23 Dekabr 2024, Bazar ertəsi

Kəngərli rayonunun Xok kənd tam orta məktəbində uzunömürlü ailələrin yeniyetmə və gənclərlə görüşü keçirilib. Dəyirmi masa arxasında keçirilən tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyə Qurbanova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildirib ki, ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Yeni nəslin tərbiyə olunmasında ailə əvəzsizdir. Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Buna görə də əxlaq və mənəviyyatı cəmiyyətdə müəyyən səviyyədə mühafizə etmək üçün ailə prinsiplərinin və dəyərlərinin mənəvi əsasını toxunulmaz olaraq qorumaq vacibdir.

Qeyd olunub ki, ailələrin uzun­ömürlü olmasında iki amil mühüm əhəmiyyət kəsb edir: biri ailələrə dövlət qayğısıdırsa, digəri ailəni quran tərəflərin adət-ənənələrə, milli-mənəvi dəyərlərə bələd olmaqla onu ailə üzvlərinə mənimsətməsidir. Muxtar respublikada yaşayan ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bütün bunlar ailələrin uzun­ömürlü olmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün muxtar respublikamızda evliliklərinin 50, 60, 65 ili tamam olan ailələr çoxdur.
Vurğulanıb ki, bugünkü tədbirin keçirilməsində məqsəd həmin uzun­ömürlü ailələrin keçdiyi həyat yolunu, ailələrin uzunömürlü olmalarının sirlərini yeniyetmə və gənc­lərə aşılamaqdır. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, valideyn-övlad münasibətlərinin düzgün qurulması ailələrin uzun­ömürlü olmalarında əsas şərtdir. Burada böyük-kiçik yeri bilmək, ağsaqqal sözünü eşitmək, hörmət etmək, yaxud da ailəyə təsir edən digər faktorlar var.
Bildirilib ki, bu gün cəmiyyətimiz öz layiqli, sosial mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, güclü ailənin formalaşmasında maraqlıdır. Xalqımızın gələcəyi naminə ailə dəyərlərimizin yaşadılmasında və qorunmasında hər birimiz yaxından iştirak etməliyik. Gənclər modernləşən dünyamızda yaşadıqları həyat tərzi ilə ailə institutunun təməllərinin möhkəmliyinin qorunmasına töhfə verməli, özlərinin timsalında ailə modelimizin nüfuzunun artmasına nail olmağa çalışmalıdırlar.
Tədbirdə uzunömürlü ailələrin üzvləri Nahas Səfərov və Zəminə Səfərova, İsmayıl Hüseynquliyev və Güllü Hüseynquliyeva çıxış edərək yeniyetmə və gənclərə ailənin bütövlüyünün qorunması ilə bağlı tövsiyələr veriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR