23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa şəhərində tənha yaşayan sağlamlıq imkanları məhdud Kəmalə Hüseynovaya baş çəkilib.
Tənha yaşayan qadınla görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mustafa Cəlilov bildiriblər ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər görülür, onların məişət və sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan şəxslərə əlilliyə görə verilən müavinətlər artırılır, onlar protez-ortopedik məmulatlar, eşitmə aparatları, kreslo-veloarabalar və digər reabilitasiya vasitələri ilə təmin edilirlər. Əlamətdar günlər ərəfəsində sağlamlıq imkanları məhdud qadına baş çəkilməsi dövlətin bu qəbildən olan şəxslərə qayğısının ifadəsidir.
Sonra Kəmalə Hüseynovanın yaşayış şəraiti ilə maraqlanılıb, ona səyyar tibbi xidmət göstərilib, məişət əşyası və ərzaq payı verilib.
Kəmalə Hüseynova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR