Muxtar respublikamızda sığorta fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə qurulması işində yaranmış canlanma və inkişaf tendensiyası cari ilin ilk ayında da müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, cari ilin yanvar ayı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının toplanmasında 5,4 faiz artım olmuşdur. Belə ki, yanvar ayı ərzində, ümumilikdə, sığorta növləri üzrə müqavilələrin sayında 395 ədəd artım olmuşdur ki, bunun da 274 ədədi daşınmaz əmlakın icbari sığortası növü üzrə bağlanılmışdır. Yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində və bir sıra könüllü sığortalar üzrə də ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunmuşdur.
Xəbərlər şöbəsi