23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən internet səhifəsi yaradılıb. Fondda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş 20 elektron xidmətin sayı 2016-cı ilin sentyabr ayından etibarən 21-ə çatdırılıb.

Fond tərəfindən sığortaedənlərin istifadəsinə verilmiş yeni “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu” elektron xidməti Naxçıvan Muxtar Respublikası “Elektron hökumət” portalında və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsində yerləşdirilib. Elektron xidmətdən istifadə üçün sığorta­edən www.dsmf.nakhchivan.az internet ünvanına daxil olur, Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş e-imza kartı ilə bu elektron xidməti seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş müraciət və sənədlər Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən qəbul edilir və bu barədə sorğu edənə elektron təsdiq­etmə bildirişi göndərilir. Yeni istifadəyə verilmiş elektron xidmət dəfn müavinətinin alınması üçün müvafiq sənədlərin sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra fondun yerli orqanlarına təqdim edilməsi prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır.
Müavinətin ödənişi fondun yerli orqanları tərəfindən dəfn üçün müavinətin ödənilməsi ilə bağlı sənədlərin elektron formada təqdim edilən haqq-hesab cədvəlinə, müavinət təyin edən komissiyanın protokolunun, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş ölüm haqqında arayış və öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə bələdiyyə tərəfindən verilmiş arayışın skayner qurğusundan keçirilmiş surətlərinə əsasən həyata keçirilir. Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə xidmətdən istifadə mümkün deyildir. Müavinət təyin edən komissiyanın protokolunun, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş ölüm haqqında arayışın və müvafiq bələdiyyə tərəfindən verilmiş öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə məlumatı əks etdirən arayışın skayn edilmiş surətləri təqdim edilmədikdə bu xidmətin göstərilməsindən imtina edilir.
Qeyd etmək lazımdır ki, dəfn üçün müavinətin məbləği sığortaolunanlar üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanına əsasən, 120 manat məbləğində, əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli miqdarında, yəni 330 manat məbləğində təyin olunub.
Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Sığorta-pensiya sistemində həyata keçirilən islahatlara uyğun olaraq fond tərəfindən digər elektron xidmətlərin də aktivləşdirilməsi və “Elektron hökumət” portalına inteqrasiya edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR