23 Dekabr 2024, Bazar ertəsi

Əhali gəlirlərinin artırılmasına yönəlik məşğulluq tədbirləri həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sayılır. Naxçıvan Muxtar Respublikasında əhalinin daimi məşğulluğunun təmin olunması üzrə görülən bütün işlər də sosial-iqtisadi inkişaf istiqamətində qəbul olunmuş dövlət proqramlarının və digər mühüm tədbirlərin uğurlu icrası sayəsində mümkün olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, cari ilin ilk 6 ayının yekunlarına əsasən, Naxçıvan Muxtar Respublikasında mülki sektorda 94 min nəfər stabil əməkhaqqı təminatı ilə işləməkdədir. Əhali məşğulluğuna dair məlumatların keyfiyyət göstəricisinə gəldikdə isə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı məbləğinin 404 manat olduğu bildirlir. Qeyd edək ki, bu göstərici üzrə Naxçıvan Muxtar Respublikası paytaxt Bakı şəhərindən sonra ölkəmizin bütün regionları arasında ilk yeri tutur. Əgər muxtar respublika üzrə iqtisadi fəal əhalinin ümumi sayının 231 min 600 nəfər olduğunu nəzərə alsaq, bütün bunların əmək bazarının təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin məntiqi nəticəsi olduğunu görərik. Naxçıvanda kiçik və orta sahibkarlığın dəstəklənməsi, ixracyönümlü yerli istehsalın stimullaşdırılması ilə yanaşı, işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün həyata keçirilən davamlı tədbirlər də burada özünü göstərir. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda muxtar respublikada işsiz statusunda qeydə alınmış heç bir vətəndaşın olmadığı bildirilir. Muxtar respublikada əməyin mühafizəsi və işçilərin əmək hüquqlarının təmin olunması da əhalinin məşğulluq imkanlarına müsbət təsir edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR