23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası sahəsində işlər bu ilin aprel ayında da davam etdirilmişdir. 

Belə ki, işaxtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 272 nəfər məşğulluq xidməti orqanlarında qeydiy­yatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1 nəfər kvota yerlərinə göndərilmiş, 10 nəfər peşə kurslarına cəlb edilmiş, 4 nəfər isə kəndlərdə istifadəyə verilən xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. Ötən ay muxtar respublikada keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilmişdir.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələblərinə uyğun peşə kursları da davam etdirilmişdir. Ötən ay qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər və elektrik montyoru peşələri üzrə kursları 39 nəfər bitirmiş, qadın bərbəri peşəsi üzrə yeni kurs açılmışdır. Hazırda xalçaçılıq, aşpaz köməkçisi və daşduz üzərində oyma peşələri üzrə kurslar davam etdirilir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün distant dərslər keçilir. Aprel ayında təlimlərə 130 uşaq cəlb olunmuş, sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın muzeyləri ilə keçilən interaktiv dərslərdə iştirakları təmin edilmişdir. Həmçinin mərkəzdə görmə məhdudiyyəti olan şəxslər üçün nəşr olunan “Könül işığı” adlı brayl jurnalının növbəti nömrəsi audiokitabxana xidmətinin kataloquna daxil edilmiş, diqqət zəifliyi olan və hiperaktiv uşaqların reabilitasiyası üçün təlim-bərpa otağı, fərdi, ailə və uşaq psixoloji məsləhət xidməti yaradılmışdır. Sağlamlıq imkanları məhdud 39 məktəbli uşağın valideynin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmiş, bu kateqoriyadan olan uşaqlar arasında şeir müsabiqəsi keçirilmişdir.
Aprel ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 454 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 17 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 34 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 45 uşağın müalicəsi təşkil edilmişdir. Həmçinin 27 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 25 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunmuş, məhdud fiziki imkanlı 109 şəxsə səyyar protez-ortopedik bərpa xidməti göstərilmiş, 8 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 8 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik edilmişdir.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR