22 Dekabr 2024, Bazar

Ölkəmizdə bütün təbəqələrdən olan insanlara, o cümlədən əmək pensiyaçılarına göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bu isə insanların sosial müdafiəsinin gücləndirilməsində, onların həyat tərzinin yaxşılaşdırılmasında, yaşayış səviyyəsinin yüksəldilməsində başlıca amildir. Ölkə başçısının 2016-cı il 16 yanvar tarixli “Əmək pensiyasının baza hissəsinin artırılması” və 2016-cı il 25 yanvar tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamları bunun təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli sərəncamları bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını göstərir. Həmin sərəncamlara əsasən, bu kateqoriyadan olan şəxslərin aylıq vəzifə (tarif) maaşları 1 fevral 2016-cı il tarixdən orta hesabla 10 faiz artırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin birinci rübündə verilən tapşırıqların icrasını diqqət mərkəzində saxlamış, işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və tibbi reabilitasiyası istiqamətində tədbirlər davam etdirilmişdir. İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 536 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 15 nəfər kvota yerlərinə göndərilmiş, 8 nəfər haqqıödənilən ictimai işə, 119 nəfər isə peşə kurslarına cəlb olunmuşdur. İşlə təmin edilənlərdən 31-i məhdud fiziki imkanlı şəxs, 2-si cəzaçəkmə müəssisəsindən azad edilən, 5-i isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Qeyd olunan dövrdə 31 nəfər kəndlərdə yeni istifadəyə verilən xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur.

Ardını oxu...

Şərur Rayon Təhsil Şöbəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş seminar keçirilib. Seminarda ibtidai sinif müəllimləri, məktəb psixoloqları iştirak ediblər.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Zeynal Hümbətov açıb.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzi son illərdə muxtar respublikamıza gələn qonaqların, eləcə də məktəblilərin ən çox üz tutduğu ünvanlardandır. Şahbuz rayonunun səfalı guşələrindən birində fəaliyyət göstərən bu mərkəz Naxçıvan şəhərindən 50 kilometr aralı məsafədə yerləşir. Ağbulaq kəndi təmiz havası, suyu, təbii gözəlliyi ilə bura yolu düşən hər kəsi heyran qoyur. Rayon ərazisində aparılmış geniş infrastruktur tədbirləri yerli əhalinin rahat yaşayışı ilə bərabər, buraya gələn turistlərin də mənalı istirahətinə şərait yaradır. Ağbulaq İstirahət Mərkəzi eyni zamanda muxtar respublikada kənd turizminin inkişaf etdirilməsi sahəsində görülən işlərin ilk və gözəl nümunəsidir.

Qeyd edək ki, martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən hər həftənin şənbə və bazar günləri olmaqla, muxtar respublika məktəblilərinin mərkəzə səyahətləri təşkil olunur. Aprel ayının 2-dən icrasına başlanılmış bu layihədə muxtar respublikamızın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticələr göstərən şagirdləri və aztəminatlı ailələrin uşaqları iştirak edirlər. Naxçıvan şəhər məktəblilərindən sonra ötən şənbə günü – aprelin 9-da Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri bu imkandan yararlandılar.

Ardını oxu...

 Babək rayonunun Yarımca kəndindən reportaj

– Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində Badaşqan kəndi də var. 2188 nəfər sakini olan kəndlər Naxçıvan şəhərinin lap yaxınlığında yerləşir. Buna baxmayaraq, sovet dönəmində həmin yaşayış məntəqələrində gözəgələn tikinti-quruculuq tədbirləri aparılmayıb. Kənddə olan dövlət qurumları pərakəndə şəkildə fəaliyyət göstəriblər. Muxtar respublikada quruculuq tədbirlərinə başlanılanda inanırdıq ki, Yarımcada da belə tədbirlər həyata keçiriləcək, – bu sözləri Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əfqan Qənbərov deyir.

Onunla söhbətimiz kənddə istifadəyə verilən bir neçə obyektin açılış mərasiminin ertəsi günü oldu. Hiss etmək çətin deyildi ki, həm icra nümayəndəsi, həm kənd sakinləri hələ də yeni obyektlərin açılış sevincini yaşayırlar. Torpaq mülkiyyətçisi Məhərrəm İsmayılov deyir ki, paytaxt şəhərinə yaxın olan bir ünvanda yaşasaq da, müəyyən çətinliklərimiz var idi. Düşünürdüm ki, ucqar dağ kəndləri belə, müasirləşdirilir, nə üçün Yarımcada belə tədbirlər görülmür? Deməli, hər şeyin öz vaxtı var. İndi fikirləşirəm ki, ucqar ünvanlarda yaşayan insanların həyat səviyyəsini yaxşılaşdırmaq daha vacibdir. Artıq bu gün Yarımca da müasir kəndə çevrilib. Məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəmizə verilib. Onu deyim ki, ömrüm boyu torpaqda çalışmışam. İndi də çalışıram. Dövlətimizin yaratdığı şərait­dən istifadə edərək ailəmlə birlikdə bizə verilən pay torpaq sahəsində əkinçiliklə məşğul olur, yaşayış səviyyəmizi yaxşılaşdırırıq. Ötən ilin payızında 50 hektar sahədə taxıl əkmişəm. Yaxşı da cücərti alınıb. Bu il də yüksək məhsuldarlığa nail olacağam. Bir neçə texnikam var. Həmin texnikaları son illərdə öz zəhmətimlə almışam. Bunun üçün dövlətimizə minnətdaram. Həm ona görə ki, dövlətimizin diqqət və qayğısı sayəsində kəndimiz müasir yaşayış məntəqəsinə çevrilib, həm də kənd sakinlərinin problemləri həll edilib, onların təsərrüfatın müxtəlif sahələrində çalışmalarına, məhsul bolluğu yaratmalarına şərait yaradılıb.

Ardını oxu...

7 aprel–Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermək idi.
Gənclərin iştirakı ilə keçirilən tədbiri komitə sədrinin müavini Aytən Məmmədova açaraq “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda çıxış edib. Bildirilib ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən, eyni zamanda gənc­lərin sağlamlığından çox asılıdır. Məhz buna görədir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır.

Ardını oxu...

Müasir dövrdə icbari sığortaların mühüm bir növü də istehsalatda baş verə biləcək bədbəxt hadisələr nəticəsində insanların həyatına və sağlamlığına, əmək qabiliyyətinə dəyən zərərlərin əvəzinin ödənilməsinə xidmət edən sığortadır. Bu sığorta növünün icbari qaydada tətbiq olunması ictimai zərurətdən irəli gəlib cəmiyyətdə hər kəsin – həm      işəgötürənin, həm də işçinin mənafelərinə xidmət edir.

Qeyd edək ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mühüm bir tələbatdır. Belə ki, hazırda istehsalatda çalışan hər bir şəxsin sağlamlığının qorunması üçün lazım olan hər cür tədbirlər görülsə də, bəzi fəaliyyət növlərində müşahidə olunan riskli hallar zamanı bədbəxt hadisələr baş verə bilir. Bəzən texnika ilə davrandıqda, bəzən də bir anlıq diqqətsizlik zamanı baş verən bir hadisə insanın sağlamlığına təsir etməklə onun həyatına və maddi vəziyyətinə ciddi zərər vurur. Buna görə də “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılan icbari sığorta hər bir işçinin və sahibkarın maraqlarına xidmət edir. Bu qanuna əsasən tətbiq olunan icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığortaolunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişlərinin verilməsini nəzərdə tutur.

Ardını oxu...

Qədim Azərbaycan torpağı İrəvanda yaşayan Murtuzayevlər ailəsi 1989-cu ildə doğulan ilk övladlarına Sahil adını qoyurlar. Ancaq Sahilin dünyaya göz açması ilə onun qara günləri də başlayır. Körpə uşaqla öz ata-baba torpağını tərk etmək məcburiyyətində qalan ailə Qarabağda məskunlaşır. Ancaq qara buludlar Murtuzayevlər ailəsini qarabaqara izləyirdi. 1990-cı illərdə baş verən məlum hadisələr onları buradan da uzaqlaşmağa məcbur edir. Ailə Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan qohumlarından birinin yanına üz tutur. Bir neçə aydan sonra ailə başçısı Arif müəllim bu kənddə yaşayış şəraiti olmayan bir uçuq ev alır. Ancaq ailə sabaha inamını itirmir.
Bir çox əziyyətlərin şahidi olan Sahil artıq 17 yaşında ən böyük arzusuna çatır. Kənddə məskunlaşan məcburi qaçqın və köçkünlər üçün 2004-cü ildə evlər tikilməyə başlanılır. Sahil hər dəfə dərsə gedəndə yeni tikilən evlərə baxır, onların tezliklə başa çatmasını arzulayır. Artıq bu tikintilərdə çalışanlar Sahili yaxından tanıyırdılar. Hətta zarafatla: – Sahil, sən tələbə olmasan, bu evlərdən sizə verməyəcəklər, dərslərini yaxşı oxu, – deyirdilər. Sahil böyük həvəslə ali məktəbə hazırlaşır, həm də yeni evin həyəcanını yaşayırdı.

Ardını oxu...

 Növbəti əmək yarmarkalarına aprelin 15-də başlanılacaq

Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurla başa çatmasının nəticəsidir ki, həmin dövrdə yüzlərlə insan özünə yeni iş yeri tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Ardını oxu...

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Oğuz yurdu” adlı rəsm sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və ölkəmizin paytaxtında fəaliyyət göstərən Əlil və Gənc Rəssamlar Birliyinin təşkilatçılığı ilə təşkil olunan sərgidə fiziki imkanları məhdud gənclərin əl işlərindən ibarət 56 əsər nümayiş etdirilir. Bu əsərlərdən 31-i muxtar respublikada, 25-i isə ölkəmizin digər regionlarında yaşayan gənclərə məxsusdur.
Bununla bağlı keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar təhsil infrastrukturunun yenilənməsi, kadr potensialının təkmilləşdirilməsi və hər bir təhsil alan şəxsin layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Muxtar respublikamızda uzun­ömürlü ailələrin yubiley tədbirlərinin, o cümlədən ailələrin gümüş, qızıl və brilyant toylarının qeyd olunması artıq ənənəyə çevrilib.
Belə ailələrdən biri də Kəngərli rayonunun Xok kəndində yaşayan Babayevlər ailəsidir. Bu il ailənin evliliklərinin 60 ili tamam olur. Onların 5 övladı, 13 nəvəsi və 18 nəticəsi var.
Aprelin 1-də Fərman Babayevin və Xanım Babayevanın evliliklərinin 60 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ailəni evliliklərinin 60 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıblar.
Vurğulanıb ki, muxtar respublikamızda yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uzunömürlü ailələrin yubileylərinin qeyd edilməsi muxtar respublikada ailələrimizə, o cümlədən insanlarımıza göstərilən diqqət və qayğının ifadəsidir. Belə ailələr cəmiyyətimizdə yeni qurulan gənc ailələr üçün örnəkdir.
Sonda ailəyə hədiyyələr təqdim olunub.Yubilyarlar və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda şeir müsabiqəsi keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə müsabiqə iştirakçıları əvvəlcə Azərbaycan və dünya uşaq ədəbiyyatının nümunələrindən ibarət kitab sərgisinə baxıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elçin Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildiriblər ki, “Müstəqilliyimiz əbədidir” mövzusunda müsabiqənin keçirilməsində məqsəd uşaqlarda müstəqilliyimizə sevgi aşılamaq, kitaba marağı artırmaq və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətlə bağlılıqlarını daha da möhkəmləndirməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kurs təşkil edilib.
Tədbiri komitənin aparat rəhbəri Zeynal Hümbətov açaraq adıçəkilən pro­qramın icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.

Ardını oxu...

Muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası, habelə sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər görülür, həmin qəbildən olan insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir.
Tənha ahıllara göstərilən dövlət qayğısının ifadəsidir ki, Şahbuz şəhərindəki Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gələrək sakinləri müayinədən keçirir, müalicələrinə köməklik göstərirlər.
Tibbi-Sosial Ekspert Komissiyasının, Göz Xəstəxanasının və Protez-Ortopedik Bərpa Emalatxanasının ixtisaslı həkimləri növbəti tibbi xidmət göstərmək məqsədilə Ahıllar evində olublar. Həkimlər sakinləri tibbi yoxlamadan keçirib, onlara tibbi məsləhətlər veriblər.
Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
“Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Ordubad rayonunun Gilançay Kənd Mərkəzində keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.

Ardını oxu...

 Culfa rayonunun Saltaq kəndindən reportaj

Muxtar respublikamızın bütün bölgələrinin ayrılmaz həyat ritminə çevrilən quruculuq tədbirləri Culfa rayonunun Saltaq kəndini də müasir yaşayış məntəqəsinə çevirib. Yazın ilk günlərinin birində, Novruz bayramının sevincini yaşadığımız günlərdə, mart ayının 28-də Saltaqda 6 obyektin açılışı olub. Quruculuq tədbirləri çərçivəsində bu yaşayış məntəqəsinin kənddaxili yolları yenidən qurulub, asfalt örtük salınıb, su keçidləri qoyulub, beton kanal, qaz, içməli su, rabitə xətləri çəkilib. Əlincə çayında yeni kaptaj tikilib, supaylayıcılar qoyulub, yeni məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, su dəyirmanı istifadəyə verilib. Təbii ki, bütün bunlar saltaqlıların qurub-yaratmaq əzmini yüksəldib, onlarda böyük sevinc hissləri yaradıb. 

Bu sevinci bölüşmək üçün üz tutduq həmin kəndə. Son illər regionun digər bölgələri kimi, Babək rayonunun Çeşməbasar kəndi ərazisindən başlayaraq ən ucqar yaşayış məntəqəsi olan Culfa rayonunun Boyəhməd kəndinə qədər böyük həcmdə kompleks quruculuq tədbirləri həyata keçirilib, yollar yenidən qurulub, yol kənarlarında yaşıllıq zolaqları salınıb. İlin bu fəslində yurdumuzun bu dilbər guşəsi özünün yaz gözəlliyinə qovuşub. Belə gözəlliyin yaratdığı mənzərələr isə qurtarmaq bilmir.

Ardını oxu...

Qarşıdan Novruz bayramı gəlir. Artıq bir neçə gündür ki, şəhər və rayonlarımızın əhalisi  bayram tədarükü görür, əziz bayramımız olan Novruz bayramında süfrələrin müxtəlif naz-nemətlə bəzədilməsinə çalışır, bunun üçün bazarlara və yarmarkalara üz tutur. Təbii ki, alıcıları bu günlərdə ən çox sevindirən qiymətlərin ucuzluğu, məhsul bolluğudur. Biz də qiymətlərlə maraqlanmaq üçün bayram yar­markalarının təşkil edildiyi Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazardan  və “Cahan” Ticarət Mərkəzindən yolumuzu saldıq. 

“Cahan” Ticarət Mərkəzində Novruz bayramı münasibətilə topdan və pərakəndəsatış obyektlərinin, piştaxtaların önü qələbəlik idi. Bu da qiymətlərin əhali üçün sərfəli olduğunu göstərirdi. Bir çoxları elə fikirləşirdilər ki, bayram ərəfəsində bahalaşma olacaq. Ancaq bunun əksinə, bir çox qiymətlərdə ucuzlaşma var idi.
Satıcılar qiymətdə heç bir artımın olmadığını və alıcıların mövcud qiymətlərdən razı qaldıqlarını dedilər. Bazarda qiymətlərin hər kəsin büdcəsinə uyğun olduğunu bildirən satıcılardan Elgün Abbasov dedi ki, piştaxtasında satılan meyvələrin qiyməti hər kəsin büdcəsinə görədir. Bundan başqa, aidiyyəti qurumlar tərəfindən gündəlik olaraq qiymətlərə nəzarət olunur, qiymət yarlıqlarının satılan malın üzərində olmasına diqqət göstərilir. Ümumiyyətlə, tək bayramlarda deyil, hər gün qiymətlərin ucuz olmasına çalışırıq.

Ardını oxu...

 Ordubad rayonunun Tivi kəndindən reportaj

Ordubad rayonunun ucqar dağ kəndi olan Tiviyə gedərkən dayanmadan yağan qar səfərimizə bir gözəllik qatmışdı. Doğma diyarımızın ilin bütün fəsillərində gözəl olduğu qarlı havada da özünü göstərirdi. Tivi kəndinə çatanda qarın kəsilməkdə olduğunu müşahidə etməyə başladım. Ancaq kənddə, belə güclü qar yağmasına baxmayaraq, əsl yaz havası var idi.  

Budur, avtomobilimiz kəndin mərkəzinə yaxınlaşır. Gözəl bir mənzərə ilə rastlaşıram. Kənd meydanında sıra ilə düzülmüş yeni tikililər Tiviyə müasir görkəm gətirib. Meydanda görüşdüyümüz tivililərlə hal-əhval tuturuq. Elə burada Tivi qonaqpərvərliyinin bir daha şahidi oluram. Gəlişimiz nahar fasiləsinə təsadüf etdiyindən evə dəvət olunuruq. Bu dəvətdə səmimiyyəti hiss etmək çətin deyil. Kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Nəsimi Sultanovla çoxdan tanışıq. Mənə yaxınlaşıb buraya gəldiyimdən atası Qurban əminin xəbəri olduğunu bildirir. Ona görə də Nəsimi müəllimin dəvətinə etiraz edə bilmirəm. Dağ kəndinin ensiz yolları ilə Nəsimi müəllimgilə gedirik. 15-20 dəqiqədən sonra qapılarına çatırıq. Həyətə keçirik. Gəldiyim ev kəndin ən yüksək yerində olduğundan Tivini buradan hərtərəfli müşahidə etmək imkanı qazanırıq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevral ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığının təşkili, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Belə ki, ötən ay 160 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 8 məhdud fiziki imkanlı şəxs haqqıödənilən ictimai işə, 38 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir. İşlə təmin olunan və peşə kurslarına göndərilənlərdən 17-si məhdud fiziki imkanlı şəxs, 2-si cəzaçəkmə müəssisəsindən azad olunan, 3-ü isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi kənd­lərdə məşğulluq problemlərinin həllində mühüm rol oynamış, 13 nəfər xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur.

Ardını oxu...

Doğma diyarımız yazın ab-havasını, təravətli qoxusunu duyduğu bir vaxtda təbiətin şıltaqlığı ilə qarşılaşdı. Düzdür, yazın sonlarında belə, muxtar respublikanın ucqar dağ kəndlərinə qar yağdığı müşahidə olunub, ancaq bu dəfə Naxçıvan şəhəri də daxil olmaqla, martın 15-i axşam saatlarında başlayan narın yağış səhərə yaxın qara çevrildi, temperatur aşağı düşdü.
Kimisi qarı ruzi, bərəkət adlandırır, “öz yerinə, öz yurduna yağır” deyir, bəziləri isə onu bolluq rəmzi kimi qiymətləndirərək deyirlər ki, bu, sabahın bol məhsulu deməkdir. Onun havanı təmizlədiyini düşünənlər də çoxdur.
Buna baxmayaraq, qarın yağması kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanları bir qədər qayğılandırıb. İnkişafına xüsusi diqqət və qayğı göstərilən, insanların ərzaq təminatında başlıca mənbə olan bu sahədə qazanılan uğurları daha da artırmaq üçün torpaq mülkiyyətçiləri havaların xoş keçdiyi aran ərazilərdə yazlıq taxıl, tərəvəz və kartof əkinlərinə başlayıblar, həmin ünvanlarda bəzi meyvə ağacları öz çiçək donunu geyinib. Bəs belə havalar nə vaxtadək davam edəcək, bunun kənd təsərrüfatına təsiri necə olacaq? Bu və bu kimi suallarla aidiyyəti qurumlara və mütəxəssislərə müraciət etməyi qərara aldıq.

Ardını oxu...

Bir çoxumuz evimizin müəyyən təmir işləri üçün həmişə peşəkar usta axtarır, “Yaxşı usta tanımırsan?”, – deyə bir-birimizə sual veririk. Kimi məhəllədəki qonşusu, kimi dost-tanışı, kimi iş yoldaşları vasitəsilə rastlaşdığı belə cari məsələləri həll etməyə çalışır. Amma bəzən iş düyünə düşəndə arzu etdiyimiz yaxşı usta əvəzinə elə naşısı da qarşımıza çıxır ki, sonra beşmanatlıq xərci olan kiçik bir işə on manat da əlavə ödəməli oluruq. 

Cəmiyyətin müasir inkişaf səviyyəsində hər bir peşə sahibi öz əməyi ilə faydalıdır. Tələbatlarımız artdıqca iqtisadiyyatın müxtəlif sahələrində çalışan peşə sahibləri üçün də yeni iş imkanları yaranır. Bu imkanlardan istifadə edən belə peşə sahibləri öz məşğulluqlarını təmin etməyə çalışırlar.
Məşğulluq problemi cəmiyyətin bütün inkişaf dövrlərində mövcuddur. Bir çox insanlar üçün əmək özünün və ailəsinin tələbatlarının ödənilməsi vasitəsi, bir başqaları üçün isə digər insanlara faydalı ola bilmək yoludur. Bu, elə bir düşüncədir ki, hər bir insan məhz əməklə torpağa atılan hər dənin, üst-üstə qoyulan hər bir kərpicin, son nəticədə, süfrələrimizə bolluq, evimizə yaraşıq, yolumuza abadlıq gətirdiyinə inanaraq halal zəhmətə qatlaşır. Beləliklə, peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əmək inkişafın elə bir amili hesab olunur ki, onun vasitəsilə hər birimiz sağlamlığımızdan tutmuş kiçik bir təmir işinə qədər olan tələbatlarımızı ödəyə bilirik.

Ardını oxu...

Martın 15-də Novruz bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və sağlamlıq imkanları məhdud şəxslərin davamlı olaraq sosial müdafiəsinin güclənməsinə, cəmiyyətə inteqrasiyasına da imkanlar açıb. Bu kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərilir, onların müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə sosialyönümlü layihələr həyata keçirilir. Eyni zamanda tənha yaşayan ahıl və məhdud fiziki imkanlı şəxslər mütəmadi olaraq evlərində ziyarət edilir, onların sosial problemləri yerindəcə həll olunur. Ahıllar arasında yaradıcılıq müsabiqələrinin, əl işlərindən ibarət sərgilərin, bayram və əlamətdar günlərdə görüşlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Bu yaşayış məntəqəsi müasir Azərbaycan kəndinin canlı nümunəsidir

(Reportaj)

Şərur rayonunun Şahbulaq kəndi haqqında ətraflı məlumatım var idi. Bilirdim ki, hər tərəfdən dağlarla əhatələnmiş bu yaşayış məntəqəsi Ermənistanla sərhəddə yerləşir. Sakinlərinin, əsasən, maldarlıq və bağçılıqla məşğul olduqları Şahbulaq ermənilərin Azərbaycan torpaqlarına 1988-ci ildən başlanan hücumlarının ilk hədəflərindən biri olub. Kəndin mərd oğulları düşmənin bütün həmlələrinə sinə gərərək qədim yurd yerlərini qoruyub, onun sinəsinə düşmən ayağı dəyməsinə imkan verməyiblər. 

Vaxtilə gözdənuzaq, könüldən­iraq olan Şahbulaqda 2013-cü il dekabr ayının 3-də yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Şahbulaq kəndində abadlıq işləri də aparılıb, 7 min metrdən artıq fiber-optik, 2300 metr elektrik və 300 metr qaz xətti çəkilib. Kəndin 380 metr içməli su xətti təmir edilib, kənddaxili məhəllələrdə yol kənarları boyu 150 metr hasar çəkilib. Bu quruculuq tədbirləri kəndin simasını tamamilə dəyişib.
Ancaq biri var, eşidəsən, biri də var ki, gözünlə görəsən. Ötən günlərin birində yolum bu qədim sərhəd yaşayış məntəqəsinə düşdü. Rayonun Gümüşlü kəndi ərazisindən ayrılan Şahbulaq yolu sanki uca dağları kəsib keçir. Bu dağlara baxarkən yadıma görkəmli şairimiz Məmməd Arazın “Qayalarda bitən çiçək” ifadəsi düşdü. Burada heç bir bəlağət yoxdur.

Ardını oxu...

10 mart – Milli Teatr Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum, aztəminatlı ailənin üzvü olan uşaqlara tamaşa göstərilib.
Tamaşa Zaur Vedilinin eyniadlı pyesi əsasında hazırlanıb. Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanovanın rejissoru olduğu “Çalıb-çağıran ağac” tamaşası uşaqlar tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, muxtar respublikada əlamətdar günlərdə uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün tamaşaların göstərilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

Hər il olduğu kimi, bu il də muxtar respublikamızın əhalisi Novruzu böyük sevinc və əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır. Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bayram şənlikləri ən ülvi duyğularla yaddaşlara həkk olunsun. Bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı bəzən insanların ehtiyatsızlığı üzündən xoşagəlməz hadisələrlə də rastlaşırıq ki, bunlardan biri də yanğınlardır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Novruz bayramı günlərində yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tədbirlər planı tərtib edilib. Həmin plana uyğun olaraq mədəniyyət, təhsil müəssisələrində, uşaq bağçalarında, mehmanxana və şadlıq evlərində, ticarət mərkəzlərində, insanların kütləvi olaraq bayram şənliyinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri aparılır.
Nazirlik bayram şənliklərinin keçirilməsi zamanı arzuolunmaz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasını tövsiyə edir.
Yadda saxlamaq lazımdır ki, tonqal yandırılan yerlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirmək vacibdir. Tonqal yandırılarkən onun yeri düzgün seçilməlidir. Tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa şəhərində tənha yaşayan sağlamlıq imkanları məhdud Kəmalə Hüseynovaya baş çəkilib.
Tənha yaşayan qadınla görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mustafa Cəlilov bildiriblər ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər görülür, onların məişət və sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan şəxslərə əlilliyə görə verilən müavinətlər artırılır, onlar protez-ortopedik məmulatlar, eşitmə aparatları, kreslo-veloarabalar və digər reabilitasiya vasitələri ilə təmin edilirlər. Əlamətdar günlər ərəfəsində sağlamlıq imkanları məhdud qadına baş çəkilməsi dövlətin bu qəbildən olan şəxslərə qayğısının ifadəsidir.
Sonra Kəmalə Hüseynovanın yaşayış şəraiti ilə maraqlanılıb, ona səyyar tibbi xidmət göstərilib, məişət əşyası və ərzaq payı verilib.
Kəmalə Hüseynova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görür. Tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayan kollektiv 2016-cı ilin fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 10 milyon 188 min manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Bu dövrdə sığortaolunanlara 242 min manat dəyərində müavinət ödənilmişdir.
Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 263 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına plastik kartların verilməsi və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 2 min 383 plastik kart hazırlanması üçün sifariş verilmişdir. Həmçinin 784 sosial sığorta şəhadətnaməsi sığorta­olunanlara çatdırılmışdır.

Ardını oxu...

Xalq təqviminə görə Boz ayın üçüncü çərşənbəsi torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi el arasında “qara çərşənbə”, “quyruqlu çərşənbə”, “yer çərşənbə” adı ilə də tanınır. Şərur rayonunun bəzi kəndlərində bu çərşənbəyə “kül çərşənbə”si, bəzi kəndlərdə isə “ölü çərşənbə”si də deyilir.
Xalq arasında olan inama görə bu çərşənbədə torpaq oyanır və artıq əkinə hazır olduğunu göstərir. Torpaqdan otlar baş qaldırır. El arasında deyərlər ki, cəmrə torpağa düşür, torpaqdan buxar qalxır, deməli, torpaq isinib, yaz əkininə başlamaq olar. Xüsusən yazlıq arpa yubanmadan əkilməlidir. Xalq arasında olan inama görə bolluq, bərəkət rəmzi olaraq torpaq çərşənbəsində torpağa buğdadan toxum qoyulmalıdır. Ədəbiyyat materiallarında qeyd edilir ki, erkən orta əsrlərdə Azərbaycanda əkinçiliklə əlaqəli “İsfəndəkan” adlı bayram keçirirdilər. Sonralar bu bayram torpaq çərşənbəsi adlandırılıb. Yuxarıda qeyd etdik ki, torpaq çərşənbəsinə xalq arasında “qara çərşənbə” də deyilir. Çərşənbənin “qara çərşənbə” adlanması iki mənada izah edilir:

Ardını oxu...

Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova qadınları bayram münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud uşaqların valideynlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, məqsəd məktəbyaşlı görmə məhdudiyyəti olan uşaqların davamlı təhsilə cəlb edilməsinə, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Tədbirdə mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası üçün yaradılan şəraitdən, görmə qabiliyyəti məhdud şəxslərə audiokitabxana xidmətindən, aylıq brayl jurnalının nəşrindən, bu kateqoriyadan olan uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə təşkil edilən yaradıcılıq müsabiqələrindən bəhs edilib.

Ardını oxu...

Son illər dövlətimiz tərəfindən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Minimum əməkhaqqının, pensiya və müavinətlərin artırılması, eyni zamanda ünvanlı dövlət sosial yardım mexanizminin tətbiqi nəticəsində ailələrin həyat səviyyəsinin yüksəldilməsinə nail olunub. Bununla yanaşı, muxtar respublika iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı ailələrin sosial problemlərinin həll olunması üçün geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, Kəngərli rayonunun Yurdçu kəndində yaşayan çoxuşaqlı aztəminatlı Nuriyevlər ailəsinə baş çəkilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ailənin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvlərinə səyyar tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Xalq təqviminə uyğun olaraq Boz ayın ikinci çərşənbəsi “külək çərşənbəsi” və ya “yel çərşənbəsi” adlanır. Xalq arasında  ikinci çərşənbə “külə çərşənbəsi”, “xəbər çərşənbəsi” adı ilə də tanınmışdır. Toplanmış etnoqrafik materiallara əsasən, xalq arasında ikinci çərşənbənin bu cür adlanması belə izah edilir: bu çərşənbə hələ tam deyil, yəni külədir, qısadır. Bəzi tədqiqatçılar küləni gülə (gülə çərşənbə) kimi adlandırmış, bu sözün də ilk çiçək görünməsi ilə əlaqəli olduğunu qeyd etmişlər. Lakin sonrakı üçüncü çərşənbənin xalq arasında “quyruqlu çərşənbə” kimi adlanması sözün külə olduğunu deməyə imkan verir. Bundan əlavə, bu zaman əsən küləklərin yazın gəldiyini xəbər verməsi, havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir ki, bu, “xəbər çərşənbə” adlanır.

Külək çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir.
“Vədə yeli ağ yeldir” deyib atalarımız. O gələndə artıq qar əriyər. İranın Ərdəbil bölgəsində Novruz bayramına 17 gün qalmış külək əsməyə başlayır ki, xalq arasında buna da “vədə yeli” deyilir. Bu dövr də, hesablamalara görə, külək çərşənbəsinə təsadüf edir. Bu küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını bildirir.

Ardını oxu...

Muxtar respublikamızda sığorta fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə qurulması işində yaranmış canlanma və inkişaf tendensiyası cari ilin ilk ayında da müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, cari ilin yanvar ayı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının toplanmasında 5,4 faiz artım olmuşdur. Belə ki, yanvar ayı ərzində, ümumilikdə, sığorta növləri üzrə müqavilələrin sayında 395 ədəd artım olmuşdur ki, bunun da 274 ədədi daşınmaz əmlakın icbari sığortası növü üzrə bağlanılmışdır. Yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində və bir sıra könüllü sığortalar üzrə də ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunmuşdur.

Xəbərlər şöbəsi

Sığortanın genişlənib sürətlə yayıldığı bir dövrdə fiziki şəxslərə məxsus ev əmlakının sığortasının aktuallığı artmaqdadır. İnsanların sahib olduğu daşınmaz əmlak və ev əmlakı normal yaşayış üçün çox əhəmiyyətli olduğundan onların sığorta olunması da mühüm iqtisadi maraq kəsb edir. Çünki əmək sərf edib əmlak əldə etməklə bərabər, eyni zamanda onun qorunması da insanın əsas qayğılarından biri sayılır.
Sığortalanmış vətəndaşlar gözlənilməz bir hadisə ilə rastlaşdıqda dəymiş maddi zərərlərin əvəzini almaqla, əslində, özlərinin sosial müdafiəsini də təmin etmiş olurlar. Beləliklə, elə vacib sahələr vardır ki, onlar həm icbari, həm də könüllü qaydada sığortaya cəlb olunmaqla insanlara bu mühüm zəmanət verilir.
Elə hadisələr vardır ki, bu zaman daşınmaz əmlakla bərabər, onun içində olan ev əmlakı da zərər görüb sıradan çıxır. İnsanlar əldə etdikləri hər şeyə zəmanət almağı üstün tuturlar. Ona görə də risklərə məruz qalmağı sevməyən, onları sığorta orqanlarına ötürməyi üstün tutanlar əmlakının zərər görməsi halında yaranmış maddi itkilərin əvəzini sığorta agentliyinin verdiyi zəmanətlə bərpa edə bilirlər. Bədbəxt hadisələr zamanı daşınmaz əmlakın özü ilə bərabər, onun içində olan qiymətli əşyalar da məhv olub sıradan çıxır. Əgər daşınmaz əmlak qanunla müəyyən olunmuş minimum məbləğdə icbari olaraq sığortalanırsa, daşınmaz əmlakın bundan yuxarı məbləğdə və vətəndaşa məxsus ev əmlakı könüllü olaraq sığor­taya cəlb olunur.

Ardını oxu...

Valideynlərin başlıca vəzifələrindən biri övladların tərbiyəsidir. Belə bir müdrik deyim var: uşaq əzizdir, tərbiyəsi ondan da əziz.
Tanınmış bir ərəb mütəfəkkirinin fikrincə, “Hava və qidadan sonra vücudumuzun ən çox ehtiyac duyduğu üçüncü şey təlim-tərbiyədir. Tərbiyə əqlimizin ilkin özəyidir”. Bəli, bu gün tərbiyə insanın xoşbəxtliyinin, mənəvi aləminin zənginliyinin, milli ruha bağlılığının təminatçısıdır. Tərbiyənin düzgün qurulması, başlanğıcı ailədən, analardan başlanır. Biz övladımızı hansı ruhda, hansı əqidədə yetişdiririksə, gələcəyimiz o istiqamətdə köklənmiş olacaq.
Hər bir uşaq fərd kimi dünyaya gəlir. Onun şəxsiyyətə çevrilməsində ailənin rolu böyükdür. Fərdin şəxsiy­yətə çevrilməsi üçün yüksək mənəvi keyfiyyətlər əldə etməsi vacibdir. Bu mənəvi keyfiyyətlərin təməli ailədə qoyulur. Uşağın formalaşmasına irsiyyət, yəni valideynlərdən irsən keçmiş xüsusiyyətlər və sosial mühit, yəni onu əhatə edən maddi-mənəvi aləmin mühüm təsiri var. Uşaq daim valideynlər tərəfindən nəzarətdə saxlanılmalı, sevgi və nəvazişlə böyüdülməli, onun fikir və düşüncələrinə hörmətlə yanaşılmalıdır. Uşağın yaxşı, təqdirəlayiq davranış və hərəkətləri mütləq rəğbətlə qarşılanmalı, təriflənməli, yanlış hərəkətləri isə məzəmmət edilmədən tənbehlənməlidir. Məzəmmət olunarsa, uşaq qorxudan yalan danışmağa meyil edəcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Oğlanqala Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayram­ova açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə işinin daha geniş surətdə aparılması, qadınların sağlamlıqlarının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ana və uşaq ölümü hallarının qarşısının alınmasında müsbət göstəriciyə nail olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisələrdə kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə maarifləndirici kursların təşkili davam etdirilir. Fevralın 15-də Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunverici­liyin tələbləri” mövzusunda növbəti kursa başlanılıb. Kurs beş iş günü davam edəcək.
Kursa “Cahan-İnşaat”, “Əlincə Qala”, “Nur-Qida”, “Naxçıvan Sement”, “Gəmiqaya Bərəkət Qida”, “Naxçıvan Məişət Xidməti”, “Araz Holdinq LTD” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin, “Təməl” Sənaye və Ticarət Şirkətinin və “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti materiallarının satışı mərkəzinin, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.

Ardını oxu...

Onlar hərtərəfli qayğı ilə əhatə olunublar


Adətim üzrə bu gün də internetə girib ilk olaraq gün ərzində sosial şəbəkələrdə paylaşılan fotolar, xəbərlər axtardım. Ürək­açan bir mənzərə ilə rastlaşmadım. Onu da deyim ki,  uşaqların yer aldığı fotolara, onlardan bəhs edən yazılara daha çox nəzər yetirirəm. Küçələrdə dilənən və öldürülən uşaqları gördükcə insanın içi qan ağlayır.  Aylar öncə vurularaq cəsədləri dəniz sahilinə atılmış  uşaqların faciəli taleyi,  elə bilirəm ki, mənim kimi digər internet istifadəçilərinin də yaddaşından uzun müddət silinməyəcək.  

Ardını oxu...

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yaycı kəndində yaşayan aztəminatlı Quliyevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mustafa Cəlilov, rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Ələkbərli muxtar respublikamızda aztəminatlı ailələrə göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə aztəminatlı ailələrin hər birinə birdəfəlik maddi yardım göstərilib, bu qəbildən olan ailələrə verilən ünvanlı dövlət sosial yardımının məbləği artırılıb. Təkcə ötən il muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 269 min manatdan artıq ünvanlı dövlət sosial yardımı ödənilib. Bu, dövlətin əhalinin aztəminatlı təbəqəsinə göstərdiyi qayğıdan xəbər verir. Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara məişət əşyası və ərzaq payı verilib.
Sonda ailənin üzvü Əfqan Quliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Bu günlərdə Naxçıvan şəhərinin “İstiqlal” küçəsində yerləşən “Amin” adlı ərzaq mağazasında gördüyüm mənzərə məni yenidən çörək satışı ilə bağlı mövzuya qayıtmağa məcbur etdi. Olduğum mağazada alıcılar  çörək alarkən çörəkləri əllə yoxlayır, sonra alırdılar. Satıcı isə buna qətiyyən müdaxilə etmirdi. Bu mənzərəni, yəqin ki, oxucularımız da müşahidə ediblər. Təbii ki, burada həm satıcı, həm də alıcı böyük məsuliyyətsizlik edir. Amma bu məsuliyyətsizliyin insan sağlamlığına ciddi təhlükə yaratdığı, bəlkə də, heç kəsi düşündürmür. 

Xüsusilə qeyd etməliyəm ki, son zamanlarda bir çox ölkələrdə müxtəlif infeksion xəstəliklərin yayılması ilə bağlı ciddi həyəcan siqnalı çalınır. Bu mənada, ərzaq mağazalarında bəzi qida məhsullarının satışına ciddi nəzarət olunmalıdır. Bunların sırasında hər gün istifadə etdiyimiz çörək xüsusi yer tutur. Unudulmamalıdır ki, çörək satışı üçün standartlar müəyyənləşdirilib. Qəzetimizin ötən nömrələrində də bu mövzuya toxunaraq dəfələrlə qeyd etmişik ki, çörək qablaşdırılması nəzərdə tutulmayan ərzaq məhsulları sırasına daxildir. Amma qablaşdırılmasa da, çörəyə əl vurmaq yolverilməzdir. Ona görə çörək satılan yer alıcıdan və kimyəvi sənaye məhsullarından kənar olmalıdır. Çörək yuyulmur, başqa formada dezinfeksiya oluna bilmir ki, mikrobları məhv etmək mümkün olsun. Həmçinin çörək alıcı tərəfindən əllə yoxlanıla bilməz, satıcı da çörəyə əl vura bilməz. Satıcı mütləq xalat geyinməli, xüsusi papaq qoymalıdır. Satış yerlərində çörək saxlanılan rəflərdəki çörək ovuntuları xüsusi fırça ilə təmizlənməlidir. Taxta rəflər həftədə 2 dəfə olmaqla, 3 faizli sirkə turşusunda isladılmış dəsmalla təmizlənməlidir. Ancaq Naxçıvan şəhərindəki əksər ərzaq mağazalarında bunlara əməl edilmir. “Dostluq” adlı ərzaq mağazasında qısa müşahidə apardıq. Burada çörək yığılan rəf girişdə quraşdırılıb və mağazaya daxil olan alıcı asanlıqla çörəyə toxuna bilir. Satıcıya ünvanladığımız “Alıcılar rəfdəki çörəyi açıq əllə götürürlər?” sualımıza o, “Vətəndaşlara necə müdaxilə edə bilərik, özləri götürür”, – deyə cavab verir.

Ardını oxu...

Naxçıvan bölgəsində xalq təqvimi ilə bağlı keçirilən mərasimlərdən biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-da qədər olduğundan Xıdır bayramı fevralın 9-da, kiçik çillənin yarı olduğu gündə keçirilir. Şərur rayonunun Aşağı Yaycı kəndindən topladığımız məlumata görə, burada Xıdır bayramını fevralın 5-i, qışın yarı olduğu gün keçirirlər. 

Xıdır Nəbi bayramı bəzən həftənin cümə axşamı gününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də yanlış olaraq bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır, bir qayda olaraq, fevral ayının 9-u keçirilməlidir.
Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır (ə.s.) gəlməz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdik ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında əhaliyə bütün növ pensiya və müavinətlər vaxtında ödənilmişdir. Belə ki, ötən ay məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 9 milyon 485 min 72 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Həmçinin məcburi dövlət sosial sığorta alan vətəndaşların şəxsi hesabına və ya poçt ünvanına 246 min 124 manat müavinət göndərilmişdir. Bu dövrdə fondun gəlirləri 4 milyon manat proqnoza qarşı 4 milyon 646 min 230 manat həcmində olmuş və proqnoz tapşırıqlara 116,2 faiz əməl olunmuşdur.

Ardını oxu...

Hər bir ölkənin, cəmiyyətin ən dəyərli varlığı insandır. Ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da əhalinin həyat və məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.

Muxtar respublikada 1 yanvar 2016-cı il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 641 nəfər artaraq 444 min 423 nəfər olmuşdur. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 81 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli sərəncamları ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”na uyğun olaraq yanvar ayında insanların məşğulluğunun təmin olunması, sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Ötən ay işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 118 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 3 nəfər kvota yerlərinə göndərilmiş, 67 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir. İşlə təmin olunan və peşə kurslarına göndərilənlərdən 22-si məhdud fiziki imkanlı şəxs, 2-si isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Kənd­lərdə yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi də məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Ötən ay 11 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 2 şəxs xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü layihə çərçivəsində ötən ay Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında 11 nəfərlə əmək müqaviləsi bağlanmış və onlara lazımi avadanlıq, alət və materiallar verilmişdir.

Ardını oxu...

Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yurdçu kəndində ətraf mühitin mühafizəsinin qanunvericiliyə uyğun təşkili, icra vəziyyətinin yoxlanılması və qiymətləndirilməsi mövzusunda tədbir keçirilib.
Bələdiyyələr, icra nümayəndələri və kənd sakinlərinin iştirak etdiyi tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Möhbalıyev açıb.
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Ziyafət Əliyev Naxçıvanda sağlam ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, 2015-ci ildə muxtar respublikada meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması, mövcud meşə ehtiyatlarının qorunması məqsədilə 541 hektar sahədə yaşıllaşdırma tədbirləri, o cümlədən 27,5 hektar sahədə meşə əkini, 324,2 hektar sahədə meşəbərpa işləri və 139,3 hektar sahədə meyvə bağları, eləcə də Kəngərli rayonunda 50 hektar sahədə püstə bağlarının salınması tədbirləri həyata keçirilib.

Ardını oxu...

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı hazırlanıb. Məlumat bankına müvafiq məlumatları daxil edəcək mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri üçün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində seminar keçirilib.

Tədbiri komitə aparatının rəhbəri Zeynal Hümbətov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyət göstərməsi ayrıca müddəa kimi yer alıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın  icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2015-ci il ərzində işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi, həmçinin işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Xidmətdən verilən məlumatda bildirilir ki, 2015-ci ildə işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 94 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 132 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 225 işçi isə həmin vasitələrlə yerində təmin olunub. Əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda xəsarətalma ilə nəticələnən hadisələrlə bağlı tərtib olunan “İnzibati xəta haqqında protokol”a uyğun olaraq 6 işəgötürənə müvafiq olaraq 6200 manat məbləğində cərimə tətbiq edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai iş təşkil edilib.
Evdə müvafiq ölçüdə xalçaların toxunması üçün Şərur, Babək, Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 11 nəfər xalçatoxuyanla əmək müqaviləsi bağlanıb və onlar xalça toxumaq üçün bütün avadanlıqlarla materiallarla təmin ediliblər.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial qayğıya ehtiyacı olan şəxslərin rifahının yüksəlməsinə, habelə milli ənənələrimizin yaşadılmasına xidmət edir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq sosialyönümlü ictimai işə cəlb edilən sosial qayğıya ehtiyacı olan 27 şəxs tərəfindən 35 xalça toxunmuş, onların satışı təşkil olunmuşdu.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Tarixin bütün mərhələlərində qadınla bağlı məsələlər, onların ictimai mövqeyi, cəmiyyətdə və ailədə tutduğu yer ciddi müzakirə obyekti olmuşdur. Xüsusən son yüzilliklərdə bu məsələ gündəmə daha tez-tez gətirilir. Müxtəlif peşə sahibləri qadınlarla bağlı problemlərə fərqli mövqedən yanaşırlar. Çox acınacaqlı haldır ki, qadına münasibəti, onu yüksəltməyi Şərqdən, İslam-Türk dünyasından öyrənən Qərbin bir sıra araşdırıcıları İslam-Türk xalqlarında qadınlara mənfi münasibət bəslənməsindən, onların hüquqsuzluğundan bəhs etməyə çalışırlar.

Bir məsələni qeyd etmək yerinə düşərdi ki, son illərdə belə cəfəngiyyatlara uymaqla özünü qərbli qadınlara oxşatmağa çalışan bəzi qızlarımız, analarımız “qərbləşmiş”, “müasirləşmiş”, milli dəyərlərdən qopmuşlar. Bir sıra tarixi gerçəklərə, İslam-Türk qadınının keçmişinə aid müəyyən məqamlara diqqət yetirək. Kimdir qadın? Hər şeydən öncə ana adını daşıyır bu uca yaradılış. Ana olmuş qadınların ictimai mövqeyi daha ucadır. Ana-qadın and yeridir.

Ardını oxu...

Cəmiyyətin özəyi hesab olunan sağlam ailələrin formalaşdırılması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. “Ailə­lərdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda Culfa rayonunun Kırna kəndində tədbir keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Ailədə qadının sağlam həyat tərzini aşılamasında əsas rolu” mövzusunda çıxış edib.
Bildirilib ki, ailənin və qadınların sağlamlığı dünyada sosial rifahın, insan inkişafının ən vacib məqamlarından biridir. Məhz buna görə də son illər ölkəmizdə sağlam ailələrin qurulması işində bir çox tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri də nikahdan öncə məcburi tibbi müayinədən keçmə tələbinin ailə qanunvericiliyinə daxil edilməsidir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanununa əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi 2015-ci il iyunun 1-dən etibarən həyata keçirilir. Bunun nəticəsində irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınmasından onlarla ailə sığortalanıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisi olmaqla yanaşı, bəzi amillərin qadınların reproduktiv sağlamlığına mənfi təsiri ilə bağlı maarifləndirmə işinin aparılmasını sürətləndirib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR