23 Dekabr 2024, Bazar ertəsi

Sığorta-pensiya sistemində aparılan davamlı islahatların məntiqi nəticəsi olaraq ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 1 noyabr 2014-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmış vətəndaşların avtomatlaşdırılmış qaydada pensiya təyinatını uğurla həyata keçirir. Muxtar respublika ərazisində yaşayan və yaşa görə əmək pensiyası hüququ qazanmış hər bir şəxs heç bir sənəd toplamadan, vaxt itirmədən fondun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə – 550-59-79 nömrəsinə zəng edərək yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə bu xidmətdən istifadə edə bilər. Bu xidmət dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricinin sistemdə düzgünlüyü təsdiqləndiyi halda bir neçə dəqiqə ərzində vətəndaşın 1 yanvar 2006-cı il tarixədək olan iş stajı və 1 yanvar 2006-cı il tarixdən ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır və təyin olunan pensiyanın məbləği ilə öz plastik bankomat kartını ala biləcəyi bankın filialının ünvanı bildirilir. Hal-hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərə tətbiq edilir. Bu xidmət gələcəkdə əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmış şəxslərə tətbiq olunacaqdır.

Fond tərəfindən sığortaolunanlara avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlanan gündən 2016-cı ilin may ayınadək Naxçıvan şəhəri üzrə 78 nəfərə, Babək rayonu üzrə 10 nəfərə, Şərur rayonu üzrə 43 nəfərə, Ordubad rayonu üzrə 35 nəfərə, Culfa rayonu üzrə 32 nəfərə, Şahbuz rayonu üzrə 14 nəfərə, Kəngərli rayonu üzrə 4 nəfərə, Sədərək rayonu üzrə 3 nəfərə, ümumilikdə isə 219 nəfərə bu sistem vasitəsilə yaşa görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunub.
Artıq təqaüdlərin plastik kartlarla ödənilməsi tam tətbiq edilib, əmək pensiyaçıları yaşadığı ünvandan asılı olmayaraq, istənilən yerdə bankomatlar vasitəsilə öz pensiyalarını çox rahatlıqla ala bilirlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR