklərə yiyələnməsi vacibdir. Uşaqların formalaşmasında mühit əsas rol oynayır. Buna görə də sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına cəlb olunmasında məqsəd yaradılan şərait və mühitin təsiri ilə onların xəstəliklərinə psixoloji köməklik göstərməkdir. Metodist və tərbiyəçilər bu qəbildən olan uşaqların mühitdə özlərini sərbəst hiss etməsinə dəstək ola bilərlər. Bağça mühiti sağlamlıq imkanları məhdud uşaqların nitq qabiliyyətinin və dünyagörüşünün formalaşmasına xidmət edir. Hətta bağça şəraitindən yararlanmaqla uşaq serebral iflici və görmə qüsuru olan uşaqlar da oxuya, yaza və gələcəkdə cəmiyyətdə fəal iştirak edə bilərlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu,  Gənclər və İdman Nazirliyi və  Futbol Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə futbolçuların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub. 29-30 iyun tarixlərində mərkəz 45 futbolçunu qəbul edib. 

Ardını oxu...

İyunun 29-da Babək Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Sərginin açılış mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, muxtar respublikamızda qadınların ictimai-siyasi sahədə fəal iştirakına geniş imkanlar yaradılır, qadın əməyi yüksək qiymətləndirilir. Babək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Bundan sonra da istedadlı qadınların əl işlərinin sərgi-satışı davam etdiriləcəkdir.

Ardını oxu...

Cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçi­rilən müşavirədə muxtar respublika rəhbəri­nin tapşırıqlarına əsasən hər həftə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 26-27-də Ağbulaq İstirahət Mərkəzində 45 şahmatçının istirahəti təşkil edilib.
Naxçıvan şəhərindən ayrılmış avtobuslarla Ağbulaq İstirahət Mərkəzinə yola düşən zəka sahiblərini mərkəzdə təşkilatçıların nümayəndələri qarşılayıblar. Burada şahmatçılara mərkəz haqqında geniş məlumat verilib. Tanışlıqdan sonra zəka sahibləri nahar yeməyinə yollanıblar. Proqrama uyğun olaraq şahmatçılar daha sonra təşkil edilmiş oyunlarda iştirak ediblər. Xüsusilə şahmat turniri böyük marağa səbəb olub. Turnirdən sonra idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar. Şam yeməyinin ardınca isə federasiyanın idmançıları üçün vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib.

Ardını oxu...

Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirilib ki, muxtar respublikamızda iqtisadiyyatın inkişafı, öz növbəsində, sığorta münasibətlərinin də genişlənməsinə şərait yaradır. Vətəndaşlar daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar. Baş direktor konkret sığorta hadisələrindən misallar gətirməklə vaxtında sığortalanmağın əhəmiyyətindən, ötən müddətdə Babək rayonunda bu istiqamətdə görülən işlərdən danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 23-24-də Ağbulaq İstirahət Mərkəzində 45 basketbolçunun istirahəti təşkil edilib.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.

Onların sosial müdafiəsi, təhsili, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər qrafiki tərtib edilib. Qrafikə uyğun olaraq əlaçı və xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud məktəbli uşaqların istirahətinin təşkili, onlar arasında mütaliə və idman yarışları, bilik və rəsm müsabiqələri keçirilməsi, həmçinin bu qəbildən olan uşaqlar üçün film və tamaşalar nümayiş etdirilməsi nəzərdə tutulub.
İlk tədbir iyunun 24-də keçirilib. Həmin gün sağlamlıq imkanları məhdud 10 uşağın valideynlərinin müşayiəti ilə Naxçıvan şəhərində fəaliyyət göstərən “Əyləncə adası” adlandırılan Əyləncə və İstirahət Mərkəzində istirahətləri təşkil olunub. Uşaqlar müxtəlif əyləncə guşələrindən və attraksionlardan istifadə ediblər. Həmçinin gəzintidə uşaqlara pulsuz iaşə xidməti göstərilib.
Əyləncə və İstirahət Mərkəzi uşaqlara xoş təsir bağışlayıb. Valideynlər burada yaradılan şəraitdən razılıq edib, uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, onların cəmiyyətə inte­qrasiyası daim diqqət mərkəzində saxlanılır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” bu kateqoriyadan olan uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib. Cari ilin ötən dövrü ərzində dövlət proqramına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə bir sıra tədbirlər təşkil olunub.
Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə bilik və intellektual oyunlar üzrə yarış keçirilib. Yarış üç turdan – kompüter proqramı əsasında hazırlanan sualların cavablandırılması, “Play attention” aparatı vasitəsilə diqqətin cəmlənməsi və kinekt əyləncə oyunlarından ibarət olub. Hər turda dörd uşaq yarışaraq qabiliyyət və bacarığını nümayiş etdirib.
Turların qalibinə qiymətli hədiyyələr və yarışın digər iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.

Xəbərlər şöbəsi

Bəlkə də, bu başlıq ilk baxışda fərqli səslənə bilər, amma söhbət bu günə qədər öz möhkəmliyini qoruyub saxlayan memarlıq incilərindən getmir. Uşaqlıq çağlarımızda nənələrimizdən eşitdiyimiz nağıllarda həmişə bu rəqəm bizə sehrli görünüb. “7 qardaş, 1 bacının nağılı”, “7 divin nağılı”, “7 qu quşu əfsanəsi” və sair kimi nağılları çox dinləmişik.  Qədim inanclara görə, 7 müqəddəs, ilahi və xoşbəxtlik rəqəmidir. Dini təsəvvürə görə isə 7 rəqəmi zaman və məkanı idarə edir. 

Yeddi rəqəmi deyən kimi, yəqin ki, insanların ağlına, ilk olaraq, dünyanın yeddi möcüzəsi gəlir. Lakin möcüzə bunlarda deyil. Bu tikililərin ərsəyə gəlməsində minlərlə insanın əməyi vardır. Elə buna görə də, belə deyərdim ki, onlar yox, məhz onları yaradan insandır möcüzə olan. Möcüzə adlandırılanlar isə, sadəcə, bir qrup insanın əməyi, zəhmətidir.
İndi isə keçək yeddi rəqəminin möcüzələrinə. İstənilən sahədə bu rəqəmin maraqlı şəkildə istifadəsi insanlar üçün müəmmalı olaraq qalır. Bu möcüzəvi rəqəmi hər kəs öz baxış tərziylə dəyərləndirə bilər. Məsələn, mənə dünyanın yeddi möcüzəsini say desələr, onları belə adlandırardım: do, re, mi, fa, sol, lya, si. Bax bu, əsl möcüzədir. Sadəcə, yeddi not və onlardan yaranan möhtəşəm musiqi əsərləri. Dünyanın canlı möcüzəsi olan insan sanki ikinci bir möcüzə axtardı, ölümsüzlüyü kəşf etmək istədi və bacardı. Bizə qalan musiqi əsərləri onları ölümsüz etdi.

Ardını oxu...

Müasir dövrdə sığortanın əhəmiyyəti artmaqdadır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların daşınmaz əmlakının icbari sığortası aparılmaqla müxtəlif hadisələr nəticəsində onlara dəymiş maddi zərərlərə qarşı təminat verilir.
Vətəndaşlara məxsus daşınmaz əmlaka yanğın, partlayış, elektrik naqillərində baş verən qısaqapanma, su borularının partlaması, avtonəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, fırtına, dolu, sel, güclü külək və digər hadisələr nəticəsində dəymiş zərərlər sığorta orqanları tərəfindən ödənilir. Mövcud qanuna əsasən, vətəndaşlar Naxçıvan şəhərindəki yaşayış evi üçün 40 manat, muxtar respublikamızın digər yerlərində isə 30 manat ödəməklə belə sığorta hadisələrinə qarşı təminat əldə edirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyindən aldığımız məlumata görə, cari ilin iyun ayının əvvəlində baş vermiş güclü külək nəticəsində Naxçıvan şəhərində 13 nəfərin, Babək rayonunda isə 15 nəfərin yaşayış evinin çardaq hissəsinə dəymiş zərərlər ödənilib. Belə ki, baş vermiş güclü külək həmin vətəndaşların yaşayış evlərinin çardağının şifer və taxta materiallarına ciddi zərər verib.
Vətəndaşların Dövlət Baş Sığorta Agentliyinə müraciətləri əsasında hadisə yerinə baxış keçirilərək dəymiş zərər məbləğləri hesablanıb və zərərçəkənlərə ödənilib. Sığortalı vətəndaşlar dəymiş zərərlərin ödənilməsinə görə dövlətimizə minnətdarlıq ediblər.

 Əli Cabbarov

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda maarifləndirici kurs təşkil olunub.
İyunun 20-də başlayan və 7 iş günü davam edəcək ixtisasartırma kursuna “Dizayn”, “Cahan Pen”, “Cahan AVM”, “Dekor Qrup”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Bərəkət Qida Məhsulları”, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin əməyin mühafizəsi üzrə, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.
Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi sahəsində mülkiyyətçinin, işəgötürən və işçilərin vəzifələri, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortası, onların əməyin mühafizəsi qaydalarına əməl etmələrinə nəzarət, qadınların və yaşı 18-dən az olan işçilərin əməyin mühafizəsinin tənzimlənməsinin xüsusiyyətləri, həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi ilə bağlı mövzular tədris olunur.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Qeyd edək ki, bu tədbir “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın işçilərin əmək hüquqlarının təmin edilməsi bəndinin icrası ilə bağlı olaraq təşkil edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Bu sirli dünyaya – xoşbəxtlik dünyasına milliyyətindən, irqindən, cinsindən asılı olmayaraq, hamı can atır, hamı xoşbəxt olmaq istəyir və bu gün də bu istək və arzunun arxasınca gedir. Lakin hər kəs xoşbəxt olmağı, yaxud onu əldə etməyi bir cür dərk edir. Xoşbəxtliyə aparan yolun düzgün müəyyənləşdirilməsində milli dəyərlərimizin mayası hesab olunan etik normalar və onun müxtəlif istiqamətləri, xoşbəxtlik məfhumunun bu normalardan necə qidalanması və inkişaf etməsi bu gün də tədqiqatçı alimlərimizin nəzər-diqqətindədir və bu istiqamətdə aparılan araşdırmaların coğrafiyası getdikcə genişlənir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Əməkdar elm xadimi, professor Oruc Həsənlinin və İstanbul Esenyurt Universitetinin uzman psixoloqu Davud İbrahim­oğlunun birlikdə ərsəyə gətirdikləri “Sirli dünya – xoşbəxtlik” (İnsan psixologiyasının sirli dünyası) kitabı da dediyimiz araşdırmaların elmi nəticəsidir. Kitabda elmi cəhətdən əsaslandırılaraq göstərildiyi kimi, xoşbəxtlik öz-özlüyündə çox mürəkkəb və çox geniş bir problemdir. Bu problemin ictimai-iqtisadi, sosioloji, antropoloji, etik, psixoloji, estetik aspektləri vardır ki, bu aspektlər hərtərəfli öyrənilib tədqiq edilmədən həmin problemin düzgün həlli mümkün deyil. İnsan həyatının özü ən qiymətli, ən dəyərli əxlaqi sərvətdirsə, bu həyatın ən qiymətli sərvəti xoşbəxtlikdir. Qədim dövrün materialistlərindən olan Epikür yazırdı ki, həyat insan üçün ən böyük nemətdir. Onu tam dolğun yaşamaq və başa vurmaq lazımdır. Özünü dünya nemətlərindən, həzz və zövqlərdən məhrum etmək bədbəxtlikdir. Onun fikrincə, dolğun həyat keçirmək isə, öz növbəsində, insan arzularının ardıcıl surətdə ödənilməsindən ibarətdir ki, həmin arzuların fövqündə xoşbəxtlik dayanır.

Ardını oxu...

Ölkəmizdə sığorta-pensiya sisteminin fəaliyyəti “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu sosial sığorta sahəsində münasibətləri tənzimləyir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu sığortaolunanların sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatı və uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu isə sığortaolunanların əmək pensiyası hüquqlarının yaranması əsaslarını və bu hüquqların həyata keçirilməsi qaydalarını müəyyən edir.
Sığorta-pensiya sisteminin əsasını təşkil edən adıçəkilən qanunların normalarının sığortaedənlər və sığortaolunanlar tərəfindən pozulması hallarının qarşısının alınması üçün qanunvericilikdə müəyyən cərimələr nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində əmək pensiyaları haqqında qanunvericiliyin pozulmasına, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa, dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanunu ilə 2000-ci il 1 sen­tyabr tarixində qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsi 2016-cı il 1 mart tarixindən qüvvədən düşüb və həmin tarixdən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 20-21-də Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində 45 boksçunun istirahəti təşkil edilib.

Ardını oxu...

Xalq təqviminə uyğun olaraq xalqımız qışı qarşılayarkən çillə mərasimi, yazı qarşılayarkən Novruz bayramı keçirir. Ancaq nədənsə yayın və payızın qarşılanması üçün bir mərasim və yaxud bir bayram keçirilmir. Keçirilibsə də bu günə qədər nə elm aləminə bəllidir, nə də xalq yaddaşında qalıbdır. Etnoqrafik materiallara əsaslanaraq, demək olar ki, Naxçıvan ərazisində yayın girməsi ilə bağlı, bütövlükdə, əhalinin təntənəli şəkildə keçirdiyi heç bir bayram və mərasim yoxdur. Ancaq son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi.
İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində keçirilən “Susəpən” adlı mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardılar. Mərasimdə əhali səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edərdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazır­lıq işləri görülərdi. İnanc yerlərinə gedərkən yolboyu insanlar bir-birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılardı. Xüsusi bayram yeməkləri hazırlanar, at yarışları, yallı və sair oyunlar keçirilərdi. Küsülülər məclisə gətirilərək barışdırılardı. XX yüzilliyin 80-ci illərinə qədər mövcud olan bu mərasim gecədən səhərə qədər davam edərdi. Maraqlı məsələlərdən biri yayın ilk günü, iyunun 22-si insanların Gəmiqaya ətrafına yığışıb Günəşi qarşılaması idi.

Ardını oxu...

Dini-mənəvi dəyərlər içərisində ən geniş yayılan və ən çox diqqəti cəlb edən mərasimlərdən biri orucluqdur. Oruc tutmaq İslam dininin müsəlmanlar qarşısında qoyduğu beş əsas vəzifədən biridir. Orucluq İslamın təməl şərtlərindən olub, hər bir müsəlmana fərz qılınıb. “Qurani-Kərim”in hökmünə görə, xəstələr, uşaqlar və səfərdə olanlardan başqa hər bir müsəlman oruc tutmalıdır. Onu da qeyd edək ki, bütün səmavi dinlərdə müəyyən formada orucluq olub.

AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadə yazır ki, Ramazan orucu hicrətin ikinci ili (622-ci il), şaban ayının 10-da fərz buyurulub. Belə ki, Həzrəti Peyğəmbərimiz həyatında 9 dəfə Ramazan orucu tutub. Azərbaycan sovetləşəndən sonra şəriətin başqa adətləri kimi, orucluğa qarşı da barışmaz mübarizə aparılmağa başlanılıb. O dövrdə bolşevik təbliğatında orucluq da məhərrəmlik, Novruz və Qurban bayramları kimi mövhumatçıların uydurması sayılırdı. Sovet mətbuatı məsələyə tamam əks mövqedən yanaşaraq yazırdı ki, orucluq orqanizmi əldən salır və sağlamlığı məhv edir.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzinin budəfəki qonaqları güləşçilər olub

Cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. İyunun 16-da mərkəz Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 45 nəfər yetirməsini qəbul edib. 

Ardını oxu...

Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov müasir dövrdə muxtar respublikamızın hərtərəfli inkişafında sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, sığorta iqtisadi inkişafın nəticəsi olmaqla bərabər, eyni zamanda onu şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan muxtar respublikamızda iqtisadi fəallığın yüksəldilməsi ilə bərabər, sığorta münasibətlərinin də inkişafına geniş zəmin yaranıb. Evdə, işdə və yolda insanlara maddi zərərlər vuran müxtəlif gözlənilməz hadisələr baş verdikdə sığorta ödənişləri dəymiş maddi zərərlərin əvəzini ödəməyə imkan verir.

Ardını oxu...

Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlilində mühüm rol oynayır. Bu mənada, “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi may ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. 

Ardını oxu...

Yolumuz Şahbuz rayonunun Keçili kəndinədir. Yolboyu təbiət yazın bu allı-güllü vədəsində üzümüzə gülür. Otu qurşağa çıxan, gülü-çiçəyi sinə sığallayan çöllərin, çəmənlərin gözəlliyini cəh-cəh vuran quşların səsi daha da cazibədar edir. Dağlara sarı boylananda zirvələrdən üzüaşağı dərələrin sinəsini oxşaya-oxşaya axan çeşmə suları dərələrin dibindən keçən çaya qoşulur. 


Hər kəs yüz il yaşamasa...

Səhər saatlarıdır. Günəş qarşıdakı dağların sinəsindən qalxaraq al şəfəqlərini dərənin-təpənin, gülün-çiçəyin, çayın-çeşmənin üzərinə yaydıqca təbiət bəzənmiş bir gözələ oxşayır. Kəndə yaxınlaşdıqca burada təbiətin insan ruhuna hakim kəsilən bir gözəlliyə sahib olduğunu görürük. Uzunömürlülər diyarı olan Keçilidə yaşı yüzü haqlayan, ya da iki əsrin şahidləri təvəllüdlərini xalı-xalçaya, məcməyiyə, qazana, sərnicə yazmaqla bu kəndin unudulmayan qədim tarixini yaratmışlar. Çünki həmin tarixlər hansısa hadisəni yaddaşlara salır. Kənddə görüşdüyüm uzunömürlülərdən bir neçəsi öz doğum tarixini həmin vaxt baş vermiş hadisələrlə əlaqələndirərək dedilər: “Sovet kəndə gələndə mənim iki yaşım var imiş”, “Bu kəndə bolşeviklər ayaq açanda mən hələ gətir-götür işlərinə də buyurulmurdum”.

Ardını oxu...

Son illər muxtar respublikada həyata keçirilən tədbirlər sırasında əhalinin məşğulluğunun təmin olunması üstün istiqamət verilən sahələrdən birinə çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı 2016-cı ilin ilk beş ayı ərzində görülən işlər barədə məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, adıçəkilən dövlət proqramı işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına, özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazır­lığının təşkilinə əsaslı zəmin yaradıb.
Nazirlik tərəfindən cari ilin 5 ayı ərzində həmin proqramın icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Belə ki, muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, işəgötürən­lər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət daha da artırılıb və bu məqsədlə vaxtaşırı monitorinqlər keçirilib. Bununla yanaşı, sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələr reallaşdırılıb.

Ardını oxu...

Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların sosial müdafiəsi, təhsili, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır.
Dövlət proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlb edilməsi, onların reabilitasiyasının gücləndirilməsi, habelə uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə bir sıra işlər görülür. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün distant dərslər keçilir, onların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlər təşkil edilir və bu kateqoriyadan olan uşaqlara müxtəlif sosial reabilitasiya xidmətləri göstərilir.

Ardını oxu...

  Oruc Adəm Peyğəmbərdən bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş ibadətdir. Məsələn, Nuh Peyğəmbər bayram günlərindən başqa, bütün ilboyu, Davud Peyğəmbər isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” deyə bildirilir (“əl-Bəqərə”, 183).

İslam dinində orucluq

Oruc tutmaq müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində – Şaban ayının on üçündə bəxş edilmişdir. Ramazana bəzən “orucluq ayı” anlamına gələn “Şəhri-Sıyam” da deyirlər. Ərəb mənşəli “savm” (cəmdə işləndikdə “sıyam”) kəlməsi Azərbaycan dilinə tərcümədə nəfsə hakim olmaq mənasındadır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR