23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və bu yolla onların cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Pro­qramda bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasını möhkəmləndirmək, məsafədən (distant) təhsilin əhatə dairəsini genişləndirmək, sosial reabilitasiyasında müasir üsulları tətbiq etmək, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, təhsili ilə bağlı müvafiq pedaqoji kadrları hazırlamaq məqsədilə aid dövlət orqanlarının qarşısına yeni vəzifələr qoyulub.
Digər qurumlar kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də adıçəkilən proqramın icrasını diqqət mərkəzində saxlayır. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində komitə tərəfindən əlaqə saxlanılan 18 yaşadək sağlamlıq imkanları məhdud olan 290 nəfər uşaqdan 49 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilib.

Sağlamlıq imkanları məhdud uşaqlardan əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 4 uşağın olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat bazası yaradılıb, 9 uşağın bacarıq və maraqları nəzərə alınaraq musiqi məktəblərinin və məktəbdənkənar müəssisələrin dərnəklərinə, 1 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəbinə, müasir informasiya texnologiyalarından istifadəsində biliklərinin artırılması məqsədilə 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil edilmiş məşğələyə cəlb olunub.
Ötən dövr ərzində komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla muxtar respublikanın 32 məktəbəqədər və məktəbdənkənar təhsil müəssisəsində, ümumtəhsil məktəblərində monitorinq keçirilib, bu qəbildən olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmayıb. Monitorinqlər zamanı təhsil alan sağlamlıq imkanları məhdud uşaqların hər biri ilə fərdi qaydada söhbətlər edilib, onların tədrisdə iştirakı vəziyyəti, peşə maraqlarının aşkar edilməsi, istedadlarının üzə çıxarılması ilə bağlı sorğular təşkil olunub. Sağlamlıq imkanları məhdud şagirdlər barədə məlumatlar ümumtəhsil müəssisələrinə təqdim edilib, fərdi proqramların müşahidələr əsasında işlənməsi üçün tövsiyələr verilib, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə şagird və müəllimlər arasında maarifləndirici söhbətlər aparılıb.
Komitə aid təşkilatlarla birgə ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı 270 ibtidai sinif müəllimi, məktəb psixoloqu və distant tədris üzrə pedaqoji kadrlar üçün seminar keçirib, məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 55 metodist və tərbiyəçinin iştirakı ilə kurs təşkil edib.
Ümumiyyətlə, proqramın icrası ilə bağlı bəhs edilən dövrdə komitə tərəfindən 290 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılıb, bu uşaqlardan 1 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzinə, 2 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə, 1 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər idman məktəbinə, 9 nəfər musiqi və məktəbdənkənar müəssisələrin dərnəklərinə olmaqla, cəmi 14 nəfər məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilib.
Bundan sonra da komitə tərəfindən proqramın icrası ilə bağlı tədbirlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR