23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 10 milyon 135 min 351 manat pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür.
Hesabat dövründə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 200 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 3636 plastik kart hazırlanması üçün sifariş verilmişdir. Bu dövrdə 97 sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Hazır­da fond tərəfindən təqdim olunan 20 elektron xidmətin 15-dən istifadə olunur.
Fond və onun yerli orqanları tərəfindən sığorta-pensiya qanunvericiliyi sahəsində təbliğat və maarifləndirmə işləri də ötən ay davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR