22 Dekabr 2024, Bazar

Ölkəmizdə davamlı və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin kütləviləşməsi, beynəlxalq təcrübəyə əsaslanan elektron hökumətin formalaşması və inkişafı sahəsində mühüm tədbirlər reallaşdırılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində əhəmiyyətli uğurlar qazanılıb. Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb. İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb. Fond tərəfindən təqdim olunmuş 20 elektron xidmətdən istifadəyə verilmiş 10 elektron xidmətin sayı 2015-ci ilin sentyabr ayından etibarən 13-ə çatdırılıb, oktyabr ayında isə daha iki yeni xidmət sığortaedənlərin istifadəsinə verilib.
“Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” və “Ailə-kəndli təsərrüfatının onlayn uçota alınması” xidmətləri müvafiq olaraq, ailə-kəndli təsərrüfatlarının və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin sığortaedən kimi uçota alınaraq onlara “Sığortaedənin uçot nömrəsi”nin verilməsini nəzərdə tutur. Bu xidmətlərin istifadəyə verilməsi sığortaedənlərin uçota alınma prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır.
Bu xidmətlər interaktiv olmaqla, xidmətlərdən istifadə etmək də ödənişsizdir. “Ailə-kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətləri vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına imkan verəcək.

Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (www.e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla, qısa müddət ərzində qeydiyyatdan keçərək bu elektron xidmətdən istifadə etmək olar.

İsmayıl Həsənov
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR