23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən növbəti əmək yarmarkası iyulun 28-də Şahbuz rayonunda keçirilib. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq əmək yarmarkalarının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşlar arasında qarşılıqlı ünsiyyətin təşkil edilməsindən, işəgötürənlərin qısa vaxt ərzində müasir biliklərə yiyələnmiş ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaqdan və onların işlə təmin olunmalarına köməklik göstərilməsindən ibarətdir.
Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Vurğulanıb ki, rayon Məşğulluq Mərkəzi tərəfindən hazırlıq məqsədilə görülən işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 103 boş iş yerinin çıxarıldığı yarmarkada 14 nəfərə işə göndəriş verilib.
Növbəti yarmarka bu gün Culfa rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR