23 Dekabr 2024, Bazar ertəsi

Yumurta qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarından olduğuna görə istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Yumurta alarkən ehtiyatlı olmaq lazımdır. Çünki qida rasionumuzun əsasını təşkil edən yumurta keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. 

Yumurta qidalılıq dəyərinə görə yüksəkkeyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində tam dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Yumurta maddələr mübadiləsinin normal getməsinə müsbət təsir edir, sinir sistemini möhkəmləndirir, infeksion хəstəliklərə qarşı müqaviməti artırır, uşaqları isə raхit хəstəliyindən qoruyur. Ortayaşlı adam fizioloji normaya əsasən ildə 260 ədəd (3 gündə 2 ədəd) yumurta yeməlidir.
Yumurta 0+20º C temperaturda, 85-88 faiz nisbi rütubətdə saxlanmalıdır. Pərakəndə ticarət şəbəkələrində optimal şəraitdə yumurtanın saxlanılma müddəti yaz-yay mövsümündə 3 gün, payız-qış mövsümündə 6 gündür.

Yumurtanın keyfiyyəti və növü onun təzəliyi və kütləsinə əsasən təyin edilir. Saxlama müddətindən və keyfiyyətindən asılı olaraq yumurta birinci və ikinci növlərə ayrılır.
Çeşidləndiyi gündən etibarən ən çoxu 30 gün saxlanılan yumurtalar birinci, 30 gün keçəndən sonra soyuducularda 180 gündən çox olmayaraq saxlanılan yumurtalar ikinci növ yumurta hesab edilir.
Uzun müddət saxlanılması nəzərdə tutulmuş yumurtaların yuyulması məsləhət görülmür. Yumurta artıq saxlandıqca, onun içərisindəki hava kamerası da böyüyür. İstehlakçılar yumurtanı günə tutaraq onun təzə və ya köhnə olduğunu müəyyən edə bilərlər.Yumurtanın içərisində hava boşluğunun hündürlüyü yumurtanın hündürlüyünün 1/3 hissəsindən artıq olarsa, bu, həmin məhsulun təzə olmadığını göstərir. Yumurtanı aşağıkeyfiyyətli hala gətirən digər nöqsanlar yumurtaların sınıq (çatlamış, əzik) olması, lakin aхmaması və yumurtanın kənar, lakin tez rədd edilə bilən qoхuya malik olması kimi nöqsanlardan ibarətdir. Sarısı və ağı qismən qarışmış yumurta, kənar qoхusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir, yaxud bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.
Qablaşdırılmış hər taraya yarlıq vurulur. Yarlıqda istehsalçının adı və ünvanı (hüquqi ünvanı), qablaşdırılma tarixi (yumurtlanan gün), ticarət markası, taranın nömrəsi, yumurtanın növü haqqında məlumat qeyd olunur.
Günəş şüalarının altında və 20ºC-dən yüksək temperaturda saxlanan yumurtaları almayın. Nəzərə alın ki, zəruri şəraitdə və temperaturda saxlanmayan bu məhsullar insan orqanizmi üçün təhlükəlidir və ciddi fəsadlar törədə bilər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR