23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2016-cı ilin dekabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülüb. Həmçinin yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxil­olmaların da əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülməsi başa çatdırılıb, məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına müavinətlərin ödənilməsi üçün vəsaitin köçürülməsi yekunlaşdırılıb.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikamızda təyin olunmuş pensiyaların müasir ödəniş vasitəsi – plastik kartlar vasitəsilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Bu məqsədlə müvafiq banklar tərəfindən istifadəyə verilən bankomatlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yaşayan əmək pensiyaçıları ilə bərabər, muxtar respublikanın kəndlərində yaşayan əmək pensiyaçıları da yaşadığı məntəqədən kənara getmədən kənd yerlərində yerləşdirilən bankomatlardan istifadə edirlər. Muxtar respublika üzrə əmək pensiyaçılarının 100 faizi öz pensiyalarını plastik bankomat kartları vasitəsilə alırlar.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR