23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərin davamı olaraq, sentyabrın 30-da Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Ahıllar bayram tədbirlərinə dəvət olunur, onların yubiley yaşları, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd edilir.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxışında bildirib ki, rayonda yaşayan ahılların sosial vəziyyətlərinin yaxşılaşması, onların sağlam həyat tərzində yaşaması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar evində də sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidməti göstərilir.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu sakinlər qarşısında konsert proqramı ilə çıxış edib.
Sonda sakinlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən tənha ahılların iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və yerli icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək ahılların sosial müdafiəsinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirlərdə, ümumilikdə, 457 ahıla bayram sovqatı təqdim olunub.
Ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR