23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən cari ilin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerlərinin hər ay toplanması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla müvafiq müəssisələrdə sorğular keçirilib.
Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı məqsədyönlü tədbirlər keçirilib, cari ilin ilk 6 ayı ərzində 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilib. İşə göndərilənlərin 64-ü sağlamlıq imkanları məhdud şəxs, 18-i hərbi xidmətdən yeni tərxis olunan, 5-i cəzaçəkmə müəssisəsindən azad edilən, 54 nəfəri isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləri olub. Eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər işlə təmin edilib, 164 nəfər müvafiq peşə kurslarına, 68 nəfər haqqıödənilən ictimai işə cəlb olunub. Bu müddət ərzində keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilib, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi, habelə fərdi təsərrüfatlarının inkişafı üçün iki aztəminatlı ailəyə müvafiq köməklik göstərilib, evlərdə xalça toxunuşu ənənəsi davam etdirilib.

2016-cı ilin iyul-avqust aylarında keçirilən əmək yarmarkaları adıçəkilən proqramın icrasında mühüm rol oynayıb. Belə ki, əmək yarmarkalarına qədər muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda sahibkarlıq subyektlərində olan boş iş yerləri məşğulluq mərkəzləri tərəfindən müəyyənləşdirilib, yarmarkalarda işaxtaran vətəndaşlara təqdim olunub. Muxtar respublikanın kütləvi informasiya vasitələrində əmək yarmarkalarının keçirilməsi barədə əhaliyə məlumatlar verilib.
Keçirilən əmək yarmarkalarına 212 idarə, müəssisə və təşkilatdan, o cümlədən 105 özəl sektor olmaqla, vətəndaşlara 1541 boş iş yeri təqdim edilib. Boş iş yerlərinin 1277-si dövlət, 264-ü qeyri-dövlət müəssisələrinə aid olub.
Əmək yarmarkalarında 172 nəfər daimi işlə təmin edilib. İşlə təmin olunanların 101-i dövlət, 71 nəfəri isə özəl sahədə işləməyə başlayıb.
Gənclər və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb və işlə təmin edilənlərdən 68 nəfəri 29 yaşadək gənc­lər, 4 nəfəri isə sağlamlıq imkanları məhdud olan şəxslər olub.
Dövlət proqramının icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR