23 Dekabr 2024, Bazar ertəsi

 Muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişlənməsinin, davamlı sosial-iqtisadi yüksəlişin, yeni istehsal, emal, ticarət, xidmət obyektlərinin yaradılmasının, aparılan tikinti-quruculuq işlərinin və yeni açılan iş yerlərinin nəticəsidir ki, əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların gələcəkdə etibarlı pensiya təminatını stimullaşdıran fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı artmaqda davam edir. 

Bu istiqamətdə muxtar respublikada həyata keçirilən tədbirlər barədə qəzetimizə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumatda bildirilir ki, fondda fərdi uçot sistemində cari ilin yanvar-noyabr aylarında ilk dəfə əmək fəaliyyətinə başlayan 4190 nəfər üçün fərdi şəxsi hesab açılıb. Özəl sektorun sürətli inkişafı üçün yaradılan əlverişli şəraitin nəticəsi olaraq 2016-cı ilin 11 ayı ərzində özəl sektor üzrə yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 1396 Q3 ərizə forması daxil olub. Həmin formalar müvafiq qaydada araşdırıldıqdan sonra sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün müvafiq orqana bu barədə sifarişlər verilib. Verilmiş sifarişlərə əsasən hazır­lanan 1396 sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara çatdırılıb. Eyni zamanda idarə, müəssisə və təşkilatlardan 2073 nəfərə, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 433 nəfərə sosial sığorta şəhadətnaməsi təqdim olunub, habelə 288 nəfər mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçisi fondun fərdi uçot sistemində qeydiyyatdan keçərək sosial sığorta şəhadətnamələrini əldə etməklə, gələcəkdə əmək pensiyası hüququnun yaranmasına və məcburi dövlət sosial sığortası ödəmələrindən yararlanmaq hüququna malik olacaqlar.

Məlumatda o da bildirilir ki, 1 dekabr 2016-cı il tarixə fərdi uçot sistemində qeydiyyatda olanların sayı 163841 nəfərə çatıb. Onlardan 91426 nəfəri kişi, qalanları isə qadınlardır. Sığortaolunanların etibarlı pensiya təminatı üçün fərdi hesablarında pensiya kapitalı toplamalarına imkan yaradan bu sistemdə qeydiyyatda olanların 27580 nəfəri, yəni 17 faizi 30 yaşa qədər, 50161 nəfəri, yəni 31 faizi 30-40 yaşlarında olan şəxslərdir. Həmçinin sistemdə qeydiyyata alınanlar arasında 40-50 yaşlarında olanlar 40939 nəfər, yəni 25 faiz, 50-60 yaşlarında olanlar 39 860 nəfər, yəni 24 faiz təşkil edir. Qalanları isə 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.
Qeyd etmək lazımdır ki, muxtar respublikada istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığortahaqqı köçürdüyünə nəzarət etmək imkanına malikdir. Bunun üçün sığortaolunanlar Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (www.e-hokumet.nmr.az) və ya Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə (www.dsmf.nakhchivan.az) daxil olaraq elektron xidmətlərdən istifadə edə bilərlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR