23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ilin iş planına uyğun olaraq iyul ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlər həyata keçirilmişdir.

Ötən ay işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 268 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 15 nəfər müvafiq peşə kurslarına, 30 nəfər haqqıödənilən ictimai işə cəlb edilmiş, 4 nəfər isə kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunan və peşə kurslarına cəlb olunanlardan 9-u məhdud fiziki imkanlı, 1-i hərbi xidmətdən tərxis olunan, 1-i isə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərdir. Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında əmək yarmarkaları keçirilmiş, 56 nəfər işlə təmin edilmişdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kursu 14 nəfər bitirmişdir. Hazırda traktorçu-maşınçı və bərbər peşələri üzrə kurslar davam etdirilir. Bu dövrdə işə­götürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi ilə əlaqədar 36 obyektdə nəzarət tədbirləri görülmüşdür.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Təlimlərə 122 uşaq cəlb olunmuşdur. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə kompüter vasitəsilə “Yurdumuzu tanıyaq” bilik müsabiqəsi və boccia idman növü üzrə yarış keçirilmişdir.
Yay tətili günlərində sağlamlıq imkanları məhdud, hər iki valideyni­ni itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı və şəhid ailələrin uşaqlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə uşaqların Naxçıvan şəhərində olan muzeylərə, tarixi-memarlıq abidələrinə ekskursiyaları təşkil olunmuş, Naxçıvan Dövlət Film Fondunda onlara Azərbaycan filmləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında isə tamaşa nümayiş etdirilmişdir.
İyul ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 458 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 16 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 27 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 34 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 5 uşaq isə valideynlərinin müşayiəti ilə müalicə üçün Türkiyə Respublikasına göndərilmişdir. Eyni zamanda 41 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 6 nəfər texniki reabilitasiya vasitələrilə təmin olunmuş, 2 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 5 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilmişdir. Fiziki imkanları məhdud idmançıların isə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR