22 Dekabr 2024, Bazar

Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi üzrə təlimatların əhəmiyyəti” mövzusunda kurs təşkil olunub. Kursun təşkilində əsas məqsəd ağır, zərərli və təhlükəli istehsalat müəssisələrinin əməyin mühafizəsi üz­rə mütəxəssislərinin biliklərinin artırılmasıdır.
Noyabrın 16-da başlanan kursa “Gəmiqaya Beton Məmulatları Kompleksi”, “Gəmiqaya Yol, Su, Enerji”, “Gəmiqaya Kərpic Kompleksi”,“Gəmiqaya Daş Məhsulları Kompleksi”, “Cahan Beton Məmulatları Kompleksi”, “Dizayn Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin beton və asfalt zavodlarının, “Nax­avtoyol” Dövlət Şirkətinin asfalt zavodunun və “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar və Qızılvəng daş karxanalarının, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.

Ardını oxu...

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında tədbirlər təşkil olunub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev bildirib ki, ictimaiyyətin diqqətini gözdən əlillik və zəif görmə problemlərinə cəlb etmək məqsədilə Ümumdünya Səhiyyə Təş­kilatının qərarı ilə 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü kimi təsis edilib. Bu tarix dünyada ilk dəfə gözdən əlillər üçün qabartmalı şriftlər yaradan və görmə məhdudiyyəti olan şəxslərə təlim keçən fransız pedaqoqu Valentin Qayuinin anadan olduğu gündür. Vurğulanıb ki, muxtar respublikada görmə məhdudiyyəti olan şəxslərə göstərilən müxtəlif növ sosial xidmətlərin səviyyəsi getdikcə yüksəlməkdədir. Bu qəbildən olan insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Muxtar respublikamızda müharibə veteranlarının yubileylərinin keçirilməsi davam edir. Noyabrın 12-də Ordubad rayonunun Tivi kənd sakini, müharibə veteranı Məmmədəli Sultanovun 95 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, muxtar respublikamızda 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Onlar minik avtomobilləri ilə, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunur, pensiya və müavinətlərlə yanaşı, hər ay veteranlara Prezident təqaüdü ödənilir, bu qəbildən olan insanlar sanatoriya və pansionatlara müalicəyə göndərilirlər. Bütün bunlar müharibə veteranlarının sağlamlığının qorunmasına, rifahlarının yüksəlməsinə xidmət edir.
Məmmədəli Sultanov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Məlumat üçün bildirək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”nın müvafiq bəndinin icrasına uyğun olaraq təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə görmə məhdudiyyəti olan şəxslər arasında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində brayl yazı müsabiqəsi keçirilib. Müsabiqədə bu kateqoriyadan olan 8 nəfər iştirak edib.
Münsiflər heyətinin rəyinə əsasən, ilk üç yerə layiq görülən müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Tədbirin keçirilməsində məqsəd bu kateqoriyadan olan şəxslərə qayğı göstərilməsi, onların bacarıq və qabiliyyətini üzə çıxarmaqla, özlərinə inam hissi yaratmaq olub.

Xəbərlər şöbəsi

Muxtar respublikada görmə məhdudiyyəti olan şəxslərin sosial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan şəxslərə informasiya sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurs keçilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, habelə audio kitabxana xidməti göstərilir. Görmə məhdudiyyəti olan şəxslər mərkəzdə qeydiyyatdan keçdikdən sonra sabit telefonla “258” nömrəsinə zəng etməklə mərkəzin kitabxanasında olan audiokitabları dinləyirlər. Kitabxananın kataloqu daim yeni ədəbiyyatlarla zənginləşdirilir. Bu kateqoriyadan olan dinləyicilərə göstərilən xidmətin həcminin artırılması istiqamətində də tədbirlər həyata keçirilir. Hazırda poeziya, xarici ədəbiyyat, audiotamaşa, folklor, milli musiqi və digərləri olmaqla, ümumilikdə, 15 bölmə üzrə xidmətlər göstərilir. Bu günə qədər audio kitabxanada muxtar respublika üzrə 486 görmə məhdudiyyətli şəxs qeydiyyatdan keçib. Mərkəzin audio kitabxanasında 917 audiokitab mövcuddur.
13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görmə qabiliyyəti məhdud şəxslərin iştirakı ilə tədbirlər təşkil edilir. Noyabrın 11-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio kitabxananın fəal dinləyicilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə 5 nəfər görmə məhdudiyyəti olan fəal dinləyiciyə hədiyyələr təqdim edilib. Tədbir iştirakçıları göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sağlam böyümələri, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almasına, cəmiyyətə daha fəal inteqrasiyasına imkanlar yaradıb. Dövlət proqramının icrası ilə bağlı Bilik Günü ərəfəsində yuxarıda adıçəkilən kateqoriyalardan olan uşaqlara məktəbli forması, çantası və dərs ləvazimatları təqdim olunub. Həmin tədbirlərin davamı olaraq, bu kateqoriyadan olan uşaqlara qış geyimi verilib.

Ardını oxu...

Noyabrın 5-də Şərur rayon Xanlıqlar kənd sakini, müharibə veteranı Abbas Abbasovun 90 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib.
Tədbirdə iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyid­ova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.

Ardını oxu...

Sığorta əhəmiyyətli xidmət sahəsidir. İqtisadi ədəbiyyatlarda sığorta nisbətən mürəkkəb bir maliyyə xidməti növü kimi də göstərilir.
Sığorta müasir cəmiyyətin inkişafının tələblərindən biridir. O, mövcud digər iqtisadi münasibətlərə paralel olaraq inkişaf edir, insanların həyat və sağlamlığına, daşınmaz əmlakına, avtomobilinə və ev əmla­kına dəymiş zərərlərin əvəzinin ödənilməsinə imkan yaradır. İnsanlar sığorta müqaviləsi bağlayaraq müqavilədə göstərilən gözlənilməz hadisələr baş verdikdə qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişləri alırlar ki, bu da dəymiş maddi zərərin bərpa olunmasını təmin edir. Sığortanın inkişafı ilə əldə olunan təcrübə göstərir ki, cəmiyyətdə sı­ğortaya olan münasibət geniş maarifçilik tələb edir. Belə ki, təklif olunan risk üzrə sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması, baş verən hadisələrin sığorta hadisəsi kimi qiymətləndirilməsi baxımından buna çox ehtiyac vardır. Əslində, baş verən hadisələrdən hansının məhz sığorta hadisəsi olduğu sığorta müqaviləsində dəqiq əks olunsa da, vətəndaşlar tərəfindən bəzi hallarda əsası olmayan yanaşmalar bir çox suallar yaradır.

Ardını oxu...

Noyabrın 3-də məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzində quraşdırılan yeni avadan­lıqlara baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ötən il Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.

Ardını oxu...

Qarşıdan qış mövsümü gəlir. Havaların soyuması ilə əlaqədar olaraq, muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Ötən illərin təcrübəsi göstərir ki, bəzi hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilmə­məsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın və zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, qaz cihazlarından istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. 

Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların nəzərinə çatdıraraq aşağıdakı yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını vacib hesab edir.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi hallardan mühafizə olunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet səhifəsi yaradılmışdır. Bu, məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını plastik bankomat kartları vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödəməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və elektron xidmət­lərin göstərilməsinə geniş imkanlar açmışdır.
Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə təqdim olunmuş 20 elektron xidmətin sayı 15-ə çatdırılmışdır.
Bu ay aktivləşdirilən “Ailə-kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətləri vasitəsilə ailə-kəndli təsərrüfatları və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər fonda gəlmədən, heç bir sənəd təqdim etmədən fərdi qaydada onlayn şəkildə sığortaedən kimi uçota alınacaq, onlara “Sığortaedənin uçot nömrəsi” veriləcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən əhaliyə göstərilən səyyar xidmətlər muxtar respublika sakinlərinin bir sıra çətinliklərinə son qoyub. Səyyar xidmətlərin göstərilməsi üçün Daxili İşlər Nazirliyinə “Hyundai” markalı avtomobil verilib, bu avtomobil lazımi avadanlıqlarla təchiz edilib.
Ötən müddət ərzində səyyar xidmət avtomobili muxtar respublikanın bir sıra kənd yaşayış məntəqələrində olub, əhaliyə səyyar xidmət göstərib. Bununla bağlı nazirliyin əməkdaşı, polis baş leytenantı Seymur Tağıyevə müraciət etdik. O bildirdi ki, vətəndaşlara ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərmək imkanları yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, müharibə veteranlarının yubileyləri keçirilir.
Oktyabrın 23-də Culfa Rayon Xanəgah kənd sakini, müharibə veteranı Vəli Qasımovun 90 yaşının tamam olması münasibətilə tədbir keçirilib.
Tədbirdə iştirak edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər. Vurğulanıb ki, müharibə veteranlarının minik avtomobilləri, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunması, sanatoriya və pansionatlara müalicəyə göndərilmələri onlara göstərilən qayğının əyani ifadəsidir. Hər ay onlara Prezident təqaüdü ödənilir, müharibə veteranlarının yaşayış yerlərində abadlıq işləri aparılır. Bütün bunlar onların sosial rifahının yüksəlməsinə xidmət edir.
Vəli Qasımov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Xəbərlər şöbəsi

Cəmiyyətdə məşğulluğun təmin olunması, əhalinin əmək qabiliyyətli bütün təbəqələrinin işləməsi bütün dövrlərin aktual problemlərindəndir. Bazar iqtisadiyyatında da dövlətin əsas qayğılarından biri maksimum səviyyədə məşğulluğu təmin etməklə davamlı inkişafa nail olmaqdır. Çünki cəmiyyət üçün ən dəyərli sərvət insan olduğu kimi, iqtisadiyyatda da ən qiymətli resurs insan əməyidir.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri məhz fəal məşğulluq siyasətidir. Yeni iş yerləri açmaq, özünüməşğulluğa şərait yaratmaqla əhalinin bütün təbəqələrinin gəlir əldə edə bilməsi bu baxımdan çox vacibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu məqsədlərə nail olmaq üçün çox əhəmiyyətli bir dövlət sənədidir. Bu proqramda muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsi, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılması, peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, iş­axtaranların, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, əlillərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması kimi qarşıya məqsədlər qoyulmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti tədbir keçirib.
Oktyabrın 21-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində kompüter və kinekt oyunları üzrə keçirilən yarışda sağlamlıq imkanları məhdud 12 uşaq iştirak edib. Yarış iki kompüter və bir kinekt oyunları olmaqla, üç turdan ibarət olub. İştirakçılar hər biri 4 nəfər olmaqla, üç qrupda yarışaraq qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər. “Sudoku”, “Zəka topu” kompüter və “Qolf” kinekt oyunlarında verilən tapşırıqları tez və düzgün yerinə yetirən iştirakçı qalib hesab edilib.
Hər turun qalibi mükafatlandırılıb, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Bu istiqamətdə tədbirlərin təşkilində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların intellektual inkişafına, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən “Məcburi dövlət sosial sığorta haqları, sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta sistemində fərdi uçotun təşkili, əmək pensiyalarının təyinatı və ödənişi sahəsində elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Culfa Rayon Şöbəsi tərəfindən Göydərə kəndində keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmam­əliyev açaraq onun əhəmiyyətindən danışmışdır.
DSMF-nin Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxış edərək sosial sığortahaqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən, elektron xidmətlərin tətbiqinin sosial müdafiə sistemində təsirindən danışmışdır. Qeyd edilmişdir ki, internet vasitəsilə www.dsmf.nakhchivan.az saytına daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər. Bu amil vaxta və vəsaitlərə qənaət etmək, sürətli ödəniş etmək və həmçinin təhlükəsizlik baxımından sığortaedənlərə rahatlıqla bərabər, məsafədən maliyyə idarəetməsini həyata keçirməyə imkan yaradacaqdır. Sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks edilməsində maraqlı olmalıdırlar.

Ardını oxu...

Bəşəriyyəti narahat edən başlıca sosial problemlərdən biri də yoxsulluqdur. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Mübarizə Günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda sosial-iqtisadi inkişafı təmin etmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Lakin müstəqilliyimizin ilk illərində ölkədə tüğyan edən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuş və ölkədə yoxsulluğun səviyyəsi artmışdır. 1993-cü ildə ümummilli liderimizin ölkə rəhbərliyinə qayıdışından sonra qısa zaman ərzində ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud gerilik aradan qaldırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Ötən dövrdə əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahəni əhatə edən mühüm dövlət proqramları qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” bu mənada xüsusi əhəmiyyət daşımışdır. Dövlət proqramının icrası əhalinin sosial müdafiəsini gücləndirmiş, yoxsulluğun səviyyəsi önəmli dərəcədə azalmışdır.

Ardını oxu...

Culfa rayonunun Milax kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasım­ov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ailələrin sağlam təməllər üzərində qurulması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanuna uyğun olaraq, cari il iyunun 1-dən etibarən ailə qurmaq istəyən şəxslərin məcburi tibbi müayinəsinin həyata keçirilməsi sağlam ailənin formalaşmasında, uşaqların irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə doğulmasının qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisidir.

Ardını oxu...

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi də tapşırılmışdı.
Müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı görülən tədbirlərin davamı olaraq oktyabrın 13-də “N” hərbi hissəyə yun corablar və şərflər təhvil verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirmişdir ki, bu gün məhdud fiziki imkanlı 27 şəxs tərəfindən toxunan 1221 cüt yun corab və 114 ədəd şərf “N” hərbi hissəyə təhvil verilir.
Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına xidmət edir. İlin sonunadək yun corab və şərflərin toxunması işi davam etdiriləcək.
“N” hərbi hissənin zabiti Elnur Sultanov komandanlıq adından minnətdarlığını bildirmişdir.
Sonda yun corablar və şərflər əsgərlərə təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Ölkəmizdə davamlı və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin kütləviləşməsi, beynəlxalq təcrübəyə əsaslanan elektron hökumətin formalaşması və inkişafı sahəsində mühüm tədbirlər reallaşdırılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində əhəmiyyətli uğurlar qazanılıb. Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib.

Ardını oxu...

Muxtar respublikada 1941-1945-ci illər müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.
“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq müharibə veteranlarının yubileylərinin keçirilməsi bu diqqət və qayğının daha bir ifadəsidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Şahbuz rayonunun Güney Qışlaq kənd sakini, müharibə veteranı Hüseyn Hümbətovun 95 yaşının tamam olması münasibətilə oktyabrın 14-də onunla görüş keçirilib.
Tədbirdə iştirak edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Vurğulanıb ki, dövlətimiz müharibə veteranlarına yüksək qayğı göstərir. Onlar minik avtomobilləri, həmçinin texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunur, sanatoriya və pansionatlara müalicəyə göndərilir, hər ay onlara Prezident təqaüdü ödənilir, habelə onların yaşayış yerlərində abadlıq işləri aparılır. Bütün bunlar müharibə veteranlarının sosial rifahının yüksəlməsinə xidmət edir.
Hüseyn Hümbətov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlar xoşbəxtdirlər. Niyə də olmasınlar? İstər ev, istərsə də iş qadını olan xanımlarımız hərtərəfli qayğı ilə əhatə ediliblər. Bu günlərdə Heydər  Əliyev Sarayında təşkil olunan istedadlı qadınların əl işlərinin sərgisi onlara göstərilən diqqət və qayğının parlaq təzahürü idi. 

“Muxtar respublika qadınları müstəqillik illərində” mövzusuna həsr olunmuş sərgidə muxtar respublikada yaşayan 126 istedadlı qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 753 yaradıcılıq nümunəsi nümayiş etdirilir. Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etməsi, tapşırıq və tövsiyələrini verməsi qadınların gələcək yaradıcılıq fəaliyyətləri üçün böyük stimul oldu. Tədbirdə Ali Məclisin Sədri dedi: “Milli dəyərlər min illər ərzində yaradılır və nəsildən-nəslə ötürülərək yaşadılır. Milli dəyərlərin əsas yaradıcıları və yaşadanlar isə qadınlardır. Ölkədə sabitlik varsa, ailə dəyərləri qorunursa, qadınlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlarsa, o zaman milli dəyərlər də yaşayacaqdır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələr digər sahələrlə yanaşı, milli dəyərlərin də qorunub-yaşadılmasına imkan vermirdi. Bu sahə ilə məşğul olan qadınlara lazımi qayğı göstərilmirdi. Lakin bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Bu gün qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşdırılan milli dəyərlərimiz yaşadılır”.

Ardını oxu...

Muxtar respublikada məktəbəqədəryaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Son illər muxtar respublikada tikilən, yaxud yenidən qurulan 17 məktəbəqədər təhsil müəssisəsində müasir şərait yaradılıb, qrup, yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi və camaşırxana otaqları, idman qurğuları istifadəyə verilib.

Bağçayaşlı uşaqların məktəbəqədər təhsil almasının vacibliyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazır­lanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.

Ardını oxu...

Bu gün cəmiyyətimizdə formalaşan bir çox düşüncələr bizi qohum nikahlarına vadar edir. “Özümüzünkü ilə ailə qur, ətimizi yesə də, sümüyümüzü atmaz” deyimi kimi daha neçə səbəblər ucbatından qohum nikahlarına qol qoyuruq. Əksərən qohum ailələr valideynlərin təzyiqi altında qurulur. Çünki düşünürlər ki, qohumluq əlaqələri bununla daha da güclənəcək. Ailədə baş verən münaqişə əksər halda sülh ilə nəticələnəcək. Təbii ki, valideynlər qohum olduğundan aralarında soyuq münasibətin olmasını istəmirlər. Belə ailələrdə boşanma halı da az olur. Bəzi hallarda isə qohum cütlüklər həqiqətən də, bir-birlərinə aşiq olurlar və həyatlarını birləşdirirlər.
Qohum nikahlarının səbəblərini araşdırsaq, sayını bir qədər də artıra bilərik. Amma bu nikahlara son qoymaq daha vacibdir. Bəs qohumluq əlaqəsi ilə ailə quran bütün gənclərin bu nikahdan yarana biləcək fəsadlardan xəbərləri varmı, kifayət qədər məlumatlı olaraqmı nikah bağlayırlar?

Qohum nikahları xəstə uşaq riskini 2 dəfəyədək artırır

Hər bir dövrdə müəyyən problemlər nəticəsində nikahların pozulması və ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir. Bu arzuolunmaz halın yaranma səbəblərindən ən başlıcası qohum nikahlarıdır. Belə nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” insanların sosial rifahının təminatında mühüm rol oynayan dövlət sənədidir. Proqramın qəbulundan ötən müddət ərzində genişmiqyaslı tədbirlər həyata keçirilmiş və keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, belə tədbirlər cari ilin ötən 9 ayı ərzində də davam etdirilmişdir.
Belə ki, bəhs olunan dövrdə muxtar respublikanın məşğulluq xidməti orqanlarına müraciət edən 2203 nəfər peşə və ixtisasına uyğun münasib işlə təmin olunmuş, sosial müdafiəyə xüsusi ehtiyacı olan 32 nəfər kvota yerlərinə göndərilmiş, 222 nəfər isə haqqıödənilən sosialyönümlü ictimai işlərə cəlb edilmişdir. Keçirilən əmək yarmarkalarında 554 nəfərə, təhsil və səhiyyə işçiləri üçün keçirilən əmək yarmarkasında isə müvafiq olaraq 127 və 13 nəfərə işə göndəriş verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən “Məcburi dövlət sosial sığorta haqları, sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta sistemində fərdi uçotun təşkili, əmək pensiyalarının təyinatı və ödənişi sahəsində elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir oktyabrın 5-də Ordubad Rayon Şöbəsi tərəfindən rayonun Aşağı Əylis kəndində keçirilmişdir. Tədbiri Aşağı Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Quliyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifov çıxış edərək sosial sığortahaqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən danışmışdır.
Diqqətə çatdırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş 20 elektron xidmətdən istifadəyə verilmiş 10 elektron xidmətin sayı 2015-ci ilin sentyabr ayından etibarən 13-ə çatdırılmışdır. Yeni elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

Oktyabrın 1-də Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikanın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların sosial müdafiəsinin davamlı güclənməsinə şərait yaradıb. Ahıl vətəndaşlara, o cümlədən tək yaşayan və hərəkət qabiliyyəti məhdud ahıllara davamlı olaraq evlərində və Ahıllar evində sosial xidmətlər göstərilir. Onların sağlamlığının qorunmasına, sosial reabilitasiyasına xüsusi diqqət yetirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tikinti və istehsal müəssisələrində işçilərin əmək şəraitinin, habelə iş yerlərinin əməyin mühafizəsi qaydalarına uyğun olması, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsi, işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin ilk 9 ayı ərzində işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 81 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 76 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmış, 133 işçi isə həmin vasitələrlə yerində təmin olunmuşdur. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə 3 işəgötürən inzibati məsuliyyətə cəlb olunaraq, ümumilikdə, 3200 manat məbləğində cərimə olunmuşdur. İşçi heyət üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi səbəbindən 1 işəgötürən barəsində isə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması oktyabr ayına təyin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir.
Dövlət proqramına uyğun olaraq, sentyabrın 30-da komitə Naxçıvan Müəllimlər İnstitutu ilə birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurs təşkil edib.
Komitədə təşkil olunan növbəti tədbiri şöbə müdiri Rəşad Kərimov açıb.
Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimi Çapay Quliyev çıxış edərək bildirib ki, nitq qüsuru olan uşaqlar həmyaşıdları ilə ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək qalmağı xoşlayır, qapalı böyüyür. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilər bu məsələlərə xüsusi diqqət etməli, belə uşaqları daim nəzarətdə saxlamalı, onların cəmiyyətə inteqrasiyası üçün digər uşaqlarla daha çox ünsiyyət qurmalarını təmin etməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı elektron material paylanılıb.

Xəbərlər şöbəsi

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün təsis olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən ibarətdir.

Həyat təcrübəsi ilə gələcək nəsillərə nümunə olan ahıllara hörmət və qayğı həm də nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək kimi mühüm amala xidmət edir. Tarix boyu Azərbaycan xalqı yaşlı nəslin nümayəndələrinə ehtiram göstərməyi yüksək insani keyfiyyət kimi dəyərləndirmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanları, onların problemlərini hər zaman diqqət mərkəzində saxlamış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmiş, ahılların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Ulu öndərin 2001-ci il iyunun 22-də imzaladığı “Ahıllara sosial xidmət haqqında” Qanun bu mənada mühüm əhəmiyyət daşıyır. Qanuna əsasən 70 yaşına çatan hər bir Azərbaycan vətəndaşı ahıl hesab olunur.

Ardını oxu...

Dövlətimiz tərəfindən ahıllara xüsusi diqqət və qayğı göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər keçirilir. Onların yubiley yaşlarının, uzunömürlü ailələrin gümüş, qızıl və brilyant toylarının qeyd olunması göstərilən qayğının bariz nümunəsidir.
1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 30-da muxtar respublikanın ən uzunömürlü insanı, 117 yaşlı Şərur rayon sakini Qönçə Hümbətova ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Qönçə xanımla söhbət zamanı bildirilib ki, çinar ömürlü insanlar, eləcə də Qönçə xanım bu günə qədər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub və bundan sonra da belə tədbirlər davam etdiriləcək.
Uzunömürlü Qönçə Hümbətova ona göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra muxtar respublikanın ən yaşlı sakininə hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin bu kəndi yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıblar.

Xəbərlər şöbəsi

Sentyabrın 30-da Ordubad rayon Aşağı Əndəmic kənd sakini, müharibə veteranı Fazil Əsədovun 90 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib.
Tədbirdə iştirak edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Onlar minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri ilə təmin olunur, sanatoriya və pansionata göndərilirlər. Bundan əlavə, müharibə veteranlarına pensiya və müavinətlərlə yanaşı, hər ay Prezident təqaüdü ödənilir ki, bu da onların sosial rifahının yüksəlməsinə xidmət edir.
Fazil Əsədov ona göstərilən qay­ğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq keçirilib.

Xəbərlər şöbəsi

Muxtar respublikada ahıl vətəndaşların sağlam həyat tərzində yaşaması, onların cəmiyyətə daha fəal inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. Bütün bunlar muxtar respublikada ahıl vətəndaşlara göstərilən davamlı dövlət qayğısından xəbər verir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 29-da ahılların iştirakı ilə xalq ədəbiyyatının geniş yayılmış bayatı janrı üzrə müsabiqə keçirilib.
Müsabiqə iştirakçıları vətən, dostluq barədə, xoşbəxtlik arzuları ifadə edən bayatılar söyləməklə qabiliyyətlərini nümayiş etdiriblər.
Münsiflər heyətinin rəyi əsasında müsabiqənin qalibləri mükafatlandırılıblar. Digər müsabiqə iştirakçılarına həvəsləndirici hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada ahıl insanlar dövlətimizin hərtərəfli qayğısı əhatəsində yaşayırlar. Onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, cəmiyyətə inte­qrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, onların muxtar respublikanın tarixi, görməli yerlərinə gəzintiləri təşkil edilir, əlamətdar günlərlə bağlı görüşlər keçirilir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Sentyabrın 28-də rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən bir qrup ahıl muxtar respublikamızın müqəddəs yerlərindən olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib. Ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi açılıb.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Sığorta geniş fəaliyyət növüdür. O, geniş bir tələbat kimi cəmiyyətin inkişafı ilə sıx əlaqədardır. Çünki insanın həyatı və iqtisadi fəaliyyəti müəyyən risklərlə müşayiət olunur. Bəzən baş verən yanğın, partlayış, dağıdıcı təbiət hadisələri və başqa bədbəxt hadisələrin yaratdığı risklərlə üz-üzə qalmalı oluruq. Ona görə də insanlara risklərdən qaçmaq, onların vurduğu zərərləri qısa müddətdə aradan qaldırmaq çox vacibdir. Muxtar respublikamızda sığorta işinin günün tələbləri səviyyəsində qurulması üçün görülən bütün məqsədyönlü işlər də vətəndaşların bu vacib tələbatının ödənilməsinə xidmət edir.

Ümumiyyətlə, sığorta deyəndə insanların maddi mənafelərinin qorunması başa düşülür. Bir çox sığorta növləri, xüsusən də daşınmaz əmlakın icbari sığortası öz cəhətlərinə görə daha əhəmiyyətlidir. Hazırda ölkəmizdə vətəndaşlara məxsus daşınmaz əmlak – yaşayış evləri, binalar, mənzillər və digər tikililər icbari qaydada sığorta olunurlar. Burada əsas məqsəd əhalinin bütün təbəqələrinin sosial müdafiəsinin təmin edilməsidir. Başqa sözlə, gözlənilməz, bədbəxt hadisələr zamanı daşınmaz əmlakın məhv olması və yaxud hər hansı formada itkisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsi dövlətin qarşıya qoyduğu əsas məqsəddir. Buna görə də daşınmaz əmlak onun sahibi olan şəxsin istəyindən asılı olmayaraq, icbari qaydada sığorta olunur. Bu sığorta növündəki qaydalar və şərtlər yalnız qanunla müəyyən edilir. Ölkə­mizdə 24 iyun 2011-ci ildə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu sığorta hadisələri zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün hüquqi təminat verir.

Ardını oxu...

Nehrəm, Sədərək, Qarabağlar, Cəhri, Yaycı, Dəmirçi! Əslində, bu sıranı daha da artırıb muxtar respublikamızın iri kənd yaşayış məntəqələri haqqında saatlarca söhbət açmaq mümkündür. Naxçıvan Muxtar Respublikasının 200-dən artıq yaşayış məntəqəsi arasında bu kəndlərin yerləşmə mövqeyi, əhalisinin sayı və inkişaf səviyyəsi haqqında “Şəhərləşən kəndlərimiz” rubrikasında dərc olunmuş yazılara və qeydlərimizə yenidən qayıtdıq. Əhalisinin sayı 5 min nəfərdən artıq olan bu altı iri yaşayış məntəqəsi haqqındakı yazıların rubrikası son nəticədə, özü başlığa çıxdı. Nə dərəcədə buna nail olundu, qoy buna tələbkar oxucular qiymət versinlər. Ancaq gəldiyimiz nəticələri ümumiləşdirməyin də faydalı olacağı qənaətindəyik. Beləliklə, Naxçıvan və onun şəhərləşən kəndləri.

Şəhərin cazibə qüvvəsi, onun mədəniyyət mərkəzi kimi üstünlükləri həmişə insanları özünə çəkmişdir. Elə buna görə də tarixən kiçik yaşayış məntəqələrinin böyüyüb şəhərlərə çevrilməsini tərəqqi, şəhərlərin kiçilib yox olmasını isə təbii olaraq tənəzzül adlandırmışlar. Şəhər və kənd həyat tərzləri arasında həmişə təzadlı müqayisə predmetləri olsa da, cəmiyyətin inkişafı ilə şəhər və kənd arasındakı fərq təzahürləri də yox olur və köhnədənqalma “kəndli” ifadəsi də öz qüvvəsini itirir. Müasir dünyada yaşıllıq içindəki sakit və mədəni kənd yaşayış yeri, ondan o qədər də uzaqda olmayan iri şəhər isə biznes və sənaye mərkəzi kimi qəbul olunur. Buna görə də Naxçıvan şəhərindən cəmi 9 kilometr məsafədə Nehrəm kəndini ən iri yaşayış məntəqəsi kimi qeyd etmək lazımdır.

Ardını oxu...

Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. “Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar insanları xeyirxah əməllər ətrafında birləşdirir. Qurban bayramı eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir. Bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Üç səmavi dinin – İslam, Yəhudilik və Xristianlığın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman durur. Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir.

Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınmışdır. “Qurani-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz buyurmuşdur ki: “Bayram namazından sonra qurban kəsən ibadətini tamam­lamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.

Ardını oxu...

Ölkə başçısı cənab İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və dövlət-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda 20 adda elektron xidmətin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Elektron xidmətlərdən istifadə etmək üçün istifadəçilər Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla istifadə edə bilərlər.

Ardını oxu...

Muxtar respublikada ahıl insanlara diqqət və qayğı ilə yanaşılır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsi isə onların sağlamlığının qorunması məqsədilə tibbi və sosial reabilitasiya xidmətinin göstərilməsidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə görülən tədbirlərin davamı kimi, Ahıllar evinin sakinlərinə növbəti tibbi xidmət göstərilib.
Nazirliyin nəzdində olan Tibbi Sosial Ekspert Komissiyasının nevropatoloq, cərrah, ortoped və Göz Xəstəxanasının oftalmoloq ixtisaslı həkimləri Ahıllar evində olublar. Həkimlər sakinləri tibbi yoxlamadan keçirib, onlara tibbi məsləhətlər veriblər.
Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Əhalinin ənənəvi qış hazırlığı

Xalqımıza məxsus məişət adət-ənənələrindən biri də soyuq qışa ərzaq tədarükünün görülməsidir. Ehtiyat ərzaq məhsullarının hazırlanması və saxlanılması qaydaları uzun əsrlərboyu formalaşıb və günümüzədək gəlib çıxıb. Yazın sonundan başlayaraq bir çox insanlar qış tədarükü görməyə başlayırlar. Bu məsələdə xanımların əməyi daha çoxdur.
Yusif Vəzir Çəmənzəminlinin “Evdar arvad” məqaləsində də yazdığı kimi: “Ev bir məmləkətə bənzəyir, evdar arvad da onun padşahına. Padşah yaxşı olsa, məmləkət də nizam və qayda ilə dolanar... Mətbəxin nizamı da xanıma bağlıdır. Bacarıqlı arvad evdə qış üçün tədarük görər, cürbəcür mürəbbələr bişirər, turşular və şorabalar hazırlayar, göyərti və meyvə qurudar. Qoçaq arvad hər şeydən mənfəət götürər... xülasə, evdar arvadın vəzifəsi çox çətindir. Böyük hünər və qanacaq istəyir”.
Payızın ilk günlərini yaşayırıq. Bütün idarə, müəssisə və təşkilatlar payız-qış mövsümünə hazırlığı sürətlə aparır. Yəni dövlət mövsümi çətinliyin yaşanmaması üçün hər bir tədbiri vaxtında görməyə çalışır.

Naxçıvanda əhali bu işə yazın sonlarından başlayır

Qadınlarımız öz üzərlərinə düşən məsuliyyəti həmişə yaxşı başa düşürlər. Artıq qış gəlir, hamı tədarük görür. Ailələrdə kompotlar, tutmalar, konservlər, mürəbbələr və daha nələr, nələr hazırlanır. Etnoqraf Asəf Orucov deyir ki, qışa tədarük edilməsində əsas əziyyət qadınlarımızın üzərinə düşür. Xalqımızın “qışdan qorxma ki, üzü yazadır, payızdan qorx ki, üzü qışadır” deyimi əsas tutularaq məişət işləri də buna uyğun qurulur. Əhali yazın ilk aylarından başlayaraq payızın axırlarına, xalq dili ilə desək, payızın qışa dönən dövrünə qədər gündəlik tələbatdan artıq qalan məhsulları qışda istifadə etmək üçün tədarük edir. Bu, ta orta əsrlərdən başlamış bu günədək davam etməkdədir. Dənli bitkilər, maldarlıq məhsulları, müxtəlif yabanı yeməli bitkilər, bostan-tərəvəz məhsullarından və meyvələrdən hazırlanmış qax, doşab, şorabalar, mürəbbələr, riçal, eləcə də ətirli ot dəstələri əhalinin tədarük gördüyü əsas qida məhsullarındandır.

Ardını oxu...

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiyası daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir. Reabilitasiya xidmətinin gücləndirilməsi bu kateqoriyadan olan şəxslərin sağlam həyat tərzində yaşamalarına, onların cəmiyyətə daha fəal inteqrasiyasına imkanlar yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabrın 16-dan 18-dək məhdud fiziki imkanlı şəxslərə növbəti səyyar xidmət göstərilib. Belə ki, tibbi-texniki heyət məhdud fiziki imkanlı 92 şəxsin, o cümlədən sağlamlıq imkanları məhdud 6 uşağın evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 11 nəfərdən protez və ortez sifarişləri qəbul edilib, 7 nəfərin protezləri təmir edilib, 6 nəfər protez-ortopediya məmulatları, 68 nəfər texniki-bərpa vasitələri, o cümlədən 13 nəfər eşitmə aparatı, 55 nəfər isə müxtəlif növ əsalar ilə təmin olunub.
Cari ildə, ümumilikdə, 248 məhdud fiziki imkanlı şəxsə səyyar xidmət göstərilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq növbəti tədbir keçirilib.
Sentyabrın 17-də Babək rayon Nəhəcir kənd sakini, müharibə veteranı Kazım Hacı­yevin 90 yaşının tamam olması münasibətilə onunla görüş olub.
Tədbirdə iştirak edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, onlar minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunurlar. Pensiya və müavinətlərlə yanaşı, hər ay onlara Prezident təqaüdü ödənilir, sanatoriya və pansionatlara müalicəyə göndərilirlər. Bütün bunlar müharibə veteranlarının sağlamlığının qorunmasına, rifah halının yaxşılaşmasına xidmət edir.
Kazım Hacıyev ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Xəbərlər şöbəsi

Son illər dövlətimiz tərəfindən aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Minimum əməkhaqqının, pensiya və müavinətlərin artırılması, eyni zamanda ünvanlı dövlət sosial yardım mexanizminin tətbiqi nəticəsində ailələrin həyat səviyyəsinin yüksəldilməsinə nail olunub. Bununla yanaşı, muxtar respublika iqtisadiyyatının davamlı inkişafı ailələrin sosial problemlərinin həll olunması üçün geniş imkanlar açıb.
Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçı­lığı ilə Culfa rayonunun Yaycı kəndində yaşayan çoxuşaqlı aztəminatlı İbrahimovlar ailəsinə baş çəkilib. Qeyd olunan təşkilatların əməkdaşları ailənin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, onlara ərzaq payı veriblər.
Ailənin üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

İntellektli, vətənpərvər və geniş dünyagörüşə malik gənc nəslin yetişdirilməsi hər bir ölkənin gələcək inkişafı üçün başlıca şərtdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənc­lərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənc­lərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.
Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün muxtar respublikada uğurla həyata keçirilir. Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Bu gün muxtar respublikada gənc­lər onlara göstərilən dövlət qayğısını bütün sahələrdə olduğu kimi, asudə vaxtlarının səmərəli təşkilində də hiss edirlər. Gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində aid dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Qeyd olunan tədbirlər sırasında yay məktəblərinin keçirilməsi xüsusi yer tutur. Bu layihə çərçivəsində həm gənclərin təbiət qoynunda mənalı istirahəti təşkil olunur, həm də onların digər gənclərlə sağlam ünsiyyəti yaranır, uşaq və gənclərdə sərbəst düşünmək, özünə güvənmək və digər müsbət ictimai cəhətdən faydalı davranışlar formalaşır.

Ardını oxu...

Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Naxçıvan bu gün regionun ən gözəl şəhərlərindən birinə çevrilib. Ölkə­mizin bir parçası olan doğma diyarımız gözlərimiz önündə tikilir, abadlaşır, yaşıllaşır.
Әhalinin sağlamlığının qorunmasında yaşıllıqların әhәmiyyәti misilsizdir. Bunu hər birimiz yaxşı bilirik. Yaşıllıq iqlimi, havanı mülayimlәşdirir, quraqlıq vә quru külәklәrin qarşısını alır, atmosferin kimyәvi çirklәndiricilәrinin bir hissәsini udur vә dәyişdirir, hәmçinin tәbii fon şüalanması vә sәs-küyün azaldılması kimi funksiyaları yerinә yetirir. Bu nəzərə alınaraq muxtar diyarımızda yaşıllığın artırılmasına xüsusi diqqət yetirilir. Nəticə göz önündədir. Gündən-günə gözəlləşən Naxçıvan şəhərində geniş vüsәt alan abadlıq vә quruculuq işlәri ilә yanaşı, yeni yaşıllıq sahәlәrinin salınması da diqqәt mәrkәzindәdir. Çünki tәbiәti qorumaq, tәbii sәrvәtlәrdәn sәmәrәli istifadә etmәk, yaşıllıqların mühafizәsinә nәzarәti güclәndirmәk sağlamlığımızın tәminatıdır.
Yollar boyunca salınmış yaşıllıqlar, əkilən gül və bəzək kolları, dekorativ ağaclar göz oxşayır və şəhərimizə xüsusi gözəllik verir. Yamyaşıl otlar sanki xalıdır. Buta şəklində əkilmiş çiçəklər yaşıl otların arasında qədim xalılardakı naxışları xatırladır.

Ardını oxu...

Əlincə çayının sağ sahilində bir kənd var. Tarixi mənbələrdə bu kəndin adı 1590-cı ildə “Saltaq”, 1727-1728-ci illərdə “Zaltaq” kimi göstərilir. Tədqiqatçılar “Saltaq” adının mənşəyini qədim türk Sal tayfa adı ilə əlaqələndirirlər.

AMEA-nın müxbir üzvü Adil Bağırova görə, Sal tayfası kəngərlilərin salayçı qolunun adı ilə bağlıdır və alimin gəldiyi nəticə bundan ibarətdir ki, Sal tayfa adı ilə tag (dağ) sözünün birləşməsindən əmələ gələn Saltaq oykonimi “salayçılara məxsus dağ”, “Sal tayfası yaşayan dağ, yer, kənd, məskən” mənasında işlənir. Yenə də mənbələrə görə, Saltaq kəndində ilk məskunlaşma IX-X əsrlərdən başlamışdır. Bu qədim yurd yerində X əsr qədim yaşayış yeri və XIV-XVI əsrlərdən qalma iki nekropol ərazisi vardır. Bir sözlə, muxtar respublikamızın əksər yaşayış məntəqələri kimi özünəməxsus gözəlliyi olan, Haçadağa söykənən Saltaq kəndi həm keçmişi, həm də bu günü ilə fəxr edə bilər.

Ardını oxu...

Dünyanın ən təmiz varlıqları körpələrdir. Körpələrin üzlərindən məsumluq, gözlərindən xoşbəxtlik yağır. Onlara baxanda bütün qəm və kədərimizi unuduruq. Dünyanın enişli-yoxuşlu yollarından, dərd-qəmindən bixəbər olan körpələr bilmirlər ki, həyat nədən ibarətdir? Bu həyatda onları nələr gözləyir?
Çox kiçik yaşlarından həyatın ağır yüklərini balaca qəlblərində daşıyan, valideyn sevgisindən uzaq olan körpələr də var. İrqindən, dinindən asılı olmayaraq, dünyanın hər yerində belə uşaqların köməyə və müdafiəyə, xoş sözə, ilıq münasibətə, qayğıya böyük ehtiyacları var. Muxtar respublikamızda bu məsələ öz həllini yüksək səviyyədə tapıb. Naxçıvan şəhərində fəaliyyət göstərən Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi valideyn himayəsindən məhrum olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılıb. Müəssisənin baş həkimi Rəsmiyyə Xasayeva ilə söhbətimiz zamanı aydın oldu ki, bu müəssisənin digərlərindən fərqi odur ki, 24 saat fəaliyyətdədir. Günün istənilən vaxtında valideynlər uşaqlarını bura qoyub öz işlərinin arxasınca gedə bilərlər. Körpələr evində çalışan kollektivin üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, eyni zamanda sağlam böyüməsinə də cavabdehdirlər. Bunun üçün də burada hərtərəfli şərait yaradılmışdır. Uşaqlar üçün əyləncə vasitələri, yelləncəklər qurulmuşdur. Mərkəzdə uşaqlar üçün məşğələlər təşkil olunur, bu məşğələlərdə onlara yazmaq, oxumaq, saymaq öyrədilir, müxtəlif sahələr üzrə uşaqların istedad və bacarıqları üzə çıxarılır. Valideyn himayəsindən məhrum olan uşaqlar müəyyən yaş həddinə çatdıqda Ordubad şəhərindəki internat məktəbində təhsillərini davam etdirirlər.
Körpələr evi hər zaman insanların diqqət mərkəzindədir. Xüsusilə də bayram günlərində. Həmin günlərdə müəssisə bura axışan qonaqları böyük həvəslə qarşılayır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Kukla Teatrının və bir çox idarə, təşkilatların əməkdaşları balacaları tək qoymurlar. Həmçinin uşaqların ad günlərində buraya üz tutur, onlara sovqatlar gətirirlər.
Burada gördüklərimiz, uşaqlarla söhbətlərimiz bizdə belə qənaət yaratdı ki, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzini uşaqlar özlərinə doğma ocaq sayırlar. Çünki burada onların yüksək səviyyədə qayğısına qalınır.

Nigar Mustafayeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq növbəti tədbir keçirilib.
Sentyabrın 10-da Şərur rayon Daşarx kənd sakini, müharibə veteranı Zeynalabdin Həsənovun 90 yaşının tamam olması münasibətilə onunla görüş olub.
Tədbirdə iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə ki, onlar minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunurlar. Pensiya və müavinətlərlə yanaşı, hər ay onlara Prezident təqaüdü ödənilir, sanatoriya və pansionatlara müalicəyə göndərilirlər. Bütün bunlar müharibə veteranlarının sağlamlığının qorunmasına, rifahlarının yüksəlməsinə xidmət edir.
Zeynalabdin Həsənov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Həcc ziyarətinin başlanması münasibətilə Naxçıvan Muxtar Respublikasından 140 zəvvar müqəddəs Həcc ziyarətinə yola salınıb. Bu münasibətlə sentyabrın 10-da Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bildirib ki, dini-mənəvi dəyərlər hər bir xalqın varlığını təcəssüm etdirir. Bu mənada, İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edən ümummilli liderimiz Heydər Əliyev onun insanları paklığa, saflığa, sülhə, qardaşlığa və əmin-amanlığa çağırdığını daim vurğulayıb.
Muxtar respublikamızda da İslam dininə, mənəvi irsimizə diqqət və qayğı ilə yanaşıldığını bildirən Vüqar Babayev qeyd edib ki, bu gün Naxçıvanda tarixi-dini, mədəni abidələrin qorunması və bərpası daim diqqət mərkəzində saxlanılır, yeni məscidlər tikilir, dini, milli və mənəvi dəyərlərin yaşadılması, gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamı isə dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsində yeni mərhələnin başlanğıcına rəvac verib.
Naxçıvan Muxtar Respublikasının qazisi Mircəfər Seyidov çıxış edərək muxtar respublikamızda dini dəyərlərə göstərilən qayğıdan, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söhbət açıb.
Zəvvarlar adından danışan Əvəz Həsənov, İdris Əhmədov və Əsmər Salayeva göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, müqəddəs ziyarətgahda ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın həmişə şən və firavan həyat sürməsi üçün dua edəcəklərini deyiblər.

 Rauf Əliyev

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmış, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılmış, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaradılmış 20 adda elektron xidmət fondun www.dsmf.nakhchivan.az internet səhifəsinə yerləşdirilmişdir. Fond tərəfindən göstərilən elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla, üç istiqamətdə aparılır. Hazırda fond tərəfindən əhaliyə 10 növ elektron xidmət göstərilir. Nəzərdə tutulan digər elektron xidmətlərin istifadəyə verilməsi üçün hazırlıq işləri görülür. Bu xidmətlərin reqlamenti və tələb olunan sənədlərin siyahısı hazırlanaraq fondun internet səhifəsinə yerləşdirilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri inteqrə edilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR