22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avqust ayında işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirlərini davam etdirmişdir. Bu dövrdə 213 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 27 nəfər müvafiq peşə kurslarına, 40 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilmiş, 5 nəfər isə kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunan, ictimai işlərə və peşə kurslarına cəlb olunanlardan 11-i məhdud fiziki imkanlı, 5-i hərbi xidmətdən yeni tərxis olunan şəxslərdir. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 55 obyektdə yoxlama aparılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində isə əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur.

Ardını oxu...

“Ata, məktəbə getmirəm, sinif yoldaşlarım gözəl paltarlar geyinir, mən utanıram. Mənə də gözəl paltarlar alın”, – deyib israr edən uşaqlarımıza naəlac qalıb cürbəcür geyimlər alan, “kitabım yoxdur, yaxud da köhnədir dərsi oxuya bilmirəm”, – deyən uşaqlarımıza o dükan mənim, bu dükan sənin kitab axtaran, səhər uşağın çantasını götürüb döşəkçə ilə məktəbə yollanan, “uşağı neft sobasının yanında oturt, xəstədir”, – deyib müəllimdən xahiş edən valideynlər az olmayıb. Bəli, bu bir tarixi dövr idi, yaşadıq. Zaman öz işini gördü. Köhnə məktəb binalarının yerində möhtəşəm, müasir istilik sistemi ilə təmin olunmuş, hər cür şəraitə malik təhsil ocaqları ucaldıldı. Şagirdlər pulsuz dərsliklərlə təmin olundu, vahid məktəbli formasına keçildi. Elə müəllimlər də vahid forma geyindi. Məktəb modalar nümayiş etdirilən, şagirdlərə mənəvi və psixoloji təsir obyektindən əsl təhsil məbədinə çevrildi. Dildə dediyimiz bərabərlik əməldə təsdiq olundu. Bu, dövlətin nəzarətində olan orta, orta ixtisas təhsili müəssisələrində və ali məktəblərdə yaradılan qayda-qanun, milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq üçün mühüm və deyərdim ki, vaxtında atılmış gərəkli addım idi.

Amma... Amması ondadır ki, ictimaiyyət də bu işdə dövlətin yaxın köməkçisi olmalı, ictimai qınaq deyilən məfhum öz yerini tutmalıdır. Yoxsa mənə nə var, yaxud da zaman dəyişib, gənclik qoy nə edir etsin, necə istəyir geyinsin, – deyib ötüb-keçməklə milli-mənəvi dəyərlərimizə balta çalanlara kömək edir, keçmişimizlə, tariximizlə yenilik, müasirlik arasında bir təzad yaradırıq.

Ardını oxu...

Ta qədim zamanlardan geyim insan həyatının ayrılmaz bir hissəsinə çevrilib. Təbii  ki,  gündəlik həyatımızda, ziyafətlərdə istifadə etdiyimiz bu geyimlərin hər birinin yaradıcısı olur. İstəyiriksə geyimlərimiz qüsursuz olsun, onda peşəkar dərzilərin əməyindən istifadə etməliyik. Belə dərzilərdən biri də Şəlalə İbrahimovadır. 

Onunla çalışdığı emalatxanada görüşdük. Şəlalə xanım bizi çox səmimi qarşıladı. Çalışdığı 25 il ərzində bu peşənin bütün sirlərinə bələd olan Şəlalə xanım dedi:
– Hansı peşə olursa-olsun, ona ürəkdən bağlanmasan, uğur qazana bilməzsən. Dərzi peşəsini seçməyimin əsas səbəbi gözəl geyimlərə, dəbə böyük marağımın olmasıdır. Gənc yaşlarımda gözəl dəblə geyinmiş insanlarla qarşılaşanda belə geyimlərimin olmasını arzulayırdım. Ancaq məlum məsələdir ki, o zamanlar hər istədiyin geyimi əldə etmək müşkül məsələ idi. Düşünüb-daşınıb belə qərar verdim ki, bu paltarları özüm də tikə bilərəm. Beləcə, mənim dərzilik peşəsi ilə bağlı şagirdlik dövrüm başladı. 3 il məişət xidmətləri məktəbində oxudum. Bu peşənin incəliklərini öyrəndim.
Şəlalə xanım onu da dedi ki, bu illər ərzində paltar tikdirmək, eləcə də paltarın ölçüsündə və formasında dəyişikliklər etmək üçün yüzlərlə müştəri müraciət edib. Çalışıb ki, müştəriləri razı yola salsın, geyimləri keyfiyyətli tiksin.

Ardını oxu...

Milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Milli dəyərlərin əsas yaradıcıları və daşıyıcıları qadınlardır. Buna görə də həyata keçirilən dövlət qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Gənc qızların xüsusi peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçılıq, dərzilik kimi peşə kurslarının təşkil olunması bu sənət nümunələrinin qadınlarımız tərəfindən qorunub saxlanılması, yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Cari ildə muxtar respublikanın rayonlarında qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satışlar özünəməxsusluğu ilə seçilib. İlk olaraq qeyd etmək lazımdır ki, bu səpkidə silsilə sərgi-satışlar muxtar respublikanın rayonlarında ilk dəfə olaraq təşkil edilib. Hər bir rayona məxsus adət-ənənələrin əl işlərində öz əksini tapması sərgi-satışları bir-birindən fərqləndirib. Belə ki, Ordubad rayonunun istedadlı qadınları dekorativ, Culfa rayonunun yaradıcı xanımları tikmə və toxuma əl işləri ilə seçiliblərsə, Şahbuz rayonunun xalçaçıları ərsəyə gətirdikləri milli ornamentli xalça nümunələri ilə hər kəsi heyrətləndirib, rəngarəng toxuma əl işləri ilə əsrlərdən gələn toxuma el sənətini yaşatdıqlarını göstəriblər. Şərur və Kəngərli rayonlarının istedad sahibləri olan qadınlar yaratdıqları dekorativ, tikmə, toxuma əl işləri, rəsm əsərləri, xalça və digər sənət nümunələri ilə sərgiləri seyr edənlərə xüsusi zövq veriblər. Ümumiyyətlə, yaradıcı insanların sevincinə, zəhmətlərinin qiymətləndirilməsinə xidmət edən bu sərgi-satışlar milli dəyərlərimizin də yaşadılmasına bir töhfədir.
Ümumilikdə, muxtar respublikanın rayonlarında təşkil olunan sərgi-satışlara 385 qadının 2907 rəsm və əl işi çıxarılıb, 175 qadının 4489 manat dəyərində 383 rəsm və əl işi satılıb. Bunu da qeyd edək ki, sərgi-satışlarda iştirak edən iki qadından birinin əl işinin satılması onların özünüməşğulluğunun təmin edilməsi, maddi gəlir əldə etməsi baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyətləri ilə birgə xalqımızın adət-ənənələrinin yaşadılması, qadınların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi ilə bağlı bundan sonra da müvafiq tədbirlər həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasında və əhalinin işlə təminatında əsaslı rol oynayır.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açmışdır. Dövlət proqramına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirəcəkdir. Əmək yarmarkasında işaxtaranlara 540 vakant iş yeri təklif olunacaqdır ki, onlardan da 401-i həkim, 139-u isə orta tibb işçisidir. Yarmarka bu il sentyabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında təşkil olunacaqdır. İşaxtaran ali və orta tibb təhsilli məzunların iştirakı məqsədəuyğundur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Sahibkarlıq fəaliyyəti zamanı risklərdən sığortalanma biznesin uğuruna zəmanət verən mühüm amillərdəndir. Əmlak sahibi olan hər bir sahibkar, adətən, öz biznesinə məsuliyyətlə yanaşır, gözlənilməz hadisələrdən vaxtında sığortalanmaqla dəyə biləcək zərərlərdən maddi təminat alınmasını təmin edir.  

Sığorta və sahibkarlıq fəaliyyəti bir-birindən asılı olan sahələrdir. Tarixən bu iki sahə arasında sıx əlaqələr olub. Belə ki, sığorta fəaliyyəti sahibkarların risklərini bölüşməklə, ümumilikdə, iqtisadiyyatın inkişafı üçün çox mühüm olan bir məsuliyyəti də öz üzərində daşıyır. Buna görə də sığor­taya olan tələb artdıqca, o, sahibkarlıq fəaliyyətinin bütün sahələrində real olaraq özünü hiss etdirir. Ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında sahibkar­ların sığortaya olan tələbatı da azad bazar sisteminin bərqərar olması və həyatın bütün sahələrində müşahidə olunan sürətli inkişafla əlaqədar daha da genişlənir.

Ardını oxu...

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının üzvləri olub.
İdmançıları Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. İdmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Şam yeməyindən sonra isə güləşçilər üçün vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib. Elə həmin gün idmançılar şahmat və dama üzrə yarışlarda qüvvələrini sınayıblar.
İkinci günə idmançılar mərkəzin stadionunda gimnastika hərəkətləri ilə başlayıblar. Səhər yeməyindən sonra mini-futbol qarşılaşmaları keçirilib. Gün ərzində güləşçilər üçün tamaşalar da nümayiş etdirilib. Nahar yeməyindən sonra federasiya üzvlərinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Mərkəzdə istirahət edən məşqçilər və idmançılar burada keçirdikləri ikigünlük istirahətdən razı qalıblar. Federasiyanın sədr müavini Faiq İsgəndərov bildirdi ki, artıq federasiyanın üzvləri bura mütəmadi olaraq gəlirlər. Mərkəzdə yaradılan şərait, idmançılara göstərilən diqqət onlar üçün əlavə stimuldur. Yaradılan bu şəraitə görə təşkilatçılara minnətdarlığımızı bildiririk.
Federasiyanın üzvü Namiq Əlizadə, Hüseyn Əhmədov vurğuladılar ki, mərkəzdəki istirahət onların qarşıdakı yarışlara hazırlığına müsbət təsir göstərəcək.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Ceyhun Məmmədov

Dünya binə olandan bəri insanlar vaxtı təyin etmək üçün müxtəlif üsullara əl atıblar. Bəzən bunu Günəş vasitəsilə etməyə çalışıblar, bəzən qum saatından istifadə ediblər, bəzən də su saatları kara gəlib. Zaman keçdikcə insanoğlu üçün saatlar həyatın ayrılmaz hissəsinə çevrilib, beləcə, saatlar da təkmilləşməyə başlayıb. Əvvəlcə divar saatları, sonra cib, daha sonra isə qol saatları meydana gəlib. Bu əşyalar evləri bəzəyib, ən vacib aksesuar kimi istifadə edilib. Bu gün dünyada elə ölkələr var ki, ənənəvi saat istehsalına görə bütün dünyada tanınır. Ən zəngin muzeylərdə isə dünyanın müxtəlif ölkələrində yüz illər öncə mahir ustalar tərəfindən düzəldilmiş saatlar sərgilənir. Bu saatlar düzəldilməsindən bu günə qədər əsrlər keçməsinə baxmayaraq, dəqiqliyi ilə seçilir. Onları düzəldən ustaların adı isə indi dünyanın tanınmış saat markalarına çevrilib. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən internet səhifəsi yaradılıb. Fondda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş 20 elektron xidmətin sayı 2016-cı ilin sentyabr ayından etibarən 21-ə çatdırılıb.

Ardını oxu...

(Replika)

– Yola çıxırıq, gəl mağazadan bir-iki şüşə su alaq.

– Ehtiyac yoxdur, Naxçıvan-Şərur yolu üzərində bir neçə bulaq-abidə kompleksi var. Həm su içərik, həm də yolun yorğunluğunu çıxararıq.
– Birdən su gəlməsə?
– Ola bilməz. Deyirsən yəni yol üstündə yaradılmış bir neçə bulaq-abidə kompleksinin heç birində su olmayacaq?
...Bu qısa dialoq, təxminən, iki-üç gün əvvəl Şərur rayonuna yollanarkən mənimlə redaksiyanın fotoqrafı arasında olmuşdu. Beləliklə, iş yoldaşımı su almaq fikrindən daşındırmışdım.

Ardını oxu...

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. 

24-25 avqust tarixlərində mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri olublar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. Karateçiləri Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İlk olaraq idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Azərbaycan rəssamlıq məktəbi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Rüfanə Qarayeva açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı məruzə edib.
Vurğulanıb ki, Azərbaycanda rəssamlıq sənətinin tarixi çox qədimdir. Ayrı-ayrı dövrlərdə Azərbaycan torpağında çox qüdrətli rəssamlar yetişib və rəssamlıq məktəbləri yaradılıb. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağı da istedadlı sənət adamlarının vətəni olub. XII əsrdə yaşamış memar Əcəmi Naxçıvani böyük sənət inciləri yaradıb. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərli, mərhum rəssamlardan Şəmil Qazıyev, Mircəlil Seyidov və digər görkəmli sənət adamları Naxçıvan sənətkarlıq məktəbinin yetirmələridir. Bu sənətkarlar Naxçıvan rəssamlıq məktəbinin yaradılmasında və onun zənginləşdirilməsində mühüm rol oynayıblar.

Ardını oxu...

Bu sərhəd kəndi həm də gözəl istirahət məkanıdır

Naxçıvan qədimliyi qədər möcüzələr diyarıdır. Burada hər obanın özünəməxsus gözəllikləri var. Xüsusən də dağlar qoynuna sığınan yaşayış məskənlərinin. Elə götürək yüksəkliklərdə qərar tutan Gərməçatağı. Babək rayonunun qeyri-adi spesifik cəhətlərə malik bu kəndi ecazkarlığı baxımından turizm üçün də son dərəcə faydalıdır desək, – yanılmarıq. Çünki füsunkar təbiəti, qeyri-adi təbii quruluşu, yaşıllıqlar qoynunda çağlayan buz bulaqları və sair xüsusiyyətləri ilə yanaşı, ab-havası da bunu təsdiqləyər. 

Bu günlərdə yolumuzu Gərməçataq kəndinə saldıq. Yolboyu gördüyümüz mənzərələr bizi heyranlıq cazibəsinə almışdı. Kəndə aparan yol dağların ətəyi ilə burula-burula hündürlüyə qalxırdı. Şose yolun sol tərəfindən axan çay ilan kimi qıvrıla-qıvrıla məcrasına doğru tələsirdi.
Gərməçatağa belə gözəllikləri seyr edə-edə gedirik. Maşınımız Aşağı Buzqov kəndinə gedən yoldan ayrılıb, dağ yoluna burulur. Məlumat üçün bildirək ki, getdiyimiz yol cari ildə yenidən qurulub. Altı metr enində və 6 kilometrlik məsafədə təmir işləri aparılıb, 10 yerdə selötürücü kanallar tikilib.
Abad yolla daha yüksəkliyə qalxdıqca gözəl mənzərələr bir-birini əvəz edir. Ətrafdakı həmərsin, yemişan, kəklikotu, dağ nanəsi, boz daşların üstündə şaxələnib yayılan, meyvələri yetişib partlayan çöl qarpızı göz oxşayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların, eyni zamanda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarının asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir.
Dünən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün Nağı İsmayılzadənin “Ağca və Bozca” pyesi əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşaya bu kateqoriyadan olan 75 uşaq baxıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmməd­ovdur. Teatrın aktyorları İlham Babayevin (Bozca), Şölə Novruzbəylinin (Ağca), Süleyman Süleymanovun (Xoruz), Mir Qabil Əkbərovun (Tülkü) və başqalarının canlandırdıqları surət və personajlar uşaqlarda şən nağıl dünyasına səyahət yaratmaqla maraqla qarşılanıb.

Əli RZAYEV

Yurd sevgili yuxarı yaycılılar torpağı qoruduqları kimi, onu əkib-becərməyi də bacarırlar

Şərur rayonunda Arpaçay dəryaçasının yaxınlığında, Kölgəli, Xizəngi dağları və Cənnət qayasının ətəyində bir kənd var: Yuxarı Yaycı. Bu yaşayış məntəqəsinin 4 kilometrliyində isə Aşağı Yaycı kəndi yerləşir. Aparılmış arxeoloji qazıntılar bu kəndlərin nə qədər qədim olduğundan xəbər verir. Yuxarı Yaycı kəndi həm də Ağzirət piri, Cənnətqaya yaşayış məskəni ilə tanınır. Ağzirət piri kənd əhalisinin inanc yerlərindən biridir. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Yuxarı Yaycının qədim yurd yeri olduğunu bu kəndin ərazisindəki Cənnətqaya yaşayış məskəni də təsdiqləyir. Kəndin şərq hissəsində yerləşən Cənnətqaya Son Tunc və İlk Dəmir dövrlərinə aid edilir.

Kənd hər tərəfdən dağlarla əhatə olunduğundan burada müalicəvi dağ bitkilərinə rast gəlmək olur: ələyəz, dağ nanəsi, pürk otu, limon ətirli kəklikotu və sair. Bu kənd həm də həmərsini ilə məşhurdur ki, bu kolun meyvəsinin soyuqdəymə və böyrək xəstəliklərində müalicəvi əhəmiyyəti olduqca böyükdür. Həmərsin çiçəklərindən bişirilən mürəbbə isə minbir dərdin dərmanıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə yeniyetmə voleybolçuların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.

Avqustun 21-22-də mərkəz 45 voleybolçunu qəbul edib. İdmançılar əvvəlcə Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olublar. Burada 2899 bitki növü yayılıb ki, onların bir çoxu endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Sonra idmançılar Ağbulaq İstirahət Mərkəzinə yol alıblar. Burada idmançılara məlumat verilərək bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. 2013-cü ildə istifadəyə verilən mərkəzin ərazisi 3,5 hektardır və 3 yaşayış korpusundan, 1 yeməkxana binasından ibarətdir.

Ardını oxu...

Adətən, ucqar dağ kəndlərinin insanları daha qonaqpərvər olurlar. Uca dağlara baş qoyub üzünü geniş düzənliyə tutan belə yurd yerlərinin insanları ilk gördüyümüz andan qonaqlara elə səmimi münasibət göstərirlər ki, sanki illərdir, tanıyırlar bir-birlərini. Düşünürsən ki, bəlkə, mətin qayaların, dağların ətəyindən pıqqıldayıb üzə çıxan bulaqların, yaz gələndə coşub-çağlayan dağ çayının, ya düzənlərdə adamın qəlbini oxşayan lalələrin saflığı, təmizliyi çöküb bu insanların qəlbinə? Budur, belə kəndlərdən birindəyik.
... Babək rayonunun Nəhəcir kəndində ilk olaraq kəndin yaraşıqlı məktəb binasının qapısını döyürük. Məktəblilərin yay tətili günləri olduğu üçün dəhlizdə səssizlik var. Hər tərəfdə səliqə-sahman göz oxşa­yır. Məktəb binası 2011-ci ildə istifadəyə verilib.
Məktəbin qocaman müəllimi Əli Tarverdiyev təhsil ocağının tarixindən söz açır, keçdiyi çətinlikləri dilə gətirir. Bildirir ki, əsası 1939-cu ildə qoyulmuş bu məktəbdə əvvəlcə kəndin uşaqları ibtidai təhsil alıblar, sonra səkkizillik, 1983-cü ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Müsahibimiz öz həyat yolunda çəkdiyi əziyyətlərdən də danışır. Deyir ki, ibtidai sinfi bitirəndən sonra Sirab kəndinə gedib. Bir il orada, üç il Culfa rayonunun Qazançı, sonrakı illəri Bənəniyar kəndində oxuyub.
Onun arzusu müəllim olmaq, öz doğma kəndində uşaqlara təhsil vermək imiş. Bu arzusunu reallaşdırıb və uzun illər məktəbə rəhbərlik edib. Deyir ki, 1967-ci ildə kənd camaatı ilə yığışıb məktəb binası tikdik. Amma getdikcə bina köhnəldi, yararsız hala düşdü. Onu da bildirir ki, çətinliklər içərisində olsaq da, məktəbimiz yaxşı məzunlar yetişdirmişdir. Qızıl, gümüş medal alanlar olub. Yetirmələrimiz bu gün müxtəlif sahələrdə çalışırlar. Burada dərs de­yən müəllimlərin hamısı öz məktəbimizin yetirmələridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2016-cı ilin iyul ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır. Ötən dövrdə fondun gəlirləri 6 milyon 236 min 850 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 232 vətəndaşa əmək pensiyası təyin olunmuşdur.
Yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq banklara 3 min plastik kart hazırlanması üçün sifariş verilmiş, 425 nəfər sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ilin iş planına uyğun olaraq iyul ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlər həyata keçirilmişdir.

Ötən ay işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 268 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 15 nəfər müvafiq peşə kurslarına, 30 nəfər haqqıödənilən ictimai işə cəlb edilmiş, 4 nəfər isə kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunan və peşə kurslarına cəlb olunanlardan 9-u məhdud fiziki imkanlı, 1-i hərbi xidmətdən tərxis olunan, 1-i isə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərdir. Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında əmək yarmarkaları keçirilmiş, 56 nəfər işlə təmin edilmişdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kursu 14 nəfər bitirmişdir. Hazırda traktorçu-maşınçı və bərbər peşələri üzrə kurslar davam etdirilir. Bu dövrdə işə­götürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi ilə əlaqədar 36 obyektdə nəzarət tədbirləri görülmüşdür.

Ardını oxu...

Yovşan mürəkkəbçiçəklilər fəsiləsinə aid olan kosmopolit növdür. Avrasiyada, Şimali və Cənubi Afrikada, Şimali Amerikada 400-dək, Qafqazın çöl və səhralarında 180, o cümlədən Azərbaycanda 42 növü yayılmışdır. Hündürlüyü 0,5 metrə çatan çoxillik ot tipli bitkidir. Şaxələnən yeraltı kökümsov gövdəyə malikdir. Kökboğazından yerüstü zoğlar inkişaf edir ki, onların da zirvəsində ətirli çiçəkləri formalaşır. Zoğun aşağı hissəsindəki yarpaqları ikilələkli, orta hissəsindəki sadə lələkli, yuxarıda olanlar isə üçqanadlıdır. Bu bitkinin bütün yerüstü hissəsi (çiçəklərdən başqa) boz rəngdədir. Çiçəkləri süpürgə şəklində yerləşmişdir. İyul-avqust aylarında çiçək açan bitkinin özünəməxsus ətri olur.

Adi yovşan. Mülayim iqlimə malik qurşaqların hər yerində rast gəlinir. Yabanı halda yol kənarlarında, çay və göl sahillərində yayılmışdır. Quru halda ədviyyat kimi istifadə olunur. Ət xörəklərində göyərti kimi işlədilir. Tərkibində 0,026-0,2 faiz efir yağı vardır.Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir. Yovşandan hazırlanmış cövhərdən iştahagətirici vasitə kimi qızardılmış və yağlı xörəklərin, xüsusilə də ördək və qaz ətlərinin yeyilməsində istifadə edilir. Yovşanın tərkibində kifayət qədər efir yağı, flavonoid, kumarin, sekviterien laktonları, absintin, anab-sintin, artabsin, xamazulin, vitaminlər, üzvi turşular, şəkər, selikli və az miqdarda alkoloidli maddələr vardır. Tərkibində efir yağının olması onun qurdqovucu, valerian turşusunun olması sakitləşdirici, fenol birləşmələrinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini göstərir. Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibdə bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən cari ilin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerlərinin hər ay toplanması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla müvafiq müəssisələrdə sorğular keçirilib.
Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı məqsədyönlü tədbirlər keçirilib, cari ilin ilk 6 ayı ərzində 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilib. İşə göndərilənlərin 64-ü sağlamlıq imkanları məhdud şəxs, 18-i hərbi xidmətdən yeni tərxis olunan, 5-i cəzaçəkmə müəssisəsindən azad edilən, 54 nəfəri isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləri olub. Eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər işlə təmin edilib, 164 nəfər müvafiq peşə kurslarına, 68 nəfər haqqıödənilən ictimai işə cəlb olunub. Bu müddət ərzində keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilib, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi, habelə fərdi təsərrüfatlarının inkişafı üçün iki aztəminatlı ailəyə müvafiq köməklik göstərilib, evlərdə xalça toxunuşu ənənəsi davam etdirilib.

Ardını oxu...

Burada sağlamlıq imkanları məhdud uşaqlara yüksək tibbi reabilitasiya xidməti göstərilir

Uşaqlara qayğı göstərmək, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrini, milli-mənəvi dəyərlərimizə sadiq bir şəxsiyyət kimi formalaşmalarını təmin etmək muxtar respublikamızda qarşıya qoyulan əsas məqsədlərdəndir. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu qəbildən olan uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

2007-ci ildə Naxçıvan Uşaq Bərpa Mərkəzinin istifadəyə verilməsi muxtar respublika sakinlərinin böyük sevincinə səbəb olub. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaqlara göstərilən qayğının əhəmiyyətindən danışaraq qeyd edib ki, biz cəmiyyətimizi inkişaf etdirmək istəyiriksə, müstəqilliyimizi əbədi etmək istəyiriksə, uşaqlara qayğı göstərməliyik. Dövlətimiz də uşaqlara qayğı, diqqət işini özünün prioritet məsələlərindən biri hesab edir. Ona görə ki, ümummilli liderimizin dediyi kimi, uşaqlar bizim gələcəyimizdir. Bu gələcək isə bu gün qurulur. Bu gün biz uşaqlara necə diqqət və qayğı göstərəcəyiksə, gələcəyimiz də o cür qurulacaqdır. Sağlamlığını itirmiş uşaqlar bundan sonra reabilitasiya mərkəzində müalicə alacaqlar və öz sağlamlıqlarını bərpa edib cəmiyyətə inteqrasiya olunacaqlar. Bunlar Azərbaycanda inkişafın olduğunu, dövlətin öz insanlarına qayğısını, eyni zamanda ölkəmizin qloballaşan dünyaya inteqrasiyasını göstərir.

Ardını oxu...

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir.
Avqust ayının 12-13-də mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yetirmələri olub. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib.Yeniyetmə atıcıları Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İlk olaraq idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər. Stolüstü oyunlarda mübarizə aparan yeniyetmə atıcılar arasında mərkəzin stadionunda futbol və voleybol yarışları keçirilib. Şam yeməyindən sonra isə idmançılara vətənpərvərlik mövzusunda sənədli film nümayiş etdirilib.

Ardını oxu...

Avqustun 12-də Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri açaraq son illər Kəngərlidə sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, sığorta cəmiyyətin mühüm tələbatlarından biridir. Müasir dövrdə muxtar respublikamızın sosial-iqtisadi həyatında sığorta fəaliyyəti genişlənməkdədir. Muxtar respublikamızda sosial-iqtisadi inkişafın mühüm tələbatı kimi sığorta münasibətlərinin də genişləndirilməsi və sığortanın bir çox növlərinin tətbiq edilməsi tələb olunur. Vurğulanıb ki, sığorta müxtəlif gözlənilməz hadisələr zamanı insan sağlamlığına, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə təminat verərək cəmiyyətin inkişafı üçün zəmin yaradır. Bu baxımdan ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən, vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin və mülki məsuliyyətin icbari qaydada sığortalanması müasir dövrün tələblərindəndir.

Ardını oxu...

Naxçıvan şəhəri rəngarəng, xoşətirli gül-çiçəklər və cürbəcür dekorativ ağaclarla dolu olan bir ünvana çevrilib. Meydanlardan, parklardan, xiyabanlardan, bağ-bağçalardan çiçəklərin rayihəsi gəlir, al-əlvan güllərin yaratdığı xoş mənzərələrdən insanın ruhu dincəlir, bu mənzərələr baxanların könlünü oxşayır. Belə məkanlardan birindəyəm.

Şəhərimizdəki Heydər Əliyev Muzeyinin qarşısında. Büllur kimi bərq vuran fəvvarənin yanında nəvəsi ilə istirahət edən Adilə Əlimərdanova ilə həmsöhbət oluram. Onun dediklərindən:
– Lap uşaq vaxtlarımdan gül-çiçəyi çox sevmişəm, bağ-bağata böyük marağım olub. Tale elə gətirib ki, çoxuşaqlı ailənin övladı olduğum üçün atam qardaşlarımı evlə təmin etmək məqsədilə böyük həyətimizi satıb, eyni binada üç mənzil alıb. Beləcə, öz gözəl bağ-bağçamızdan, rəngarəng güllərdən ayrı düşmüşəm. Elə ailə qurduqdan sonra da bağ-bağçalı həyət evi mənə qismət olmayıb. O vaxt şəhərimiz də, necə deyərlər, gül-çiçək baxımdan kasad idi. Bir-iki yerdə gülkarlıq olsa da, baxımsız olduqlarından, qulluq görmədiklərindən elə bahar aylarında solur, baxanların ürəyini ağrıdırdı. Həmişə bu gülkarlıqların yanından keçəndə onları sulamaq, diblərini yumşaltmaq könlümdən keçirdi. Ürəyimdə bu güllərin qulluğunda durmalı olanları qınayırdım. Nə isə...

Ardını oxu...

Qarpız deyəndə ağıla ilk gələn Nehrəm qarpızı olur. Babək rayonunun Nehrəm kəndində yetişdirilən qarpızın dadı tamamilə seçilir. Əsrlərdir ki, nehrəmlilər bostan məhsulları əkib-becərir, yetişdirdikləri qarpızın böyüklüyü, dadı, tamı ilə çoxlarını heyrətləndirirlər. Sərinlik gətirən, böyük müalicəvi əhəmiyyəti olan qarpız Nehrəm əkinçiləri üçün həm də qazanc mənbəyidir.

Culfa-Babək magistral yolunun üstündə sıra ilə düzülən bostan məhsulları içərisində Nehrəm qarpızı göz oxşayır. Neçə illərdir, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçiləri yaxşı səriştə və təcrübə qazanıblar. Yol kənarında bir neçə torpaq mülkiyyətçisi ilə həmsöhbət olduq. Öyrəndik ki, bu il sahibkar Cəmşid Həsənov 7 hektardan çox sahədə qarpız yetişdirib. Onun 3 övladı var. Hamısı da əkin-biçinlə məşğul olur. Əldə olunan qazanc ailəsinin tələbatını tamamilə ödəyir. O, qarpızın becərilmə üsullarından da danışdı. Dedi ki, aprel ayının sonu, may ayının əvvəllərində bostan məhsullarının əkininə başlayırıq. Kollar çiçəkləyənə qədər bir neçə dəfə su veririk. 3-4 dəfə tarlada alaq işləri aparır, kolların diblərini boşaldır, vər qoyuruq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti tədbir təşkil olunub.
Avqustun 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 10 uşağın iştirakı ilə “Oxu, qavra!” adlı mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilən hekayəni oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub. Yarışda ilk üç yeri tutan uşaqlara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükаfаtlаr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif tədbirlər təşkil edilir.
Avqustun 9-da adıçəkilən nazirliyin təşkilatçılığı ilə eşitmə qabiliyyəti məhdud 10 uşaq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfər­ov muxtar respublikada eşitmə imkanları məhdud uşaqlar üçün Bakıdan dəvət olunmuş müəllim tərəfindən kurs keçirildiyini diqqətə çatdıraraq hər il təşkili ənənə halını almış kursun bu illik dərs müddətinin sona çatdığını bildirdi. Lakin buna baxmayaraq, həftədə 4 dəfə olmaqla skayp üzərindən dərslər davam etdiriləcək.

Ardını oxu...

Gülüş insanın təbiətindən doğub; o, xalqın ruhundadır, qanındadır. Ustadların yaradıcılığına da xalqdan gəlib, onun folklorundan süzülüb. Usta sənətkar onu xalqdan alıb cilalayır və xalqın özünə qaytarır.
Həqiqi gülüş ustasının komik sənəti mütərəqqi amallara səsləyən yenilməz bir qüvvədir. Gülüş heç vaxt irtica və geriliyə xidmət etməyib. Gülüş qammasının bir başında Füzuli “Şikayətnamə”sinin acı təbəssümü, digərində Mirzə Cəlil qəhqəhələri durur. “Acı gülüş”, “dəhşətli gülüş”, “qəzəbli gülüş”, “şən gülüş və qəhqəhələr” kimi ifadələr gülüş qammasının müxtəlif təzahür hallarının estetik və filoloji ədəbiyyatda sabitləşmiş terminoloji ifadəçiləridir. Xalqımız satiraya, yumora əvəz­edilməz tənqidi, ifşaedici, islahedici vasitə kimi yanaşıb, bu mövqe öz əksini xalq yaradıcılığının bir sıra sahələrində, o cümlədən folklorda tapıb. Atalar sözü və məsəllər, lətifələr, təmsil, bayatılar, meydan tamaşaları, xalq dramları, oyunlar, məzhəkələr, qaravəllilər, dastanlar, aşıq şeirlərində satirik nəsrin element­ləri, dəyərli nümunələri var. Azərbaycanda bu janrda ən yaxşı əsərləri M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Möcüz, C.Məm­mədquluzadə, M.S.Ordubadi, M.Cəlal, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, S.Mümtaz, S.Rəhman, S.Qədirzadə, R.Əhmədzadə və başqaları yaratmışlar.

Ardını oxu...

Muxtar respublikanın ən qocaman sakininin 118 yaşı var

Hər kəs yüz il yaşamasa, günah onun özündədir. Bu qənaətlə çox tez-tez rastlaşırıq. Xüsusilə də uzun­ömürlü insanlardan bəhs edən veriliş və məqalələrdə. Təbii ki, insan özünə nə qədər qayğı göstərsə, sağlamlığına, qidalanmağına diqqət yetirsə, yaşamaq şansı bir o qədər də artar. Əlbəttə ki, o uzunömürlülük Allah-Taala tərəfindən həmin şəxsin alnına yazılıbsa. Bəli, çox yaşamaq üçün İlahinin həmin ömrü sənə hədiyyə etməyi vacib şərtdir. Hansı ki firavan, rahat həyat sürməyən bəzi insanlara da Allah yaşamdan pay verir, ömrünə ömür qatır. Bunlardan biri də dünyaya göz açdığı gündən əzab-əziyyətlərlə üzləşən, keşməkeşli həyat sürən Şərur rayon Kürçülü kənd sakini Qönçə Hümbətovadır. Üzündəki qırışlara illərin yorğunluğu həkk olunan 118 yaşlı bu nənə muxtar respublikamızın ən yaşlı sakinidir. 

Qönçə Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini talan etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşır. Doğulduğu gündən bəri çətin şəraitdə yaşayan bu qadın hardan biləydi ki, hələ qarşıda bundan da əzablı günlər onun yolyoldaşı olacaq. O, 9 yaşında ikən anasını itirir. Kənddə xeyirxah insanlar kimi tanınan Mahmud kişi və Şəkər arvad onu öz himayələrinə götürür, övladları kimi qoruyub nəvaziş göstərirlər. 40-cı illərdə Qönçə Hümbətovanın ailəsi Qazaxıstana sürgün edilir. Üç il burada sürgün olduqları müddətdə çox çətin, hətta səfil vəziyyətdə yaşayan ailənin 4 üzvü acından ölür – ailə başçısı və 3 oğlan övladı.

Ardını oxu...

Yayın isti günlərində insanlar istirahət etməyə daha çox ehtiyac duyurlar. Bu zaman kimisi ucqar dağ kəndlərinə, təbiətin qoynuna, kimisi də ölkə xaricinə üz tutmaqla bu ehtiyacını təmin etməyə çalışır. Digər tərəfdən qeyd etmək lazımdır ki, əhalinin həyat səviyyəsi yüksəldikcə insanların istirahət etmək imkanları daha da artır. Təbii ki, son illərdə ölkəmizə, eləcə də muxtar respublikamıza üz tutan turistlərin sayının artması, paralel olaraq yeni istirahət məkanlarının yaradılmasını zəruri edib. Bu baxımdan muxtar respublikada həyata keçirilən tədbirlər fərqli turizm məkanlarının fəaliyyətə başlamasına imkan verib ki, bu da özünəməxsus təbiət gözəllikləri ilə seçilən Naxçıvanda insanların istirahətinin daha səmərəli təşkili üçün düşünülüb.

Son illərdə yerli sakinlərin, eləcə də bu qədim diyara yolu düşən qonaqların ən çox üz tutduğu ünvanlardan biri də Naxçıvan şəhəri yaxınlığında yerləşən Uzunoba Su Anbar­ında yaradılmış çimərlikdir. İki il bundan əvvəl – 2014-cü ildə istifadəyə verilən çimərlik Naxçıvanda bu istirahət növünə olan ehtiyacın ödənilməsində mühüm rol oynayır. Ölkəmizin digər regionları ilə müqayisədə su mənbələrinin azlığı və quru kontinental iqlimə malik olması ilə seçilən muxtar respublikada çimərliyin yaradılması regionda həyata keçirilən tədbirlərin məqsədyönlülüyünü bir daha ortaya qoyur. Buna görə də adıçəkilən çimərliyin yaradılması, burada insanların rahatlığı üçün lazımi şəraitin təmin edilməsi hər kəs tərəfindən razılıqla qarşılanır.

Ardını oxu...

Avqustun 4-də Şərur rayonunun Dərəkəndində yaşayan Həsənovlar ailəsi dünyaya gələn 3 uşağın sevincini yaşayıb. Uşaqlardan ikisi qız, biri oğlandır. Naxçıvan Doğum Mərkəzində dünyaya göz açan uşaqların və ananın səhhəti qənaətbəxşdir.
Avqustun 6-da bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov üçəm uşaqların dünyaya gəlməsi münasibətilə ailəni təbrik edib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildiriblər ki, muxtar respublikada bərqərar edilmiş sosial-iqtisadi inkişafı region əhalisinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, ana və uşaqların sosial müdafiəsinin təmin olunmasında da görmək mümkündür. Dövlətimiz tərəfindən ana və uşaqların sağlamlıqlarının qorunması, onların müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunlar insanlar tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilməklə yanaşı, həm də tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və demoqrafik vəziyyətin yaxşılaşmasına müsbət təsirini göstərir.
Tədbir iştirakçıları ailəyə hədiyyələr təqdim ediblər. Qeyd edək ki, ailənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım təyin olunub. Anaya kömək məqsədilə uşaqlara baxmaq üçün əlavə həkim ayrılıb.
Yeni doğulan uşaqların anası Lalə Həsənova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Telli MUSTAFAYEVA

Əhalinin maddi rifah halının yüksəlişi ölkəmizin davamlı iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bu inkişafı xarakterizə edən əsas xüsusiyyətlərdən biri əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. İqtisadiyyatımızın davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi istiqamətində atılan addımlar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

Bu baxımdan muxtar respublikada təşkil olunan əmək yarmarkaları mühüm məşğulluq tədbiri kimi əhəmiyyətli rol oynayır. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri ilə işaxtaran vətəndaşların birbaşa təmasına imkan verən əmək yarmarkaları vətəndaşların daimi işlə təmin olunmasına şərait yaradır. Növbəti belə əmək yarmarkası Naxçıvan şəhərində keçirilib.

Ardını oxu...

Avqustun 4-də Şərur Şəhər Mədəniyyət Sarayında keçirilmiş növbəti əmək yarmarkasında Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Hüseynov çıxış ediblər.

Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin edilməsi, işsizliyin aradan qaldırılması üçün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiya bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafını əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsi kompleks inkişaf templərinin sürətləndirilməsinə şərait yaratmaqla, yeni iş yerlərinin açılmasına, məşğulluğun təmin olunmasına, yoxsulluğun aradan qaldırılmasına geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrasının uğurla başa çatdırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayıb. Aparılan səmərəli və məqsədyönlü işin nəticəsidir ki, son illər minlərlə vətəndaşımız yeni iş yerləri ilə təmin olunub, onların maddi rifah halı və sosial vəziyyəti daha da yaxşılaşıb. Bu il yanvar ayının 11-də Ali Məclisin Sədri tərəfindən təsdiq olunmuş növbəti dövlət pro­qramı isə 2016-2020-ci illəri əhatə edir.

Ardını oxu...

Şahbuz rayonunun bu qol üstdə yerləşən yaşayış məntəqələri müasirlik donundadır

Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyridib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Sözün həqiqi mənasında, Batabat Naxçıvan adlı ulu məmləkətimizin mərcan gözüdür. İlin bu fəslində qoynunu insanlara açan bu füsunkar yaylaq son illər əsl gülüstana çevrilib, təmizlik, səliqə-sahman göz oxşayır.

Yolumuz Şahbuz şəhərinədir

Batabata getmək fikrimiz qətiləşəndə yadıma kiçik Şahbuz rayonunun sovet dönəmi düşdü. Ucqar əyalət timsallı təbii gözəlliklər diyarı elə bil yaddan çıxmış bir yurd yeri idi. Kənddən seçilməyən indiki Şahbuz şəhərinin ovaxtkı miskin görkəmi, darısqal, tozlu-torpaqlı küçələri buraya rayon mərkəzi deməyə imkan vermirdi.

Ardını oxu...

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta insanların həyatına və sağlamlığına, əmək qabiliyyətinə dəyən zərərlərin əvəzinin ödənilməsinə xidmət edən mühüm bir sığorta növüdür. Onun icbari qaydada tətbiq olunması isə ictimai zərurətdən irəli gəlib, həm işəgötürənin, həm də işçilərin mənafeləri burada ön planda tutulur.
İnsanın sağlamlığı onun ən qiymətli sərvətidir. O təkcə özü üçün deyil, həm də bütün cəmiyyət üçün dəyərlidir. Bununla belə, insanın əmək fəaliyyəti müxtəlif risklərlə müşayiət olunaraq onun əmək qabiliyyətinin itməsinə də səbəb ola bilər. Misal üçün, istehsalatda texniki avadanlıqlarla ehtiyatsız davrandıqda, yaxud bir anlıq diqqətsizlik etdikdə baş verən hadisələr kəskin nəticələr doğura bilər və ya zərərli iş prosesi ilə əlaqədar olaraq müxtəlif peşə xəstə­likləri törənər. Görülən bütün qabaqlayıcı tədbirlərə və yeni texnologiyaların tətbiqinə baxmayaraq, bəzən qaçılmaz olan belə hadisələr nəticəsində dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün vaxtında sığorta olunmaq çox mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının istirahəti təşkil edilib.
45 kursantın iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlərdən danışıb, bu tədbirin təşkil edilməsində məqsədin gənclərin yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olduğunu bildirib. Vurğulanıb ki, bu gün muxtar respublikada gənclərin hərtərəfli inkişafı, asudə vaxtının səmərəli təşkili, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

2005-ci ildə Naxçıvanda məcburi köçkün ailələrinə mənzillərin verilməsini yaxşı xatırlayıram. Hər dəfə o evlərin birinin qarşısından keçəndə həyətdə gördüyüm müxtəlif əl işləri həmişə diqqətimi çəkib. Həmin əl işlərinə muxtar respublikanın müxtəlif ünvanlarında da rast gəlmişəm. Bu sənət nümunələrinin yaradıcısı Əkbər Vəliyevdir. 

O, 1967-ci ildə Qərbi Azərbaycanda anadan olub. Məlum hadisələrə görə ailəsi ilə 1988-ci ildə ata-baba torpağını tərk etmək məcburiyyətində qalıb Naxçıvana gəliblər. İlk günlər bir çox çətinliklərlə üzləşsələr də, o günlərin ömrü az olub. Ailəsi ilə bu diyarda dövlətimizin qayğısı ilə özünə gün-güzəran qurub. Ən böyük qayğı isə ailənin dövlətimiz tərəfindən evlə təmin edilməsi olub. Məzar daşları düzəldib satan Əkbər bu yolla ailəsini dolandırmağa başlayır. Onun dediklərindən:

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbiri Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, vətəndaşların səmərəli məşğullu­ğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. İndiyədək təşkil olunan əmək yarmarkalarında yüzlərlə rayon sakini işlə təmin olunub. Cari ildə də bu ənənə davam etdirilir.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxışında qeyd edib ki, rayonda aparılan tikinti-quruculuq tədbirləri mühüm infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, işaxtaran vətəndaşların da məşğulluq problemlərinin həllinə töhfə verir. Eyni zamanda idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 145 boş iş yerinin çıxarıldığı yarmarkada 17 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib.
Festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, təhsil sistemində də mütərəqqi islahatlar həyata keçirilməkdədir. 1996-cı ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həyata keçirilən tədbirlər sırasında məktəbdənkənar müəssisələrin fəaliyyəti də diqqətdən kənarda qalmayıb. 20 il bundan əvvəl belə müəssisələrin fəaliyyəti tamamilə dayandırılmışdı. Bu gün isə muxtar respublikada şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində 44 belə müəssisə fəaliyyət göstərir. Ayrı-ayrı rayonlarda şahmat məktəbləri, uşaq-gənclər yaradıcılıq mərkəzləri və başqa məktəbdənkənar müəssisələr üçün inzibati binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq uşaq və gənclərimizin istifadəsinə verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi Ağbulaq İstirahət Mərkəzində “Gənclərin yay məktəbi”ni təşkil ediblər.
Burada gənc fəallar müxtəlif mövzularda diskussiyalarda, intellektual oyunlarda iştirak edib, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə fəallığın təmin edilməsi mövzularında keçirilən seminarlarda müzakirələr aparıblar.
Altıgünlük istirahətin ilk günlərində gənclər “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı seminarda iştirak ediblər, “Ağbulaq” bulağında və Batabat yaylağında, Şahbuz rayonunun ərazisindəki tarixi yerlərdə olublar. Həmçinin gənclər proqrama uyğun olaraq, 27 və 28 iyul tarixlərində “Nuh yurdu” intellektual oyununda iştirak ediblər. 26, 27 və 28 iyulda isə müvafiq olaraq təşkil olunan mini-futbol, şahmat və voleybol yarışlarında gənclərin fəallığı diqqətdən yayınmayıb.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlar hərtərəfli qayğı ilə əhatə ediliblər. Onlar dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. İstedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da xüsusi diqqət göstərilir.

Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar 71 istedadlı qadının 428, 2014-cü ildə “Muxtariyyət ili” ilə əlaqədar 157 istedadlı qadının 343 rəsm və əl işi sərgi-satışlara çıxarılıb. Ötən ilin oktyabr ayının 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil olunan istedadlı qadınların əl işlərinin sərgisi də onlara göstərilən diqqət və qayğının parlaq təzahürü kimi dəyərləndirilib. Həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək aidiyyəti orqanların qarşısında mühüm vəzifələr qoyaraq deyib: “Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aid dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər. Hər bir kəndə, rayona xas olan milli dəyərlər muxtar respublikanın, muxtar respublikada toplanan milli dəyərlər isə ümumilikdə, Azərbaycan xalqının milli dəyərlər sisteminə daxildir. Ona görə də bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən növbəti əmək yarmarkası iyulun 28-də Şahbuz rayonunda keçirilib. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq əmək yarmarkalarının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşlar arasında qarşılıqlı ünsiyyətin təşkil edilməsindən, işəgötürənlərin qısa vaxt ərzində müasir biliklərə yiyələnmiş ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaqdan və onların işlə təmin olunmalarına köməklik göstərilməsindən ibarətdir.
Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Vurğulanıb ki, rayon Məşğulluq Mərkəzi tərəfindən hazırlıq məqsədilə görülən işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 103 boş iş yerinin çıxarıldığı yarmarkada 14 nəfərə işə göndəriş verilib.
Növbəti yarmarka bu gün Culfa rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

İşaxtaran vətəndaşların münasib işlə təmin olunmaları məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bölgələrdə əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Növbəti əmək yarmarkası iyulun 27-də Kəngərli rayonunda təşkil edilib.
Yarmarkada rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, aktiv məşğulluq tədbirləri kimi dəyərləndirilən əmək yarmarkaları işaxtaran vətəndaşların münasib işlərlə təmin olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də muxtar respublikada əmək bazarının müasir tələblər səviyyəsində formalaşmasına şərait yaradıb. Bildirilib ki, mərkəz tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev təşkil olunan əmək yarmarkalarının rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib. Bildirilib ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar.
Yarmarkada 21 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Babək rayonunun Qahab Kənd Mərkəzində keçirilib. .

Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmməd­ova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.

Ardını oxu...

– Salam, Tağı usta, gəlmək olar?
– Niyə olmur gəl, yəqin taxıl gətirmisən üyütməyə.
– Yox, bu dəfəlik taxılım yoxdu.
– Bəs onda nə yaxşı, ay qardaş?
– Dedim bu dəfə söz üyüdək.
– Hə, bu başqa məsələ, qoy üyüdülmüş buğda unu ilə son çuvalı da doldurum gəlirəm. Söz üyütmək bir az çətin olacaq, ancaq neyləyək.

... Ötən günlərdə Culfa rayonunun Camaldın kəndində fəaliyyət göstərən, su dəyirmanının olmazsa olmazından olan çax-çaxın səs saldığı dəyirmanın sahibi, sözün həqiqi mənasında, peşəsini bilən, bir sözlə, köhnə dəyirmançı Tağı Abdullayevlə söhbətə “körpü”nü bax belə salmışdım. Sonra məlum oldu ki, o, su dəyirmanının olduğu kimi, sözün də xiridarı, həm də yaxşı həmsöhbətdi. Elə ilk baxışda bizə mehriban, işgüzar və gülərüz insan təəssüratı bağışlayan müsahibimlə çay süfrəsi arxasındakı söhbətimiz maraqlı alındı:
– Sizin üçün su dəyirmanı nədir?

Ardını oxu...

 İlk məktəb

Ötən minilliklərdən bu günə kimi azərbaycanlı ailələri bəşər sivilizasiyasının ayrılmaz hissəsi olaraq dünya mədəniyyəti xəzinəsinə çox sanballı töhfələr vermiş, özünəməxsus zəngin mədəni-mənəvi, milli irs yaratmışlar. İnsan üçün hər şey ailədə başlayır. Dil açıb danışmaq da, ayaq tutub yerimək də, gülmək də, ağlamaq da... Düşünürəm ki, körpənin qığıldaması, ilk dəfə ana sözünü deməsi Vətənin mənafeyini müdafiə etməyin, ayaqda dayanıb ilk addımlarını atması torpağımızı qorumağın, gülməsi el-obanın sevincini, ağlaması isə kədərini bölüşməsinin ifadəsidir. Kim bilir, bəlkə də, hər birimizin körpə ikən isti ana qucağında olmaq istəyi daim Vətən qoynunda yaşamaq eşqidir. Anasız qalmağın çığır-bağırtıları, bəlkə də, Vətənsiz qala bilməməyə bir işarədir. Göründüyü kimi, həyata ilk qədəmlərimizi qoyduğumuz andan ən ali həyat məktəbi olan ailənin verdiyi dərslərdə milli dəyərlərimizin işartıları duyulmaqdadır. Və ömürboyu bizi müşayiət etmək gücünə malikdir. Ailə mənəvi gözəllik, şirin duyğulu isti bir ocaq olmaqla yanaşı, vətənpərvərlik, ağsaqqala, ağbirçəyə hörmət, uşağa qayğı, qonaqpərvərlik, milli mətbəx və geyimlər, adət-ənənələr, folklor, mənəviyyat kimi milli dəyərləri bizə aşılayan əvəzolunmaz ilk məktəbdir.

Ardını oxu...

 Əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublikamızda keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi iyulun 26-da Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib. 

Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı­lığının təmin edilməsi məqsədilə hazırlanan yeni proqram əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.

Ardını oxu...

Əhali gəlirlərinin artırılmasına yönəlik məşğulluq tədbirləri həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sayılır. Naxçıvan Muxtar Respublikasında əhalinin daimi məşğulluğunun təmin olunması üzrə görülən bütün işlər də sosial-iqtisadi inkişaf istiqamətində qəbul olunmuş dövlət proqramlarının və digər mühüm tədbirlərin uğurlu icrası sayəsində mümkün olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, cari ilin ilk 6 ayının yekunlarına əsasən, Naxçıvan Muxtar Respublikasında mülki sektorda 94 min nəfər stabil əməkhaqqı təminatı ilə işləməkdədir. Əhali məşğulluğuna dair məlumatların keyfiyyət göstəricisinə gəldikdə isə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı məbləğinin 404 manat olduğu bildirlir. Qeyd edək ki, bu göstərici üzrə Naxçıvan Muxtar Respublikası paytaxt Bakı şəhərindən sonra ölkəmizin bütün regionları arasında ilk yeri tutur. Əgər muxtar respublika üzrə iqtisadi fəal əhalinin ümumi sayının 231 min 600 nəfər olduğunu nəzərə alsaq, bütün bunların əmək bazarının təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin məntiqi nəticəsi olduğunu görərik. Naxçıvanda kiçik və orta sahibkarlığın dəstəklənməsi, ixracyönümlü yerli istehsalın stimullaşdırılması ilə yanaşı, işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün həyata keçirilən davamlı tədbirlər də burada özünü göstərir. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda muxtar respublikada işsiz statusunda qeydə alınmış heç bir vətəndaşın olmadığı bildirilir. Muxtar respublikada əməyin mühafizəsi və işçilərin əmək hüquqlarının təmin olunması da əhalinin məşğulluq imkanlarına müsbət təsir edir.

Xəbərlər şöbəsi

Cəmiyyəti formalaşdıran, inkişaf etdirən əsas amillərdən biri də təhsildir. Güclü ideyaların insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən təhsilə, təlim-tərbiyə prosesinə tətbiqi müasir cəmiyyətin xarakterik xüsusiyyətlərindəndir. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədi də təhsil alanları sağlamdüşüncəli, yüksək bilikli şəxsiyyət və vətəndaş kimi formalaşdırmaq, kamil insan tərbiyə etməkdir. Muxtar respublikamızda hər bir sahədə olduğu kimi, təhsilin inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sırada xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə göstərilən diqqət ayrıca qeyd olunmalıdır.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş və icrası uğurla başa çatdırılmış “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı” uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratmışdır. Bu qəbildən olan uşaqlarla bağlı aparılan işin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara qayğının davamlı xarakter aldığının göstəricisidir. Proqramın qəbul edilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarını təmin etmək, onları tam və bərabərhüquqlu şəxsiyyət kimi formalaşdırmaqla özünə inam hissi yaratmaq, tədris prosesində müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, bu sahə üzrə müvafiq pedaqoji kadrlar hazırlamaqdan ibarətdir. Proqramın icrasını həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiya sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranmış çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət edilməsi məqsədilə muxtar respublikanın məktəbəqədər, ümumtəhsil, tam orta, məktəbdənkənar təhsil müəssisələrində, uşaq musiqi məktəblərində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində monitorinqlər aparmışdır. Monitorinqlər zamanı bu qəbildən olan uşaqlarla fərdi qaydada söhbətlər təşkil edilmiş, Naxçıvan Müəllimlər İnstitutu tərəfindən hazır­lanmış “Xüsusi qayğıya ehtiyacı olan şagird haqqında məlumat kitabçası”nın işlənmə qaydası yoxlanılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR