23 Dekabr 2024, Bazar ertəsi

Qış fəslinin, belə demək mümkünsə, əsas atributlarından biri qardır. Qar bərəkət, gələn ilin məhsul bolluğu deməkdir. Payız əkinlərinin qalın qarla örtülməsi onu həm şaxtadan qoruyur, həm də yazda bol su ilə təmin edir. Bunu aşağıdakı folklor nümunəsi də ifadə edir:

Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə.
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.

Qar örtüyünün faydalı olması “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də əks olunub.
Qış fəslində gecə və gündüz zamanı havanın necə keçməsi kimi əlamətlər ilin ümumi vəziyyəti haqqında fikir söyləməyə imkan vermişdir. Xalqımızın müşahidələrinə görə, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı, buludlu keçərsə, bu, ilin yaxşı keçməyəcəyinə işarədir. Əksinə, qışda gündüzlərin ayaz, gecələrin buludlu, dumanlı keçməsi ilə isə ilin xoş keçib insanlar üçün faydalı olacağına inanılırdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə muxtar respublikada qış mövsümündə faunanın mühafizə edilməsi və biotexniki tədbirlərin keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyindən aldığımız məlumata görə, bu məqsədlə yay aylarından başlayaraq təsərrüfat ərazilərindən müxtəlif qida məhsulları, o cümlədən 2 min kiloqramdan çox biçilmiş ot preslənib, 1,5 min kiloqram buğda, arpa və 5 min kiloqram daşduz tədarük edilib. Eyni zamanda qış aylarında ərzaq anbarlarında istehlak üçün yararsız olan meyvə-tərəvəz və digər məhsulların da bu məqsədlə istifadəsi nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeli idarələr tərəfindən hazırlanmış tədbirlər planına əsasən, dekabr-mart aylarında heyvanat aləminin kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, yeni salınmış yaşıllıqlarda, o cümlədən miqrasiya dəhlizlərində biotexniki tədbirlər keçiriləcəkdir. 2016-cı ilin dekabr ayının əvvəllərindən başlayaraq dağlıq ərazilərə yağan qarın səviyyəsi 60 santimetrə qədər artıb ki, bu da biotexniki tədbirlərin keçirilməsinə zərurət yaradıb. Ötən həftə ərzində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazilərində biotexniki tədbirlər keçirilib, ərazilərə tərəvəz məhsulları, buğda, arpa, qaba yem, daşduz və digər qida məhsulları paylanılıb. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində əhali ilə qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılıb, yoxlama-reydlər keçirilib. Heyvanat aləminin qorunması sahəsində onların qida ehtiyatının yaradılması mühüm və əhəmiyyətli tədbirlər olduğundan bu işlər qış fəsli boyunca tədbirlər planında nəzərdə tutulmuş təbiət ərazilərində davam etdiriləcəkdir.

Ardını oxu...

– Əhməd kişi, neçə müddətdir fikir verirəm, ora-bura çox qaçırsan. Xeyirdir inşallah.
– Pensiya yaşım çatana qədər işləmişəm. İndi də pensiyaya çıxmaq istəyirəm. Deyirlər, sənədləri topla, gətir, pensiyanı təyin edək. Mən də o idarə sənin, bu idarə mənim, gəzməkdən ayaqlarımın altı qabar olub. Hərdən bir sənəd çatmır. Pensiya işim düzəlmir ki, düzəlmir.
– İnşallah düzələr, – deyib Əhməd kişiyə səbirli olmağı məsləhət görürdüm ki, Nəriman dayı yaxınlaşdı. Salamsız-kəlamsız:
– Müəllim, o pensiya paylayanı görmədin? Deyirlər, bu gün pensiyaları gətirəcək. Dörd aydır, pensiyalarımızı vermirlər. Belə də iş olar? – deyib sual dolu nəzərlərlə üzümə baxdı. Sonra da verdiyi suala özü cavab verdi: – Sahibsiz ölkədə, özbaşınalıq olan yerdə hər şey olar, – dedi.
– Ay rəhmətliyin oğlu, elə biz də siz gündəyik də. Üç aydır, əməkhaqqımızı ala bilmirik. Atalar yaxşı deyib: “Pis günün ömrü az olar”. Səbir edək. Yəqin ki, ölkənin sahibi gələr. Cavanına da, qocasına da bir gün ağlayar.

Ardını oxu...

Şahbuz bənzərsiz təbiətə və təbii sərvətlərə sahibdir. Onlar arasında dərman bitkilərinə, dəmlənərək çay kimi içilən çiçək və güllərə xüsusi maraq vardır. Elmi mənbələrdə göstərildiyi kimi, Şahbuz dağları dərman bitkilərinin, güllərin, çiçəklərin növ tərkibinə görə çox zəngindir.
Süfrələrimizi bəzəyən nemətlərdən ən çox seviləni çaydır, – desəm, yanılmaram. O çay ki onu yayın istisində də, qışın soyuğunda da dərdimizə dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunluğumuzu çıxarmaq, hövsələmizi açmaq üçün arzuladığımız ilk nemət də çay olur. Çaya bu qədər vurğunluğumuzdan irəli gəlir ki, qapımızı döyən qonaqlarımıza da elə yeməkdən əvvəl çay təklif edirik. Evimizdə qonaq otağı ayrı olduğu kimi, qonaq üçün çay dəsti də xüsusi və gözoxşayan olur. Bəzəkli stəkana güldən, çiçəkdən dəmlənmiş çay süzüləndə ətri, rəngilə gözümüzü, könlümüzü oxşayır. İçəndə isə dərdlərimizə dərman olur.
Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə bələd olduğumuz bitkilərdən dəmlənən çayı süfrələrimizdən əskik etməsək, uzunömürlü, sağ canlı olarıq. Dərman bitkiləri ilə məşhur olan Şahbuz bəlkə buna görə uzunömürlülər diyarı da adlandırılır. Muxtar respublikanın ərazisində olan 250-dən artıq bitkinin 160 növü bu rayonda bitir. Onların sirrinə-sehrinə vaqif olmamaq mümkün deyil. Hələ sovet dönəmində də Şahbuzun dərman bitkilərinin sorağı bütün ittifaqa, dünyaya yayılmışdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” təsdiq edilib. Bu proqram Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır.
Proqramın əsas məqsədi muxtar respublikamızda yaşayan bu qəbildən olan uşaqların təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişafı, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi pro­qramın icrası ilə bağlı bir sıra işlər görüb. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 2005 nəfər uşaqdan 363 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat bazası yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Sədərək rayonunda “Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi və avtomatlaşdırılmış pensiya təyinatı xidməti” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açıb.
Fondun Sədərək Rayon Şöbəsinin müdiri Nəsimi Rzayev sosial sığortahaqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən danışıb. Bildirilib ki, elektron xidmətlər içərisində avtomatlaşdırılmış pensiya təyinatı və pensiya kalkulyatoru mühüm yer tutur. Bu sistem sayəsində pensiya yaşına çatmış vətəndaşa fondun Pensiya şöbəsində yaradılan pensiya təyinatı xidmətinə zəng etməklə və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə real vaxt çərçivəsində yaşa görə əmək pensiyası təyin olunur.
Vurğulanıb ki, sosial sığortaya cəlb olunan şəxslər məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar. Eyni zamanda ödənilən sosial sığorta haqları torpaq mülkiyyətçilərinə sığorta stajı qazandırmış olur. Məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablara toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.
Tədbirin sonunda iştirakçıları elektron xidmətlərin tətbiqi və istifadə qaydası ilə əlaqədar maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Muxtar respublikada işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Noyabr ayında da bu məsələ diqqətdə saxlanılmış, 330 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 8 nəfər kənd­lərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuş, 65 nəfər peşə və 29 nəfər ixtisasartırma kurslarına, 47 nəfər haqqı­ödənilən ictimai işlərə cəlb edilmişdir. Bu dövrdə məhdud fiziki imkanlı 23 sakin tərəfindən toxunmuş 1816 cüt yun corab və 236 ədəd yun şərf hərbi hissələrə təhvil verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2016-cı ilin noyabr ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır. Bu dövrdə fondun gəlirləri 5 milyon 680 min manat olmuşdur. 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ötən ay pensiya hüququ yaranmış 220 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 1934 plastik kart hazırlanması üçün sifariş verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Noyabr ayında fond tərəfindən təqdim olunan 21 elektron xidmətin 16-dan istifadə olunmuş, vətəndaşları maraqlandıran məsələlər aydınlaşdırılmış, sosial sığorta və pensiya qanunvericiliyinin tələbləri onlara izah edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2016-cı ilin dekabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülüb. Həmçinin yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxil­olmaların da əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülməsi başa çatdırılıb, məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına müavinətlərin ödənilməsi üçün vəsaitin köçürülməsi yekunlaşdırılıb.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikamızda təyin olunmuş pensiyaların müasir ödəniş vasitəsi – plastik kartlar vasitəsilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Bu məqsədlə müvafiq banklar tərəfindən istifadəyə verilən bankomatlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yaşayan əmək pensiyaçıları ilə bərabər, muxtar respublikanın kəndlərində yaşayan əmək pensiyaçıları da yaşadığı məntəqədən kənara getmədən kənd yerlərində yerləşdirilən bankomatlardan istifadə edirlər. Muxtar respublika üzrə əmək pensiyaçılarının 100 faizi öz pensiyalarını plastik bankomat kartları vasitəsilə alırlar.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

Ən qiymətli sərvət olan insanların əmək hüquqlarının ciddi şəkildə qorunması ölkəmizdə pri­ori­tet vəzifəyə çevrilib. Bunu muxtar respublikamızın timsalında da görmək mümkündür. Cari ilin ötən dövrü ərzində müvafiq qurumlar tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər də belə deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin 11 ayında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıb. Xidmət tərəfindən tikinti və istehsal müəssisələri üçün təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin olunması və həmin vasitələrdən istifadə edilməsi, həmçinin işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində görülən işlər davam etdirilib. İşçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində çalışanların əməyin mühafizəsi qaydalarına riayət etmələri ilə əlaqədar 69 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 96 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 180 işçi isə həmin vasitələrlə yerində təmin olunub. Bu barədə qəzetimizə nazirlik tərəfindən məlumat verilib. Məlumatda bildirilir ki, qeyd olunan dövr ərzində işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 424 sahibkarlıq obyektinə baxış keçirilib, 218 işçi ilə yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 1066 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub.

Ardını oxu...

 Muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişlənməsinin, davamlı sosial-iqtisadi yüksəlişin, yeni istehsal, emal, ticarət, xidmət obyektlərinin yaradılmasının, aparılan tikinti-quruculuq işlərinin və yeni açılan iş yerlərinin nəticəsidir ki, əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların gələcəkdə etibarlı pensiya təminatını stimullaşdıran fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı artmaqda davam edir. 

Bu istiqamətdə muxtar respublikada həyata keçirilən tədbirlər barədə qəzetimizə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumatda bildirilir ki, fondda fərdi uçot sistemində cari ilin yanvar-noyabr aylarında ilk dəfə əmək fəaliyyətinə başlayan 4190 nəfər üçün fərdi şəxsi hesab açılıb. Özəl sektorun sürətli inkişafı üçün yaradılan əlverişli şəraitin nəticəsi olaraq 2016-cı ilin 11 ayı ərzində özəl sektor üzrə yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 1396 Q3 ərizə forması daxil olub. Həmin formalar müvafiq qaydada araşdırıldıqdan sonra sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün müvafiq orqana bu barədə sifarişlər verilib. Verilmiş sifarişlərə əsasən hazır­lanan 1396 sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara çatdırılıb. Eyni zamanda idarə, müəssisə və təşkilatlardan 2073 nəfərə, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 433 nəfərə sosial sığorta şəhadətnaməsi təqdim olunub, habelə 288 nəfər mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçisi fondun fərdi uçot sistemində qeydiyyatdan keçərək sosial sığorta şəhadətnamələrini əldə etməklə, gələcəkdə əmək pensiyası hüququnun yaranmasına və məcburi dövlət sosial sığortası ödəmələrindən yararlanmaq hüququna malik olacaqlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, nazirlik 2016-cı ilin 11 ayı ərzində əhalinin sosial təminatı, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifə və tapşırıqların icrası ilə bağlı fəaliyyətini davam etdirib. Belə ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilən müxtəlif növ xidmətlərin səmərə və keyfiyyətini artırmaq məqsədilə ahıl və sağlamlıq imkanları məhdud şəxslər haqqında informasiya bazası yaradılıb və bu məlumat bazası hər ay  yenilənir.

Hazırda muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan 16 244 şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir. Ümumilikdə, müvafiq əhali qruplarına 37 növ aylıq və birdəfəlik müavinət, təqaüd və kompensasiya ödənilir. Müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə 7131 nəfər əlilə sosial müavinət, 245 şəhid ailəsinə, 1622 müharibə əlilinə və I qrup ümumi səbəbdən əlilə Prezident təqaüdü ödənilir. Aztəminatlı 2073 ailənin 7879 nəfər ailə üzvünə ünvanlı sosial yardım ödənişi həyata keçirilir.
Tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 422 ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, həmçinin 16 nəfərə Ahıllar evində stasionar sosial-məişət xidməti göstərilir. Qeyd olunan dövr ərzində 64 nəfərin sosial-məişət şəraitinin yaxşılaşmasına, 47 nəfərin isə respublika daxilində müalicəsinə köməklik edilib.
Muxtar respublikada müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Qeyd olunan dövr ərzində 6 Azərbaycan Vətən Müharibəsi iştirakçısı və 4 şəhid ailəsinə yeni mənzillər və 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına “NAZ-Lifan 320” markalı minik avtomobilləri verilib.

Ardını oxu...

Məhdud fiziki imkanlı şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə hər il dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu münasibətlə dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək vurğulayıb ki, ölkəmizdə məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən başlayaraq daha geniş vüsət alıb. Ümummilli liderimiz Heydər Əliyev belə şəxslərin cəmiyyətə inteqrasiyasını, onların reabilitasiyası və sosial müdafiəsinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır, əlilliyin qarşısının alınması istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirirdi. Ulu öndər bu kateqoriyadan olan insanların problemlərinə daim böyük həssaslıqla yanaşır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi önəm verirdi. Ümummilli liderimizin ideyalarını bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Məhdud fiziki imkanlı şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, cari ilin 11 ayı ərzində 2607 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə düzəldilib, 277 nəfər haqqıödənilən ictimai işlərə cəlb olunub. İşlə təmin olunanların 657-si qadınlar, 1066-sı gənclər, 103-ü sağlamlıq imkanları məhdud şəxslər, 31-i hərbi xidmətdən yeni tərxis olunan gənclər, 7-si cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər, 96-sı isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Qeyd olunan dövr ərzində 73 nəfər kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzlərində müvafiq işlə təmin olunub. Tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərə göndərilməsi istiqamətində görülən tədbirlər davam etdirilib, 33 tələbə müvəqqəti xarakterli işlərə göndərilib.
Keçirilmiş əmək yarmarkalarında 352 nəfər, həmçinin təhsil və səhiyyə müəssisələrində keçirilən əmək yarmarkalarında isə, ümumilikdə, 297 nəfər münasib işlə təmin edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaşayan aztəminatlı çox­uşaqlı Mehdiyevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Tarverdiyev bildiriblər ki, muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrin və bu qəbildən olan digər şəxslərin müavinət təminatının yaxşılaşdırılması onların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Muxtar respublikada aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı mexanizminin uğurla həyata keçirilməsi, təkcə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon manatdan artıq həcmdə ünvanlı dövlət sosial yardımın ödənilməsi sosial siyasətin praktik nəticələri kimi diqqəti çəkir. Bir sözlə, sosial sahəyə qayğının ildən-ilə artırılması ailələrimizin rifah halının yüksəlməsi ilə nəticələnir.
Sonra aztəminatlı çoxuşaqlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

“Naxçıvanqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin növbəti ixtisasartırma kursuna başlanılıb.
Qeyd edək ki, ixtisasartırma kursları Naxçıvan Muxtar Respublikası Ali ­Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin “Naxçıvanqaz” İstehsalat Birliyinə “Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmalarının davam etdirilməsi” barədə verdiyi tapşırığa əsasən təşkil edilir.

Ardını oxu...

Muxtar respublikada son illər uşaqlarla bağlı həyata keçirilən tədbirlər, görülən işlər sağlam gələcəyin formalaşmasına xidmət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması da bu istiqamətdə görülən işlərin davamıdır. Çünki informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edib uşaqlarla bağlı məlumatları elektronlaşdırmaqla uşaq hüquqlarının daha operativ müdafiəsinə, aidiyyəti orqanların bu sahə ilə bağlı səmərəli fəaliyyətinə, hər bir uşaq haqqında informasiyaların asanlıqla əldə edilməsinə nail olmaq mümkündür. Bu amillər nəzərə alınaraq muxtar respublikada uşaqların qanunla müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təmin edilməsi ayrıca müddəa kimi göstərilib.

Ardını oxu...

Sığorta iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da mühüm rol oynayır. Əmlakı və məhsulu gözlənilməz hadisələrə qarşı sığorta etdirmək fermer və torpaq mülkiyyətçiləri üçün böyük əhəmiyyət daşıyır. Belə ki, kənd təsərrüfatında tətbiq olunan sığorta bitkiçilik və heyvandarlıqda müxtəlif riskli hadisələr nəticəsində dəymiş zərərlərin ödənilməsində çox faydalıdır. 

Kənd təsərrüfatı mühüm fəaliyyət sahəsidir. Torpaq, iqlim, hava və su ehtiyatlarından istifadə olunması hər bir ölkədə müxtəlif məhsulların istehsalına imkan yaradır. Lakin bununla yanaşı, kənd təsərrüfatı müxtəlif gözlənilməz hadisələrə qarşı həssasdır. Belə ki, təbii hadisələr nəticəsində tez-tez bu sahəyə zərərlər dəyir. Ona görə də əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə fermer və torpaq mülkiyyətçilərinin əmlakına və hazır məhsuluna zərər vuran müxtəlif gözlənilməz hadisələrə qarşı sığorta olunmaq vacib məsələdir.
Kənd təsərrüfatında sığortanın təşkili və onun fəaliyyətinin stimullaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Bu məqsədlə təbii hadisələrdən kənd təsərrüfatı məhsullarının sığortalanması üçün müvafiq qanunlar və qərarlar qəbul olunmuşdur. Həmin qanunlara əsasən, kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri sığortanın obyektləri hesab olunurlar.

Ardını oxu...

Son zamanlar iş yerlərində nəqliyyat vasitələri ilə yük daşınma işlərində (nəqliyyat vasitəsinin geri hərəkəti, yükləmə və boşaltma əməliyyatları nəticəsində) işçilərin təcrübəsizliyi, səhv və ehtiyatsızlığı səbəbindən bədbəxt hadisələr baş verir. Bütün bunlar nəqliyyat vasitələrindən istifadə edərkən qəza hadisələrinin baş verməsinə səbəb ola biləcək amillərə və onların aradan qaldırılması məqsədilə həyata keçiriləcək təhlükəsizlik tədbirlərinə diqqəti artırıbdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Yükləmə-boşaltma və yüklərin daşınması işləri zamanı əməyin mühafizəsi qaydalarına əməl olunması” mövzusunda ixtisasartırma kursuna başlanılıb.
Beş iş günü davam edəcək kursa Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin, “Cahan-İnşaat”, “Gəmiqaya Yol, Su, Enerji”, “Dizayn Nəqliyyat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsinin, Naxçıvan Yol Təmir-Tikinti, Naxçıvan Şəhər Yaşıllaşdırma və Naxçıvan Şəhər Sanitar Təmizlik idarələrinin, Ordubad və Babək Rayon Kommunal Müəssisələri kombinatlarının əməyin mühafizəsi üzrə, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarının plastik bankomat kartları vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açıb.

Fonddan aldığımız məlumata görə, fondda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş şəraiti təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb.

Ardını oxu...

Havanın soyuması ilə əlaqədar yaşayış sahələrində vətəndaşlar tərəfindən müxtəlif növ qaz cihazlarından və sobalarından istifadə edilməsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bunu nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların nəzərinə çatdırır.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz halların baş verməməsi üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın və vətəndaşın bir sıra qaydalara əməl etməsi zəruridir. Hər bir vətəndaş sənaye üsulu ilə istehsal olunmuş və Azərbaycan dilində təlimatı yazılmış qaz cihazından istifadə etməlidir. Cihazlarda təhlükəsizlik sistemi, qaz təzyiqi nizamlayıcısı, müəyyən səbəblərdən qaz kəsildikdə və təkrar verildikdə sistemi bağlayan qurğunun olması vacibdir. Qaz cihazlarının xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ay iş­axtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 230 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 48 nəfər müvafiq peşə kurslarına, 16 nəfər haqqı­ödənilən ictimai işlərə cəlb edilmişdir. İşlə təmin edilənlərdən 10-u məhdud fiziki imkanlı, 8-i hərbi xidmətdən yeni tərxis olunan, 12-si isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Qazanxana maşinisti, Bərbər-manikürçü, Bərbər, Dərzi peşələri üzrə kursları 81 nəfər bitirmişdir. Hazırda Bərbər, Dayə, Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində Bərbər peşələri üzrə kurslar davam edir. Həmçinin Qazanxana maşinisti peşəsi üzrə yeni kurslara başlanıb.

Ardını oxu...

Zülmətdən işığa aparan yol və ya əngəllər aradan götürüləndə

 ... Mənim üçün bu məkan ikinci evim, buradakı insanlar bacı-qardaşlarım, dostlarım, sirdaşlarım, müəllimlərimdi. Bəzən düşünürəm ki, əgər bura olmasaydı, mənim halım necə olardı, kiminlə oturub söhbət edərdim, kiminlə dərdimi, qazandığım uğurları bölüşərdim? Axı bundan əvvəlki illərdə oxuduğum məktəb də, ali təhsil ocağı da müvəqqəti idi, düşünürdüm ki, bir gün bütün bunların sonu gələcək və mən yenidən özümü qaranlığa qərq edəcəyəm. Yaxşı ki bu məkanı dövlətimiz mənim kimi yüzlərlə insan üçün inşa etdi, valideynlərin qəlbində ümid işığı yandırdı, uşaqlarda gələcəyə inam oyatdı, onları mənəvi aydınlığa qovuşdurdu. Məhz burada uşaqlar hiss etdilər ki, fiziki əngəllər aşıla biləndir, heç bir fiziki məhdudiyyət onları nələri isə əldə etməkdən, nələri isə qazanmaqdan məhrum edə bilməz. Yaxşı ki dövlətimiz hər zaman yanımızdadır, humanist rəhbərimizin qayğısını və nəvazişini hər gün, hər dəqiqə hiss edirik. Bütün bunlar olmasaydı, görəsən, taleyimiz necə olardı? Bax orasını Allah bilir.

Sonsuz bir səmimiyyət və dərin ehtiramla, kövrək düşüncələrdən yaranan bu fikirləri ötən günlərdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində qabaq-qənşər əyləşdiyim bir gəncdən, dünyaya gəldiyi zaman gözünün nurunu itirən, ancaq bütün bunlara baxmayaraq, böyük həyat eşqi ilə oxumağa, öyrənməyə həvəs göstərən Elməddin Kərimovdan eşidəndə çox təsirlənmişdim.

Ardını oxu...

Noyabrın 15-də Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Ən yaxşı film” və “Ən yaxşı foto” üzrə qaliblər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Televiziya və Radio Şurasının, Rəssamlar Birliyinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla davam etdirilir. Bu gün muxtar respublikamızda milli dəyərlərin tərkib hissəsi olan ailə dəyərlərinin qorunması diqqətdə saxlanılır, dövlət ailə siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sen¬tyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutlarının formalaşdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdəndir.

Ardını oxu...

Noyabrın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər görülür.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından istifadələri üçün hərtərəfli şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, aylıq jurnal nəşr edilir, həmçinin onlara audio kitabxana xidməti göstərilir.

Ardını oxu...

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlər keçirilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, habelə audio kitabxana xidməti göstərilir. Audio kitabxananın kataloqu daim yeni ədəbiyyatlarla dinləyicilərin müraciətinə əsasən zənginləşdirilir. Hazırda kitabxanada 1191 audiokitab mövcuddur və poeziya, xarici ədəbiyyat, audiotamaşa, folklor, milli musiqi və digərləri olmaqla, ümumilikdə, 17 bölmə üzrə 485 dinləyiciyə xidmət göstərilir.

Ardını oxu...

 17 ildir, səngərdə döyüşən bir hərbçinin həyat yoldaşı kimi bu illərdə gördüklərim mənim dünyaya tam fərqli gözlə baxmağıma səbəb olub. 20 faiz torpağı işğal altında olan dövlətin “Hər evi səngər, hər vətəndaşı əsgər olmalıdır” fikriylə, düşüncəsiylə yaşayıb, övladlarımı da vətənpərvər bir fərd kimi böyütməyə çalışıram. Bu müharibədə yüzlərlə can qurban edib bu xalq. Şəhidlərimiz öz qürurlu ölümüylə torpaqlarımızı, vətənimizi qoruyub gələcək nəslin azad böyüməsinə, müstəqil olmasına təminat veriblər: bayrağımız qoy həmişə dalğalansın, torpaqlarımız işğaldan azad olunsun deyə.

Bəs biz nə etmişik şəhidlərimiz üçün? Ötən dövrdə neçə şəhid verib bu vətən və bu illərdə dünyaya neçə körpə göz açıb? İgid eloğullarımızın hansısa biri şəhid olanda hansısa doğum evində bir körpənin dünyaya göz açması da labüddür. Körpələrimizin dünyaya gəlişi ilə bir ailə sevinib, bir ananın üzü gülüb. Başqa bir evin övladı cəbhənin hər hansısa bir hissəsindən düşmənin hücumunu dəf edərkən şəhidlik zirvəsinə yüksəlib. O gecə göz açan körpəyə dünyadan köçən igidin adını verib, onun adını yaşatsaq, şəhidimizin o qəmli anasının da ürəyinə sakitlik gətirmiş olarıq.
Təkcə son beş ildə 20436 körpəyə Yusif, 19925 körpəyə Əli, 8922 körpəyə Məhəmməd və 8497 körpəyə Ömər adı ­verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2016-cı ilin noyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bunun üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülüb. Yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınaraq əmək pensiyaçılarının, həmçinin məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığorta­olunanların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,9 faiz artaraq 187,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 209,39 manata çatdırılıb. Təyin olunmuş pensiyaların plastik kartlar vasitəsilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Hesabat ayında yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara plastik kart hazırlanması üçün sifariş verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Daşınmaz əmlakın icbari sığortası təbii fəlakətlər və gözlənilməz hadisələr nəticəsində vətəndaşların evlərinə və fərdi mənzillərinə dəymiş zərərlərin əvəzinin ödənilməsi zamanı mühüm vasitədir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müxtəlif sığorta hadisələri baş verdikdə sığortalanmış daşınmaz əmlak sahiblərinə dəymiş zərərlər sığorta orqanları tərəfindən qiymətləndirilərək əmlak sahibinə ödənilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə görmə məhdudiyyəti olan şəxslərin iştirakı ilə növbəti tədbir təşkil edilib.
Noyabrın 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslər arasında brayl yazı müsabiqəsi keçirilib. Müsabiqədə görmə məhdudiyyəti olan 7 nəfər iştirak edib. Münsiflər heyətinin rəyinə əsasən, ilk üç yerə layiq görülən müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Tədbirin keçirilməsində məqsəd bu kateqoriyadan olan şəxslərin bacarıq və qabiliyyətini üzə çıxarmaq, onlarda özlərinə inam hissi yaratmaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, az­təminatlı ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə əlaqədar tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada təhsilin inkişafından, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilə cəlbi, yaradıcılıq potensiallarının üzə çıxarılması üçün yaradılan şəraitdən, problemlərinin həlli istiqamətində görülən işlərdən, asudə vaxtlarının səmərəli təşkilindən bəhs ediblər.
Həmin gün muxtar respublikanın rayonlarında da tədbirlər keçirilib və ümumilikdə, muxtar respublika üzrə 407 uşağa, Təhsil Nazirliyi tərəfindən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 273, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə aztəminatlı ailələrdən olan 80 şagirdə qış geyimi verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, cari ilin 10 ayı ərzində 2277 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 22 nəfər kvota yerlərinə göndərilib, 230 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib. İşlə təmin olunanların 612-si qadınlar, 964-ü gənclər, 86-sı sağlamlıq imkanları məhdud şəxslər, 28-i hərbi xidmətdən yeni tərxis olunan gənclər, 6-sı cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər, 84-ü isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Qeyd olunan dövr ərzində 65 nəfər, həmçinin sağlamlıq imkanları məhdud 5 nəfər kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzlərində işlə təmin ediliblər. Tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərə göndərilməsi istiqamətində də tədbirlər həyata keçirilib, 33 tələbə müvəqqəti xarakterli işlərə göndərilib.

Ardını oxu...

Ölkəmizdə bir çox sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də islahatlar həyata keçirilməkdədir. İslahatların əsas məqsədi əhalinin bütün təbəqələrinin, o cümlədən aztəminatlı ailələrin, pensiyaçıların və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasından və sığorta-pensiya sisteminin təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasında sığor­ta münasibətlərinə əsaslanan yeni sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırmışdır. 2006-cı il yanvar ayının 1-dən ölkəmizdə yeni sistem sayılan məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqinə başlanılmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur ki, sosial sığorta fiziki şəxslərin əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, həmçinin itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması kimi çıxış edir.
Məcburi dövlət sosial sığortahaqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti, bilavasitə, sığorta haqlarının ödənilməsindən asılıdır. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını və ödənilməsini təmin etməlidirlər. Ödənilən sosial sığorta haqları torpaq mülkiyyətçilərinə sığorta stajı qazandırmış olur. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablara toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.

Ardını oxu...

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin təhsil alması, intellektual səviyyələrinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili daim diqqət mərkəzindədir. Elə bu məqsədə xidmət edən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində belə şəxslərə informasiya texnologiyaları tədris olunur, görmə qabiliyyəti zəif olanlara bu sahədə bilik və bacarıqlar aşılanır. Bu xidmətlər günü-gündən genişlənir və təkmilləşir. Mərkəzdə eşitmə və danışıq məhdudiyyətli şəxslər üçün daktilo əlifbası üzrə distant dərslər keçilir. Dərsləri Bakı Şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimi tədris edir. Dərslərə 7 eşitmə və danışıq imkanları məhdud şəxs cəlb olunub. Əlavə olaraq mərkəzin kinozalında həftədə iki dəfə həmin kateqoriyadan olan şəxslər üçün subtitrli filmlər nümayiş olunur. 

Ardını oxu...

Bağçılıqla məşğul olanlar yaxşı bilirlər ki, meyvə ağaclarına, xüsusən də almalara qulluq nə qədər zövqverici və həvəsli bir işdir. Şübhəsiz, alma özünün faydalı xüsusiyyətləri ilə də dəyərli meyvədir. Bu meyvənin yetişdiyi bağların öz füsunkarlığı, onun bağbanının öz qayğıları və düşüncələri vardır. Xüsusən payızın bu barlı-bərəkətli ayında Şahbuzun buz kimi saf və ətirli almalarının yetişdiyi bağlarda olan hər kəs görəcəkdir ki, alma təkcə sağlamlıq üçün çox faydalı minerallarla zəngin olan meyvə deyil, həm də insanı yaşadığı torpağa sıx bağlayan bir canlıdır.

Bu yağışlı payız günlərində Şahbuza yollanmazdan əvvəl almanın faydaları haqqında bildiklərimi təzələmək istədim. Alma haqqında maraqlı fikirlər, elmi cəhətdən sübut olunmuş dəlillər vardır. Məşhur təbib İbn Sina öz əsərlərində almanın müalicəvi əhəmiyyətindən bəhs edib. Almanın şəfaverici xüsusiyyətlərinin olduğuna inanmaq üçün xalq deyimlərimizi, nağıllarımızı yada salmaq kifayətdir. İndi də həkimlər daim gənc və gözəl görünmək, sağlam və gümrah olmaq baxımından davamlı alma yeməyi məsləhət görürlər.

Ardını oxu...

Qənaət. Bu sözü tez-tez eşidirik. Xüsusilə də özümüzdən böyük insanlarla, ən çox da nənə və babalarımızla söhbət əsnasında. Məsələn, nənəmgildə oturmadığımız otağın işığını lazımsız yerə yanılı qoyanda birdən nənəmin səsini eşidirəm:
– A bala, işığı niyə havayı yerə yandırırsan? Söndür.
Bəli, bu gün üçün yaşlı insanlar qənaətə daha həssaslıqla yanaşır, israfçılığa yol vermirlər. Çünki onlar ölkəmizin sosial-iqtisadi cəhətdən böhran keçirdiyi illərdə yaşayıb yoxluğun, çətinliyin, hətta aclığın belə, nə demək olduğunu çox yaxşı bilirlər. Yadımdadır, uşaq ikən süfrədə həmişə isti çörəyə əl atar, köhnə olmasa da, dünəndən qaldığı üçün heç birimiz yemək istəməzdik. Nənəm o bir parça çörəyi əlinə götürüb: “Biz bu bir parça çörək üçün saatlarla növbəyə dururduq”, – deyərdi.
Gənc nəsil isə ölkənin firavan dövründə yaşadığından, şükürlər olsun ki, bolluq içində böyüyür. Düşünəndə ki, normal maddi imkanı olan hər bir ailə uşağına istədiyi hər şeyin ən yaxşısından olmasa da, qane edəcək səviyyədə olanını ala bilirsə, təbiidir ki, həmin uşaq gələcəkdə istədiyi bir şey üçün “yox” sözünü qəbul etməyəcək. Söhbət də elə bundan gedir: uşaqlarda qənaət mədəniyyətinin formalaşmamasından, bəzilərinin isə həddən ziyadə israfçı olmasından. Günümüzün ən aktual məsələlərindən biri olan qənaət mədəniyyəti niyə bu gün üçün bir çox uşaqda formalaşmayıb? Yoxsa ailədə, ya da cəmiyyətdə bunun üçün lazımi tədbirlər görülmür?
Bu mövzuda psixoloq fikirlərini vacib saydıq və “Naxçıvan” Universitetinin müəllimi Şahnaz Məmməd­ovaya müraciət etdik.

Ardını oxu...

Heç kimə sirr deyil ki, müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sisteminin inkişafı və mövcud kadr potensialı ilə də ölçü­lür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir.
Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə böyük əhəmiyyət verirlər. Bu gün ölkəmizdə də təhsilin inkişafına xüsusi diqqət yetirilir. İqtisadi potensialımız daha da artdıqca bütün sahələrin inkişafına kapital qoyulur, yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu çərçivədə elmin, təhsilin inkişafına dövlət qayğısı nəticəsində gənclərimizin dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alması da təmin edilir.
Xaricdə təhsil alan gənclər isə həm yaxşı təhsil almağa çalışırlar, digər tərəfdən ölkəmizə, o cümlədən muxtar respublikamıza dair həqiqətlərin təhsil aldıqları ölkələrin ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayırlar. Həmin gənclərin təhsil aldıqları ölkələrin informasiya mühitində fəallığı birbaşa respublikamızın beynəlxalq nüfuzuna xidmət edir. Fəxrlə deyə bilərik ki, xaricdə təhsil alan naxçıvanlı gənclər də bu gün muxtar respublikanı layiqincə təmsil edirlər. Onlara daha yaxından dəstək verməyi qarşısına məqsəd qoyan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları sosial şəbəkələrdə qruplar yaradıb və gəncləri bu qruplarda bir araya gətiriblər. “Facebook” sosial şəbəkəsində “Xaricdə təhsil alan naxçıvanlı gənclər” adlı həmin qrupun məqsədi də onları bir araya gətirmək, diskussiya mühiti formalaşdırmaq, əlaqələri möhkəmləndirmək, həyata keçiriləcək tədbirləri müəyyənləşdirmək, tələbələr arasında sıx birliyi, həmrəyliyi təmin etməkdir. Digər tərəfdən xaricdə təhsil alan gənclərin muxtar respublikanın sosial-iqtisadi inkişafı, burada həyata keçirilən quruculuq işləri ilə, həmçinin qədim diyarın gəzməli-görməli yerləri, tarixi abidələri, ziyarətgahları, mədəniyyət, istehsal, təhsil müəssisələri barədə mütəmadi olaraq məlumatlandırmaq da qrupun əsas məqsədlərindən biridir.
Qrup qısa vaxt kəsiyində xaricdə təhsil alan yüzlərlə tələbəni bir araya gətirməyi bacarıb. Bu gün “Xaricdə təhsil alan naxçıvanlı gənc­lər” qrupunda gənclərimiz kifayət qədər təşkilatlanıblar və onlar ölkə­mizin, muxtar respublikamızın aktiv təbliğatını aparırlar.

 Ceyhun Məmmədov

Bəşəriyyəti narahat edən başlıca sosial problemlərdən biri də yoxsulluqdur. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Mübarizə Günü kimi qeyd olunur.

Müstəqilliyimizin ilk illərində ölkədə tüğyan edən siyasi böhran və iqtisadi tənəzzül 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf Dövlət Pro­qramı”nın icrası əhalinin sosial müdafiəsini gücləndirmiş, yoxsulluğun səviyyəsini önəmli dərəcədə azaltmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Adıçəkilən proqramda müxtəlif qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Cari ilin ilk 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin proqramın icrası ilə bağlı görülən işlər barədə aldığımız məlumatda deyilir ki, muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən müntəzəm olaraq təhlillər aparılır. Bu məqsədlə işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət və monitorinqlərin keçirilməsinə diqqət artırılıb, sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək üçün sosialyönümlü layihələr həyata keçirilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə, ümumilikdə, 163 müəssisədə sorğu keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda növbəti maarifləndirici kurs təşkil olunub.
Oktyabrın 3-də başlayan və 5 iş günü davam edəcək ixtisasartırma kursuna “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnşaat Materialları Sənaye Kompleksinin, “Gəmiqaya Nəqliyyat”, “Gəmiqaya Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Daş Məhsulları Kompleksi”, “Naxçıvan Duz İstehsalı”, “Cahan İnşaat”, “Dizayn İnşaat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin və Cahan Ticarət Mərkəzinin əməyin mühafizəsi üzrə, ümumilikdə, 9 mütəxəssisi cəlb edilib.
Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi sahəsində mülkiyyətçinin, işəgötürən və işçilərin vəzifələri, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortası, işçilərin əməyin mühafizəsi qaydalarına əməl etmələrinə nəzarət, qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsinin xüsusiyyətləri, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq olaraq istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, baş verən qəzalar zamanı zərər çəkənə ilk tibbi yardımın göstərilməsi qaydaları ilə bağlı mövzular tədris olunur.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mətbuat xidməti

Uşaqlara ad qoyarkən nəyə əsaslanırıq?

Bu cür adları fikirləşməyə hər kəsin “təxəyyülü” yetməz: Gilənar, Servant, Balıq, Moruq, Kombayn, Kolxoz…
Ad olduqca vacib məsələdir. Qətiyyən şişirtmirəm. Hətta bəzi inanc sistemlərinə görə, insanın adı onun gələcək taleyini müəyyən edir. Ona görə də qədim dövrlərdən üzü bu yana ata-analar öz övladlarına pozitiv məna daşıyan adlar verməyə çalışıblar. Xatırlayıram ki, orta məktəbdə oxuyanda Azərbaycan dili müəllimim belə deyərdi: hər kəsin xarakterini adı müəyyənləşdirir. Hətta adlarınızın rəngləri belə, vardır. Müəllimimin fikrincə, mənim rənglərim tünd qırmızı və göy idi… Mən də bayrağımızın rənglərinə oxşar rənglərimin olması ilə qürur duyub bir xeyli sevinmişdim.
Ad və soyadın insan taleyinə təsiri barədə deyilənlərin bir hissəsi fərziyyələr olsa da, son illərdə aparılan tədqiqatlar qədimlərdən bəri yaşayan bir çox anlamların doğru olduğunu sübut etdi. İnanılması asan olmasa da, insanın davranışını, xasiyyətini və hətta taleyini onun adı müəyyənləşdirir.
Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan şəxs onun gələcəyini yazır. Astrologiyada eynilə rəqəmlərin insanlar üzərində təsirinin olması kimi, hərflərin də insanlar üzərində çox böyük təsiri olduğu artıq sübut edilib.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün təsis olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən ibarətdir.
Həyat təcrübəsi ilə gələcək nəsillərə nümunə olan ahıllara hörmət və qayğı həm də nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək kimi mühüm amala xidmət edir. Tarixboyu Azərbaycan xalqı yaşlı nəslin nümayəndələrinə ehtiram göstərməyi yüksək insani keyfiyyət kimi dəyərləndirmişdir.
Ölkəmizdə ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artır. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərin davamı olaraq, sentyabrın 30-da Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Ahıllar bayram tədbirlərinə dəvət olunur, onların yubiley yaşları, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd edilir.

Ardını oxu...

Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, Bilik Fondunun Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın açılışı olub.

Ardını oxu...

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 28-də muxtar respublikanın ən uzunömürlü sakini, 118 yaşlı Şərur rayon sakini Qönçə Hümbətova ilə görüş keçirilib.
Qönçə Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini işğal etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları bildiriblər ki, muxtar respublikamızda uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqları qayğısına qalınır, maddi cəhətdən tələbatlarının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq onlara evlərində baş çəkilir, yaşayışları ilə maraqlanılır, zəruri sosial problemləri yerində həll olunur.
Qönçə Hümbətova ona göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda muxtar respublikanın ən yaşlı sakininə hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası, qabiliyyət və bacarıqlarının inkişaf etdirilib düzgün formalaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisələrdə kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə maarifləndirici kursların təşkili davam etdirilir.
Sentyabr ayının 19-da Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda növbəti kursa başlanılıb. Kurs beş gün davam edəcək.
Kursa Naxçıvan Şəhər Elektrik Şəbəkəsi, Lift Təmiri və İstismarı, Yaşıllaşdırma, İstilik Təsərrüfatı, Sanitar-Təmizlik, Su-kanalizasiya idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər, Maşın-Mexanizmlərin, Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət, Subartezian idarələri və Kəngərli Rayon Suvarma Sistemləri İdarəsi üzrə, ümumilikdə, 10 mütəxəssis cəlb edilib.
Kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinin nümunəvi forması, onun düzgün doldurulması və ona dəyişikliklərin edilməsi qaydaları”, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, “Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanunamüvafiq həyata keçirilməsi” və başqa mövzular tədris olunur.
Kursun yekununda iştirakçıların bu sahədə aldıqları biliklər yoxlanılacaq.

 Hafizə Əliyeva

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 10 milyon 135 min 351 manat pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür.
Hesabat dövründə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 200 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 3636 plastik kart hazırlanması üçün sifariş verilmişdir. Bu dövrdə 97 sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara çatdırılmışdır.

Ardını oxu...

Orda bir kənd var uzaqda
O kənd bizim kəndimizdir.
Gəzməsək də, getməsək də
O kənd bizim kəndimizdir.

Türk şairi Əhməd Kutsi Tecerin bu misraları Qurtuluş savaşından sonrakı Türkiyə Cümhuriyyətində Anadolu kəndlərinin inkişafına diqqət çəkmək məqsədilə yazılmışdır. Sonralar dillər əzbəri olacaq və nəğməyə çevriləcək bu misralarda həm də Türkiyənin ümumi inkişafının yalnız Anadolu kəndlərinin inkişafı ilə mümkün ola biləcəyinə işarə edilirdi.
Əslində, bu formul bütün ölkələr üçün keçərlidir. Hər bir ölkənin dayanıqlı inkişafı onun insanının torpağa, yurda bağlılığından ciddi şəkildə asılıdır. “Kitabi-Dədə Qorqud” dilində ifadə etsək, yalnız baxılan bağların bağ olmaq ehtimalı var. Məhz bu müdrik fikirlərin işığında ötən 20 il ərzində Naxçıvanda da əsas diqqət kəndlərin inkişafına, infra­strukturun müasirləşdirilməsinə, bununla da, kənd insanının doğma yurd yerlərinə bağlılığının təmin olunmasına yönəldilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR