22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında təşkil edilən tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Universitetinin ərazisində “Yaşıllıqlara qulluq” aksiyası keçirilib. Aksiyanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu təşkil edib.

Aksiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək ötən ayın son günlərindən etibarən startı verilən ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin əhəmiyyətindən bəhs edib, tələbə-gənclərin bu aksiyalarda fəal iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təşkil edilən bu aksiyalar gənclərin maarifləndirilməsinə, onların ekoloji mədəniyyətlərinin artırılmasına xidmət etməklə bərabər, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların artırılmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin muxtar respublikanın təbiəti haqda ətraflı məlumat almasına səbəb olub. Həmçinin bu aksiyaların iştirakçıları diskussiyalar vasitəsilə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnib, bu tədbirlərdə ekologiyaya vurulan ziyanın mümkün qədər azaldılması yolları müzakirə edilib. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən hər il iyunun 5-i “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd olunur.

Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”, – deyən ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən tədbirlər davam etdirilir.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya keçirilib.
Tədbirdə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Talıbov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan diyardır. Bu baxımdan burada Nəbatat bağının yaradılması əhəmiyyətli və mühüm addımdır. Bu bağın yaradılmasında əsas məqsəd insanların Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş bəzi bitki növləri mövcuddur.

Ardını oxu...

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Şərur Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov son illərdə sığorta sahəsində rayonda görülmüş işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov tədbirdə çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi sahəsində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, sığorta münasibətlərinin də inkişafını şərtləndirir.

Ardını oxu...

Yumurta qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarından olduğuna görə istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Yumurta alarkən ehtiyatlı olmaq lazımdır. Çünki qida rasionumuzun əsasını təşkil edən yumurta keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. 

Yumurta qidalılıq dəyərinə görə yüksəkkeyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində tam dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Yumurta maddələr mübadiləsinin normal getməsinə müsbət təsir edir, sinir sistemini möhkəmləndirir, infeksion хəstəliklərə qarşı müqaviməti artırır, uşaqları isə raхit хəstəliyindən qoruyur. Ortayaşlı adam fizioloji normaya əsasən ildə 260 ədəd (3 gündə 2 ədəd) yumurta yeməlidir.
Yumurta 0+20º C temperaturda, 85-88 faiz nisbi rütubətdə saxlanmalıdır. Pərakəndə ticarət şəbəkələrində optimal şəraitdə yumurtanın saxlanılma müddəti yaz-yay mövsümündə 3 gün, payız-qış mövsümündə 6 gündür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində bir sıra tədbirlər həyata keçirilib.
Nazirlikdən aldığımız məlumata görə, məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə yaradılmış məlumat bazası yenilənib. Bu kateqoriyadan olan uşaqların əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil müəssisələrinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbə, habelə distant dərslərə cəlb olunması diqqət mərkəzində saxlanılıb, məktəbəqədər təhsil müəssisələrinə bu kateqoriyadan olan 70 uşaq cəlb edilib.
Sağlamlıq imkanları məhdud uşaqların məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb. Muxtar respublikanın ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud 921 uşaq təhsil alır.

Ardını oxu...

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar davam etdirilir.

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin təşkilatçılığı ilə Uzun­oba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası keçirilib.
Naxçıvan Dövlət Texniki və Musiqi kollecləri tələbələrinin iştirak etdiyi aksiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyev tələbələrə muxtar respublikada ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər, təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər. Qeyd edilib ki, ekoloji problemlərin həllində ictimaiyyətin, eləcə də gənclərin rolu böyükdür. Son dövrlərdə muxtar respublikada ekologiyanın və ətraf mühitin mühafizəsinə gənclərin daha çox maraq göstərməsi, keçirilən aksiyalarda onların böyük ruh yüksəkliyi ilə iştirakı bu sahədə aparılan maarifləndirmə işlərinin nəticəli olmasından, gənclərin ekoloji təfəkkürünün inkişafından xəbər verir.

Ardını oxu...

Dünən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “İstedadlı uşaqlar” adlı festival keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. Bildirib ki, hazırda muxtar respublika əhalisinin 35,8 faizini uşaqlar təşkil edir. Bu uşaqlar dövlətimizin böyük qayğısı ilə əhatə olunub.

Ardını oxu...

Bir vaxtlar saatlarla, günlərlə təbii qaza və elektrik enerjisinə həsrət qalan muxtar respublikamızda bu problem, neçə illərdir ki, öz həllini yüksək səviyyədə tapıb. Bu gün isə yeni texnologiyaların tətbiqi günün reallığına çevrilib.
Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılması naxçıvanlılar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, ötən ilin iyul ayından ilkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində və digər ünvanlarda yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. İndiyədək 10 min 400-dən çox sayğac quraşdırılıb.

Ardını oxu...

Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətidir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev uşaqlara qayğını əsas istiqamət kimi müəyyənləşdirmiş, uşaqların təhsilinə, dünyagörüşlərinin formalaşdırılmasına və sağlamlıqlarının qorunmasına diqqət artırılmışdır. 

“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkə­mizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmış, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bununla yanaşı, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul etmişdir.

Ardını oxu...

 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib. 

Sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, son illər bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili təmin edilib, müasir tələblərə cavab verən müəssisələr tikilib istifadəyə verilib. Həmin müəssisələrdə uşaqlara xidmət ən yüksək səviyyədə qurulub, müalicələri üçün münbit şərait yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənc­lər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiyalara başlanılıb.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri, Ali Məclisin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər birlikləri tərəfindən keçirilən aksiyalarda gənclərin ekoloji biliklərinin zənginləşdirilməsi, onlarda təbiətə məhəbbət hissinin aşılanması məqsədilə xüsusi estetik gözəlliyi olan təbiət ərazilərinə eko­turizm marşrutları üzrə gəzintilər təşkil olunur, təmizlik tədbirləri görülür.
İlk belə tədbirə Şahbuz və Babək rayonlarının gəncləri qatılıblar. Tədbirdə 100-ə yaxın gənc iştirak edib. Gənclər ilk olaraq Batabat yaylağının fauna və flora aləmi, təbiət abidələri ilə tanış olublar. Sonra tədbir iştirakçıları ərazinin təbiət gözəllikləri olan “Zorbulaq”, “Üzən ada” kimi təbiət əraziləri haqqında məlumatlandırılıblar.
Dünən isə Ordubad və Culfa rayonları gənclərinin Ordubad Milli Parkına maarifləndirici ekskursiyası təşkil edilib. Hər iki tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış məlumat bukletləri gənclərə paylanılıb, təbiət ərazilərində təmizlik aksiyası keçirilib.
Qarşıdakı günlərdə bu tədbirlər digər turizm potensialı olan təbiət ərazilərində də davam etdiriləcəkdir.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqlarının tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilib.
Ekskursiya iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Muzeydə uşaqlara ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə gördüyü işlər haqda söhbət açılıb, eksponatlar barədə məlumat verilib. Uşaqların çox maraq göstərdikləri eksponatlardan biri ulu öndərimizin xalça üzərinə köçürülmüş ailə fotosu olub.
Sonra uşaqlar Duzdağ Fizioterapiya Mərkəzinə aparılıblar. Mağarada yaradılan mərkəz uşaqların böyük marağına səbəb olub.
Ekskursiya iştirakçıları Dövlət Bayrağı Meydanı və Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini də ziyarət ediblər.
Sonda ekskursiyada iştirak edənlər Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmə baxıblar. Uşaqlara hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda  kənd təsərrüfatının ən geniş yayılmış sahələrindən olan meyvəçiliyin  və tərəvəzçiliyin inkişafına göstərilən dövlət qayğısı ildən-ilə artmaqdadır. 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən iki  dövlət proqramının qəbul edilməsi bunun bariz ifadəsidir. 

Əhalinin meyvə, tərəvəz və üzüm məhsulları ilə dolğun təmin olunması, həmin məhsulların ixracı, nəticədə, kənd əhalisinin məşğulluğunun artırılması və maddi rifah halının yüksəldilməsi əsas istiqamət kimi götürülən birinci proqramın icrası uğurla başa çatdırılmış, hazırda ikinci proqram həyata keçirilməkdədir.
Regionda meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Bu meyvələr içərisində göycənin öz yeri var.
İstərdik ki, göycənin botaniki, biomorfoloji, aqrobioloji xüsusiyyətləri və digər məsələlər barədə oxuculara bir qədər məlumat verək.
Botaniki xüsusiyyətləri. Muxtar respublikada gülçiçəklikimilər fəsiləsinin alça sortuna daxil olan 4 növü vardır. Bunlar alça-gavalı, göyəm, Naxçıvan alçası və ev alçası növləridir. Elmi dəlillərlə güman edilir ki, Naxçıvan göycəsi xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradılmışdır. Bundan başqa, yabanı növlərin meşə və kolluq ərazilərimizdə bitən onlarca formalarına da rast gəlinir. Çəyirdəkli meyvələrdən ərazimizdə ev alçası növünün ağ alça, qızıldamcı, qırmızı alça, təbərzə, sarı alça və sair sortları da yayılmışdır.

Ardını oxu...

Naxçıvançay vadisindəki bu məkanda şəhər sakinləri üçün hərtərəfli şərait yaradılıb

Buranı “Əyləncə adası” adlandırırlar. Ətrafı su ilə əhatə olunmasa da, bu “ada”nın hər kəs, xüsusilə uşaqlar üçün əsl əyləncə məkanı olduğunu bilməyənlər çox az olar. Vaxtilə müxtəlif məqsədlər üçün istifadə edilmiş, son illərdə isə yararsız vəziyyətə düşmüş bu ərazi indi şəhər əhalisinin mövsümdə ən çox üz tutduğu ünvanlardan birinə çevrilib. Söhbət Naxçıvançay vadisində salınmış və 2014-cü ildə əhalinin istifadəsinə verilmiş Əyləncə və İstirahət Mərkəzindən gedir. 

Qeyd etmək lazımdır ki, bu istirahət mərkəzi yerləşdiyi mövqeyə görə Naxçıvanın şəhər infrastrukturunda əhəmiyyətli rol oynayır. Naxçıvan şəhərinin mərkəzi ərazilərində müxtəlif istirahət parkları və əyləncə məkanları olsa da, bu mərkəzin yaradılması bir çox əlverişli tərəfləri ilə seçilir. Belə ki, Əyləncə və İstirahət Mərkəzi digərlərindən ərazisinin böyüklüyü, dayanacaq probleminin olmaması, fərqli istirahət və əyləncə bölümlərinin mövcudluğu, müxtəlif attraksionlara malik olması ilə diqqət çəkir. Qeyd edək ki, ərazisindən çay axan şəhərlərin inkişafında çayboyu müxtəlif istirahət və turizm infrastrukturu obyektlərinin yaradılması təcrübəsi uzun illər Naxçıvanımız üçün də gözlənilən idi. Digər tərəfdən hava limanından Naxçıvan şəhərinə gələn qonaqlarda ilk təəssüratın gözəl bir mənzərə ilə başlaması, düşünürük ki, hər bir naxçıvanlı üçün qürurvericidir.

Ardını oxu...

Əbrəqunusdan Boyəhmədədək
(Reportaj)

Yəqin ki, müəyyən yaşa çatmış hər kəs həyatında heç olmasa bir dəfə sübh çağında Günəşin necə doğmasını seyr edib və yaxud hər gün təkrarlanan bu təbii hadisəyə bu və ya digər şəkildə diqqət kəsilib. Ancaq kütləvi yaşayış yerləri sayılan şəhərlərdən fərqli olaraq kənd insanlarının buna daha çox imkanları olur. O ki qala yaşadığın kənd dağlarla əhatəli olsun, təbii şüaların yer üzünü necə ağartdığını və yavaş-yavaş nura boyadaraq zülmət gecələri işıqlı sabahlara çevirdiyini öz gözlərinlə görəsən.

Ardını oxu...

Müasir dövrdə insanların səyahət etmək imkanlarının genişlənməsi öz avtomobili ilə xaricə səfər edənlərin sayında artıma səbəb olmuşdur. Bu səfərlər zamanı hər bir insanı daha çox düşündürən şərtlərdən biri də səyahətin təhlükəsiz və rahat olmasıdır. Bu baxımdan fərdi avtomobili ilə xarici ölkələrə səyahətə çıxanlara təklif olunan Yaşıl Kart sığorta şəhadətnaməsi mühüm yeniliklərdən biri kimi ölkəmizdə və muxtar respublikamızda da tətbiq olunur.
Hazırda, əsasən, Avropa ölkələrində geniş tətbiq olunan Yaşıl Kart sistemi buna qoşulmuş bütün ölkələrdə tanınan vahid mülki məsuliyyət sığortası növüdür. Bəri başdan qeyd edək ki, səyahətçilərin avtomobillərlə bir ölkədən başqa bir ölkəyə səfəri zamanı tətbiq olunan bu yeni sığorta növü bir çox cəhətlərinə görə sürücülər üçün çox faydalıdır. Belə ki, ölkə ərazisində hərəkət zamanı tələb olunan standart mülki məsuliyyət sığortasından fərqli olaraq müəyyən müddətə belə sığorta şəhadətnaməsini alan avtonəqliyyat vasitəsi sahibləri xarici ölkələrə hər gedişi üçün yeni müqavilələr bağlamaqdan azad olurlar. Başqa sözlə, Yaşıl Kart bu sistemə qoşulmuş ölkələrin ərazisində tanınan bir mülki məsuliyyət sığortası şəhadətnaməsi kimi hər bir sığortalıya rahat səyahət zəmanəti verir.

Ardını oxu...

Bəs onlara necə qulluq edirik?

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən biri də şəhər və kəndlərimizdəki park və xiyabanlarda, magistral yol kənarlarında yaşıllıqların salınması, gülkarlıq və istirahət guşələrinin yaradılmasıdır. Naxçıvanlılar yaşayıb-işlədiyi hər yerin ətrafını gözəl görməyə çalışır, abadlığa ciddi fikir verirlər. Bəlkə buna görədir ki, Naxçıvanın bütün şəhər və kəndlərində ictimai təşəbbüslərlə salınan və qayğı ilə qulluq edilən gülkarlıqları görən sadə vətəndaşlar da yaşadıqları evlərin ətrafında gözoxşayan yaşıllıq və gülkarlıqlar salmağa başlayıblar.

Ardını oxu...

Muxtar respublikada işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası sahəsində işlər bu ilin aprel ayında da davam etdirilmişdir. 

Belə ki, işaxtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 272 nəfər məşğulluq xidməti orqanlarında qeydiy­yatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1 nəfər kvota yerlərinə göndərilmiş, 10 nəfər peşə kurslarına cəlb edilmiş, 4 nəfər isə kəndlərdə istifadəyə verilən xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. Ötən ay muxtar respublikada keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilmişdir.

Ardını oxu...

Sığorta-pensiya sistemində aparılan davamlı islahatların məntiqi nəticəsi olaraq ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 1 noyabr 2014-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmış vətəndaşların avtomatlaşdırılmış qaydada pensiya təyinatını uğurla həyata keçirir. Muxtar respublika ərazisində yaşayan və yaşa görə əmək pensiyası hüququ qazanmış hər bir şəxs heç bir sənəd toplamadan, vaxt itirmədən fondun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə – 550-59-79 nömrəsinə zəng edərək yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə bu xidmətdən istifadə edə bilər. Bu xidmət dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricinin sistemdə düzgünlüyü təsdiqləndiyi halda bir neçə dəqiqə ərzində vətəndaşın 1 yanvar 2006-cı il tarixədək olan iş stajı və 1 yanvar 2006-cı il tarixdən ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır və təyin olunan pensiyanın məbləği ilə öz plastik bankomat kartını ala biləcəyi bankın filialının ünvanı bildirilir. Hal-hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərə tətbiq edilir. Bu xidmət gələcəkdə əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmış şəxslərə tətbiq olunacaqdır.

Ardını oxu...

Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunmuş Ağbulaq İstirahət Mərkəzinə həftəsonu gəzintiləri davam edir. Mərkəzin budəfəki qonaqları muxtar respublikanın ümumtəhsil müəssisələrində təhsil alan aztəminatlı ailələrin uşaqları olublar. 

Səhər saat 900-da Naxçıvan şəhərindən bu istiqamətə yola çıxan avtobusda 45 şagird və bir neçə müəllimlə yanaşı biz də var idik. Uşaqlar bir-birlərinə getdikləri yer haqqında suallar verirlər: “Yol uzaqdırmı?”, “Gec çatarıq?”, “Ora soyuqdurmu?” və sair kimi suallardan aydın olur ki, onların çoxu Ağbulaqda olmayıb. Üzlərindəki ifadədə maraq qarışıq həyəcan sezilir – üz tutduqları məkana tez çatıb oranın necə bir yer olduğunu görmək həyəcanı... Bunu bütün şagirdlərdə hiss etsəm də, yanımda əyləşən, həyəcanı susqunluğuna hopmuş Yavərin durğunluğu mənə maraqlı gəlir. O, avtobusda olan digər uşaqlar kimi yoldaşları ilə söhbət etmir. Kəngərli rayonundan olan 8-ci sinif şagirdi Yavər Əliyev bildirir ki, o, Ağbulağa ilk dəfədir, gedir. Getdiyi yer haqqında heç bir məlumatı olmayan Yavərin heç nə soruşma­masının səbəbi hər şeyi öz gözləri ilə görmək istəyindən irəli gəlir. Deyir ki, qabaqcadan hər şeyi soruşsan onda gəzintinin nə marağı qalar ki?

Ardını oxu...

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Ailə dəyərləri Azərbaycanda həmişə uca tutulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə milli dəyərlərimizin qorunub yaşadılmasına, o cümlədən ailə dəyərlərinə diqqət artırılmışdır. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra dövlət-ailə-cəmiyyət məsələlərinə diqqət daha da artırılmış, mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, bu sahədə hüquqi baza yaradılmış, 1999-cu ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsi qəbul edilmişdir.

Ardını oxu...

Kəngərli rayonunun Xok kənd tam orta məktəbində uzunömürlü ailələrin yeniyetmə və gənclərlə görüşü keçirilib. Dəyirmi masa arxasında keçirilən tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyə Qurbanova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildirib ki, ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Yeni nəslin tərbiyə olunmasında ailə əvəzsizdir. Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Buna görə də əxlaq və mənəviyyatı cəmiyyətdə müəyyən səviyyədə mühafizə etmək üçün ailə prinsiplərinin və dəyərlərinin mənəvi əsasını toxunulmaz olaraq qorumaq vacibdir.

Ardını oxu...

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 71-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbiri komitənin sədr müavini Aytən Məmmədova açıb. Bildirilib ki, qadınların qəhrəmanlıq tarixində də rolu böyükdür. Tarixə nəzər salmaq kifayətdir ki, qadınların güclü və mübariz olduğunu görəsən. Azərbaycan qadınları hər zaman öz şücaəti və mərdliyi ilə digər xalqların qadınlarından seçiliblər. Xalqımızın mərd oğulları ilə yanaşı, qadınlarımızın Vətənə məhəbbəti və sədaqəti, cəbhə fədakarlığı məhz 1941-1945-ci illər müharibəsində də özünü göstərib. Belə ki, vətənin üstünü ağır faşist istilası təhlükəsi alanda Azərbaycan qadınları və qızları da ölkənin müdafiəsinə qalxıblar. Həyat yoldaşlarını, oğul və qardaşlarını döyüşə göndərən Azərbaycan qadınları arxa cəbhədə qəhrəmanlıqlar nümayiş etdiriblər.
Vurğulanıb ki, müharibə illərində respublikamızdan cəbhəyə gedən 700 minə qədər döyüşçüdən 11 mindən çoxu qadın olub. Onların arasında Naxçıvan Muxtar Respublikasından qadınlar da olub ki, bu qadınlar həmin müharibədə xüsusi qəhrəmanlıqları ilə seçiliblər. Onlardan Dilbər Təhməzbəyovanı, Səkinə Quliyevanı, Zərifə Camalbəyovanı və başqalarını misal göstərə bilərik. Bu qəhrəman qadınlarımız cəbhədə igidlik və fədakarlıq nümunələri göstəriblər. Belə ki, vətənin mərd oğulları cəbhəyə yola düşdüyündən bütün işlərdə qadınlar işləyirdilər.
1941-1945-ci illər müharibəsi veteranları Cəfər Əliyev, Vəkil Mehdiyev çıxış edərək keçdikləri döyüş yolundan danışıblar. Onlar gənclərə vətənpərvər ruhda formalaşmaları üçün tövsiyələrini veriblər.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi Mehri Qasımova çıxış edərək tədbir iştirakçılarına 1941-1945-ci illər müharibəsində qadınların iştirakı ilə bağlı ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Ağbulaq İstirahət Mərkəzindən növbəti reportaj


Saat 900-ı göstərir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının  əməkdaşı Qəzənfər Abdullayev siyahı üzrə məktəblilərin adını dəqiqləşdirdikdən sonra onlar üçün ayrılmış iki avtobus yola düşür. Məktəblilərin həyəcanını hiss etmək çətin deyil. Onların əksəriyyəti Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir, gedirlər. Yolboyu görünən mənzərələri, füsunkar Şahbuz şəhərini böyük maraqla izləyən məktəblilərə baxarkən heç də uzaq olmayan keçmişi xatırlayıram. 

Ardını oxu...

Muxtar respublikamızda cari ildə də iməciliklər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Aprelin 30-da keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Həmin gün iməciliyə 23 min 850 nəfər çıxmış, ümumilikdə, 9 min 140 ədəd həmişəyaşıl ağac və bəzək kolları əkilmişdir.
Həmin gün Naxçıvan şəhərinin sakinləri park və xiyabanlarda 20 ədəd həmişəyaşıl ağac, 80 ədəd gül kolu əkmiş, Naxçıvan Sement Zavodunun və avtobus parkının yaxınlığında, müəssisə və təşkilatların ərazilərində yaşıllıq sahələrinə qulluq etmişlər.
Şərur rayonunda da iməciliklər mütəşəkkil keçirilmişdir. Belə ki, rayon mərkəzindəki Heydər Əliyev Parkında 5800 ədəd, Gümüşlü kənd tam orta məktəbinin həyətində 100 ədəd gül kolu əkilmiş, Gümüşlü və Xanlıqlar kəndlərində ağaclara aqrotexniki qulluq göstərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda seminar keçirilib.
Şagirdlərin, məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və valideynlərin iştirak etdiyi seminarda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildirib ki, məktəb insanın gələcək həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynayır. Orta məktəbdəki təhsil dövrü uşaqlara verilən düzgün tərbiyə, onların yaradıcı düşüncə qabiliyyətinin formalaşmasına şərait yaradılması, lazımi mənəvi biliklərə olan ehtiyacların vaxtında və yetərincə ödənilməsi, şübhəsiz, uşaqların daha möhkəm əsaslar üzərində, mənəvi-əxlaqi keyfiyyətlər əsasında öz həyat yolunu seçməsinə əhəmiyyətli şəkildə təsir göstərir. Xüsusilə bu dövrdə uşaqların milli dəyərlərə sevgi ruhunda tərbiyə edilməsi onların gələcəkdə ictimai həyatın aktiv iştirakçılarına çevrilmələrinə zəmin yaradır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Ona görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olmaları ilə bərabər, onların milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmalarına da ciddi yanaşılmalıdır. Müəllimlər şəxsi nümunələri ilə təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət rəmzlərinə, xalqımızın tarixinə, mədəniyyətinə, dilinə, adət-ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, bu gün Azərbaycanda davam etdirilən hüquqi-dünyəvi dövlət qurucu­luğu vətəndaşların hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. İnsanların hüquqlarının qorunması, əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Muxtar respublikamızda da işçilərin hüquqlarının qorunması və əməyinin mühafizəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. 8 iyun 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər haqqında və 21 fevral 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına əməl olunması və muxtar respublikada yanacaq ehtiyatlarının yaradılması ilə əlaqədar keçirilən müşavirələr mühüm əhəmiyyətə malikdir. Əməyin mühafizəsi və yerlərdə təhlükəsizlik qaydalarına əməl olunması Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əsas vəzifələrindən biri olduğundan şura 50-dən yuxarı tikinti, elektroenergetika, emal sənayesi və digər təşkilatlarda maarifləndirici tədbirlər həyata keçirib, əməyin mühafizə edilməsi qaydalarına əməl olunmasına nəzarəti gücləndirib.
Şuranın əməkdaşlarından Xatirə İbrahimli, Ceyhun Məmmədov, Hüseyn Quliyev, Ümbülbəni Musayeva, Mərdan Qurbanov, Eyvaz Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, muxtar respublikamızda əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə göstərilən diqqət və qayğını özündə ehtiva edir. Muxtar respublikamızda təhlükəsiz əmək şəraitinin təmin olunması prosesində dövlət qurumlarının, işçilərin və işəgötürənlərin iştirak etməsi təqdirolunası amillərdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasının inkişafını xarakterizə edən əsas xüsusiyyətlərdən biri formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəldilməsi, muxtar respublika sakinlərinin etibarlı sosial müdafiəsinin təşkilidir.
Qloballaşma prosesinin geniş vüsət aldığı bir dövrdə iqtisadiyyatda yaşanan yüksəlişin vətəndaşların həyatında da öz əksini tapması sosialyönümlü iqtisadi siyasətin yüksək səmərəliliyini və praktik nəticələrinin effektivliyini aydın şəkildə nümayiş etdirir. Dövlətin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb. İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə vaxtaşırı olaraq təşkil olunan əmək yarmarkaları isə vətəndaşların böyük əksəriyyətinin daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.

Ardını oxu...

Bu gün dünyada ekoloji tarazlığın qorunması, təbiətsevərlərin təşəbbüs və təkliflərindən səmərəli istifadə olunması, suyun, havanın, torpağın çirklənmədən mühafizəsi böyük əhəmiyyət kəsb edir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, fauna və flora müxtəlifliyi ölkəmizdə, ümumilikdə isə Qafqaz ekoregionunda xüsusi yerə malikdir.

Bu barədə muxtar respublikada fəaliyyət göstərən “Təmiz Dünya” İctimai Birliyinin reallaşdırdığı “Naxçıvan şəhərində ekoloji mədəniyyətin təbliği” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki Gənc­lər Mərkəzində keçirilən seminar-aksiyada birliyin sədri, kimya üzrə fəlsəfə doktoru, beynəlxalq təlimçi Fizzə Məmmədova danışıb.
Fizzə Məmmədova bildirib ki, son illərdə qədim diyarımızda ətraf mühitin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülüb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib. Nəticədə, yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması yurdumuzu yaşıllıqlar məskəninə çevirib. Bu həm də muxtar respublikanın hər bir guşəsində keçirilən iməciliklər nəticəsində mümkün olub. İməciliklər yolu ilə təkcə ötən il 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ədəd ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə inklüziv və məsafədən (distant) təhsil imkanlarını artıracaq, uşaqların müasir tələblər səviyyəsində təhsil almasına, cəmiyyətə inteqrasiyasına, həmçinin bu sahədə pedaqoji kadr hazırlığının güclənməsinə stimul verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazirlik tərəfindən cari ilin I rübü ərzində dövlət proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı bir sıra işlər görülüb.
Belə ki, məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə yaradılmış məlumat bazası yenilənib. Bu kateqoriyadan olan uşaqların əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil müəssisələrinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbə, habelə distant dərslərə cəlb olunması diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud uşaqların məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb.

Ardını oxu...

Aprelin 27-də Şərur Şəhər Mədəniyyət Sarayında keçirilən növbəti əmək yarmarkasını giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açmış, muxtar respublikada əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əmək yarmarkalarıdır. Şərur Rayon Məşğulluq Mərkəzi rayonda fəaliyyət göstərən dövlət təşkilatları, özəl qurumlar, emal və istehsal müəssisələri ilə sıx əlaqə saxlayır, boş iş yerləri barədə məlumatlar toplayır, həmin yerlər əmək yarmarkalarında vətəndaşlara təqdim edilir.

Ardını oxu...

Beynəlxalq Əmək Təşkilatı tərəfindən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda əməyin mühafizəsini, işçilərin hüquqlarının qorunmasını, təhlükəsiz və sağlam iş yerlərinin yaradılmasını sosial siya­sətin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Ölkəmizdə əmək qanunvericiliyi sahəsində islahatlar aparılmış, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul edilmişdir. 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirən dövlət qurumu yaradılmış, 1999-cu ildə isə Əmək Məcəlləsi qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında da hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək, əmək və istirahət hüquqları təsbit olunmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əməyin mühafizəsi tədbirləri uğurla həyata keçirilir. Əmək hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır, əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Muxtar respublikanın bütün bölgələrində geniş tikinti-quruculuq işləri aparılır, yeni istehsal və xidmət müəssisələri yaradılır. Bütün bunlar əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması ilə yanaşı, həm də iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi tədbirlərinin genişləndirilməsini şərtləndirir. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və 2014-cü ildə tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələr əməyin mühafizəsi sahəsində uğurlu nəticələrin qazanılmasına səbəb olmuşdur.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, təhsil alması və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların təhsilinə göstərilən davamlı diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Ölkəmizdə əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər insan amilinə verilən dəyər kimi qiymətləndirilir. Bu tədbirlərin bir hissəsini isə əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması təşkil edir. Buna görə də əhalinin səmərəli məşğulluğunun təmin olunmasında əmək yarmarkalarının keçirilməsi mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası isə dünən Babək rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Babək rayonunda keçirilən əmək yarmarkasına 12 təşkilatdan 68 boş iş yeri çıxarılıb.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev çıxış edərək deyib ki, əmək yarmarkalarının təşkil edilməsi rayon əhalisinin məşğulluq problemlərinin təmin edilməsində mühüm rol oynayır. Məhz bu cür yarmarkalar vasitəsilə işaxtaran vətəndaşlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Seyidov çıxışında rayonda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, yarmarkada 18 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən XX əsrin ən faciəli texnogen qəzası nəticəsində minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb. Hadisə zamanı 7 minə yaxın insan həlak olub, 25 min insanın sağlamlıq imkanları məhdudlaşıb, 300 min insan yaşayış yerini tərk etməyə məcbur olub. Bu qəzadan 30 il keçsə də, hadisənin təəssüratı yaddaşlardan silinməyib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 30-cu ildönümü münasibətilə tədbirlər təşkil edib.
Naxçıvan şəhərində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş verən faciə hələ də dünya üçün aktuallıq kəsb edən qəzalardandır. Qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarını itirməsinə səbəb olub. Bu texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini də iştirak edib.

Ardını oxu...

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun ətrafında 22 aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə “Yer kürəsi hamımızındır” devizi altında aksiya keçirilib.

Ardını oxu...

Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, muxtar respublikada həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Ordubad Rayon Məşğulluq Mərkəzi də öz işini bu istiqamətdə qurub.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxışında son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 17 təşkilatdan 148 boş iş yerinin çıxarıldığı yarmarkada 24 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Babək rayonunun Yarımca Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edib.
Bildirilib ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Məhz elə buna görə belə ailələrin qurulması üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Qızlar üçün nikah yaşının 18-ə qaldırılması, tərəflərin nikahdan əvvəl icbari olaraq tibbi müayinədən keçməsinin qüvvəyə minməsi, qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət müəyyən olunması bu tədbirlərin tərkib hissəsidir. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturunun, o cümlədən reproduktiv sağlamlığın qorunması sisteminin daha da təkmilləşdirilməsi üçün “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi belə tədbirlərin davamlı xarakter almasının ifadəsidir.

Ardını oxu...

Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçirilən tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasının uğurla başa çatdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayıb. Bu sahədə görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının xüsusi rolu var. Belə ki, məşğulluq orqanları tərəfindən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır və bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Ardını oxu...

   Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilmişdir. 

Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına nəzarət işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici görüşlər keçirilməsi istiqamətində öz səylərini artırmalıdır.

Ardını oxu...

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açıb.
Bildirilib ki, muxtar respublikamızda həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır. Bu sahədə həyata keçirilən tədbirlər sakinlər tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev bildirib ki, işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlərin davamı olaraq Kəngərli rayonunda növbəti əmək yarmarkası təşkil edilib.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzindən reportaj

Güclü turizm potensialına malik olan muxtar respublikamızda bu sahənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ötən ayın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə görülən işlərin daha geniş miqyasda davam etdirilməsinə stimul verib. Həmin müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, aprel ayının 2-dən hər həftənin şənbə və bazar günləri muxtar respublika məktəblilərinin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri təşkil olunur. Bu layihədə doğma diyarımızın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticələr göstərən şagirdlər, aztəminatlı ailələrin uşaqları, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar iştirak edirlər. Aprelin 2-də Naxçıvan şəhər məktəbliləri, aprelin 9-da isə Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri bu imkandan yararlandılar.

Növbəti dəfə aprelin 16-da muxtar respublikadakı sağlamlıq imkanları məhdud uşaqların və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olundu. Əvvəlcə onu qeyd edim ki, bu kateqoriyadan olan uşaqların səfərlərinin təşkil edilməsi onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində atılan çox əhəmiyyətli bir addım kimi diqqəti cəlb edir. Eyni zamanda bu, onların heç vaxt diqqətdən kənarda qalmadıqlarını sübuta yetirir. Bu, bir daha əminliklə deməyə əsas verir ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsində çox səmərəli, işlək bir mexanizm artıq formalaşıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən 2016-cı ilin birinci rübündə sığorta mədəniyyətinin inkişaf etdirilməsi və kütləviliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət, tikinti və sahibkarlıq subyektlərində icbari və könüllü sığortanın əhəmiyyəti barədə maarifləndirmə tədbirləri aparılmış, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta işinə diqqət artırılmışdır. Rayonlardakı Dövlət Sığorta agentlikləri isə yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə kəndlərdə maarifləndirmə tədbirlərini davam etdirmiş, sakinlərə sığortanın növləri, əhəmiyyəti və şərtləri barədə ətraflı məlumat vermişdir.

Ardını oxu...

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin sağlamlıqlarının qorunması, o cümlədən müxtəlif texniki-bərpa vasitələri, protez-ortopediya məmulatları ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhdud fiziki imkanlı şəxslərə səyyari protez-ortopedik bərpa xidməti təşkil edilməsi bu tədbirlərin davamı olub. Tibbi-texniki heyət məhdud fiziki imkanlı 109 şəxsin, o cümlədən 1 ahılın, sağlamlıq imkanları məhdud 12 uşağın evlərinə gedərək onları ehtiyac duyulan müxtəlif protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edib. Belə ki, 10 nəfərdən sifarişlər qəbul edilib, 5 nəfərə müxtəlif protez-ortopedik məmulatlar, eyni zamanda 5 nəfərə tibbi məsləhət, həmçinin 89 nəfərə texniki-bərpa vasitələri, o cümlədən 2 nəfərə əlil arabası, 15 nəfərə eşitmə aparatı, 72 nəfərə isə müxtəlif növ əsalar verilib.
Qeyd edək ki, səyyari xidmət il ərzində davam etdiriləcək.

Xəbərlər şöbəsi

Uşaq oyuncaqları kiçik yaşlarda hər birimizin sahiblənmək istədiklərimizin önündə gəlir. Bəlkə də, buna görədir ki, uşaqların ilk arzuları oyuncaqlar üzərində qurulur. Onlar oyuncaqlarla öz dünyalarını qurur, böyüklərin fəaliyyətini bu kiçik əşyalarla anlamağa və təkrar etməyə çalışırlar. Ancaq oyuncaqlar uşaqlar üçün təkcə əyləncə vasitəsi deyil, həm də onların əqli inkişafında, dünyaya baxış tərzində, estetik tərbiyəsində mühüm yer tutur. Bu mənada, oyuncaqlar uşaqlarımızın gələcək inkişafında mühüm rol oynayır. Bəs bu rol nədən ibarətdir və yaxud oyuncaqlar uşaqlara hansı formada təsir göstərir? 

Uşaqların sevimli əşyaları olan oyuncaqlardan bəhs edərkən, ilk olaraq, ağlımıza onların hazırlandığı materialların tərkibi haqqında suallar gəlir. Bildiyimiz kimi, uşaq oyuncaqlarının böyük əksəriyyəti rezin və plastik materiallardan hazırlanır. Çünki bu tərkibə malik materiallardan hazırlanan məmulatlar küt, kəsici olmaması və çəki baxımından yüngüllüyü ilə seçilir. Lakin rezin və plastik məmulatların özü kimyəvi yolla istehsal olunduğundan onların tərkibində insan orqanizmi üçün zərərli maddələrin olması da hər birimizi düşündürür. Araşdırmalar zamanı məlum olub ki, keyfiyyətsiz oyuncaqla təmas zamanı uşaqlarda ağır metallarla zəhərlənmə və autizm xəstəliyinə tutulma ehtimalı böyükdür. Həkimlərin bildirdiyinə görə, qiyməti çox ucuz olan və rəngi çıxan, xüsusilə plastmas qoxusu verən oyuncaqların alınması təhlükəlidir. Çünki uşaqlar oyuncaqlara yalnız əllə təmas etmirlər, eyni zamanda ağızlarını sürtürlər. Belə olan halda isə ağız yolundan tənəffüs sisteminə zərərli maddələr keçə bilər. Zəhərlənmə, mədə-bağırsaq, sinir sisteminin pozulması baxımından bu oyuncaqlar uşaqlar üçün zərərli və təhlükəlidir. Bəs muxtar respublikamızın daxili bazarında satılan uşaq oyuncaqlarının keyfiyyəti ilə bağlı hansı tədbirlər görülür?

Ardını oxu...

Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir. Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan yeni pro­qram müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.
Həsən Nəsirov bildirib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

Ardını oxu...

Cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclər ailədə, təhsil müəssisələrində gördükləri, öyrəndikləri ilə kifayətlənmir, diqqətlərini çəkən hər şey haqda yeni məlumatlara, bilik və bacarıqlara yiyələnməyə həvəs göstərirlər. Çünki gənclik mütəmadi axtarış deməkdir ki, yaş dövründən qaynaqlanan enerji, dinamiklik, çeviklik onlara bu işdə müvəffəqiyyətə çatmağa, yorulmamağa zəmin yaradır. Çoxları isə nəsə öyrənməyin, sadəcə, asan və əlverişli vasitələrini axtarır. Gündəlik həyatımızda hadisələrin gedişatına bilavasitə təsir edən, köməkliyi ilə bəzi çətinlikləri aradan qaldırdığımız belə vasitələrdən biri də internetdir. 

Bu gün internet ömrünün gənclik mərhələsini yaşayan insanları özünün ən aktiv istifadəçilərinə çevirmişdir. Bəs bu yeni texnologiyadan gənclər düzgün istifadə edirlərmi? Bu mövzu ilə bağlı bir neçə müsahiblə həmsöhbət olduq. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı İsmayıl İsmayılov dedi:
– Gənclər müstəqil həyata yenicə qədəm qoyduqlarından aldıqları yeni informasiya onların düşüncə tərzinə birbaşa təsir etmək gücünə malikdir. Təəssüflər olsun ki, internetdən istifadə zamanı bəzən qarışıq informasiya bolluğuna düşən, vaxtdan, vəziyyətdən düzgün istifadə edə bilməyən bəzi yeniyetmələr və gənclər xarakterlərindən, əhatəsində olduqları mühitdən asılı olaraq gündəlik həyatlarında müəyyən problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər. Buna görə də biz köməklik məqsədilə tez-tez kolleclərdə, peşə məktəblərində olur, sosial şəbəkələrdən düzgün istifadə haqqında məsləhətlər veririk. Düzgün istifadə olunduğu zaman internetin hər birimizin həyatında müstəsna əhəmiyyətə malik olduğunun dərk edilməsi üçün silsilə tədbirlər həyata keçiririk.

Ardını oxu...

Son illər muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və bu yolla onların cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Pro­qramda bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasını möhkəmləndirmək, məsafədən (distant) təhsilin əhatə dairəsini genişləndirmək, sosial reabilitasiyasında müasir üsulları tətbiq etmək, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, təhsili ilə bağlı müvafiq pedaqoji kadrları hazırlamaq məqsədilə aid dövlət orqanlarının qarşısına yeni vəzifələr qoyulub.
Digər qurumlar kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də adıçəkilən proqramın icrasını diqqət mərkəzində saxlayır. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində komitə tərəfindən əlaqə saxlanılan 18 yaşadək sağlamlıq imkanları məhdud olan 290 nəfər uşaqdan 49 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR